THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Trampın ilk mesajları: yeni xarici siyasətin bəzi məqamları

Trampın ilk mesajları: yeni xarici siyasətin bəzi məqamları
01 mart 2017

Amerikanın yeni prezidenti, nəhayət ki, aparacağı xarici siyasətlə bağlı müəyyən fikirlər səsləndirib. O, "ABC" və "FoxNews" telekanallarına verdiyi müsahibədə konkret olaraq Suriya, Meksika, Rusiya və Avropa istiqamətlərində həyata keçirmək istədiyi xəttin müəyyən məqamlarına toxunub. Ekspertlər vurğulayırlar ki, ABŞ-ın yeni dövlət başçısı kifayət qədər sərt və bir qədər də radikal siyasi xəttə üstünlük verir. O, Meksika ilə sərhəddə divar hörülməsində israrlıdır. Suriya məsələsində "İŞİD-in canını almaq" arzusundadır və təhlükəsizlik zonası yaratmağı düşünür. Avropanın miqrantların ayağı altında qalmasını "fəlakət" adlandırır. Rusiya məsələsində isə Kremllə anlaşmağa meylli olduğunu ifadə edir. Ancaq bütün bunları deyərkən D.Trampın öncə Amerikanı düşündüyü də açıq hiss olunur. Məsələn, Yaxın Şərqdən danışanda, ABŞ-da problemlərin onsuz da çox olduğunu qeyd edir.

Prezident Münxen konfransında: Avrasiyada təhlükəsizliyə verilən töhfələr

Prezident Münxen konfransında: Avrasiyada təhlükəsizliyə verilən töhfələr
01 mart 2017

Almaniyanın Münxen şəhərində keçirilən ənənəvi təhlükəsizlik konfransında dünyanın müxtəlif ölkələrindən mötəbər nümayəndələr iştirak edib. Tədbirə dəvət edilən Azərbaycan Prezidenti İlham Əliyev onun işində fəal iştirak edib. Konfransın Avrasiyada əməkdaşlıq və problemlər mövzusuna həsr edilmiş panelində Azərbaycan Prezidentinə xüsusi diqqət göstərilib. Birinci söz İlham Əliyevə verilib. Ölkə rəhbəri ona ayrılan vaxt çərçivəsində lakonik şəkildə regional əməkdaşlıq, təhlükəsizlik məsələləri, Azərbaycanın həmin istiqamətlərdəki fəaliyyəti ilə bağlı fikirlər ifadə edib. Bununla yanaşı, Cənubi Qafqaz üçün əsas təhlükə mənbəyi olan Ermənistanın təcavüzkar siyasətinin əsl simasını da tədbir iştirakçılarına bir daha çatdırıb. Bununla da konfrans iştirakçılarında Azərbaycanın geosiyasi fəaliyyətinin əhəmiyyəti barədə konkret təsəvvürlər formalaşıb. Həmin məqamlar üzərində geniş dayanmağa ehtiyac vardır.

Fərqli dəyərləri özündə birləşdirən Aİİ ilə Aİ arasında "Ermənistan körpüsü"

Fərqli dəyərləri özündə birləşdirən Aİİ ilə Aİ arasında "Ermənistan körpüsü"
27 fevral 2017

Qlobal miqyasda geosiyasi proseslərin sürətlənməsi ilə müxtəlif regionlarda mümkün dəyişikliklər daha da aktuallaşır. Sirr deyil ki, 2017-ci il Qərblə Rusiya arasında intensiv siyasi dialoqla başlayıb. Tərəflər müxtəlif aspektləri müzakirə edirlər, lakin hələlik ziddiyyətlər üstünlük təşkil edir. Bunun fonunda Ermənistan kimi kiçik ölkələrin tutacağı mövqe də maraq doğurur. O cümlədən Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqının münasibətlərinin məzmunu aspektində Yerevanın oynadığı rol ilə bağlı müəyyən fikirlər səsləndirilir. Erməni ekspertlər iki təşkilat arasında "körpü" rolu oynamaqdan bəhs edirlər. Bəs reallıqda vəziyyət necədir? Ermənistan doğrudanmı iki böyük təşkilat arasında birləşdirici faktor ola bilər? Bu kimi məsələlər üzərində dayanmağa ciddi ehtiyac görürük.

