THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Berinq Breyvikin Qərb mədəniyyətinə və dünyagörüşünə atdığı güllələr

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
13880
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bu gün dünyanın terrorun "qanla sulamadığı” guşəsi qalmayıb. İnformasiya kanallarının məlumatları "günahsız insanlar həyatını itirdi” cümləsi ilə başlayır, "cinayətkarlar axtarılır” cümləsi ilə bitir. Ancaq nə günahsız insanların həyatını itirməsi bitir, nə də axırıncı terrorçu axtarışı nəticə verir. Artıq insanların beynində terrorçu ilə məsumluğun yeri qarışıq salınır. Eyni mahiyyəti olan hadisələrə o dərəcədə fərqli izahlar verirlər ki, adamın ədalət və vicdan duyğusu şoka düşür. Qoca Sokrat belə bu məntiqsizlik və ədalətsizlik qarşısında "vicdan və kişilik” anlayışlarından imtina edərdi.

Avropa mediası indi də "Breyvik olayı” adını almış hadisəni informasiya məkanının aktual ünsürünə çevirməyə girişib. Anders Berinq Breyvik 2011-ci il iyulun 22-də Norveçin paytaxtı Oslo şəhərində və kurort adası Utoyyada 77 insanı qətlə yetirib. Həmin insanların heç birinin Breyviklə münasibəti olmayıb. Onların bir nəfəri belə bu norveçli gəncə qarşı pis iş görməyib. 77 nəfəri A.Breyvik müsəlmanlara nifrət bəslədiyinə, müxtəlif dinə və mədəniyyətə sahib adamların Norveçə gəlməsinə görə qətlə yetirib.

33 yaşlı A.Breyvikin kimliyi və həyat yolu həyata keçirdiyi qətlin mahiyyətini anlamaq və Avropa informasiya məkanında baş verənlərin izahı üçün maraq doğurur. O, 1979-cu ildə doğulub. Atası diplomatdır. Ən yaxın dostlarından biri pakistanlı miqrant olub. 15 yaşında A.Breyvik protestantlığı qəbul edib. Bir neçə il sonra ondan imtina edib. Anası növbəti dəfə evlənəndən sonra onunla münasibətləri pozulub. Aktiv siyasi fəaliyyətlə məşğul olub. Bir neçə radikal faşist meylli təşkilatla əlaqə saxlayıb. Böyük Britaniyanın iki antimüsəlman təşkilatı ilə əlaqə qurub. Onlar "İngilis müdafiəsi liqası” (English Defence League) və "Avropanın islamlaşmasının dayandırılması” (Stop the Islamification of Europe) təşkilatlarıdır. 2002-ci ildən "səlibçilərin milliyyətçiliyi” uğrunda mübarizə aparan Norveçin PCCTS adlı radikal təşkilatına üzv olub. Gizli adı "Siqrud”dur. Maraqlısı odur ki, A.Breyvik həm də Oslonun "Johannes Lodge Soilene” mason lojasına daxil imiş (bax: Jonathan Corke. Nazi-loving Freemason Who Made The World Crumble. - "Daily Star Sunday”, 24.07.2011 və "Sean Rayment”. Norway killings: the quiet and modest man who became peacetime Europe's worst mass killer. - "The Telegraph”, 23.07.2011).

Bu qısa bioqrafik arayış A.Breyvikin kimliyi sərhədlərini çox aşan və Qərb dünyası üçün xarakterik olan bir neçə məqamdan xəbər verir. Görünür ki, A.Breyvik Qərb mühitinin yetişdirdiyi, ziyalı ailəsində və yaxşı məktəblərdə təhsil almış, bir neçə şirkətdə çalışmış, hətta özəl firması olan avropalıdır. Onun psixi xəstə olmasından söhbət gedə bilməz. Bunun əvəzində aktual olanı A.Breyviki yəhudi lojasınınmı radikal xristian qruplaşmasına yönəltdiyini, yoxsa radikal "səlibçilərin”mi yəhudi lojasına istiqamətləndirdiyini aydınlaşdırmaqdan ibarətdir. Yəni söhbət bir sərsərinin səhlənkar və yaxud xəstə əhvalda olanda etdiyi hərəkətindən getmir.

Problem Avropa cəmiyyətində daha dərində kök salmış həyat tərzi, dünyagörüşü və informasiya dövriyyəsi prinsiplərinin böhranındadır. Fransada 4 nəfəri qətlə yetirən müsəlmanın kimliyi ilə yanaşı, dərhal hansı təşkilatla əlaqəsi olması araşdırıldı. Qardaşını tapdılar, danışdırdılar, onlardan mütəşəkkil hərəkət edən qrup düzəltdilər. Qərb ictimaiyyətinə həmin olayı də məhz bu aspektdə təqdim etdilər. Qərbin informasiya vasitələri dərhal "İslam terroru”, "müsəlman radikalizmi” və "müsəlman dözümsüzlüyü” ilə bağlı bir yığın cızma-qara ilə informasiya məkanını doldurdular.

