THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Nobel sülh mükafatı: siyasi məqamlar

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7659
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 noyabr – Newtimes.az

Bugünlərdə beynəlxalq ictimaiyyət Nobel mükafatının yeni sahibləri ilə tanış oldu. Bunların arasında isə Avropa İttifaqının Nobel Sülh Mükafatına layiq görülməsi ən çox diskussiyaya səbəb oldu. Bu da həmin mükafatın hansı meyarlar əsasında verilməsi məsələsini gündəmə gətirdi.

Məlum olduğu kimi, Nobel ölümündən 1 il əvvəl, 1895-ci il noyabrın 27-də Parisdə özünün mәşhur vəsiyyətnaməsini tərtib etmişdir. Həmin vəsiyyətə əsasən, onun kapitalı etibarlı bir formada fonda toplanmalı və bu fondun gəliri hər il bəşəriyyətə ən böyük xidməti olan şəxslərə 5 əsas sahə üzrə verilməli idi. Belə ki, vəsaitin bir hissəsi fizika sahəsində ən böyük kəşfi və ya ixtiranı edən şəxsə, bir hissəsi kimya, bir hissəsi fiziologiya və tibb sahəsində ən böyük kəşf edən insana, bir hissəsi ədəbiyyat sahəsində ən gözəl əsəri yazan şəxsə verilməli idi.

Həmin vəsiyyətə əsasən, vəsaitin digər  bir hissəsi də millətlərarası qardaşlıq, silahların azaldılması və yaxud ləğvi və sülh üçün ən çox çalışan şəxsə verilməlidir.

Nobel öz vəsiyyətində bu mükafatların kim tərəfindən veriləcəyini də müəyyənləşdirmişdir: fizika və kimya sahəsində mükafatlar İsveç Elmlər Akademiyası tərəfindən, fiziologiya və təbabət sahəsində işlərə görə mükafatlar Stokholmdakı Karolina İnstitutu tərəfindən, ədəbiyyat üzrə mükafat Stokholm Akademiyası tərəfindən, sülh uğrunda mübarizəyə görə mükafat isə Norveç Stortinqinin seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən verilməli idi.

1901-ci ildən verilməyə başlayan Nobel Sülh Mükafatının indiyə qədər 124 laureatı olmuşdur ki, bunlardan 100-ü fiziki şəxs, 24-ü isə təşkilatdır (BQXK 3 dəfə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2 dəfə bu mükafata layiq görülüb).

Bu məsələnin görünən tərəfidir. Bu gün isə verilən sual ondan ibarətdir ki, görəsən Nobel Sülh Mükafatına təqdim olunan və layiq görülən şəxslər həqiqətən də Nobelin nəzərdə tutduğu meyarlara cavab verirmi? Nobel özü sağ olsaydı, mükafatının bu şəxslərə verilməsini istərdimi? Məncə istəməzdi.

Necə ki, mən istəmirəm. Yəqin ki, bəziləri deyə bilər ki, sənin istəyib-istəməməni soruşan da yoxdur. Ancaq bu doğru deyil və bu heç kəsə qəribə gəlməsin. Elə bir nöqteyi-nəzərdən, Nobelin ona-buna payladığı həmin pulların bir hissəsi Bakı neftindən əldə edilən pullardır. Nobelin özü vəsiyyətnaməsində ifadə etməsə də, onun ailəsi, bu pulların bir hissəsini Azərbaycanda qazanıb və bir Azərbaycanlı olaraq vətənimin zənginliklərindən əldə edilən gəlirlərin kimlərə paylanmasına qərar verilməsində mənim də fikir söyləməyə mənəvi hüququm çatır.

