THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Davamlı modernləşməyə və sosial rifaha xidmət edən islahatların müəllifi

Davamlı modernləşməyə və sosial rifaha xidmət edən islahatların müəllifi
11 iyul 2019

Dünyada elə bir xalq tapmaq çətindir ki, hansısa taleyüklü və mürəkkəb mərhələdə onun taleyində müstəsna rol oynamış, sabit və davamlı dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Belə seçilmiş liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Belə dahi şəxsiyyətlər yüksək mənəvi dünyaları ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə sidq-ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar. XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi obrazı da Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən üstün keyfiyyətlərinin canlı mənzərəsidir.

Azərbaycan-BMT əməkdaşlığı: tarix və müasirliyin vəhdətində

Azərbaycan-BMT əməkdaşlığı: tarix və müasirliyin vəhdətində
10 iyul 2019

Dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı (BMT) qlobal miqyasda ciddi rol oynayır. Müxtəlif sahələr üzrə problemlərin həll edilməsi, davamlı inkişaf məsələləri, dünya təhlükəsizliyi problemləri, elm, təhsil, mədəniyyət, iqtisadiyyat üzrə inkişafın özəllikləri bu təşkilat üçün müstəsna əhəmiyyət kəsb edir. Buna görədir ki, hər bir müstəqil dövlətin BMT ilə münasibətlərinə böyük önəm verilir. Azərbaycan-BMT münasibətləri 1993-cü ildən başlayaraq tamamilə yeni məzmunda inkişaf etməkdədir. XXI əsrin əvvəllərində dünya miqyasında müşahidə edilən mürəkkəb və sürətli geosiyasi dəyişikliklər BMT üzvlərinin bu təşkilatla münasibətlərinə də yeni çalarlar gətirib. O cümlədən Azərbaycan iqtisadiyyat, elm, təhsil, mədəniyyət, təhlükəsizlik, münaqişələrin həlli və sair məsələlərdə BMT ilə əlaqələrini yeni səviyyəyə yüksəldib. Aktual məsələlərlə bağlı təklif edilən proqramların həyata keçirilməsində daha aktiv mövqe tutub. Bütün bu məqamların fonunda Azərbaycan-BMT münasibətlərinin təkamülünün təhlili üzərində dayanmağa ehtiyac görürük.

Azərbaycan diplomatiyası: bir əsrlik inkişaf yolu

Azərbaycan diplomatiyası: bir əsrlik inkişaf yolu
09 iyul 2019

kifayət qədər mürəkkəb siyasi şəraitdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk gündən xarici siyasət məsələlərinə həssaslıqla yanaşmış, gənc müstəqil respublikanın beynəlxalq miqyasda tanıdılması, milli həqiqətlərin dünyaya çatdırılması, eləcə də qonşu və region dövlətləri ilə diplomatik münasibətlərin formalaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirmişdir. Bu hədəflərin reallaşdırılması üçün Cümhuriyyətin bütün yeni yaradılmış hökumət kabinetlərində xarici siyasət idarəsinin fəaliyyətinə xüsusi yer verilir, onun hərtərəfli təchizatı diqqət mərkəzində saxlanılırdı.

ABŞ-ın müstəqillik günü: İlham Əliyevin məktubunun əsas məqamları

ABŞ-ın müstəqillik günü: İlham Əliyevin məktubunun əsas məqamları
08 iyul 2019

İyulun 4-də Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 243-cü ili tamam olub. Bununla bağlı son 70 ildə ilk dəfə olaraq ABŞ Prezidenti meydandan xalqa müraciət edib, hərbi parad keçirilib. Dünyanın müxtəlif ölkələrinin başçıları da ABŞ rəhbərliyinə təbrik məktubları ünvanlayıblar. Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Donald Trampa ünvanladığı məktub böyük marağa səbəb olub. Bundan öncə Azərbaycanın milli bayramı münasibətilə ABŞ Prezidenti də İlham Əliyevə məktub göndərmişdi. Ekspertlər Azərbaycanın dövlət başçısının hansı məqamları ifadə edəcəyini maraqla gözləyirdilər. Azərbaycan rəhbərinin məktubunda ifadə edilən tezislər bu suala tam dolğun cavab verməyə imkan yaradır. Eyni zamanda, İlham Əliyevin məktubunun fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın D.Trampı təbriki süni görünür. Erməni lider, faktiki olaraq, heç bir konkret faktdan bəhs edə bilmir. Ümumi gəlişigözəl fikirlər söyləyir ki, onların arxasında konkret bir məna dayanmır. Bu fikirlərin prizmasından D.Trampa Prezident İlham Əliyevin ünvanladığı məktubun maraqlı məqamları üzərində geniş dayanmağa ehtiyac görürük.

