THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Prezidentin tarixi nitqi: kimlər nədən narahatdır?

Prezidentin tarixi nitqi: kimlər nədən narahatdır?
20 fevral 2018

Fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirildi. Tədbirdə Prezident İlham Əliyev dərin məzmunlu nitq söylədi. Dövlət başçısı çıxışında ölkədə həyata keçirilən islahatlar, əldə edilən nailiyyətlər və qarşıda duran perspektivləri dolğun şəkildə ifadə etdi. Azərbaycanda sosial-iqtisadi və mədəni inkişafın müxtəlif aspektləri üzərində dayandı. Həyata keçirilən proqramların verdiyi dividendlər haqqında bir daha danışıldı. Milli dövlətçiliyin sürətli inkişafının bundan sonra da davam edəcəyi vurğulandı. Bunlarla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, müxtəlif layihələrdə iştirakının müsbət nəticələri haqqında da dövlət başçısı fikir ifadə etdi. Ekspertlərin diqqətini daha çox çəkən məsələlər sırasında İlham Əliyevin Azərbaycan tarixi, onun öyrənilməsi, gənclərin qarşısında duran vəzifələr, tarixi yaddaşın məzmun çalarları barədə irəli sürdüyü tezislər geniş müzakirə predmetinə çevrilib. Ancaq bir sıra dairələr bu fikirlərdən əməlli-başlı narahat olublar. Onlar həmin fikirləri qərəzli mövqedən analiz etməyə çalışırlar.

Ermənilərin "çirkin" feyk dostu: Aleksandr Nevzorovun sayıqlamaları

Ermənilərin "çirkin" feyk dostu: Aleksandr Nevzorovun sayıqlamaları
19 fevral 2018

Ermənistanın bir informasiya agentliyi rusiyalı jurnalist Aleksandr Nevzorovun "Exo Moskvı" radiostansiyasındakı çıxışının Azərbaycanla bağlı hissəsini dərc edib. Ermənilər bunu sanballı bir fikir kimi, təhlil statusunda təqdim etməyə çalışıblar. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin İrəvanın qədim Azərbaycan torpağı olması ilə bağlı ifadə etdiyi fikirdən gedir. Təbii ki, özlüyündə elə bir siyasi əhəmiyyəti olmayan hadisədir. Ancaq "tanınmış" jurnalist və rejissorun şəxsiyyəti təhqir edən ifadələr işlətməsi, özünü yol göstərən, ağıl öyrədən, tarixi bilən mütəxəssis kimi təqdim etməyə çalışması cavabsız qalmamalıdır. Xüsusilə Azərbaycan kimi nüfuzlu dövlətin yüksək intellektual səviyyəyə, peşəkar diplomatik qabiliyyətə və ədalət hissinə malik başçısına iftira, böhtan atılması diqqətdən kənarda qala bilməz. Biz yalnız müəyyən real faktların işığında A.Nevzorov kimilərə möhtac olan ermənilərin və rus jurnalistin bir şəxs kimi düşdüyü aciz və gülünc vəziyyətdən bəhs etməyi lazım bildik.

Aprel seçkisi: yeni idarəetmə mərhələsinə keçidin əsasları

Aprel seçkisi: yeni idarəetmə mərhələsinə keçidin əsasları
16 fevral 2018

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin elan edilməsi, gözlənildiyi kimi, bütün dünyada maraqla qarşılandı. KİV bu məsələyə geniş yer ayırmaqda davam edir. Yaxın qonşularla yanaşı, Avropa ölkələri də Prezident İlham Əliyevin qəbul etdiyi bu qərarı analiz etməyə çalışırlar. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan Cənubi Qafqazda geosiyasi "qovşaq nöqtəsi"dir, iqtisadi, siyasi və hərbi aspektlərdə liderdir. Bunlardan başqa, Bakı regional miqyasda təhlükəsizliyin təmini və perspektivli əməkdaşlığın inkişafı istiqamətlərində mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycanda hakimiyyət məsələsi "Yeni İpək Yolu" layihəsinin uğurla reallaşması kontekstində də bir sıra dövlətləri maraqlandıran faktordur.

