THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Beynəlxalq Böhran Qrupunun üç "proqnoz"u: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi kimlər üçün "risk"dir?

Beynəlxalq Böhran Qrupunun üç "proqnoz"u: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi kimlər üçün "risk"dir?
14 may 2018

Müxtəlif "beyin mərkəzləri" dünyada baş verən ciddi geosiyasi proseslər haqqında təhlillər aparır və proqnozlar verməyə çalışırlar. Bu cür yazılarda müəyyən faydalı fikirlər ifadə edilir. Lakin bir sıra hallarda bəzi dairələr öz niyyətlərini obyektiv reallıq kimi qələmə verməklə insanları çaşdırmağa cəhd edirlər. Beynəlxalq Böhran Qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı son hesabat-məruzə də bu qəbildəndir. Orada müəllif münaqişə ilə əlaqəli üç mümkün ssenaridən bəhs edir. İlk baxışdan obyektiv təhlil təsiri bağışlayan məruzəyə daha diqqətlə yanaşdıqda, ortaya başqa məqamlar çıxır. Onlar üzərində daha geniş dayanmağa ehtiyac görürük. Çünki Azərbaycan haqqında yanlış təsəvvürlər formalaşdırmaq kimi bir məqsədin olduğunu duyuruq.

"Erməni inqilabı": mif və reallıq

"Erməni inqilabı": mif və reallıq
11 may 2018

Hazırda Ermənistanda baş verən siyasi hadisələrə iki səviyyədə baxmaq olar. Birincisi, vassal, forpost dövlətin daxili sosial, siyasi və iqtisadi reallıqları aspektində. İkincisi, regional və qlobal geosiyasi proseslərin dinamikası kontekstində. Bu iki baxışı vahid məntiqi düzənə gətirmək mümkün olsa, onda Cənubi Qafqazın bu qondarma dövlətində nələrin baş verdiyinin həqiqi üzünü görə bilərik. Hətta qısa təhlil göstərir ki, erməni siyasi şüurunda heç bir dəyişiklik yoxdur. Demokratiyadan isə söhbət gedə bilməz. Çünki iqtisadiyyatı, siyasəti və təfəkkürü kölə vəziyyətində olan cəmiyyətin demokratikləşməsi imkansızdır. Erməni şüuru isə əsrlərdir ki, kənar ssenarilər üzrə siyasiləşib. Bu səbəbdən Paşinyan da erməni ssenarisi deyil. Ermənistana ağalıq edənlərin yeni bir oyunudur. Bunun üzərində bir qədər geniş dayanmaq istərdik.

Ulu Öndərin 95 illik yubileyi: tarixlə müasirliyin işığında

Ulu Öndərin 95 illik yubileyi: tarixlə müasirliyin işığında
08 may 2018

Heydər Əliyev müasir Azərbaycan tarixinin əvəzolunmaz şəxsiyyətidir. Ulu Öndərin 95 illik yubileyi bütün xalq üçün böyük əhəmiyyət daşıyan hadisədir. Heydər Əliyev elə bir dövlət xadimi və siyasətçidir ki, daim fəaliyyəti öyrəniləcək və müstəqil dövlət quruculuğu prosesində Ümummilli Liderin zəngin təcrübəsindən bəhrələniləcək. Ulu Öndərin həyat fəaliyyətinin, siyasi kursunun, diplomatik peşəkarlığının, müstəqil və demokratik dövlət quruculuğunun incəliklərini hələ çox tədqiq etməliyik. Azərbaycan dövlətinin və xalqının bu gün əldə etdiyi nailiyyətlər işığında da Ulu Öndərin irsinin nə dərəcədə əhəmiyyətli olduğu bir daha aydın olur. Çünki dövlət quruculuğunun bütün istiqamətləri üzrə əldə edilən nailiyyətlərdə Heydər Əliyevin birbaşa imzası vardır. Məhz onun ideyalarının həyata keçməsi sayəsində Azərbaycan müstəqillik yolunda inamla addımlamaqdadır. Bu bağlılıqda bir daha Heydər Əliyevin fəaliyyətinin bir sıra məqamlarına yenidən təhlili nəzər salmaq zərurəti mövcuddur.

