THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Donald Trampın ilk xarici səfəri Səudiyyə Ərəbistanından başlayıb

Siz buradasınız: Əsas səhifə »» Səfərlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
222
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 may 2017 – Newtimes.az

ABŞ Prezidenti Donald Tramp ilk xarici turnesinin başlanğıc nöqtəsinə – Ər-Riyada gəlib. O, sabah İsrailə və Vatikana gedəcək, daha sonra Brüsseldə NATO-nun sammitində iştirak edəcək, həmçinin Siciliyada Yeddilik Qrupunun liderləri ilə görüşəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ağ evin başçısı Səudiyyə Ərəbistanına səfəri zamanı ölkə rəhbərliyi ilə əməkdaşlığın güclənməsi və münasibətlərin inkişafı məsələlərini müzakirə edəcək. Onun kral Salman bin Əbdüləziz Əl Səudla görüşü planlaşdırılır. Səudiyyə-Amerika sammiti "Birlikdə hədəfə çatacağıq” şüarı altında keçiriləcək. Tərəflər bir sıra məsələləri, əsasən iqtisadi və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər.

Donald Trampın Ər-Riyadda, həmçinin Fars Körfəzinin Ərəb Ölkələri Əməkdaşlıq Şurasının yüksək səviyyəli görüşü baş tutacaq. Sonradan bu görüşə 40 ərəb və müsəlman ölkəsi də qoşulacaq.

Müşahidəçilər ABŞ Prezidentinin bu səfərini təhlil edərkən, Səudiyyə Ərəbistanı Baş nazirinin ikinci müavini, müdafiə naziri şahzadə Məhəmməd bin Salman Əl Səudun Donald Trampı "müsəlmanların həqiqi dostu” kimi səciyyələndirdiyini xatırladırlar.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...