THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (II yazı)

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11460
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 yanvar 2020 – Newtimes.az

Prezident İlham Əliyevin yerli jurnalistlərə verdiyi müsahibədə ifadə etdiyi fikirlərin dərin və hərtərəfli analizinin aparılması olduqca vacibdir. Dövlət başçısı bir çox vacib əhəmiyyətli məsələlərə toxunub və onların ətraflı təhlil edilərək ictimaiyyətə çatdırılması zəruridir. Biz ikinci yazıda Prezidentin Avropa İttifaqı-Azərbaycan münasibətləri kontekstində ifadə etdiyi fikirləri təhlil etməyə çalışmışıq. Ölkə rəhbəri olduqca dəqiq, məntiqi və lakonik tezisləri ilə tərəflər arasında mövcud olan münasibətləri xarakterizə edib. Azərbaycan rəhbərliyi müasir tələblər səviyyəsində dövlətçiliyin inkişafı üçün ardıcıl işlər görür, strateji xarakterli addımlar atır. Bu kontekstdə müsahibənin bir qisminin üzərində geniş dayanmağı lazım bilirik.

Milli maraqlar naminə əməkdaşlıq: Azərbaycan rəhbərliyinin təmkinli mövqeyi

Dövlət başçısının müsahibəsində mükəmməl bir sistemlilik mövcuddur. İlham Əliyev daxili və xarici siyasətin Azərbaycan üçün prioritet təşkil edən məsələlərini məntiqi, ardıcıl və konkret arqumentlərlə izah edir. Anlaşıqlı dildə ifadə edilən fikirlər dövlət başçısının apardığı siyasətin başlıca özəllikləri haqqında aydın təsəvvür formalaşdırır. Bu baxımdan Prezidentin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin real vəziyyəti ilə bağlı ifadə etdiyi fikirlər olduqca maraqlıdır.

Aydın olur ki, Azərbaycan rəhbərliyi bütün istiqamətlərdə milli maraqları nəzərə alaraq fəaliyyət göstərir. Burada kimlərəsə hansısa səbəblərə görə güzəştdən söhbət gedə bilməz. Eyni zamanda, Azərbaycan tərəfi danışıqlarda qəbul edilən şərtləri tam gözləyir. Qarşı tərəfdən də eyni şeyi tələb edir. Məlumdur ki, bir müddətdir bir sıra dairələr Azərbaycan-Avropa İttifaqı münasibətlərini süni surətdə istismar etməyə çalışırlar. Onlar tərəflər arasında yeni sazişin imzalanmamasını Bakının yeritdiyi siyasətin Brüsseldə qəbul edilmədiyi və yaxud təşkilatın Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədiyi ilə əlaqələndirməyə cəhd göstərirlər.

Bu zaman prosesləri siyasi spekulyasiya obyektinə çevirmək cəhdinin məzmunu konkret dairələrin Azərbaycanın nüfuzuna necə zərbə vurmaq tərzi ilə əlaqəli olur. Məsələn, bu ölkədə siyasi və geosiyasi məqsədi olanlar yazırlar ki, Aİ rəsmi Bakının "antidemokratik siyasətini qəbul etmir" və həmin bağlılıqda da "insan haqları məsləsi"ni ortaya atırlar, müxaliflərə qarşı "sərt davranış"lardan bəhs edirlər. Erməni işğalçıların isə "başqa yeri ağrıyır". Onların mətbəxindən "Aİ Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi sənədə salmaq istəmir" kimi cəfəng sayıqlamalar eşidilir. Təəssüfedici haldır ki, hər iki qərəzli və böhtançı dairələrə Azərbaycanda züy tutanlar bu yalanları çeynəməkdən usanmır və utanmırlar.

