THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Əbədi olmayan dünyada heç nə əbədi deyil

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7154
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 noyabr – Newtimes.az

Ermənistan düşünür ki, hər zaman ona dəstək olan xarici qüvvələr daima onların arxasında duracaq. Lakin unutmaq olmaz ki, bu həyatda heç nə əbədi deyil və hər şeyin bir başlanğıcı olduğu kimi bir sonu da var.

Beynəlxalq ictimaiyyət hər şeyi çox gözəl bilir və anlayır. Ancaq təəssüflər olsun ki, müasir dövrdə beynəlxalq hüquq heç də sənədlərdə təsbit edildiyi kimi həyata keçirilmir və çox zaman böyük dövlətlərin geosiyasi maraqlarının qurbanı olur. Əgər siz bu idarəçilikdə ədalət prinsiplərinə riayət etməyəcəksinizsə, xalqın, idarə etdiyiniz qurumun, təşkilatın və ya cəmiyyətin maraqlarını hər şeydən üstün tutmayacaqsanızsa onda gələcəyinizi necə təsəvvür edirsiniz? Məhz bu sualla İrəvan hakimiyyətinə müraciət etmək istərdim.

Tarixən ermənilər gördüm, bəyəndim, mənimdir, özümünkiləşdirim siyasətini yeritməkdədir. Onlar həmişə özlərinin olmayan hər bir şeyə maraq göstərmişlər və hətta çox böyük bir peşəkarlıqla bunu elə təqdim etmişlər ki, hamı müəyyən mənada onların bu fikirləri ilə razılaşsın.

Qondarma “erməni soyqırımı” məsələsini daima gündəmə gətirərək beynəlxalq ictimaiyyətin diqqətini özlərinə yönəltməkdən və istəklərinə nail olmaq üçün bütün çirkin əməllərə əl atmaqdan belə çəkinməmişlər. Sanki dünyada bunlardan başqa heç kim yaşamır və hər kəs ancaq bunların məslələri ilə məşqul olmalıdır. Bəs Xocalıda erməni təcavüzkarları tərəfindən həyata keçirilən soyqırım necə olacaq? Həmin o Ermənistana himayədarlıq edənlər tərəfindən buna niyə zamanında diqqət yetirilməmiş və göz yumulmuşdur? Terror və terrorla mübarizə 2001-ci il 11 sentyabr tarixində ABŞ-da göydələnlərə edilmiş hücüm hadisəsindən sonra dünyada daha da aktual bir məsələyə çevrilmişdir. Bu gün hamı terror və terrorun qurbanlarından danışır, bir çox dövlət öz xarici siyasətini hətta terrorla mücadələyə həsr etməyə hazırdır. Haqlıdırlar. Terror həqiqətən hec bir formada qəbul ediləsi bir şey deyildir. Bəs 1992-ci ildə erməni terrorçuları tərəfindən Xocalıda edilən qətliamı niyə beynəlxalq ictimaiyyət görmürdü? Niyə bu hadisəyə layiqli qiymət verilməmişdir? Niyə erməni şovinistləri və ideoloqlarının bu cinayətləri ifşa edilmədi? Deməli belə görünür ki, həqiqətən də erməni yalanları, fırıldaqlıqları beynəlxalq hüququn bütün norma və prinsiplərindən üstün tutulur.

Ermənilərin törətdikləri azmış kimi, onlar artıq qonşu dövlətlərin və xalqların torpaqlarına, mədəniyyətlərinə, tarixlərinə belə göz dikməyə başlamışlar. Erməni işğalçıları tərəfindən Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan öz ata-baba torpağından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Bax budur əsl terror. Böyük dövlətlər beynəlxalq hüququ əllərində bayraq edərək istədikləri ölkələrə hərbi kontingent yeridirlər, istədikləri ölkədə daxili vəziyyətə müdaxilə edirlər, ancaq məsələ erməni qəsbkarlığına, erməni terroruna, erməni qəddarlığına gəldikdə beynəlxalq hüququn norma və prinipləri gücsüz qalır.

Ermənistana dəstək verənlər, onları hərbi sürsatla təmin edənlər bunun hansı fəsadlara gətirib çıxaracağını görmürlər? Bu dəstəyin arxasında Ermənistanı düşünənlərdən daha çox öz geosiyasi maraqlarını düşünənlər çoxluq təşkil edir.

Bəli, ola bilsin sən bu gün kimlər üçünsə tərəfdaş, müttəfiqsən. Ancaq ermənilər bilməlidirlər ki, bu tərəfdaşlıq da, müttəfiqlik də dünyada güc balansı titrəyən kimi dərhal dəyişikliyə məruz qalacaqdır. Bu gün müttəfiq olub eyni cəbhədə mübarizə aparanları tarix dəfələrlə bir-birinə qarşı cəbhələrə salmışdır.

