THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gürcüstana qarşı daşnak-erməni xəyanəti

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1042
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 22 yanvar 2019 – Newtimes.az

Gürcüstan Cənubi Qafqazda etnik müxtəlifliyi ilə seçilən ölkədir. Belə ki, burada əhalinin 83,8%-ini təşkil edən gürcülərdən əlavə digər böyük etnik qruplar da vardır ki, bunlar azərbaycanlılar (6,5%), ermənilər (5,7%), ruslar (1,5%) abxazlar, acarlar və osetinlərdir. Cənubi Qafqazın aborigen sakinləri olmayan ermənilər XIX əsrdən etibarən Qafqazın digər regionları ilə yanaşı, Gürcüstanda da məskunlaşdırılmışdır. 1801-ci ildə Şərqi Gürcüstanın Rusiya tərəfindən işğalından sonra, erməni ailələri Lazarevin rəhbərliyi altında İran və Osmanlı imperiyasından Gürcüstanın Şəmşədil (Lori) və Abxaziya bölgələrinə köçürüldü. Tarixi mənbələr və dövrün kameral siyahılarında verilən məlumatlar sübut edir ki, 1807-1808-ci illərdə 338 erməni ailəsi (1906 nəfər) Tiflisin ətrafında Avlabari rayonuna, 1809-1811-ci illərdə Bolnisiyə (Borçalı) 428 erməni ailəsi (2140 nəfər) köçürülmüşdür. 1828-1829-cu illərdə Rusiya-Osmanlı müharibəsində osmanlıların məğlub olması Kiçik Asiyadan ermənilərin Cənubi Qafqaza xüsusilə də Gürcüstan və Azərbaycana köçürülməsi üçün şərait yaratdı. Qars, Ərzurum və Bəyazid vilayətlərindən Gürcüstana 8 min erməni ailəsi köçürülməli idi. Lakin köçürülmə başlanandan sonra ailələrin miqdarı 14 minə çatdırıldı. Hələ 1724-cü ildə I Pyotr tərəfindən əsası qoyulan layihənin davamı olaraq bu proseslər gerçəkləşdirilirdi ki, bütün bunlar incə işlənmiş və ardıcıllıqla həyata keçirilən zəncirvari layihənin nəticələri idi. Bu haqda görkəmli Gürcüstan alimi Guram Markhulia qeyd edir ki, ermənilərin əvvəlcədən müəyyən edilmiş ərazilərə sürətlə köçürülməsinin əsas səbəbi Rusiyanın Qafqazdakı regionun etnik tərkibini dəyişdirmək istəyi ilə əlaqədar idi. Bu da Gürcüstandakı ermənilərin sayının və ölkə daxilində onların xəyanətkarlıqlarının artmasına səbəb oldu.

1890-cı ildəTiflisdə üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən "Erməni İnqilabi Federasiyası-Daşnaksütun'' partiyasının əsası qoyulur. Təşkilat kimi ilk vaxtlar "Erməni inqilabçılarının ittifaqı" adlanan daşnakların məqsədi, silah və güc tətbiqi ilə erməni dövləti qurmaq idi. 1891-ci ildə nəşr olunan və Daşnaksütunun mətbu orqanı olan "Droşak" (bayraq) qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar: "Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir. Qoy ermənilər bilsinlər ki, erməni torpağı qanla suvarılmasa, onlar heç bir şey əldə edə bilməzlər''.

Bu yazı həm daşnakların iç üzünü açan və onların məqsədlərinə hansı yollarla çatdığını göstərən bir sübut, həm də eyni zamanda Rusiyanın "Parçala və hökm sür" strategiyasının davamçısı olduğunu göstərən bir dəlildir.

