THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Libaridyanın xatirələrində Qarabağ müzakirələri

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1537
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 mart 2017 – Newtimes.az

Xarab olmuş saat belə gündə iki dəfə zamanı doğru göstərir. Bu, optimist düşüncə baxımından az da olsa ümidvericidir. Bəzi hadisələr, problemlər, münaqişələr var ki, onları qarşı tərəflə olmasa da, öz daxilində müzakirə edərkən, məntiqli düşünə bilən insanlar vardır. Bu insanlardan biri də 1993-cü ildə Ermənistan XİN rəhbərinin birinci müavini, 1994-1997-ci illərdə Təhlükəsizlik Şurasının katibi olmuş, Beyrutda doğulan erməni əsilli Jirayr Sedraki Libaridyandır.

Libaridyan 1997-ci ildə Ermənistanı tərk edib, ABŞ-da yaşayır. Miçiqan Universitetinin professorudur və həmin universitetdə erməni tarixi kafedrasının müdiridir. Qeyd edək ki, Libaridyan 1980-1988-ci illərdə Bostonda yerləşən Daşnaksutyun Partiyasının arxiv müdiri vəzifəsində çalışıb. Bu arxiv sadəcə Daşnaksutyun Partiyasının arxivi deyil, eyni zamanda, 1918-1920-ci illərdə hakimiyyətdə olmuş Daşnaksutyun hökumətinin də arxivinin böyük bir qismi burada qorunmaqdadır və arxiv tədqiqatçılar üçün açıq deyil.

Libaridyan adekvat düşünə bilən nadir erməni siyasətçilərindəndir. Hələ Ermənistana ilk gəldiyi zaman qondarma erməni "soyqırımı'' və "bölünmüş'' Ermənistan ideologiyasını qəbul etməsinə baxmayaraq, bu məsələlərin Ermənistanın xarici siyasətində əsas amil olmasına inadla qarşı çıxmışdır.[i]

Libaridyan Dağlıq Qarabağ probleminin həll edilməsi məsələsində də uzlaşmadan yana olmuşdur. Amma həmin dövrün erməni siyasətçiləri onun və onun kimi düşünənlərin tövsiyələrinə əməl etməmişdir.

Libaridyan Ermənistanı tərk etdikdən sonra xatirələrini və müşahidələrini "Ermənilərin Dövlətləşmə İmtahanı'' adlı kitabda toplamışdır. Bu kitab türk dilinə tərcümə edilmiş və 2000-ci ildə dərc edilmişdir. Kitabı oxuyanda, hələ 1997-ci ilə qədər olan dövrdə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ probleminin həll edilməsi üçün hansı ciddi fürsətləri əldən verdiklərini görmək mümkündür. Libaridyan qeyd edir ki, o zaman problemin həll edilməsi üçün siyasi iradə nümayiş etdirilsəydi, Ermənistan bugünkü səfil vəziyyətə düşməzdi.

Libaridyanın Dağlıq Qarabağ probleminin həll edilməsi prosesi ilə bağlı növbəti kiçik xatirəsi ABŞ-da erməni diasporunun ingilis dilində nəşr olunan "Masis Post'' qəzetində dərc olunub. O, burada əhəmiyyətli məsələlərə toxunub və Ter-Petrosyanın problemin həll edilməsi istiqamətində təşəbbüslərini dəstklədiyini qeyd edib.

Libaridyan 1997-ci ildə yaşadığı və iştirak etdiyi müzakirə barədə belə yazır: "Mənim məqsədim o deyil ki, bizim komandanın indiki liderlərdən və diplomatlardan daha yaxşı olduğunu sübut edim. Məqsədim 25 illik tarixin vacib məqamları ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. 1997-ci ildə baş vermiş bu hadisə bir daha sübut edəcək ki, Qarabağ münaqişəsinin nizamlanması 20 il bundan əvvəl mümkün idi, hansı ki bu, 2005-ci ildə mümkün deyildi və yəqin elə indi də mümkün deyil.''

Libaridyanın qeydlərinə görə, Dağlıq Qarabağ probleminin həll edilməsi üçün müzakirədə qondarma rejimi Robert Köçəryan, "baş nazir'' və "prezidentin'' səlahiyyətlərini icra edən Leonard Petrosyan, "xarici işlər naziri'' və növbəti "prezident'' olacağı gözlənilən Arkadi Qukasyan, "müdafiə naziri” Samvel Babayan təmsil edirdi.