Çirkin oyunun yeni fraqmenti: AŞPA iftira kampaniyasının əsirliyində

Çirkin oyunun yeni fraqmenti: AŞPA iftira kampaniyasının əsirliyində
07 may 2018

Bilirik ki, Azərbaycan müstəqil dövlət quruculuğunda hər yeni uğur qazandıqca, bir sıra dairələr bundan bərk narahat olur, imkanları daxilində Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa çalışırlar. 2018-ci ilə ciddi uğurlarla başlayan və əhəmiyyətli addımlar atan Azərbaycan rəhbərliyinin ünvanına bu dəfə də iftira, böhtan dolu fikirlər uydurmağa çalışanlar tapıldı. Təəssüf ki, AŞPA kimi qurum da onların əsirliyinə düşüb. Azərbaycan rəhbərliyi dünyada və regionda cərəyan edən geosiyasi proseslərin daxili məntiqini çox düzgün qiymətləndirərək, milli maraqları əsas tutub olduqca mühüm siyasi qərarlar qəbul etdi. Onların sırasında müstəqil dövlətçilik baxımından prinsipial əhəmiyyət daşıyan prezident seçkisinin vaxtının ölkəmiz üçün optimal olan bir tarixə keçirilməsi xüsusi yer tutdu. Bununla Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükələr yarada biləcək bir sıra hadisələrin qarşısı alındı. Bunu qonşu Türkiyə, İran və Rusiyanın öz maraqları müstəvisində atdıqları addımların fonunda da anlamaq mümkündür.

"Dumanlı Albion"da Azərbaycan imzası: İlham Əliyevin London səfərinin strateji və geosiyasi əhəmiyyəti

"Dumanlı Albion"da Azərbaycan imzası: İlham Əliyevin London səfərinin strateji və geosiyasi əhəmiyyəti
04 may 2018

Dövlət başçısı İlham Əliyevin növbəti müddətə Azərbaycan Prezidenti seçildikdən sonra xarici səfərlərinin təhlili maraqlı qənaətlər əldə etməyə və proqnozlar verməyə imkan yaradır. Türkiyə səfəri, ABŞ Prezidentinin məlum məktubu, Fransa, Almaniya rəhbərlərinin İlham Əliyevi təbrik etməsi və Böyük Britaniya səfəri Azərbaycan Prezidentinin nüfuzunu və müstəqil siyasətinin uğurlarını növbəti dəfə nümayiş etdirir. İlham Əliyev Londonda çox aktual mövzularda danışıqlar aparıb və müsbət nəticələr əldə edib. Böyük Britaniya Azərbaycan Prezidentinin seçkidə qalib gəlməsini məmnuniyyətlə qarşıladığını ifadə edib. Bu, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verəcək. Səfər zamanı yeni neft sazişi imzalanıb. Bununla Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin qarşılıqlı faydalılıq, praqmatizm prinsiplərinə əsaslandığı bir daha öz təsdiqini tapıb. Bu məsələlərin təhlili üzərində geniş dayanmağı lazım bilirik.

Prezident Donald Trampın məktubu: ABŞ-Azərbaycan əməkdaşlığının dörd istiqaməti

Prezident Donald Trampın məktubu: ABŞ-Azərbaycan əməkdaşlığının dörd istiqaməti
03 may 2018

Amerikanın dövlət başçısı Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktuba ekspertlər həssas reaksiya veriblər. Səbəbi ondan ibarətdir ki, həcmcə kiçik olan bu məktubda iki ölkənin qarşılıqlı münasibətləri geniş əks edilib. ABŞ Prezidenti dörd istiqamət üzrə əməkdaşlıq etməyi təklif edib. Onlar təhlükəsizlik, sosial təminat, enerji sferası və regional münaqişələrin dinc yolla həlli ilə bağlıdır. Bunlarla yanaşı, məktubda Vaşinqtonun Azərbaycandakı prezident seçkisinə münasibəti də dolayısı ilə ifadə olunub. Açıq duyulur ki, Amerika rəhbərliyi Azərbaycan iqtidarı ilə birgə hərəkət etməyə böyük əhəmiyyət verir. Vaşinqton Azərbaycanı, faktiki olaraq, Cənubi Qafqazın lider dövləti olaraq qəbul edir. Onun müstəqil xarici siyasət kursu həyata keçirdiyini yüksək qiymətləndirir və hörmətlə yanaşır. ABŞ rəhbərliyi ümid edir ki, Azərbaycanla əməkdaşlıq həm regional, həm də qlobal problemlərin həllinə yardım edə bilər. Konkret olaraq, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Bakı yüksək rol oynaya bilər. Bu məqamlar üzərində daha geniş dayanmağa ciddi ehtiyac duyuruq.

Cənubi Qafqazda xaos gözləyənlər: müharibə ssenariləri və təhlükəli proqnozlar

Cənubi Qafqazda xaos gözləyənlər: müharibə ssenariləri və təhlükəli proqnozlar
02 may 2018

Dünyanın müxtəlif analitik mərkəzləri Cənubi Qafqazda geosiyasi dinamikanın təhlilinə dair məruzələr dərc edirlər. Onlar ilk baxışdan obyektiv və maraqlı təsir bağışlayırlar. Lakin məsələyə bir qədər geniş aspektdə yanaşdıqda, başqa məqamlar ortaya çıxır. Aydın olur ki, obyektiv təhlil kimi təqdim edilən həmin materiallarda, əslində, böyük güclərdən hansınınsa maraqları ifadə olunub. Ancaq bu kimi analiz və proqnozlar reallığı gizlədərək insanların şüuruna mənfi təsir göstərir. Nəticədə, Dağlıq Qarabağ kimi münaqişələr həll edilməmiş qalır və bütövlükdə Cənubi Qafqaz təhdidlərlə üzləşir. Rusiyanın analitik mərkəzlərindən birinin hazırladığı məruzə bu baxımdan diqqətimizi çəkdi və orada ifadə edilən bir sıra fikirlər üzərində dayanmağı lazım bildik.