1892-ci ildə partiyanın adı dəyişdirilir və partiya indiki adı ilə adlanmağa başlayır. Ümumilikdə, partiyanın yaranmasından sonra erməni təxribatları və xəyanətləri daha ardıcıl xarakter aldı və onların yaşadığı dövlətin tərkibində törətdikləri fəsadlar, Rusiyayönümlü siyasəti, tarixi və dini abidələrə edilən iddialar Gürcüstanı münaqişəyə sövq edən səbəblərdən oldu. Çar Rusiyasının süqutundan sonra Qafqazda müstəqil dövlətlərin yaranması prosesində radikal erməni millətçiliyi mövqeyindən çıxış edən daşnaklar, Azərbaycana qarşı olduğu kimi Gürcüstana da iddialar irəli sürürdülər.

1918-ci ilin oktyabr ayının əvvəlində Osmanlılar Ermənistanın və Gürcüstanın arasında neytral zona olan Lorinin cənubundan geri çəkildi. Bu da iki dövlət arasında münaqişələrin başlanmasına şərait yaratdı ki, ilk qarşıdurma daşnak ordusunun Alaverdi yaxınlığında dəmir yolu stansiyasını ələ keçirməsi ilə başladı. 1918-ci ilin 25-27 oktyabr tarixində daha da gərginləşən münaqişə daşnakların Gürcüstanın iki kəndindən və Lori vilayətinin cənubundan çıxarılması ilə başa çatdı. Siyasi mərkəz kimi İrəvan şəhərinin Ermənistana verilməsi ilə kifaytətlənməyən daşnaklar Tiflisi hələ də Daşnaksütun partiyasının mərkəzi kimi görür, Gürcüstanın bəzi ərazilərinə və Lori vilayətinə olan iddialarını davam etdirirdi. Bunun nəticəsidir ki, Gürcüstanın Lorini əlində tutmaq cəhdləri 1921-ci ildə Stalinin bu ərazini Ermənistana verməsi ilə başa çatdı.

Bunlarla kifayətlənməyən daşnaklar, Gürcüstanın gözəl, şöhrətli paytaxtı Tiflisə həsrətlə baxaraq, onu "itirilmiş erməni şəhəri" siyahısına aid edirlər. Təbii ki, bu irəli sürülən böhtanlar əsassız və sübutu olmayan iddialar idi. Vahid Ömərov "Ermənilərin Tbilisi şəhərinə iddiaları'' məqaləsində qeyd edir ki, ermənilər 1918-ci il dekabrın 9-da ingilislərə arxalanaraq, ərazi iddiaları irəli sürdü və Gürcüstana müharibə elan etdi. Daşnak Ermənistanın "general" rütbəsi verdiyi Dro-Drastamat Kanayan dekabrın 14-də Axalkalakini, dekabrın 20-də Şulaveri, dekabrın 25-dəTibilisini işğal etdi. İnglislərin köməyi ilə tərəflər arasında 1918-ci il dekabrın 31-də barışıq yarandı, Tbilisi ermənilərdən xilas oldu. Bundan sonra Gürcüstanda ermənilər əleyhinə düşmənçilik gücləndi, erməni əhalisi Tbilisdən qovuldu, Gürcüstan Erməni Şurası üzvləri, "Daşnaksütyun" partiyasının liderlərindən ibarət Gürcüstan Parlamentinin üzvləri həbs edildi, bütün erməni milislərinin silahları alındı və işdən azad edildi.

Bu dövrün ən mühüm şahidlərindən biri Sovet Gürcüstanının önəmli dövlət xadimlərindən olan Filipp Maxaradze bu haqda 1921-ci ildə "Gürcüstanda menşevik partiyasının diktatorluğu'' adlı əsərində bəhs etmişdir. Filipp Maxaradze qeyd edir ki, daşnaklar daha çox XIX əsrin sonunda Türkiyədə qruplar şəklində formalaşan seperatçı və terroryönümlü dəstələr idi. O qeyd edirdi ki, daşnaklar ingilis-fransız işğalçıların və Türkiyədə işğalçı və müstəmləkəçi məqsədlər arxasınca qaçan Rusiya şovinistlərinin əlində kor bir silaha çevrilib. F.Maxaradze həm də, 1927-ci ildə Tiflisdə çıxan "Cənubi Qafqazda inqilabçı hərəkata dair qeydlər'' kitabında daşnakları "erməni xalqının şeytanı” adlandırmışdır.

