"Biz dünya siyasətinin bütün sirlərini açırıq". Bu şüar altında iki ildən artıqdır fəaliyyət göstərən Newtimes.az analitik-informasiya portalının məqsədi dünyada siyasət, beynəlxalq və dövlətlərarası münasibətlərdə baş verən hadisələri, prosesləri, atılan addımları təhlil edərək, onların ətrafında fikir mübadiləsi aparmaq, mahiyyəti haqqında oxuculara tərəfsiz, obyektiv, əsaslandırılmış mövqe bildirməkdir.
"Qanun'' nəşriyyatında nəfis tərtibatla nəşr edilmiş kitab Newtimes.az analitik-informasiya portalının məqalələr toplusu əsasında tərtib olunub. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun rəhbərliyi və baş redaktorluğu ilə nəşr edilən kitab XX əsrin böyük siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin 90 illiyinə ithaf olunub.
Xarici siyasət: Reallıqlar və gələcəyə baxış Kitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və umummilli lider Heydər Əliyevin formalaşdırdığı xarici siyasət kursu qlobal və regional dəyişikliklər kontekstində təhlil edilir. "Sərt güc konsepsiyasından "yumşaq güc anlayışına keçidin siyasi və geosiyasi xususiyyətləri dəqiqləşdirilir.
What peace could mean for the South Caucasus
The South Caucasus is a region historically known for its instability, largely because it has stood at the intersection of the zones of influence of first Byzantium and Iran, then the Ottoman Empire and Iran, and finally between Russia, Iran and Turkey.
More...