THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın daxili ictimai-siyasi vəziyyəti

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4889
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 noyabr – Newtimes.az

Ermənistanda cari ilin may ayında keçirilən parlament seçkilərindən sonra daxili ictimai-siyasi vəziyyətdə nisbi sakitlik yaransa da, son zamanlarda yeni problemlər müzakirə edilməkdədir. Bu baxımdan daxili siyasətdə ortaya çıxan yeni dinamizmləri aşağıdakı kimi təsnif etmək olar:

-Ramil Səfərovun Azərbaycana geri verilməsindən sonra hökumətin çətin vəziyyətə düşməsi və bu məsələ ilə bağlı ictimaiyyətin hökumətə yönəlik təzyiqi;

-Çiçəklənən Ermənistan Partiyasından (ÇEP) deputat seçilən sabiq XİN rəhbəri Vardan Oskanyanın “Sivilatis” fondu vasitəsiylə çirkli pulların yuyulması və mənimsəməsi iddiası ilə bağlı olaraq Baş Prokurorun vəsadəti ilə deputat mandatının əlindən alınması;

-Ermənistan iqtisadiyyatının qarşılaşdığı problemlər və tənəzzülə uğraması;

-Ermənistanın Avrasiya Birliyinə qoşulması üçün Rusiyanın təzyiqlərini artırması paralelində bu ölkənin Avropa İttifaqı ilə iqtisadi və siyasi münasibətlərinin gələcək perspektivi;

-Rusiyadan aldığı təbii qazın qiyməti ilə bağlı Rusiya ilə müzakirələrin nəticələndirilməməsi və bu mövzunun ölkə daxilində müzakirə edilməsi;

-Suriya böhranından əziyyət çəkən Suriyəli ermənilərin Ermənistana gətirilməsi və yaxud Hələbdə onların təhlükəsizliyini qorumaq problemi;

-Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ölkədə cari ildə keçirilən parlament və gələn il keçiriləcək prezident seçkilərinin nə qədər demokratik olduğu və yaxud olacağı məsələsi;

-Dağlıq Qarabağ probleminin hələ də həll edilməməsi.

Bütün bu məsələlərin gündəmdə olmasının əsas səbəbi isə 2013-cü ilin fevral ayında Ermənistanda keçiriləcək prezident seçkiləridir. İkinci dəfə prezident olmağa iddialı olan Serj Sərkisyan yuxarıda sadalanan problemlərlə bağlı ictimai rəyi məmnun edən heç bir nəticə əldə etməmişdir. Belə ki, Ramil Səfərovun Azərbaycana geri verilməsindən sonra isterik vəziyyətə düşən Sərkisyan, tək çarəni Macarıstan ilə münasibətləri parlament səviyyəsində dayandırmaqda görmüşdür. Sərkisyan bu məsələnin prezident seçkiləri marafonunda rəqibləri tərəfindən ona qarşı istifadə edəcəyini çox gözəl bilir. Vardan Oskanyana yönəlik təzyiqlərin də Səfərovun Azərbaycana geri verilməsindən sonra arması da təsadüfi deyildi. Sərkisyan bununla ictimai rəyin diqqətini bu məsələdən yayındırmağa çalışmışdır. Eyni zamanda Oskanyan məsələsini qabartmaqla ən güclü müxalifət partiyasına qarşı təzyiqləri artıraraq digər kiçik siyasi partiyalara “mesaj” verməyə çalışır. ÇEP ən güclü və böyük maliyyə vəsaitinə sahib olan partiyadır. Oskanyanın deputat mandatı əlindən alındıqdan sonra Avropa İttifaqına üzv olan dövlətlərin Ermənistandakı səfirlərinin Oskanyanı dəstəkləyən mahiyyətdə bəyanatlar verməsi dolayısıyla ÇEP-ə verilən dəstək kimi də dəyərləndirilə bilər. Bu baxımdan ÇEP lideri Qaqik Çarukyan prezident seçkilərində namizəd olaraq Sərkisyanın qarşısına çıxarsa, Sərkisyanın saxtakarlıq etmə imkanı olduqca məhdudlaşır. Zira, Avropa İttifaqı prezident seçkilərinin daha şəffaf və demokratik keçirilməsi üçün Sərkisyana təzyiqlərini artıra bilər.