Düzdü, sevindirici haldır ki, münsiflər heyəti bir zamanlar Hitler, Stalin, Mussolini kimi namizədliyi təqdim olunan şəxslərə “yox” cavabı vermişdir. Elə Çerçil, Taft, Ruzvelt, Trumen, Adenauer, Nehru kimi tanınmış liderlərin də namizədliyinin təqdim olunmasına baxmayaraq, mükafatı ala bilməmişlər. Lakin SSRİ-nin dağılması müsbət hal olsa da, bu mükafatın Qorbaçov kimi şəxslərə hansı xidmətlərinə görə verilməsi müəmmalıdır və bu addım daha çox siyasi maraqlara xidmət etdi. Necə ola bilər ki, 5 dəfə təqdim olunmasına rəğmən, Mahatma Qandi kimi iyirminci əsrin ən böyük sülh tərəfdarlarından biri olan adama verilməyən mükafat ona verilsin? Axı o bəşəriyyət üçün nə edib? Eyni şəkildə, Yasir Ərəfat, Şimon Perez və İshaq Rabinə də mükafatın hansı əsasla verildiyi məlum deyildir. Axı İsrail-Fələstin münaqişəsinin həlli perspektivləri hələ də yoxdur. Eləcə də, Barak Obama. Axı vəsiyyətə riayət edilərsə, bu mükafat avans, həvəsləndirmə kimi verilə bilməz, əksinə, həyata keçirilmiş hər hansı bir xidmətin əvəzində verilməlidir. Əgər həvəsləndirmə kimi verilirdisə, o zaman niyə Qərbi Avropaya 44, Şimali Amerikaya 19, Afrikaya isə cəmi 6 mükafat düşüb? Tərsinə olsaydı daha stimulverici olmazdımı?

Belə halları görəndə, istər-istəməz yadıma Vyetnamlı siyasətçi Le Duc Tho düşdü. O, 1973-cü ildə müasir diplomatiyanın karifeylərindən hesab olunan Henri Kissincer ilə birlikdə Vyetnam müharibəsinin həlli istiqamətindəki müzakirələrdə göstərdikləri xidmətinə görə bu mükafata layiq görülsə də, mahiyyət etibarı ilə onu almaqdan imtina etmişdi. Elə fransız mütəfəkkir Jan-Pol Sartr da ədəbiyyat sahəsində ona verilən mükafatdan imtina etmişdir. Məncə bu hal həm Qorbaçov, həm Obama, həm də elə bu il Avropa İttifaqı üçün nümunə ola bilərdi.

Son zamanlar Nobel mükafatının verilməsinin siyasiləşməsinin şahidi oluruq. Nəinki, sülh mükafatı, eləcə də ədəbiyyat sahəsində verilən mükafatlar da demək olar ki, siyasi motivlərə görə verilir. Mükafatı alan şəxs ya gərək hədəf seçilən ölkənin dissidenti olsun (bir zamanlar Pasternak, Solyenitsin, Brodski kimi sovet dissidentlərinə, daha sonra isə Qrass, Fo, Saramaqo kimi ABŞ-i sevməyənlərə), ya da ki, hansısa meyara görə kiməsə və nəyəsə bağlı olsun. Yoxsa necə ola bilər ki, bir zamanlar Tolstoy, Çexov, Zola, Prust, Tven kimi namizədlərə verilməyən mükafat, bu gün Orhan Pamuka verilir?

Bu da bizə onu söyləməyə əsas verir ki, Nobel komitəsi özünün əbədi missiyasını tamamən unudub. Yavaş-yavaş yuvarlanaraq, deyəsən heç özü də bilmədən geosiyasi ambisiyaların girovuna çevrilib. Lakin bununla belə, komitə özünü elə aparır ki, onun səmimiliyinə heç bir şübhə qalmasın. Amma, təəssüflər olsun ki, dünyanın bir nömrəli mükafatı artıq özünün dəyərini və reytinqini riyakarlıqla,yarınmaqla saxlamaq istəyir.

Əgər bu mükafat Avropa İttifaqına 10 il əvvldə verilsəydi, yenə də inandırıcı olmazdı. İndi Aİ-nin ən böhranlı dövrüdür. Əgər söhbət sülhdən gedirsə, Asiyanın elə ölkələri vardır ki, illərdir müharibə etmir. Avropa İttifaqı isə hər hansı bir münaqişənin həllinə töhfə verə bilməyib. Qonşuluğunda yerləşən münaqişə ocaqlarının alovunu söndürə bilməyib. Elə uzağa getməyək, Cənub Qafqaz bunun əyani nümunəsidir. Bu təşkilat bu gün daha çox geosiyasi qurum kimi fəaliyyət göstərir. Onu saxlayan da geosiyasi ambisiyalardır.

Təsadüfi deyildir ki, Çex Respublikasının prezidenti Vatslav Klaus Nobel mükafatının bu sahədə verilməsini faciəvi səhv adlandırmiş və belə addımların Nobel mükafatını dəyərdən saldığını bildirmişdir.

Dr.Turab Qurbanov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...