THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Baronessa Koksu ermənilərlə nə birləşdirir?

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4132
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 22 noyabr – Newtimes.az

Britaniyanın Lordlar Palatasının üzvü, Britaniya-Ermənistan parlamentlərarası dostluq qrupunun sədri Baronessa Kerolayn Koks hər zaman Azərbaycana qarşı yönələn çıxışları ilə diqqət çəkir. Bu yaxınlarda "Böyük Britaniya-Azərbaycan əlaqələri və onun Cənubi Qafqazdakı rolu" mövzusunda keçirilən debatlara da qatılan Koks iddia edib ki, Dağlıq Qarabağ ətrafındakı rayonların Ermənistan tərəfindən ələ keçirilməsi aqressiya aktı deyil, həyati zərurətdən irəli gəlib. Guya həmin rayonlar Azərbaycan tərəfinin Qarabağın şəhər və kəndlərini atəşə tutmasının qarşısını almaq üçün bufer zona kimi nəzarətə götürülüb.

Baronessa Koksun fikrincə, münaqişənin həlli cəhdlərinin nəticə verməməsinə səbəb Azərbaycanın düşmən siyasətidir. Ermənipərəst siyasətçi Ramil Səfərovun ekstradisiyasından narahat olduğunu bildirib, Britaniya hökumətinin bu məsələni sükutla qarşılamasını tənqid edib.

K.Koks sözlərinin davamında Avropa İttifaqının Azərbaycana ədliyyə və miqrasiya sistemində islahatlar aparması üçün 19,5 milyon avro ayırmasına da özüməxsus aqressiv münasibətini dilə gətirib. Azərbaycan kimi neft-qazla zəngin və varlı ölkəyə maliyyə vəsaitinin ayrılmasına etiraz edib.

Koksu narahat edən başqa bir məqam Azərbaycanın hərbi büdcəsini genişləndirməsi, müdafiə sahəsinə iri həcmdə vəsait ayırması, həmçinin, rəsmi Bakının ara-sıra dövlətin öz ərazilərini hərbi yolla müdafiə etmək hüququnu Ermənistana və dünyaya xatırlatmasıdır.

Bundan başqa, Baronessa çıxışında Azərbaycan hakimiyyətinə qarşı ittihamlarını davam etdirərək, Ermənistana səfər edən parlamentarilərin Qarabağa getməsinin qarşısını almaq üçün onlara adlarının "qara siyahı"ya salınacağı ilə bağlı Azərbaycandan hədələyici məktublar göndərildiyini söyləyib.

Digər bir açıqlamasında isə K.Koks Qarabağın ermənilərin tarixi vətəni olduğunu iddia edib, müharibə illərində erməni hərbçilərin Qarabağdakı Azərbaycan əhalisinə qarşı törətdiyi vəhşilikləri azərbaycanlı hərbçilərin adına çıxarmağa çalışıb, bölgədəki erməni sakinlərinin kütləvi qırğına məruz qaldığını söyləyib.

Göründüyü kimi, britaniyalı parlamentarinin bəyanatlarının azərbaycanlılara nifrətdən doğması, tamamilə birtərəfli və qərəzli xarakter daşıması tamamilə aydındır. Əslində, onun çıxışlarındakı məqamların demək olar ki, hər birinin əksi çoxdan sübuta yetirilib və dünyaya məlumdur. Dağlıq Qarabağın azərbaycanlıların qədim yaşayış məskəni olması, ermənilərin bölgəyə sonradan köçürülməsi, Xocalıdakı qətliamın soyqırımı kimi tanınması, münaqişənin həllinin uzanmasına məhz Ermənistan tərəfinin maraq göstərməsi, ərazisinin 20%-i işğal altında olan bir ölkənin müdafiə gücünü artırmasının tamamilə təbii olması bəlli məsələlərdir. Həmçinin, Azərbaycan tərəfi nəzarətindən kənarda olan işğal olunmuş ərazilərə icazəsiz səfərləri işğala dəstək kimi qəbul etdiyini və bu addımı atan şəxslərin Azərbaycanda arzuolunmaz şəxs elan ediləcəyini dəfələrlə açıq şəkildə bildirib və bunun üçün hansısa gizli məktublara ehtiyac yoxdur.

Əslində, K.Koks anti-Azərbaycan təbliğatını uzun illərdir ki, aparır və onun Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi, faktları təhrif etməsi heç də nadir hal deyil. Koks daim ermənipərəstliyi ilə seçilir və Ermənistanın xeyrinə qərarların qəbulu üçün hər zaman Britaniya hakimiyyətinə təsir göstərməyə çalışır.