Yeni geosiyasi qüvvə: Türkiyə-Çin əməkdaşlığı inkişafda

Yeni geosiyasi qüvvə: Türkiyə-Çin əməkdaşlığı inkişafda
04 iyul 2019

Hazırda dünyada geosiyasi proseslər daha mürəkkəb və daha təhlükəli polimorf transformasiyalar şəraitində cərəyan edir. Xüsusilə, böyük dövlətlər arasında münasibətlərdə yeni risklər meydana gəlir. Hər kəs bilir ki, ABŞ-Rusiya, ABŞ-İran, ABŞ-Çin münasibətləri kifayət qədər gərgindir. Onların, bütövlükdə, bəşəriyyət üçün təhlükələr yaratdığı da sirr deyil. Bu səbəbdən, "Böyük iyirmilər"in (G20) Osaka sammitinə ümid çox idi. Orada ikitərəfli danışıqlar formatı da diqqət mərkəzində olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiya və Çin rəhbərliyi ilə geniş müzakirələr aparıb. Yaponiyada Şinzo Abe ilə ayrıca görüşdükdən sonra, Çinə səfər edən Türkiyə dövlət başçısı Pekində olduqca əhəmiyyətli razılaşmalar əldə edib. İki ölkə, demək olar ki, bütün sahələrdə layihələr realaşdırmaqla bağlı ortaq fikrə gəliblər. Buraya iqtisadiyyat, energetika, nəqliyyat, ticarət, müdafiə və hərbi sənaye də daxildir.

Cənubi Qafqazda geosiyasi dəyişikliklər: Con Bolton Ermənistana qarşı

Cənubi Qafqazda geosiyasi dəyişikliklər: Con Bolton Ermənistana qarşı
03 iyul 2019

İnformasiya müharibəsi dövründə, təbii ki, müəyyən məqsədlər naminə hansısa fikri ictimai şüura yeritmək cəhdləri ola bilər. Böyük dövlətlərlə bağlı bu aspektdə absurd fikirlərin səsləndirilməsi də mümkündür. Lakin indiki həssas geosiyasi məqamda ictimai rəyin manipulyasiyasının fəsadları istisna deyil. Bu baxımdan, erməni ekspertlərin ortaya atdıqları bəzi iddiaların arxasında hansı təhlükəli nüansların dayandığını anlamağın faydası vardır. Bütövlükdə, informasiya müharibəsində inandırıcı görünmək üçün həm nüfuzlu şəxslərin adından istifadə edilir, həm də yayılan informasiyalara gizlilik donu geydirilməyə cəhd edilir. O da məlumdur ki, bu prosesdə yalanlar gec və ya tez ifşa olunur. Ancaq o da həqiqətdir ki, bir çox hallarda ictimai rəy məqsədli şəkildə yanlış istiqamətlərə yönləndirilir.

Qlobal güclər: yeni münasibətlər mərhələsinə keçid

Qlobal güclər: yeni münasibətlər mərhələsinə keçid
02 iyul 2019

Siyasi təhlilçilər dünyanın böyük gücləri olan ABŞ, Rusiya və Çin arasında münasibətlərdə dəyişikliklərin müşahidə edildiyindən yazırlar. Osakada "Böyük iyirmilər" (G20) qrupunun sammitində ifadə edilən fikirlərin işığında bu iddia maraqlı görünür. Orada Amerika, Rusiya və Çin rəhbərləri düşündürücü mesajlar veriblər. Onların sırasında V.Putinin liberalizm haqqında dedikləri daha çox əks-səda doğurub. D.Tramp da Çinlə ticarət müharibəsinin sona çata biləcəyi barədə fikir bildirib. O, ayrıca, Çin mallarına əlavə verginin tətbiq edilməyəcəyini bəyan edib. Türkiyə haqqında da ədalətli fikirlər ifadə edib. Amerika Prezidenti, faktiki olaraq, Vaşinqtonun Yaxın Şərqin bu böyük dövlətinə qarşı haqsız davrandığını və öz səhvini aradan qaldırmalı olduğunu ifadə edib. Bunlardan Vaşinqton administrasiyasının xarici siyasətdə müəyyən düzəlişlər etdiyi barədə fikir formalaşır. Onların prizmasından ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərinin dinamikasının geosiyasi konteksti maraq kəsb edir.