Liberal dünya nizamı: böhranın səbəbləri və "qapalı dairə" sindromu

Liberal dünya nizamı: böhranın səbəbləri və "qapalı dairə" sindromu
01 may 2018

Hazırda müxtəlif ölkələrin analitik dairələri qlobal səviyyədə nizamın təmin edilməsi ilə əlaqədar narahatlıq ifadə edən təhlillər aparır və proqnozlar verirlər. Tanınmış ekspertlərin irəli sürdüyü tezislər sırasında maraqlı olanları da var. Hətta yaranmış qlobal geosiyasi böhranı müasir elmi yanaşma əsasında təhlil etmək cəhdləri də mövcuddur. Lakin bu kimi yanaşmaların nə dərəcədə obyektiv və ədalətli olması haqqında konkret fikir bildirmək çətindir. Bu bağlılıqda nüfuzlu amerikan politoloqu Riçard Haasın bir analizi üzərində dayanmaq maraqlı olardı. Müəllif müasir dünya nizamının bir sıra cəhətlərini təhlil edərək, müasir dünya nizamının əsas özəlliklərini ifadə etməyə çalışıb. Dərin analiz əsasında maraqlı tezislər irəli sürüb. Ancaq məsələyə daha geniş kontekstdə və ədalət prinsipi baxımından yanaşdıqda, meydana bir sıra suallar çıxır. Onlarla bağlı müəyyən təhlillər aparmağa ehtiyac duyduq.

Vaşinqton sərtləşir: "qırğılar", iş başına!

Vaşinqton sərtləşir: "qırğılar", iş başına!
30 aprel 2018

Hazırda ekspertlər Mayk Pompeo və Con Boltonun Amerikada yüksək vəzifələrə gətirilməsinin siyasi və geosiyasi aspektlərini təhlil edirlər. Belə qənaət var ki, bu kadrlar bütövlükdə Vaşinqtonun mövqeyini daha da sərtləşdirəcək və bu, xarici siyasətdə özünü daha qabarıq göstərəcək. O cümlədən Yaxın Şərqdə Amerika hərbi güc tətbiqini artıra bilər. Bundan başqa, Rusiya, İran, Çin və Şimali Koreya istiqamətlərində yeni ixtilaflar meydana çıxa bilər. Bütün bunlarda İsrailin də maraqlarının olduğu haqqında yazırlar. Belə təəssürat yaranır ki, Donald Tramp ətrafına daha çox sərt mövqeli kadrları toplamaqla "hər şey Amerika üçün!" tezisini istənilən vasitə ilə həyata keçirmək niyyətində olduğunu nümayiş etdirir. Bu xəttin mümkün geosiyasi nəticələri necə ola bilər? Bu suala cavab üzərində bir qədər geniş dayanmaq istərdik.

Yüksək səviyyəli strateji tərəfdaşlıq: İlham Əliyevin Türkiyə səfərinin tarixi məqamları

Yüksək səviyyəli strateji tərəfdaşlıq: İlham Əliyevin Türkiyə səfərinin tarixi məqamları
27 aprel 2018

Azərbaycanla Türkiyə arasında olan münasibətlər bütün dünya üçün nümunədir. İki qardaş ölkə beynəlxalq hüquq normaları çərçivəsində, tam müstəqil dövlətlər olaraq, əlaqələrini inkişaf etdirirlər. İlham Əliyevin növbəti dəfə Prezident seçiləndən sonra ilk xarici səfərini məhz Türkiyəyə etməsi təsadüfi deyil. Ankarada, iki ölkənin bütün sahələrdə əlaqələrini əhatə edən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası olmalı idi. Bundan başqa, iki ölkənin əməkdaşlığını yeni səviyyəyə qaldırmalı olan müqavilələr imzalanmalı idi. Bütün bunlar baş tutdu. Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı əlaqələrin bundan sora da inkişaf etdirilməsi zərurətini ifadə edən fikirlər bəyan etdilər. Bütövlükdə Azərbaycan Prezidentinin Türkiyəyə səfərinin başlıca siyasi və geosiyasi məqamları üzərində geniş dayanmağa ciddi ehtiyac duyuruq.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...