THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Sərkisyandan... Sərkisyana

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
555
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 fevral 2018 – Newtimes.az

Ermənistan prezidenti Serj Sərkisyan hakimiyyətinin ömrünü uzatmaq üçün kəndirbaz kimi tamaşa göstərir. Sərkisyan 2013-cü ildə ikinci dəfə prezident seçildi və cari ilin fevral ayında müddəti bitir. Hakimiyyətdə qalması üçün 2015-ci il dekabrın 6-da Konstitusiya islahatı barədə referendum keçirildi və Ermənistan prezident üsul idfarəsindən rəsmən parlament üsul idarəsinə keçdi.

Ötən il Ermənistnın daxili ictimai-siyasi həyatında ən çox müzakirə edilən məsələ baş nazir postuna kimin gələcəyi idi. Bütün siyasi qüvvələr bu namizədin prezident Serj Sərkisyanın olacağını bilsə də, digər namizədlərin, xüsuilə də indiki baş nazir Karen Karepetyanın da bu post üçün iddialı olduğu bilinirdi. Karepetyan əvvəlki hökumətin böhran yaşamasından və hökumətin buraxılmasından sonra baş nazir təyin edilmişdi və olduqca çətin bir dövrdə fəaliyyət göstərir.

Baş nazir postuna Serj Sərkisyanın gələcəyi məlum olduqdan sonra Ermənistanın dördüncü prezidentinin kim olacağı əsas müzakirə mövzusu oldu. Qeyd edək ki, Konstitusiya islahatından sonra Ermənistanda prezident yeddi illiyinə seşilir və bir dəfə seçilmə haqqı vardır.

Prezidentliyə namizədlər arasında Konstitusiya Məhkəməsinin Sədri Qaqik Arutyunyanın,[i] "Fleş'' kompaniyasının sahibi, işadamı Barseq Beqleryanın,[ii] Ermənistanın Birləşmiş Krallıqda səfiri olmuş Armen Sərkisyanın adı hallansa da, nəhayət hakim Respublika Partiyası Armen Sərkisyan barəsində qərar verdi və prezident Serj Sərkisyan rəsmi olaraq Armen Sərkisyanın prezidentliyə namizədliyini irəli sürdü.

Hələ Armen Sərkisyanın namizədliyi elan olunmazdan əvvəl prezident Serj Sərkisyan dördüncü prezidentin heç bir zaman siyasətlə məşğul olmayan birisinin olması gərəkdiyini bildirmişdi.[iii] Əlbəttə, prezident Serj Sərkisyan dördüncü prezidentin heç bir zaman siyasətlə məşğul olmayan birisi olmasını arzulayarkən diplomatik davranmışdır. Əslində isə Serj Sərkisyan baş nazir postuna sahib olduqdan sonra onun fəaliyyətinə mane olmayan, birtərəf, sözə baxımlı, loyal birinin prazident olması gərəkdiyini demək istəmişdir. Bütün bu xarakterik xüsusiyyətlərin Armen Sərkisyanın şəxsində təşəkkül etdiyinə inanan Prezident Serj Sərkisyan onun namizədliyini dəstəkləmişdir.

Armen Sərkisyan kimdir?

Armen Sərkisyan 1953-cü il iyunun 23-də İrəvanda doğulub. İki oğlu və üç nəvəsi var. İrəvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsindən məzun olmuşdur. 1976-84-cü illərdə bu universitetdə dərs demiş, teorik fizikanın kompyuter modelləşdirilməsi kompleksi şöbəsini təsis etmişdir. 1984-1985 və 1989-1991-ci illərdə Kembric Universitetinə və London Universitetinin riyaziyyat instituna tədqiqatçı və pedaqoq olaraq dəvət edilmişdir.

1992-1995-ci illərdə Ermənistanın Birləşmiş Krallıqda səfiri işləyib, 1995-1996-cı illərdə Ermənistanın Avropa İttifaqında missiyasının rəhbəri olub.

1 noyabr 1996 – 28 fevral 1997-ci illərdə baş nazir postunda olub. Bu tarixlərdə müdafiə naziri olan Vazqen Sərkisyanın təzyiqi ilə baş nazir postundan istefa etdiyi bildirilir.

1998-2000-ci illərdə yenidən Ermənistanın Birləşmiş Krallıqda səfiri işləyib.

2000-ci ildə Eurasia House International təşkilatını təsis edib və prezidenti olub. Müxtəlif illərdə British Petroleum, Alcatel, Telefonica kompaniyalarında konsultant olaraq işləyib.

Hazırkı dövrdə Armen Sərkisyan Serj Sərkisyan üçün prezidentliyə ideal namizəddir. Baş nazir postundan Vazqen Sərkisyanın təzyiqi nəticəsində (bəzi mənbələr müdafiə naziri Vazqen Sərkisyanın baş nazir Armen Sərkisyanı iş otağında döydüyünü və ağır xəsarət yetirdiyini bildirir[iv]) istefa etməsi diqqətə alınarsa, qətiyyətsiz və siyasi iradəsi zəif birisi kimi xarakterizə edilə bilər. Bizneslə məşğul olub. Ermənistanda hakimiyyət uğrunda gedən mübarizədə aktiv iştirak etməyib.

Konstitusiya dəyişikliyi barədə referendumdan sonra Ermənistan prezidentinin simvolik səlahiyyətlərə sahib olması diqqətə alınarsa, Armen Sərkisyan hazırkı prezident Serj Sərkisyan, bir ay sonrakı baş nazir Serj Sərkisyan üçün ciddi təhlükə yaratmır.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Армен Ханбабян, Кто может стать следующим президентом Армении https://regnum.ru/news/polit/­2303226.html, 20 июля 2017.

[ii]  ''Паст'': Президентом Армении может стать Барсег Бегларян http://www.times.am/?p=234031&l=ru 13 / 01 / 2018.

[iii] Президентом Армении станет человек, который никогда не занимался политикой https://regnum.­ru/news/polit/2368402.html, 17 января 2018.

[iv] Избиение одного Саркисяна другим: не пора ли поставить точку в этой истории?  http://armenianreport.com/pubs/177015/, 21 Января 2018.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...