Azərbaycan Prezidenti isə bir müsahibədə bütün bu yalanları və onları yayanların cəhdlərini darmadağın etdi. İlham Əliyev konkret faktlarla tərəflər arasındakı danışıqların nə kimi vəziyyətdə olduğunu göstərdi. Onların üzərində dayanmaq faydalı olardı. Ölkə rəhbəri öncə vurğulayır ki, Avropa İttifaqı ilə əlaqələrə müsbət yanaşır və onların inkişaf etməsi lazımdır. Prezident vurğulayıb: "Avropa İttifaqı ilə bizim əlaqələrimiz bu il müsbət istiqamətdə inkişaf edibdir".

Bununla yanaşı, elə məqamlar var ki, onların üzərində hələ çalışılmalıdır. Məsələ o qədər ciddidir ki, artıq bir neçə ildir yeni saziş üzərində iş gedir. Prezident sazişin yenilənməsi zərurətini də ifadə edir. Çünki, "biz hesab edirik və təklif etmişik ki, bu saziş hər iki tərəfin maraqlarını təmin etməlidir, əks halda, sazişə ehtiyac qalmayacaq". Məhz burada sazişin yenilənməsi səbəbi aydın göstərilib. Azərbaycan haqlı olaraq hesab edir ki, 2009-cu ildə qoyulan şərtlər hazırkı tələblərə cavab vermir. Çünki orada Avropa İttifaqı sazişin subyekti, Azərbaycan isə obyekti kimi çıxış edir.

Konkret desək, "Şərq tərəfdaşlığı" çərçivəsində əsas olaraq Brüsselin siyasi, iqtisadi, geosiyasi və təhlükəsizlik maraqları üstün hesab edilirdi. Bakı buna qətiyyən razı ola bilməzdi. Baxmayaraq ki, onun qonşuları müticəsinə "dünyanın inkişaf etmiş demokrat"larının şərtlərini qəbul etdilər. Bir neçə il sonra həm geosiyasi şəraitin dəyişməsi, həm də konkret sənədlərdəki qüsurlar Azərbaycan rəhbərliyini qəti addım atmağa sövq etdi. Azərbaycan bərabərlik, qarşılıqlı etimad, hörmət, qarşılıqlı faydalı əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmama prinsipləri əsasında strateji xarakterli ikitərəfli sazişin hazırlanması təşəbbüsü ilə çıxış etdi.

Yeni saziş: Prezident imzalanma şərtlərini açıqlayır

Bu təşəbbüsün mahiyyətini ölkə rəhbəri müsahibəsində konkret şəkildə açıqlayıb. İlham Əliyev vurğulayıb: "Hesab edirəm ki, gələcək sazişdə həm strateji əhəmiyyət daşıyan məsələlər, həm də Azərbaycanı maraqlandıran, bizim maraqlarımıza xidmət edən məsələlər öz əksini tapmalıdır. Saziş bərabərhüquqlu tərəflər arasında imzalanmalıdır, saziş bütün bərabərhüquqlu əməkdaşlığa zidd olan məqamlardan azad olmalıdır. Bu təqdirdə, əlbəttə ki, sazişin imzalanması mümkün olacaqdır".

Bu mövqeyə kim etiraz edə bilər? Müstəqil Azərbaycan dövləti bərabərhüquqlu razılaşmadan bəhs edirsə, bu, tamamilə təbiidir. Qarşı tərəf bunu sona qədər anlamalı və qəbul etməlidir. Belə olduğu təqdirdə sazişin imzalanmasına əngəl qalmayacaq. Göründüyü kimi, Brüsseldə kimlərsə hələ də köhnə regionalizm konsepsiyasının əsiri olaraq qalır. Onlar müxtəlif faktorlara görə tərəfdaş ölkələr arasında əsassız fərq qoyurlar. Məsələn, islamofobiya mərəzi var, müsəlmanlara yuxarıdan-aşağı baxanlar var, Cənubi Qafqazdakı təcavüzkar, vassal və forpost erməni dövlətini necə olur-olsun, müdafiə etmək hərisi olanlar var və s. Brüssel bütün müasir dövrün tələblərinə uyğun olmayan bu kimi nöqsanlardan azad olandan sonra saziş imzalana bilər.