Gürcüstanla Ermənistan arasında digər bir problem Samtsxe-Cavaxetiya məsələsidir. Daşnaklar Azərbaycan və Türkiyəyə qarşı olduğu kimi Gürcüstan hesabına da "Böyük Ermənistan" yaratmaq iddiasındadırlar. Onlar Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsini öz əraziləri hesab edirlər. XIX əsrin I yarısnda Osmanlı imperiyasından Gürcüstana köçürülən katolik ermənilərin əksəriyyəti daha çox Axalkalak, Axalsıx, Azqur, Xertvis və digər yerlərdə məskunlaşdırıldı. Bununla yanaşı, Samtsxe-Cavaxetiya bölgəsi digər ərazilərə nisbətən sürətlə erməniləşməkdə idi. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 1800-cü ildə ermənilərin Gürcüstanda sayı 47 min, Samtsxe-Cavaxetiyada 37 min, 1832-ci ildə Gürcüstanda 84 min, Samtsxe-Cavaxetiyada 65 min, 1865-ci ildə Gürcüstanda 122 min 600, Samtsxe-Cavaxetiyada 86 min, 1886-cı ildə Gürcüstanda 172 min 900, Samtsxe-Cavaxetiyada 122 min 600, 1897-ci ildə Gürcüstanda 197 min, Samtsxe-Cavaxetiyada 141 min 500 nəfər idi.

Cavaxetiya Gürcüstanın Stalin dövrünə qədər Axısqa türklərinin kompakt yaşadığı ərazisi olub. 1937-ci il repressiyaları zamanı Axalkələk, Əspincə, Mesxeti və regionun digər yaşayış məntəqələrindən on minlərlə Axısqa türkü Sibirə və Orta Asiyaya sürgün edildikdən sonra bu torpaqlara İran, Livan, Suriya və digər ölkələrdən kütləvi şəkildə erməni ailələri köçürülmüşdür. Burada daşnakların separatçı fəaliyyətinin qarşısını almaq üçün Gürcüstanda aparılan əməliyyat nəticəsində bəzi daşnaklar həbs olundu, səbəb olaraq isə onların qeyri-qanuni silah qaçaqaçılığı və ölkə daxilindəki casusluq fəaliyyətləri göstərildi. Daşnak "Hetan'' təşkilatının təmsilçisi Aram Arqutyan Gürcüstanda daşnakların sıxışdırıldığını iddia edərək, hökümətin onları bu ərazidən deportasiya etmək istəyini qeyd etmişdi. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze öz çıxışında, daşnakların həbs edilərək ərazidən çıxarılmasının səbəbini onların törətdikləri cinayətlərlə bağlı olduğunu qeyd etmişdir.

Daşnakların və "Daşnaksütun partiyasının'' xəyanətkarlığı qeyd olunduğu kimi, onların Gürcüstandan deportasiya və həbs edilməsi ilə nəticələndi. Bu isə Gürcüstan hökümətinin daxili dincliyi qoruması üçün gördüyü bir tədbir idi.

Qonşu xalqların ermənilərə qarşı dost münasibətindən sui-istifadə edən daşnaklar öz xülyası olan "Böyük Ermənistan'' dövlətini yaratmaq üçün xəyanətkarlıqdan qaçınmırdılar. Təbii ki, diplomatik yolla əldə edə bilmiyəcəkləri istəklərini müxtəlif vasitələrlə həyata keçirən və ayaq basdıqları hər yerin özlərinə aid olduğunu iddia edən ermənilər, onlara qarşı göstərilən tolerant münasibəti hər zaman məkrli siyatətlərində istifadə edirdilər. Məsələn, 30 il bundan əvvəl 1988-ci ildə Ermənistanda baş verən və tarixə "Spitak zəlzələsi'' kimi düşən hadisədə, respublika ərazisinin 40%-i zərər çəkib. Ümumilikdə 21 şəhər və rayon, 324 kənd ziyan çəkib, 58-i tamamilə dağılıb. 514 min nəfər evsiz qalıb. Bu zaman Ermənistana böyük dəstək olan dövlətlərdən biri Gürcüstan idi. Zəlzələdən sonrakı ilk anlardan onlara yardım etmək üçün 6000 nəfər canlı qüvvə, 1650 yük maşını, avtobus, mikroavtobus, buldozer, qaldırıcı kran, benzin daşıyan, təcili yardım maşınları göndərdi. Lakin bütün bunlara baxmayaraq, İ.Baqramyan adına batalyonun üzvləri 1992-1993-cü illərdə gürcülərə qarşı amansız qəddarlıqlar törətdi. Bu batalyonun silahlıları Kodori yatağındakı Amtxeli, Campali, Kvemo və Zemo Lata və başqa gürcü kəndlərinin dinc əhalisini qırdı.

