THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Lukaşenko Rusiyadadır: Putinlə gələcək münasibətləri aydınlaşdıracaq

Siz buradasınız: Əsas səhifə »» Səfərlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12708
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 sentyabr 2020 – Newtimes.az

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasına səfərə gedib.

Sputnik Azərbaycan xəbər verir ki, prezident təyyarəsinin hava limanından qalxmasının videogörüntülərini "Pul Pervoqo" kanalı yayıb.

Bu, avqustun 9-da keçirilmiş prezident seçkisindən sonra Belarus liderinin Rusiyaya ilk xarici səfəri olacaq.

Öz növbəsində "Sputnik Belarus" prezidentin mətbuat xidmətinə istinadən bildirir ki, işgüzar səfər çərçivəsində Soçidə bazar ertəsi Belarus dövlət başçısı ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək və danışıqlar "təkbətək" formatda baş tutacaq.

"Liderlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyətini və inkişaf perspektivlərini, ittifaq münasibətləri mövzusunu, beynəlxalq problemləri və regiondakı vəziyyəti, qarşıya çıxan çağırışlara birgə reaksiya məsələlərini müzakirə edəcəklər", – məlumatda bildirilir.

Avqustun 9-da hazırkı Belarus lideri Aleksandr Lukaşenkonun qalib gəldiyi prezident seçkilərindən sonra Belarusda müxalifətin kütləvi etiraz aksiyaları başlayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...