Nazarbayevin ABŞ turnesi: Qazaxıstanın geosiyasi həmləsi

Nazarbayevin ABŞ turnesi: Qazaxıstanın geosiyasi həmləsi
15 fevral 2018

Nursultan Nazarbayevin bu il yanvarın 16-18-də Amerikaya rəsmi səfəri ilə bağlı müxtəlif fikirlər ifadə edilir. Bu hadisəyə yanaşmalar müxtəlifdir. Ancaq Qazaxıstan dövlət başçısının müzakirə etdiyi məsələlərə obyektiv və ədalətli yanaşanda bir sıra maraqlı və aktual məqamları görmək mümkündür. Hər şeydən öncə, N.Nazarbayev Amerika prezidenti ilə bütövlükdə Mərkəzi Asiya üçün aktual olan məsələləri müzakirə edib. Həmin sırada iqtisadi-ticarət, energetika, nəqliyyat və təhlükəsizliklə bağlı məsələlərə daha çox diqqət yetirilib. Bu istiqamətdə baza kimi "Səmərqənd bəyannaməsi" götürülüb. Bu, onu təsdiq edir ki, Astana ardıcıl xarici siyasət yeridir. Ekspertlər həmin çərçivədə Vaşinqtonda tərəflərin 20-dən çox saziş imzalamasına diqqət çəkirlər. Bu, demək olar ki, strateji tərəfdaşlıq səviyyəsi anlamına gəlir. Müqavilələrdə nəzərdə tutulan maliyyənin həcmi də bu tezisin əsaslı olmasını sübut etməkdədir – 7,5 milyard ABŞ dolları! Buraya amerikalı iş adamlarının Qazaxıstana sərmayə qoyması da daxildir.

Ermənistanın beynəlxalq nəqliyyat problemi: tunelin sonunda işıq görünmür

Ermənistanın beynəlxalq nəqliyyat problemi: tunelin sonunda işıq görünmür
14 fevral 2018

Ermənistanın beynəlxalq nəqliyyat sahəsində yaşadığı problemlər iqtisadi və ticari sahələrə birbaşa mənfi təsir edir. Bu problem davam etdiyi müddətdə iqtisadiyyatın canlanması, ticarət dövriyəsinin artması mümkün görünmür. Ermənistanın Rusiya ilə nəqliyyat yolu Gürcüstandan keçməklə Rusiya ilə sərhəd bölgəsində yerləşən Yuxarı Lars yolu ilə tamamlanır. Amma Yuxarı Lars yolu dağlıq ərazidən keçir, qış mövsümündə qar və uçqunlar, yaz mövsümündə isə dağ çaylarının daşması bu yolu uzun müddət bağlayır. Təbii ki, bu zaman Ermənistandan Rusiyaya ixrac malları daşıyan maşınlar bir həftə, on gün, bəzən də daha artıq yolların açılmasını gözləyir ki, bu da həm həm nəqliyyat xərcini artırır, həm də tez xarab olan malların keyfiyyətini aşağı salır. Qısacası, Yuxarı Lars yolunun mövsüm şərtlərinə görə bağlı olması Ermənistan üçün ciddi problemdir.

Yaxın Şərqdə yeni "ordu", yaxud ABŞ-ın yeni planları

Yaxın Şərqdə yeni "ordu", yaxud ABŞ-ın yeni planları
12 fevral 2018

Yaxın Şərq regionunda ümumi geosiyasi vəziyyət gərginliyini nəinki saxlayır, hətta daha mürəkkəb bir situasiyaya yuvarlanır. Vaşinqtonun Suriya Demokratik Qüvvələri ilə 30 minlik PYD/YPG ordusu yaratmaq planı haqqında informasiya yayması ilə regionda proseslər bir qədər də gərgin xarakter aldı. Bir sıra dövlətlər buna etirazlarını bildirdilər. Türkiyə isə ABŞ-ın, əslində, PYD/YPG üçün yaratmaq istədiyi ordunu beşiyində boğacağını bəyanladı. Bununla da ekspertlər regionda növbəti savaş ehtimalının yüksəldiyindən danışdılar. Gedən proseslərin Yaxın Şərqə və ona yaxın regionlara mümkün təsirləri üzərində düşünməyə ehtiyac yaranıb. O cümlədən böyük dövlətlər arasında nüfuz savaşının hansı təhlükələr yarada biləcəyi maraq doğurur.