Ermənistan adından müzakirədə prezident Levon Ter-Petrosyan, parlamentin sədri Babken Ararktsyan, müdafiə naziri Vazgen Sərkisyan, dövlət təhlükəsizlik naziri Serj Sərkisyan, xarici işlər naziri Aleksandr Arzumanyan və prezidentin baş müşaviri, Təhlükəsizlik Şurasının katibi olaraq özünün iştirak etdiyini bildirir. Libaridyan bu toplantını qondarma rejimin və Ermənistanın təhlükəsizlik şuralarının qeyri-rəsmi birgə iclası kimi xarakterizə edir.

Libaridyan qeyd edir ki, qondarma rejim nümayəndəsi Leonard Petrosyan bildirib ki, indiyədək situasiyaya tam kor-koranə baxıblar və səhvə yol veriblər. Ona görə də qərara alıblar ki, paket həlli yox, mərhələli həlli qəbul etmək lazımdır. Ter-Petrosyan bu fikirdən heyrətə gəlib və Petrosyandan fikrini təkrar etməsini tələb edib.

Bəli, qondarma rejim o vaxta qədər əldə edilən razılaşmadan kənarlaşıb. Maraqlısı odur ki, bu müzakirələrdə qondarma rejim nümayəndələrinin hansı məsələlərə kor-koranə baxıb, hansı səhvə yol verdiklərini açıqlamayıblar. Qondarma rejim nümayəndələrinin situasiyaya tam kor-koranə baxıb və səhvə yol verdiklərini özlərimi anlayıb, yoxsa kənardan bir qüvvə onlara bunu pıçıldayıb? Bu barədə Libaridyanın qeydi yoxdur.

Libaridyan belə davam edir: "Ter-Petrosyan fikrini tamamlayıb...digər görüş iştirakçılarına tərəf üz çevirdi və soruşdu: Siz hamınız başa düşdünüz burada nə baş verdi? Atəşkəsin əldə olunmasından bu yana ilk dəfədir ki, Dağlıq Qarabağ və Ermənistan liderləri münaqişənin nizamlanmasına dair tam razılığa gəlirlər. Biz mərhələli həllə bağlı yanaşmanı davam etdiririk və hamımız başa düşürük ki, bu nə deməkdir. Burada bu proseslə razı olmayan kimsə varmı? Ter-Petrosyan kimin bu planla razı olmadığını iki, yaxud üç dəfə soruşdu. Heç kim etiraz etmədi, yalnız Samvel Babayan sonda tərəddüdlə soruşdu: "Biz Kəlbəcəri də saxlaya bilərikmi, hə?'' O, çiynini Robert Köçəryanın stuluna söykəyib oturmuşdu, Köçəryan Babayana tərəf döndü (O, Samvelə düz baxa bilməzdi, bunun üçün 180 dərəcə dönməliydi) və dedi: Sən eşşəksən, yoxsa nəsən? Biz heç Laçını həzm edə bilmirik, indi sən Kəlbəcəri də istəyirsən?''

Burada Libaridyan özünüsenzuradan istifadə etməyib və hadisəni olduğu kimi yazıb. Hələ o vaxt qondarma rejimin "prezidenti'' olan Köçəryan özünün nazirinə eşşək deyəcək qədər tərbiyəsizlik edib. Müzakirələrdə qarşısındakı şəxsi təhqir edərək eşşək deyən şəxs demək ki, özünü və digərlərini də hər hansı bir heyvan növünə aid edir.

Ermənistan siyasi rəhbərliyinin sosial və siyasi psixologiyasını öyrənmək baxımından belə nüanslar olduqca əhəmiyyətlidir. Köçəryanın eşşək dediyi Samvel Babayan Koçəryan Ermənistanda baş nazir və prezident seçildikdən sonra da qondarma rejimdə eyni vəzifədə xeyli işlədi.

Ermənistanın Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində razılaşmaq istəməməsi, bu problemə paralel olaraq ölkədə sosial-iqtisadi, siyasi və təhlükəsizlik problemlərinin sümükləşməsi onu göstərir ki, siyasi elita deyə bir şey yoxdur, ölkə hələ də Köçəryanın dediyi məxluqlar tərəfindən idarə edilir.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Gerard J. Libaridyan, Ermenilerin Devletleşme Sınavı, (İstanbul: İletişim Yayınları, 2000).

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...