THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənilərin Gürcüstanda yeni "dəst-xətti"

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
310
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 fevral 2019 – Newtimes.az

Bu yaxınlarda "georgians.ru" saytının yaydığı "Videosüjet Tbilisi ermənilərini məyus etdi" başlıqlı yazıda göstərilir ki, Tbilisi erməni assambleyası Gürcüstan kütləvi informasiya vasitələrində etnik ermənilərə qarşı "nifrət" ifadə edən sözlərdən daha tez-tez istifadə olunduğu haqqında narahatlığını bildirib. Tbilisi ermənilərinin əsəbləşmələrinə səbəb "itv.ge" internet-telekampaniyasında yayımlanan video-süjet olub. Bu videoda "javakhk" adlı bir erməni blogeri Avrokomissiyaya müraciət edərək Gürcüstanın Samtsxe-Cavaxetiya ərazisində erməni muxtariyyətinin yaradılmasını tələb edib.

Tbilisi erməni assambleyası xüsusi brifinqdə jurnalistlərə gürcü müəlliflərinin "nifrət dolu” fikirlərindən ibarət "materialların" surətini paylayıb. Başlıqların özü çox şey deyir: "Ermənilər şir yox, çaqqaldırlar"; "Ermənistan bu gün irsən yalan üstündə qurulub"; "Bugünkü Ermənistan Gürcüstanın və Azərbaycanın tarixi ərazisində yaradılıb" və s. Bu cür başlıqları bir çox saytlar dərc edir. Buna misal olaraq "pressa.ge", "lasare.ru" saytlarını göstərmək olar.

Amma bu gün əsas diskussiya mövzusu məhz "itv.ge"nin videosüjeti əsasında açılır. "Cavaxetiya – minalanmış regiondur" adlı süjetdə təkcə erməni blogerin Avropa Birliyinə müraciəti haqqında deyil, Gürcüstan və Ermənistan arasında baş verən münaqişələrdən də danışılır. Məsələn, ermənilərin 2020-ci ildə Samtsxe-Cavaxetiyanı, sonra isə tədricən bütün Gürcüstanı ələ keçirtmək planlarından bəhs edilir.

Tbilisi erməni assambleyası göstərir ki, süjetdə nə Cavax ermənilərinin, nə Ermənistan hökumətinin, nə də ictimai təşkilatların bu haqda mövqeyi bildirilməyib. Burdan belə bir qənaətə gəlmək olar ki, ermənilər bu barədə açıqlama verməkdən boyun qaçıraraq öz niyyətlərini ört-basdır etməyə çalışırlar.

Assambleyanın mətbuat katibi İrena Ohacanova deyir ki: "Ən çox bir sıra politoloqların və ekspertlərin yalan məlumatlara əsaslanaraq söylədikləri fikirlər məni məyus edir. Onlar nə Yerevan siyasətçilərinin, nə Samtsxe-Cavaxetiyadakı erməni təşkilatlarının, nə də Gürcüstandakı başqa erməni təşkilatlarının rəsmi müraciətinə əsaslanmırlar. Bloger "javakhk" özünü nə Ermənistan dövlət strukturlarının nümayəndəsi kimi təqdim edib, nə də ki hər hansı təşkilatın üzvü deyil".

Lakin qeyd etmək lazımdır ki, İ.Ohacanova ermənilərin əsil məqsədlərini – onların Gürcüstandakı separatizmini və əsassız ərazi iddialarını ört-basdır edir. Bütün dünyada olduğu kimi, Gürcüstanda da ermənifobiyanın yaranmasının əsas günahkarı ermənilər özləridir. Onlar yaşadıqları ölkələrin qanunlarını, suverenliklərini, ərazi bütövlüklərini pozmağa cəhd edir, bununla da özlərinə hər yerdə nifrət qazanırlar.

Onu da vurğulamaq yerinə düşərdi ki, videosüjetin müəllifi "javakhk" ləqəbini təsadüfi götürməyib. Məlum olduğu kimi, ermənilər məhz Samtsxe-Cavaxetiyada "Cavaxk" adlı hərəkatın əsasını qoyublar. Buradan isə açıq-aydın görünür ki "javakhk" ləqəbini götürən və ondan etniklərarası münasibətlərin qızışdırılmasında istifadə edən məhz ermənilərdir.

"Çoxmillətli Gürcüstan" təşkilatının həmsədrlərindən biri Aqit Mirzoyev belə hesab edir ki, düşmənçilik, ermənilərə qarşı nifrət dili ilə danışmağın hallanması jurnalistlərin günahıdır, onlar balanslaşmış materiallar hazırlamalıdırlar ki, etniklərarası düşmənçilik yaranmasın. Yazılan rəylər çox dəhşətlidir. Bəziləri erməni qonşulara divan tutmaqla təhdid edirlər və s. Əslində, bu rəylərdən görünür ki, gürcülər ermənilərə həqiqətən nifrət edir, onları yaxşı tanıyır, hansı məkrli planlar qurduqlarını yaxşı bilirlər. A.Mirzoyevin dediyinin əleyhinə olaraq onu qeyd etmək olar ki, etniklərarası düşmənçiliyi məhz ermənilər özlərinin əsassız iddiaları və tələbləri ilə qızışdırırlar.

İctimai Münasibətlər İnstitutunun jurnalistika fakültəsinin müəllimi Zviad Korıdze deyir: "Bu süjetdə məqsəd insanları Cavaxetiyanın minalanmış region olması barədə hazırlamaqdır". Jurnalist Xatuna Kasitadzenin fikrincə, cəmiyyətdə baş qaldıran bu diskussiya – erməni nöqteyi-nəzərini çatdırmaq üçün səbəbdir.

Bu hadisələr bizi və gürcü ictimaiyyətini daha dərindən düşünməyə vadar edir. Məlum olduğu kimi, əsrlər boyu, elə indi də ermənilərin bir dəsti-xətti var: necə deyərlər, özləri suyu bulandırır, sonra günahı başqalarında görür və "günahkar'' axtarırlar. Söz-söhbət yayıb qarşıdurmalara səbəb olmaq, özlərini əzilmiş, təhqir edilmiş xalq kimi göstərmək, daha sonra tələblərlə, iddialarla çıxış etmək – bax, bu, ermənilərin əsas siyasi oyunlarından və məkrli planlarından biridir.

Kamal Salayev,

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...