Ermənistanın seçimi: qeyri-müəyyənlik yeni mərhələdə

Ermənistanın seçimi: qeyri-müəyyənlik yeni mərhələdə
30 iyun 2019

Ekspertlər Ermənistanda son dövrlərdə müşahidə edilən proseslərin geosiyasi qiymətləndirilməsində ziddiyyətli məqamların mövcudluğunu vurğulayırlar. Konkret olaraq, R.Koçaryanın yenidən həbs edilməsi və AŞPA-da Rusiya məsələsinin müzakirəsi zamanı erməni deputatların müəmmalı davranışı fonunda müxtəlif proqnozlar irəli sürülür. Hesab edilir ki, rəsmi İrəvan konstruktiv və reallığa uyğun hərəkət etmir. Bunun mümkün nəticələri kimi Ermənistanın daha ciddi geosiyasi təcrid vəziyyətinə düşməsi göstərilir. Daxildə isə proseslərin gərginliyi artdıqca sosial partlayışın mümkünlüyü istisna edilmir. Bütün hallarda Ermənistanda siyasi böhranın dərinləşməsi fonunda xarici siyasətdə qeyri-müəyyənliyin də yüksəldiyi müşahidə edilir.

Üç təhlükəsizlik şefinin Qüds görüşü: ziddiyyətli məqamların gizli və aşkar tərəfləri

Üç təhlükəsizlik şefinin Qüds görüşü: ziddiyyətli məqamların gizli və aşkar tərəfləri
29 iyun 2019

Qüdsdə Rusiya, ABŞ və İsrail nümayəndə heyətlərinin görüşü az qala ən böyük sensasiya kimi təqdim edilir. Lakin hadisəni şişirdənlərin özləri də yekdil mövqedə deyillər. Bir qrup bəzi prinsipial məsələlərdə razılığın əldə edildiyini, digərləri isə əksini iddia edirlər. Hər iki yanaşmada informasiya savaşının əlamətləri özünü göstərir. Bu da başadüşüləndir, çünki müzakirə obyekti geosiyasi baxımdan çox həssasdır və çox sayda dövlətin maraqları ilə kəsişir. Buna baxmayaraq, əlbəttə, Qüdsdə iştirakçılar müəyyən məsələləri müzakirə ediblər və ya ən azından fikir mübadiləsi aparıblar. Problemin bu aspektinin analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

Narahat Gürcüstan: riskli ssenarilər ehtimalı artır

Narahat Gürcüstan: riskli ssenarilər ehtimalı artır
28 iyun 2019

Gürcüstan parlamentində Rusiya Dövlət Dumasının deputatı ilə bağlı meydana gələn qalmaqal getdikcə genişlənir. Artıq gürcü müxalifəti küçələrə çıxaraq hökumətin istefasını tələb edir. İnsanlar parlament binasının qarşısına toplaşaraq radikal çağırışlar edirlər. Qərb dövlətlərinin bu ölkədəki səfirləri də narahatdırlar. Bir sıra müxalif siyasi qüvvələr daha kütləvi aksiyalara başlamağa səsləyirlər. Etiraz edənlər polisə qarşı sərt davranırlar. Gürcüstan Prezidenti Salome Zurabişvili bu cür vəziyyətin yaranmasında Moskvanı ittiham edib. Bütün bu hadisələrin fonunda bütövlükdə Cənubi Qafqazda geosiyasi mənzərənin necə dəyişə biləcəyi məsələsi daha da aktuallaşır. Həmin kontekstdə Gürcüstanda müşahidə edilən proseslərin geosiyasi təsiri üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...