Beynəlxalq tribunalarda, keçirdikləri görüşlərdə Ermənistan rəsmiləri vətəndaşlarının hüquqlarının pozulmasından, müharibənin ağır fəsadlarından, regionda sabitliyin olmamasından danışırlar və üstəlik bütün bunlarda Azərbaycanı günahlandırırlar. Axı Ermənistanda yaşayan ermənilərin hüquqlarını, regionda sabitliyi kimlər pozur? Ölkədə əhalinin yaşayış səviyyəsinin aşağı olmasının, işsizliyin, söz azadlığının olmamasının, ölkənin xarici borcunun artmasının, vətəndaşların respublikanı tərk etmələrinin, siyasi çəkişmələrin, regionda sabitliyin pozulmasının əsas günahkarı məhz təcavüzkar siyasət aparan Ermənistan hakimiyyətidir.

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna xələl gətirmək üçün ermənilər xaricdəki himayədarlarının dəstəyilə müxtəlif vasitələrə əl atırlar. Hovard Berman və Bred Şerman bu yaxınlarda Konqresə keçiriləcək seçkilərdə erməni diasporunun səsini qazanmaq üçün Azərbaycanın ünvanına çirkin ittihamlar səsləndirmişlər. ABŞ hokumətini və NATO-nu Azərbaycanla əməkdaşlığı dayandırmağa çağırırlar. Azərbaycanın beynəlxalq hüququn heç bir norma və prinsiplərini pozmadan əldə etdiyi silah-sürsatla bağlı, eyni zamanda Azərbaycana göstərilən maddi yardımla bağlı etirazlarını səsləndirmişlər. Bütün bunların düzgün olmadığını deyərək, bu yardımların dayandırılmasını tələb etmişlər. Məgər bu konqresmenlər Ermənistana edilən maddi yardımları, Azərbaycana edilən maddi yardımlardan dəfələrlə artıq olan, İrəvanın dolayı yollarla “dost dövlətlərdən” əvəzsiz şəkildə əldə etdiyi silah-sürsatı görmürlər? Təbii ki, görürlər. Lakin erməni diktəsi ilə addım atan bu şəxslər bu məsələyə sanki gözlərində günəş eynəyi ilə baxırlar. Onlar bilərəkdən dünyada artıq tanınmış erməni ikiüzlüyünün, yalanının əsasında səhnəyə qoyulmuş bir tamaşanın baş rol ifaçılarına çevrilmişlər. Amma hər bir kəs, həmçinin ermənilər də çox gözəl bilirlər ki, bu tamaşanın sonu məhz onlar üçün faciə ilə bitəcəkdir.

Dünya dəyişdiyi kimi, dövlətlərin maraqları da dəyişəcəkdir. Bu zaman tərəfdaşlar da, müttəfiqlər də dəyişəcək. Yalan üzərində qurulmuş bir dövlətin nə keçmişi olar, nə də ki, gələcəyi. İrəvan rəhbərliyi bunu çox gözəl anlayır və hər növ vasitələrlə öz xalqını aldatmağa, onlara gələcəklə bağlı ümidlər verməyə davam edir. Bu məkrli oyunun, yalanın iştirakçısı olmaq istəməyənlər isə başlarını götürərək xaricə üz tutaraq ölkəni tərk edirlər.

Ölkə iqtisadiyyatının acınacaqlı vəziyyəti açıq aydın görünür. Bu yaxınlarda Ermənistan ölkənin çox vacib orqanlarından biri olan Xarici İşlər Nazirliyinin binasının satılması haqda məlumatlarla gündəmə gəlmişdir. Bəzi analitiklər hesab edirlər ki, bu yolla İrəvan rəhbərliyi yeni binanı daha ucuz inşa etdirə biləcək və yerdə qalan pulu isə erməni xalqının “rifahı” üçün xərcləyəcək. Görəsən bu insanlar nə zaman yuxudan oyanacaqlar? Əgər bir dövlət qazanc əldə etmək üçün öz XİN-nin binasını satırsa bu həmin dövlətin iflası deməkdir.

Sənin olan bir şeyi, sənin üçün dəyərli olan hər hansı bir kiçik əşyanı bütün həyatın boyu çalışırsan itirməyəsən. Çünki bu sənin üçün çox əhəmiyyətlidir. Ermənistanda isə dəyər verilən, əhəmiyyətli olan tək bir şey var, o da ki, hakimiyyəti itirməmək. Erməni rəhbərləri isə zaman-zaman bu məqsəd üçün bütün addımları ataraq özlərinin dövlətçiliyini başqalarının hesabına saxlamağa çalışırlar.

Asif Babayev

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...