THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Münaqişələrin Çeçenistan Respublikasının iqtisadiyyatına təsiri

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1161
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 fevral 2019 – Newtimes.az

Rusiya Federasiyasının cənub hissəsində yerləşən Şimali Qafqazın ərazisi 254.300 kvadratkilometrdir. Şimali Qafqaz Adıgey, İnquşetiya, Çeçenistan, Dağıstan, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya kimi 7 respublika və 2 – Krasnodar, Stavrapol diyarlarından ibarətdir. Respublikalarda kənd təsərrüfatı, şərabçılıq, balıqçılıq, neft və qaz sənaye sahələri, heyvandarlıq, dağ turizmi və s. iqtisadi baxımdan əhəmiyyətlidir.

Çeçenistan Respublikasına nəzər salsaq, bu bölgə Şimali Qafqazın ən qarışıq respublikasıdır. Burada yaşanan münaqişələr, terror hadisələri və etnik qrupların özbaşınalığı vəziyyəti daim gərginləşdirmişdir. Çeçenistan Respublikası Qafqaz dağlarının şimal hissəsində yerləşir. Ərazisi 17.300 kvadratkilometrdir. Bölgə Dağıstan, Şimali Osetiya, İnquşetiya və Stavropol diyarı ilə sərhəddir. Çeçenistan əhalisinin 95%-i etnik çeçenlərdən ibarətdir. 1991-ci ildə Çeçenistan öz müstəqilliyini elan etmişdi. Bu isə Rusiyanın etirazına səbəb olmuşdur. Bundan sonra münaqişələr başlamışdır. 1994-cü ildə birinci və 1999-cu ildə isə ikinci rus-çeçen münaqişələri baş vermişdir. Qeyd edək ki, baş verən bu münaqişələr Rusiya Federasiyasının bütövlüyünə təsir edən mühüm amillərdən idi. Çeçenistanın müsəlman xalqı xristian olan bir dövlətin hakimiyyəti altında yaşamağı qəbul etmirdi.

Respublikanın çöküşünə səbəb olan rus-çeçen münaqişələrindən sonra bölgənin iqtisadiyyatında durğunluq yaşandı. Münaqişələr nəticəsində bölgə talan edildi. Belə ki, iqtisadi infrastrukturun dağılması ilə işsizlik yüksək səviyyədə artmış və çox sayda silahlı qrup meydana gəlmişdi. Çox ciddi sosial-iqtisadi problemlərlə qarşı-qarşıya qalan respublikada sosial qütbləşmənin meydana çıxması ilə əhali iqtidara qarşı çıxırdı.

Çeçenistan Respublikasının iqtisadiyyatına nəzər salsaq fəaliyyət göstərən yeganə sahə neft sənayesidir. Qroznı və Qudermes arasındakı Sunja vadisi və Subja ilə Terek dağları arası bölgədə olduqca böyük miqdarda neft çıxarılır. Ölkədə illik 16 milyon ton neft istehsal edilir. Bu, iqtisadi baxımdan çox vacib əhəmiyyət kəsb edir. 1980-ci illərdə 4 milyon olan neft hasilatı 2003-cü ildə 1,5 milyon tona (gündə 30 min barel) çatmışdır.

Qeyd edək ki, respublika son illərdə müxtəlif sosial-iqtisadi istiqamətlərdə inkişaf edir. Qudermes, Argun və digər yaşayış məntəqələrində sosial, mədəni əhəmiyyətli mərkəzin tikilməsi istiqamətində işlər aparılır. 2011-ci il oktyabrın 5-də "Qroznı-city” biznes mərkəzi və böyük tibbi kompleksin açılması əhəmiyyətli hadisə idi. 2014-cü il isə Çeçenistan üçün artım ili olmuşdur. Bir tərəfdən, fərdi sahibkarlıq ticarət sahəsində inkişaf gedir, digər tərəfdən, biznes tədqiqatlarının yenilənməsi üçün tədbirlər görülür. Bundan əlavə, sənaye müəssisələri bazar iqtisadiyyatına uyğun olaraq qurulur. Sənaye sektorundakı zavodların sayının artması Çeçenistanın iqtisadi inkişafını yaxşılaşdırmaq üçün görülən tədbirlər arasındadır.

Şahnaz Tağıyeva,

AMEA Qafqazşünaslıq İnstitutu Şimali Qafqaz şöbəsinin kiçik elmi işçisi

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...