
Bakı, 8 mart 2021 – Newtimes.az
Roma papası Fransisk İraqa tarixdə ilk apostol səfərini bazar ertəsi günü başa vurub.
Trend xəbər verir ki, Bağdad beynəlxalq aeroportunda pontifiki ölkənin ali rəhbərliyinin nümayəndələri və qvardiyaçıların qarovulu yola salıb.
Poma papası İraqda olduğu dörd gün ərzində 1,4 min kilometr yol qət edib. O, martın 5-də Bağdada gəlib, sonrakı günlərdə Mosul və Ərbilə gedib, Nəcəf şəhərində İraq şiələrinin lideri ayətullah Əli əl-Sistani ilə görüşüb.
Papa Fransisk hələ 2019-cu ildə İraqa getmək arzusunu dilə gətirmişdi, lakin pandemiya bu planın həyata keçməsinə mane olmuşdu.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...