Sarkisyan son zamanlarda Rusiyanın Avrasiya İttifaqında iştirak etmə tələbi ilə bağlı ciddi bir dilemma qarşısındadır. Ermənistan Avrasiya İttifaqına üzv olarsa, Avropa İttifaqı ilə münasibətlərində ciddi problemlər yaşana bilər. Bu zaman Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bir çox layihə dayandırıla bilər. Avropa İttifaqı Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmağa çalışdığı bir zamanda Ermənistanın Avrasiya İttifaqına inteqrasiya olması onsuz da böhran vəziyyətində olan Ermənistan iqtisadiyyatında dərin izlər buraxa bilər. Rusiyanın Ermənistanı Avrasiya İttifaqına dəvət etdiyi və prezident seçkilərinin keçiriləcəyi ərəfədə bu ölkəyə satdığı təbii qazın qiymətinin qaldırılması məsələsini gündəmə gətirməsi də olduqca düşündürücüdür.

Daxili ictimai rəydə narazılıq doğuran bir məsələ də hökumətin Suriya ermənilərinə yönəlik siyasətinin qənaətbəxş olmamasıdır. Böhranın dərinləşdiyi ilk vaxtlarda “Armavia” hava yolu şirkəti Hələbə iki təyyarə göndərib bir neçə yüz ermənini ölkəyə gətirsə də, Suriya ermənilərinin böyük əksəriyyəti Hələbdə qalmağa məcbur olmuşdur. Hökumət Suriya erməniləri üçün sadələşdirilmiş viza xidmətini gündəmə gətirsə də, hələlik bunu həyata keçirməyib. Sərkisyanın Suriya ermənilərinə bu cür ögey münasibət göstərməsi xüsusilə diaspora erməniləri tərəfindən narazılıqla qarşılanır.

Gürcüstanda keçirilən parlament seçkilərində müxalifətin qələbə qazanması da Ermənistan müxalifətinin tələblərinin sərtləşməsinə səbəb oldu. Artıq müxalifət prezident seçkilərinin şəffaf və demokratik bir şəraitdə keçirilməsi üçün təzyiqlərə başlayıb. Müxalifət liderlərinin ABŞ və Avropa dövlətlərinin səfirləri ilə mütəmadi görüşməsi də Sərkisyanı narahat edir. Belə bir şəraitdə Sərkisyan komandasında parçalanma ehtimalı daha da artmaqdadır.

Sarkisyan prezident olduğu birinci beşillikdə Dağlıq Qarabağ probleminin həll edilməsi üçün lazımi siyasi iradə nümayiş etdirə bilmədi. Ermənistanın iqtidar və müxalifət siyasi elitası Qarabağ problemi həll olunmadan Ermənistanın sosial, siyasi, iqtisadi və təhlükəsizlik probleminin həll olunmayacağını bilir. Amma hökumət bu məsələnin həll olunması üçün radikal addım atmaqdan çəkinir. 20 ildən çoxdur Ermənistan ictimai rəyinə qondarma DQR-in “müstəqil” dövlət olduğunu təlqin edən hökumət, erməni xalqına  həqiqətləri deməyə cəsarət etrmir. Belə ki, həqiqəti demək istəyən Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyanın aqibəti hamıya məlumdur.

Yuxarıda ifadə edilən problemlərin məngənəsində sıxılan Sərkisyan 2013-cü il prezident seçkilərində qələbə çalmağa çalışır. Bunun üçün də ölkə daxili dinamizmləri lehinə dəyişdirmək üün bütün mümkün mexanizmlərdən istifadə etməyə çalışır. Buna baxmayaraq Sərkisyanın prezident seçkilərində ciddi problemlərlə qarşılaşacağı ehtimalı olduqca yüksəkdir.

Dr. Hatəm Cabbarlı

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...