THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ərəb baharı, yoxsa dramı? 8 fakt və 7 fəlsəfi sual

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4759
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Şərqdə ilk dünyəvi, demokratik respublikanın elan edilməsinin 95 illiyi münasibətilə "Newtimes.az” portalının kecirdiyi məqalə müsabiqəsi üçün təqdim olunur.

Bakı, 15 noyabr 2012 – Newtimes.az

Yəqin "dram” tam uyğun söz deyil və əlbəttə ki, bu hadisələri bahar adlandırmaq olmaz. Və bəlkə də "fəlsəfi suallar” təvazökar səslənmir. Lakin milyonlarla teleseyrçilərin gözü qabağında hər gün Yaxın Şərq xalqlarının faciəsi baş verir və bu insanı düşündürməyə vadar edir. Vəziyyətə hətta gözucu baxış bir xüsusiyyəti açıqlayır – regionda vətəndaş çaxnaşmalarının genezisində (yaranmasında) və inkişafında aydın kimi görünən lokal faktlar universal xarakterli suallarla yanaşı durur.

Əvvəla aydın adlandırdıqlarımız barədə.

1. Ben Əli, Mübarək, Saleh, Qəddafi, Əsəd kimi avtoritar rəhbərlər onilliklərlə hakimiyyətdə olduqlarına rəğmən bu və ya digər səbəblərdən öz hakimiyyətlərinin legitimliyinin davamlı əsaslarını yarada bilmədilər.

2. Bu ölkələrdə cəmiyyətin böyük hissəsinin hakimiyyətə qarşı çıxışı baş vermişdir. Suriyanı NATO təyyarələri bombalamır, lakin Əsəd qoşunları ölkənin yarısına nəzarət edə bilmir. Bu bir nəzəri faktdır ki, üsyançıları xarici qüvvələr dəstəklədiyinə görə vətəndaş müharibəsi "vətəndaş müharibəsi” keyfiyyətini itirmir.

3. Hadisələr ardıcıl surətdə, ölkədən ölkəyə cərəyan edir, növbəti ölkəyə keçid zamanı əvvəlki ölkə media işıqlandırmasından itir. İnqilablar kasıb və avtoritar "respublikalarda” baş verir, neft monarxiyalarında məsələ hələ ki yerli narazılıqlarla məhdudlaşır.

4. Demək olar ki, əksər hallarda hakimiyyət uduzur. Əgər bu Mübarək və yaxud Ben Əli kimi Amerika tərəfdarı olan rəhbərlərdisə, kapitulyasiya daha tez baş verir. Lakin bütün hallarda hakimiyyət dəyişikliyi stabilləşmə ilə nəticələnmir, o ki qaldı demokratiyanın təşviqi və sayır məsələlər. Xaos davam edir və yeni hakimiyyətə gəlmiş qüvvələr cəmiyyətin parçalanması və dövlətin dağılması təhlükəsi ilə üz-üzə qalırlar. Belə söyləmək mümkündürsə, "sirli fələk” yeni hakimiyyətə demokratiyanı qurmağa imkan vermir.

5. Hakimiyyətin devrilməsindən sonra bərqərar olan yeni xaosu iki əsas məqamla səciyyələndirmək olar: ərazi-etnik əlamətə görə parçalanma, bu, xüsusən, ölkədə neft və qazın mövcudluğu halında aktualdır. O zaman neft yataqları ətrafında mərkəzdən müstəqil milli təsisatlar yaranır; sosial müstəvidə parçalanma, yəni müxtəlif sosial qruplar, dini cərəyanlar arasında ixtilaflar.

6. Qərb xalq üsyanlarının dəstəklənməsində müstəsna rol oynayır, lakin Yaxın Şərqdə demokratik dövlətlərin yaradılması barədə Qərbin bəyan etdiyi niyyətlər bir çox analitiklərin skeptisizmi ilə qarşılanır. Hesab edilir ki, demokratiya və insan haqları avtoritar rəhbərlərə təzyiq göstərmək üçün Qərbin istifadə etdiyi alətlərdi. Bu kontekstdə bütün regionun yenidən bölüşdürülməsindən və Yaxın Şərq rejimlərinin dəyişdirilməsi barədə Amerikada "Böyük Yaxın Şərq” adlı bir planın olmasından danışılır.