Qlobal geosiyasi mənzərədə dəyişiklik: yeni qüvvələr nisbətinə doğru

Qlobal geosiyasi mənzərədə dəyişiklik: yeni qüvvələr nisbətinə doğru
24 fevral 2017

Müxtəlif analitik təşkilatlar dünya siyasəti, geosiyasəti, iqtisadiyyatı, təhlükəsizliyi ilə bağlı proqnostik hesabatlar hazırlamaqda davam edirlər. Onların hər biri maraqlıdır. Bizim regionla da bağlı bir sıra əhəmiyyətli məqamları özündə əks etdirən analitik sənədlərdə müəyyən faktorlar vardır ki, onların üzərində geniş dayanmağa ehtiyac duyulur. Bu bağlılıqda "Stratfor" və "PwC" kimi "beyin mərkəzləri"nin hazırladıqları məruzələr diqqətimizi çəkib. Onlarda qlobal miqyasda gözlənilən geosiyasi və iqtisadi proseslərin müəyyən təkamül ssenariləri analiz edilir və proqnozlar verilir. Hər iki təşkilat konkret olaraq Rusiyanın Avrasiyada siyasi, geosiyasi və iqtisadi nüfuzunun artacağından bəhs edirlər. Onlar məsələyə fərqli aspektlərdə yanaşırlar, lakin bütövlükdə mənzərə vahid məntiqi müstəviyə gətirildikdə, maraqlı qənaətlər əldə etmək olur. Həmin faktorların analizi faydalı olardı.

Xocalı soyqırımı –Türkafobiyanın bariz təzahürü

Xocalı soyqırımı –Türkafobiyanın bariz təzahürü
23 fevral 2017

Tarixdə XX əsr bir sıra ümumbəşəri xarakter daşıyan cinayət, təhdid və çağırışların ortaya çıxması ilə əlamətdar olmuşdur. Belə ki, məhz bu yüz ildə dünya faşizm, rasizm, ksenofobiya, aparteid, genosid, beynəlxalq terrorizm və ən nəhayət fərqli dəyərlərin qəbuledilməzliyi üzərində qurulan müxtəlif fobiyalarla, o cümlədən günümüzdə olduqca aktual olan İslamafobiya və Türkafobiya ilə daha yaxından qarşılaşmalı oldu. Keçən əsr iki dünya müharibəsi, milyonlarla insan ölümü və müharibənin yekunu olaraq atom bombasının tətbiqi ilə tarixə yazıldı. XX əsr milli, dini, irqi ayrı-seçkiliklərin təzahürünün ən kəskin formada əks olunduğu tarixi dövrlərdən biridir. Bəşəriyyət əleyhinə cinayətlər milyonlarla insanın həlak olması, milli, dini, etnik müstəvidə fobiyaların hakim olduğu bir dünya nizamının yaranmasına gətirib çıxarmışdır. Çox təəssüflə qeyd etməliyik ki, bəşəriyyəti sınaq qarşısında qoyan bütün bu hadisələr dünyada örnək qəbul edilən Qərb dünyasının, Avropanın adı ilə bağlıdır.

Ötən ilin uğurları: siyasi-diplomatik fəallıq, əməkdaşlıq formatları və mühüm layihələr dövrü

Ötən ilin uğurları: siyasi-diplomatik fəallıq, əməkdaşlıq formatları və mühüm layihələr dövrü
22 fevral 2017

Hər bir müstəqil dövlət başa vurduğu ildə öz fəaliyyətini obyektiv olaraq analiz etməlidir. Azərbaycan hər il həmin bağlılıqda görülən işlərə yekun vurur və gələcək planlarını dəqiqləşdirir. Mütəxəssislərin yekdil rəyinə görə, 2016-cı ildə də Azərbaycan siyasi-diplomatik fəallıq göstərib. Bir çox ölkələrlə əlaqələr intensivləşib. Dövlət başçısı xarici səfərlər edib, ölkəmizə dövlət və hökumət başçıları, şirkət rəhbərləri, beynəlxalq təşkilat başçıları təşrif buyurublar. Bu zaman ölkəmiz, regionumuz və bütövlükdə dünya əhəmiyyətli qərarlar əldə edilib. Bunlarla yanaşı, Azərbaycan keçən ildə strateji layihələr reallaşdırmağa başlayıb. Onlar enerji, nəqliyyat və iqtisadi-mədəni sahələrə aiddirlər. Burada xüsusilə Azərbaycanın yeni əməkdaşlıq formatları təklif etməsi vurğulanmalıdır. Onlar kifayət qədər səmərəli nəticələr verməkdədirlər. Həmin faktların işığında 2016-cı ilə baxdıqda, gələcəklə də bağlı əhəmiyyətli proqnozlar vermək mümkündür.

Generalların Bakı görüşü: Qafqazın sülh və barış məkanı

Generalların Bakı görüşü: Qafqazın sülh və barış məkanı
21 fevral 2017

Azərbaycan paytaxtında Amerika və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüşü ciddi hadisə hesab olunur. Generallar bu və ya digər lokal və texniki xarakterli məsələləri deyil, müasir dünyanın aktual qlobal geosiyasi problemləri haqqında fikir mübadiləsi aparıblar. Ekspertlər və siyasətçilərin diqqətini də daha çox məhz bu məqam çəkib. İki böyük dövlətin yüksək səviyyəli hərbçilərinin görüş üçün Bakını seçməsi təsadüfi deyil. Postsovet məkanında ən uğurlu yer kimi Azərbaycana üstünlük verilib. Bu o deməkdir ki, geosiyasi proseslərin dinamikasında daha böyük önəm kəsb etməyə başlayan postsovet məkanı hadisələrin mərkəzinə çevrilə bilər. Eyni zamanda, Qafqaz subregionunda etibarlı və sivil ölkə kimi Azərbaycana daha çox üstünlük verilir. Bu məqamın regional və qlobal siyasətə, təhlükəsizlik sisteminin formalaşdırılmasına ciddi təsir edəcəyini düşünürük.

