
"Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər"
"Qanun'' nəşriyyatında nəfis tərtibatla nəşr edilmiş kitab Newtimes.az analitik-informasiya portalının məqalələr toplusu əsasında tərtib olunub. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun rəhbərliyi və baş redaktorluğu ilə nəşr edilən kitab XX əsrin böyük siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin 90 illiyinə ithaf olunub.
"Ön söz'' və altı fəsildən ibarət kitab ümummilli lider Heydər Əliyevin müdrik kəlamları ilə başlanır: "Yeni minillikdə dünya xalqlarının ən böyük istəyi sülh və əmin-amanlıqdır. İnsanlar dağıdıcı müharibələrə, qaçqın-köçkünlüyə qətiyyətlə yox deyir, dinc yaşamaq istəyirlər... Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür''.
Topluda Azərbaycanın alim, ekspert, analitik və mütəxəssislərinin bəşəriyyəti narahat edən və düşündürən proseslərlə bağlı mövqeləri təqdim edilib.
Məqalələrin kitab halında ingilis və rus dillərində də çap edilməsi planlaşdırılır.
208923
Самонадеянность Пашиняна обернулась для Армении обманом
Для Армении сейчас горький момент
Далее...