İranda etiraz aksiyaları: üç təhlükəli geosiyasi ssenari

İranda etiraz aksiyaları: üç təhlükəli geosiyasi ssenari
09 fevral 2018

Yaxın Şərqdə bir çox dövlətlərin münaqişələrə və ixtilaflara cəlb olunması səbəbindən bütövlükdə dünya siyasəti təhdidlərlə üzləşməkdədir. Təəssüf ki, bu proses nəinki zəifləyir, hətta yeni məzmun çalarları da alır. İranda baş qaldıran etiraz aksiyaları bu baxımdan ekspertlərin diqqətini daha çox çəkir. Prosesin geosiyasi aspekti xeyli dərəcədə düşündürücüdür. Siyasətçilər baş verənlərə öz münasibətini bildiriblər. Burada iki düşərgə formalaşmaqdadır. Bir qrup dövlətlər İranda etirazçıları dəstəkləyir, onlara yardım edirlər. Digər qrup ölkələr isə İranın daxili işlərinə qarışmağın düzgün olmadığını qeyd edirlər. BMT məsələyə öz münasibətini bildirərək, Tehranı aksiyalarda iştirak edənlərə qarşı korrekt davranmağa çağırıb. Bütövlükdə kifayət qədər mürəkkəb vəziyyət yaranıb və proseslərin mümkün inkişaf ssenarilərinin geosiyasi analizi aktuallıq kəsb edir.

Sərkisyandan... Sərkisyana

Sərkisyandan... Sərkisyana
08 fevral 2018

Ermənistan prezidenti Serj Sərkisyan hakimiyyətinin ömrünü uzatmaq üçün kəndirbaz kimi tamaşa göstərir. Sərkisyan 2013-cü ildə ikinci dəfə prezident seçildi və cari ilin fevral ayında müddəti bitir. Hakimiyyətdə qalması üçün 2015-ci il dekabrın 6-da Konstitusiya islahatı barədə referendum keçirildi və Ermənistan prezident üsul idfarəsindən rəsmən parlament üsul idarəsinə keçdi. Ötən il Ermənistnın daxili ictimai-siyasi həyatında ən çox müzakirə edilən məsələ baş nazir postuna kimin gələcəyi idi. Bütün siyasi qüvvələr bu namizədin prezident Serj Sərkisyanın olacağını bilsə də, digər namizədlərin, xüsuilə də indiki baş nazir Karen Karepetyanın da bu post üçün iddialı olduğu bilinirdi. Karepetyan əvvəlki hökumətin böhran yaşamasından və hökumətin buraxılmasından sonra baş nazir təyin edilmişdi və olduqca çətin bir dövrdə fəaliyyət göstərir.

Afrinə "Zeytun budağı": Ankara terrorla mübarizəni dərinləşdirir

Afrinə "Zeytun budağı": Ankara terrorla mübarizəni dərinləşdirir
07 fevral 2018

Türkiyə Silahlı Qüvvələri 2018-ci il yanvarın 20-də Suriyanın Afrin əyalətində yuva salmış terror qruplarına qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. İlkin məlumatlara görə, orada 8-10 min arası terrorçu vardır. Hərəkatın ilk günlərində Azad Suriya Ordusu və Türkiyənin xüsusi təyinatlıları bir neçə kilometr irəliləyiblər. Lakin terrorçular müxtəlif yayındırıcı üsullardan istifadə etməyə çalışırlar. Onlar mülki əhali arasına qarışır və ya kəndlərə və şəhərlərə çəkilirlər. Belə şəraitdə savaş aparmaq xüsusi bir ustalıq tələb edir. Bu hadisələrə dünya dövlətləri reaksiya veriblər. ABŞ, Rusiya, Almaniya, İran və NATO faktiki olaraq Ankaranın hərəkatına mane olmurlar. Ancaq Fransa məsələni BMT-yə çıxarıb. Bütövlükdə Türkiyənin hərbi əməliyyatına açıqca "yox" demirlər. Bununla yanaşı, ekspertlər iki məqamdan ehtiyat edirlər. Birincisi, Türkiyəni Afrində tələyə sala bilərlər. İkincisi, vəziyyəti müxtəlif gizli yollarla süründürüb, Türkiyəni daha ciddi problemlərlə üzləşdirməyə cəhd edərlər. Lakin Türkiyə rəhbərliyinin verdikləri bəyanatlardan aydın olur ki, Ankara bütün variantları nəzərə alıb və açıq olaraq riskə getməyə qərar verib.

Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli baxımından vacibdir

Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli baxımından vacibdir
06 fevral 2018

Bu gün Azərbaycan siyasi mühitində cənab İlham Əliyevlə müqayisə oluna biləcək, ona rəqib ola biləcək ikinci bir siyasətçi, dövlət xadimi, lider yoxdur. Azərbaycan xalqı dövlət başçısının fəaliyyətinə ən yüksək qiyməti verir və ona sonsuz etimad göstərir. Həm ölkə daxilində, həm də xaricdə heç kim şübhə etmir ki, mahiyyət etibarilə Prezident seçkilərinin ilin hansı ayında olur-olsun keçirilməsi onun nəticələrinə nəzərəçarpacaq təsir göstərə bilməz.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...