Əslində, müasir dövr tarixinə baxdıqda, bunu qeyd edə bilərik ki, Ermənistan bir dövlət kimi formalaşmağı hələ də bacarmayıb. Xəyanətkarlıq və tarixi saxtalaşdırmaq yolu ilə yaratdıqları ölkə siyasi və iqtisadi platformada özünə yer tapmağa çalışsa da, açıq-aydın görmək olar ki, o, Rusiyadan asılıdır. Rusiya və Ermənistan arasındakı bu müsbət münasibətin əsas səbəbi isə Rusiyanın Ermənistanın böyük dəstəkçisi olmasıdır. Dənizə çıxışı olmayan Ermənistan iqtisadi cəhətdən güclü deyil və bu səbəbdən də istər Qafqazda, istərsə də Avropa mühitində daim Rusiyaya bağlı siyasətə üstünlük verir. Təbii ki, bunu da qeyd etməliyik ki, Rusiyanın Ermənistanla olan mülayim münasibətdə əsas məqsədlərindən biri bu dövlətin Rusiya üçün geosiyasi bir əhəmiyyət daşımasıdır. Yəni Ermənistan Rusiya üçün Qafqazı idarə etmək və orada baş verən hadisələrə nəzarət edə bilmək üçün bir vasitə, Qafqaza açılan bir pəncərədir. Bu səbəbdən də Qarabağ müharibəsi daxil olmaqla, Qafqazda baş verən bütün hadisələrdə Ermənistan Rusiya tərəfindən açıq və ya dolayı yolla dəstəklənmişdir.

Aynur Əzimzadə,

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermərnişünaslıq şöbəsinin kiçik elmi işçisi

Ədəbiyyyat siyahısı

http://www.uluturk.info/new/menu/947//XIX-XX əsrin əvvəllərində Gürcüstanın Kvemo-Kartli (Borçalı), Samtsxe-Cavaxetiya bölgələrinə ermənilərin kütləvi şəkildə köçürülməsi;

https://news.milli.az/politics/632998.html   /13.03.2018 / Ermənilərin Tbilisi şəhərinə iddiaları;

http://1905.az/en/mass-deportation-of-the-armenians-to-the-territory-of-georgia//27.09.2017/  Mass Deportation of the Armenians to the Territory of Georgia;

https://az.wikipedia.org/wiki/Da%C5%9Fnaks%C3%BCtun/Daşnaksütun;

http://1905.az/tr/gurcistanin-ermeni-sorunu//13.06.2014 / Gürcistan’ınErmenisorunu ;

http://turksandarmenians.marmara.edu.tr/tr/iki-gurcu-siyasetcinin-ermeniler-ve-tasnaklara-bakisi/  / İki Gürcü Siyasetçinin Ermeniler ve Taşnaklara Bakışı;

https://tr.m.wikipedia.org/wiki/G%C3%BCrc%C3%BC-Ermeni_Sava%C5%9F%C4%B1   /Gürcü-ErmeniSavaşı;

http://mediainfo.az/siyaset/69587  / 25.12.2017 / Gürcüstanda ermənilərin pozuculuq fəaliyyəti davam edir.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...