Baronessa Koks özünü dünyada insan haqlarının müdafiəçisi, məzlumların ucalan səsi kimi tanıtmağa səy göstərir. 1991-ci ildən Qarabağdakı konfliktlə maraqlanan və münaqişə zonasına səfərlər etməyə başlayan, ümumilikdə, bölgəyə özünün dediyi kimi, 78 dəfə gələn Koks müharibədən əziyyət çəkən, yurdundan qovulan, əsir düşən azərbaycanlıların taleyi ilə heç zaman ciddi maraqlanmayıb. Əksinə, Baronessa əlinə düşən hər fürsətdə Azərbaycanı və Azərbaycan xalqını qaralayan, gözdən salmağa çalışan fikirlər səsləndirir, Ermənistan rəhbərliyinin və erməni lobbisinin yalanlarına uyğunlaşdırılan mövqedən çıxış edir. Onun anti-Azərbaycan fəaliyyəti təkcə ölkəmizə qarşı informasiya müharibəsi ilə məhdudlaşmır, o, müharibə illərində Azərbaycan ərazilərini işğal edən, yerli əhaliyə amansız divan tutan, misli görünməmiş vəhşiliklər törədən erməni hərbçilərinə "humanitar" yardımların göstərilməsini təşkil edib (bax).

Koksun insan haqları müdafiəçisi və siyasətçi kimi fəaliyyətinə qısa nəzər salmaqla onun Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə münasibətdə subyektiv və qərəzli yanaşmasının dərin köklərə malik olduğunu özünü göstərir.

Baronessa Koks yaradılmasında iştirak etdiyi bir sıra humanitar yardım və insan haqları təşkilatlarına rəhbərlik etməklə bərabər, keçmiş SSRİ alimi Andrey Saxarovun adını daşıyan və 2011-ci ilədək onun erməni mənşəli xanımının rəhbərlik etdiyi Fondun direktorudur. Olduqca mühafizəkar mövqeyi ilə tanınan siyasətçi 2006-cı ilədək Ümumdünya Xristian Birliyi təşkilatına da rəhbərlik edib, hazırda da qurumda əsas şəxslərdən biridir.

Baronessa Koksun gördüyü işlərə gəlincə, onun insan haqlarının müdafiəsi yönündə apardığı fəaliyyətin əsas etibarilə islamafobiyadan qaynaqlandığı özünü büruzə verir. Bunu təsdiq edən hadisələrdən biri odur ki, K.Koks 2009-cu ildə Lordlar Palatası qarşısında anti-islam xarakterli "Fitnə" filmini nümayiş etdirməsi üçün Niderlandın Azadlıq Partiyasının rəhbəri Geert Uayldersi İngiltərəyə dəvət etmişdi. Ölkə qanunvericiliyinə uyğun olaraq, hökumətin həmin şəxsi ölkəyə buraxmaması Koksun sərt təpki və ittihamları ilə qarşılanmışdı. Eyni zamanda, Koks, uzun illər boyunca fəaliyyət göstərdiyi Nigeriya, Sudan və digər Afrika ölkələrindəki, Cənubi Asiyadakı münaqişələrə daha çox dini təəssübkeşlik mövqeyindən yanaşaraq, əksər hallarda dini-etnik separatizmi dəstəkləmiş, kimin haqlı, kimin haqsız olmasını da dini yaxınlıq əsasında müəyyənləşdirmişdir.

Təsadüf deyil ki, onun bu mövqeyi Dağlıq Qarabağ münaqişəsinə münasibətində də özünü göstərir. Baronessa Koks mahiyyət etibarilə siyasi-etnik münaqişə olan Dağlıq Qarabağ probleminə ermənilərin dünyaya qəbul etdirməyə çalışdığı mövqedən, yəni dini münaqişə kontekstində yanaşır. Faktları saxtalaşdırmaqda, heç zaman baş verməyən hadisələri sanki dünən görübmüş kimi emosionallıqla təsvir etməkdə usta olan Koks, yəqin ki, erməni xalqı qarşısında göstərdiyi "xidmətlərə" görə layiqincə "qiymətləndirilir". Onun 2006-cı ildə Ermənistanın o zamankı prezidenti Robert Köçəryan tərəfindən "Mxitar Qoş" medalı ilə mükafatlandırılması da buna işarədir.

Şübhəsiz, ermənipərəst və anti-azərbaycançı mövqeyi Baronessa Koksu Ermənistan hökumətinin və erməni lobbisinin sevimlisinə çevirib. Bəs görəsən, xanım Koks uydurduğu yalanlara, cinayətkarları müdafiə etdiyinə görə bir hüquq müdafiəçisi kimi insanlıq qarşısında daşıdığı mənəvi-əxlaqi məsuliyyəti dərk edirmi?

Hülya Məmmədli

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...