"Frexit"in ayaq səsləri: Marin Le Pen Avropanı silkələyir

"Frexit"in ayaq səsləri: Marin Le Pen Avropanı silkələyir
20 fevral 2017

"Brexit" və Amerikada prezident seçkisinin nəticələri Qərbin siyasi mühitini qarışdırıb. İndi bir sıra siyasi dairələr "qoca qitə"nin prinsipcə yeni geosiyasi reallıqlara ehtiyacının olduğu qənaətindədirlər. Onların sırasında Avropanın ifrat sağ təmayüllü millətçi qüvvələri xüsusi yer tuturlar. Yanvarın 21-də həmin cərəyan tərəfdarları Almaniyanın Koblents şəhərində növbəti qurultaylarını keçiriblər. Orada siyasətçilər qlobal miqyasda geosiyasi mənzərəyə təsir edə biləcək fikirlər ifadə ediblər. O cümlədən fransız sağçı, hamıya məlum Marin Le Pen Avropa İttifaqının taleyi ilə əlaqədar düşündürücü tezislər ortaya atıb. Ayrıca, bu siyasətçi xanım "Frexit"ə start verilməsi zərurətini vurğulayıb. Belə görünür ki, Avropa yeni bir siyasi dalğanın vüsət alması ərəfəsindədir. Qlobal siyasət üçün əhəmiyyətli olan bu məqamların analizi vacib görünür.

Aİİ-də çəkişmələr: Belarus-Rusiya münasibətlərinin ziddiyyətli məqamları

Aİİ-də çəkişmələr: Belarus-Rusiya münasibətlərinin ziddiyyətli məqamları
17 fevral 2017

Belarus prezidenti A.Lukaşenkonun fevralın 3-də keçirdiyi mətbuat konfransında Moskvanın ünvanına söylədiyi fikirlər ciddi rezonans doğurub. İki qardaş ölkə arasında problemlərmi yaranıb? Onlar nə dərəcədə ciddidir? Bu kimi sualları ekspertlər analiz edirlər. Belarus və Rusiya mütəxəssisləri baş verənlərin mahiyyəti ilə bağlı fərqli tezislər ifadə edirlər. Ancaq onların hamısı bir şeydə yekdildirlər ki, Moskva-Minsk xəttində gərginlik meydana gəlib. A.Lukaşenkonun irəli sürdüyü ittihamlar real faktlara əsaslanır. Moskva da öz arqumentlərini ortaya qoyur. Bununla da Aİİ daxilində müəyyən fikir ayrılığının olduğu haqqında nəticə çıxarmaq olar. Bu prosesin dərinləşməsi təhlükəsi mövcuddurmu? Ekspertlər bu suala cavab axtarır, fərqli proqnozlar verirlər. Ancaq ümumilikdə qeyri-müəyyənliyin aradan qaldırılması yolu barədə danışan yoxdur.

Azərbaycan Prezidentinin Brüssel səfəri: əməkdaşlıq formatında tarixi yenilik

Azərbaycan Prezidentinin Brüssel səfəri: əməkdaşlıq formatında tarixi yenilik
16 fevral 2017

Müasir dünyada çox mürəkkəb geosiyasi, hərbi və maliyyə vəziyyətinin yarandığı sirr deyil. Yaxın Şərqdə münaqişələrin daha da şiddətlənməsi, prosesə getdikcə daha çox sayda dövlətin qarışması ilə yanaşı, Avropada davam edən böhranlı durum meydana bir sıra təhlükələr çıxarıb. Bunların fonunda yeni müstəqil dövlətlərin Avropa İttifaqı ilə əlaqələri prinsipial məzmun kəsb edir. O cümlədən mürəkkəb Cənubi Qafqaz regionunda yerləşən Azərbaycanın Aİ ilə əlaqələrini səmərəli müstəviyə çıxarması əhəmiyyət daşıyır. Bütün bunlar Azərbaycanın dövlət başçısı İlham Əliyevin fevral ayında Brüsselə səfər etməsini olduqca aktual göstərir. Ölkə rəhbəri səfəri zamanı apardığı danışıqlarda maraqlı və əhəmiyyətli nəticələr əldə edib. Bir daha təsdiqlənib ki, İlham Əliyev uzaqgörən siyasi liderdir. Prezidentlə müzakirələr aparan hər bir Aİ rəsmisi həmin məqamı vurğulayıblar. Əldə olunan razılıqlar Aİ-Azərbaycan münasibətlərində tamamilə yeni səhifə açır. Məsələnin bu tərəfini şərtləndirən müxtəlif məsələlər üzərində geniş dayanmağa ehtiyac vardır.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...
İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...