Bundan bir neçə il öncə, Macarıstanda Ramil Səfərov haqqında belə buna bənzər informasiyalar yaymışdılar. R.Səfərova Vətəninin, xalqının və özünün şərəfini qoruduğuna görə ömürlük həbs cəzası kəsdilər. Hər dəfə də ortaya "müsəlman dözümsüzlüyü və terroru” ifadəsini atıb, insanların şüurunu istismar etdilər. 77 nəfəri qətlə yetirən, Avropanın bir neçə terrorçu təşkilatının üzvü olan, mason lojasına daxil edilmiş bir avropalı terrorçuya isə 77 günahsızı qətlə yetirdiyinə görə cəmi 21 il həbs cəzası verməyi düşünürlər. Üstəlik, Qərb mediası bu qədər ədalətsizliyi gizlədib, qərəzli informasiya savaşı aparır.

Bunların fonunda A.Breyviklə bağlı Qərb informasiya vasitələrinin konkret təqdimatlarına baxanda nələrin baş verdiyini daha aydın görə bilərik. Onun haqqında yuxarıda qeyd etdiklərimizdən də geniş məlumat ola-ola öncə A.Breyviki dəli kimi qələmə verdilər. Paralel olaraq qurbanlardan bəzilərinin yaxınlarını danışdırıb, "Anders də insandır, istərdik ona qarşı insan kimi davranılsın” dedirtdilər. Bunu deyən Breyvikin qətlə yetirdiyi 21 yaşlı norveçli gəncin anasıdır.

Qərbin müxtəlif media təmsilçiləri A.Breyviki manşetlərə çıxarıb, hadisənin miqyasını kiçiltməyə və onu bir fərdin adi cinayəti kimi təqdim etməyə başladılar. Həmin təqdimatların heç birində bu terrorçunu yetişdirən təşkilatlardan, Qərbin böhranda olan sosial-mədəni və mənəvi-psixoloji mühitindən, islamofobiyadan, fərqli düşünənlərə qarşı dözümsüz münasibətin formalaşması səbəblərindən danışan yoxdur. Qərbin əksər mediası terrorçunun fərdi keyfiyyətlərini önə çəkir və məhkəmənin ona qarşı daha ədalətli olması zərurətindən danışırlar.

Bəzi Qərb media orqanı və ziyalıları bu informasiya yanlışlığının və süniliyinin fərqindədirlər. Məsələn, Almaniyanın "Tagesspiegel” qəzeti sual edir ki, "kütləvi qırğın törədənə nə qədər diqqət yetirmək olar? Norveçin "Dagbladet” qəzeti isə ümumiyyətlə bu məsələni gündəmdən çıxarmağı təklif edir.

Lakin bu təqdimatın başqa zərərli tərəfi də var. A.Breyviki bu hala gətirən sosial-psixoloji və ideoloji mexanizmləri dünyaya izah edib, onu aradan qaldırmaq əvəzinə unutdurmaq yenə də xristian terrorizminə və dözümsüzlüyə xidmət etmək deməkdir.

Görünür, Qərbin ən böyük informasiya agentliklərinin qoşulduğu bu kampaniya hansısa dairələrə çox lazımdır. İnformasiya savaşında növbəti antiislam dalğasını başqa donda göstərib, bəd əməllərinə davam etməyin izindədirlər. Ancaq onlar çox yanılırlar. Çünki A.Breyvik tək deyil, onu kimilərini yetişdirən ideoloji sistem və konkret təşkilatlar bütün Qərbi bürüyüb.

Terrorun Qərbi bundan sonra daha şiddətlə sarsıtmaq ehtimalı böyükdür. İslam dünyasına aid edilən "bumeranq” artıq orada trayektoriyasının maksimal nöqtəsini keçib müəlliflərin özünə qayıdır. Ona görə də A.Breyvikin hərəkətinin əsl səbəbini gizlətmək, Qərb cəmiyyətinin düçar olduğu ideoloji, mənəvi-əxlaqi və informasiya xəstəliyini müalicə etmək ilk növbədə onların özünə ziyandır. Berinq Breyvik fərd olaraq birdir, lakin Qərb cəmiyyətinin yetişdirdiyi berinqlər Berinq dənizindəki su damcıları qədərdir. Berinq dənizi coğrafi olaraq Asiya ilə Amerikanı ayırır. Bu, problem deyil – müasir inkişaf onu asan aradan qaldırır. Berinq Breyvik isə Qərb düşüncə tərzinin özünü təcrid etməsinin sübutudur. Bax, onu aradan qaldırmaq çox çətindir. Bu haqda düşünmək lazımdır.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...