Bununla yanaşı, dövlət başçısının Avropa İttifaqı ilə bağlı çox praqmatik bir mövqeyini də mütləq vurğulamaq lazımdır. İlham Əliyev aydın surətdə ifadə edir ki, Azərbaycan "Şərq tərəfdaşlığı" proqramı ilə yanaşı, Aİ-yə üzv olan ölkələrlə ikitərəfli əməkdaşlıq formatına böyük önəm verir. Əslində, təşkilatla əlaqələrin aparıcı faktoru kimi məhz bu formatda mövcud olan əməkdaşlığı görür.

Ölkə rəhbəri izah edir: "Biz, eyni zamanda, Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurla əməkdaşlıq aparırıq və 28 ölkədən 9-u ilə bizim strateji tərəfdaşlıq haqqında sənədlər ya imzalanıbdır, ya da qəbul edilibdir. Yəni, hesab edirəm ki, Avropa İttifaqı ilə imzalanacaq sazişin təməli bax, bu 9 sənəddə təsbit edilib".

Deməli, Azərbaycan üçün önəmli olanı tərəflərin bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqların təmin edilməsi çərçivəsində qurulan əlaqələrdir. Aİ ilə münasibətlər də məhz hansısa bir proqramın çərçivəsində deyil, müasir dövrdə müstəqil və suveren dövlətlərin qarşılıqlı fayda verən prinsiplər üzrə konstruktiv əməkdaşlığı daxilində aparılmalıdır.

Ancaq Azərbaycan həm də "Şərq tərəfdaşlığı" kimi proqramları da kənara qoymur. Təsadüfi deyil ki, yeni sazişdə məsələlər 90 faiz razılaşdırılıb. Geridə qalanlar ətrafında aparılan müzakirələr da yuxarıda vurğulanan məqamlara görədir. Konkret səviyyədə isə bir sıra faktorlar var ki, Azərbaycan onları mütləq nəzərə almalıdır. Bununla bağlı İlham Əliyev tam açıq fikir bildirib.

Məsələ ondan ibarətdir ki, Brüsselin bir sıra məqamları diqqətə alması şərtdir. Bu baxımdan dövlət başçısı ayrıca vurğulayır ki, "sazişin imzalanmamasının səbəbkarı Azərbaycandır". Bu mənada ki, "biz təklif olunan məsələlərə öz razılığımızı verməmişik və bunun səbəbi var. Onlardan biri ticarətlə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb". Yəni, məsələ bəzi dairələrin qabartmaq istədiyi kimi, guya "Azərbaycan Avropa İttifaqına uyğun olan meyarlara cavab vermir" şəklində əsassız iddialarla əlaqəli deyil. Fikirlərinə davam edərək, ölkə rəhbəri bu cür mövqenin səbəbini izah edir. Birincisi, Azərbaycanın ixracının əsas hissəsi hələlik neft-qaz məhsulları ilə bağlıdır. Onları ixrac etmək üçün DTT-yə üzv olmağa ehtiyac yoxdur.

İkincisi, Azərbaycan üçün qeyri-neft sektorunu inkişaf etdirmək prioritetdir. Bunun üçün ölkə daxili bazarı qorumalıdır. DTT-yə üzvlük daxilə keyfiyyətsiz və böyük həcmdə məhsulun gətirilməsinə şərait yaradar. Bu isə həm yerli istehsala ziyan vurar, həm də qiymətləri bahalaşdırar.

Üçüncüsü, "...hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır. Demək olar ki, bəzi ölkələr – təşkilata üzv olan ölkələr və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır. Ona görə imzalanacaq sazişdə ticarətlə bağlı məsələlər bizi qane etmir və biz qarşı tərəfə öz fikirlərimizi bildirmişik. Ümid edirik ki, onlar buna anlayışla münasibət göstərəcəklər". Yəni, Azərbaycan üçün indi Dünya Ticarət Təşkilatına üzv olmaq bir neçə aspektdən faydalı deyil.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...