7. Sui-qəsd nəzəriyyələri çərçivəsində ərəb inqilablarının təhriki və dəstəyi Qərbin 3 həyati əndişəsi ilə əlaqələndirilir – dünya iqtisadi böhranı, müsəlman və rus "təhlükəsi”. Bu digər dövlətlərin destabilizasiyası vasitəsilə öz böhranından çıxmaq, müsəlman sivilizasiyasının qarşısını almaq və Rusiyaya təzyiq göstərmək cəhdləri kimi başa düşülür.

8. Regionun əksər dövlətləri Qərbin hərəkətlərini təqlid edir və problemli ölkələrdə etiraz nümayişlərini dəstəkləyirlər. Lakin 2 dövlətin mövqeyi bu ümumi mənzərə ilə dissonans təşkil edir – İran və İsrail. İran heç də "ərəb baharından” vəcdə gəlməmişdir. Dini faktor da mühüm rol oynayır və bu xüsusilə İranın Bəhreyn və Suriya hadisələrinə fərqli münasibətində özünü büruzə verir. İsrail isə ərəb hadisələrini həvəssiz şərh edir və ümumiyyətlə elə təəssürat yaranır ki, bu ölkə öz bilavasitə qonşularından daha çox İranla məşğuldur.

Yaxın Şərqdə cərəyan edən hadisələrin əsas determinantları bunlardır. Lakin onlar "Sonra nə olacaq?” və xüsusilə də "Nə etməli?” kimi klassik suallara məqbul cavab vermirlər. Bəlkə də ona görə ki, daha konkret, ancaq elmi baxımdan hələ də dürüst ifadə edilməmiş suallar mövcuddur:

1. Niyə onilliklərlə qurulan rejimlər, olsun ki avtoritar tipli, kağızdan düzəldilmiş qəsrlərə bənzəyir – tez və cırıltı ilə dağılırlar?

2. Niyə Misirdə və ya Suriyada cəmiyyətin bir hissəsi içində daxili etirazını gizlədərək illərlə hakimiyyətə passiv və gizlin müxalifətdə yaşayırdı? Problem yalnız pis iqtisadiyyat, yoxsulluq, savadsızlıq və hakimiyyətin avtoritar təbiətindədirmi? Normal imkanı olan intellektualların, orta təbəqənin mətbəx müxalifətinə keçidini nə şərtləndirdi və onlar necə dini fanatiklərlə ortaq dil tapdılar?

3. Narazıların Qərb tərəfindən dəstəklənməsi hakimiyyətin taleyini həll edən yeganə səbəb idimi? Cavab "yox”dursa, o zaman niyə illərlə yatan cəmiyyətlər birdən və birlikdə oyandılar? Niyə etirazların gücü xaricdən gələn bəyanatlarla sinxron artırdı?

Cavab müsbətdirsə, o halda insanların ağıl və ürəklərinə Qərbin ovsunlu təsirinin fenomeni nədən ibarətdir? O fenomenin ki, onun təsiri altında irrasional hərəkətlər görülür və bu hərəkətlər heç də demokratiya və rifahla nəticələnmir.

4. Əgər bu doğrudan da belədirsə, iqtisadi böhrandan çıxış üçün Qərb hansı üsullarla kasıb Şərq ölkələrindəki iğtişaşlardan yaralanmaq fikrindədir? Tələbin azalması və inkişafı əngəlləyən texnoloji baryerlər kimi qlobal struktur problemlərin həllində geridə qalmış ölkələrin dağıdılması necə yardım edə bilər?

5. Niyə Qərb tərəfindən dəstəklənmiş üsyanlar nəticəsində bir sıra hallarda hakimiyyətə "islamçılar” gəlir və Qərbə qarşı bəyanatlarla çıxış etməyə başlayırlar?

6. Regional güc mərkəzlərinin mövqeləri nə dərəcədə bu dövlətlərin əsl maraqlarını əks etdirir və nə dərəcədə onlar xarici təsirdən asılıdırlar? "Ərəb baharı”nın bu dövlətlərdə davam etməsi ehtimalı varmı?

7. Mübarək və digərləri nəyi düzgün etmirdilər, onların əsas səhvləri nədən ibarətdir? Demokratik hüquq cəmiyyətinin çox gec qurulmasında idimi bu səhv? Qərb demokratiyasının (ayrı demokratiya növü hələ ki dünyada yoxdur) Şərq ölkələrində inşası ümumiyyətlə mümkün idimi? Əgər mümkün deyildisə, onlar nə etməli idilər ki bugünkü fəlakətlər baş verməsin?

Ayaz Qədirov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...