THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İranda İsrail baş nazirinin Azərbaycana səfərinə etirazlar haqqında

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1014
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 22 dekabr 2016 – Newtimes.az

İran İslam Respublikasında İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana işgüzar səfəri ilə bağlı etirazlar dekabrın 12-də də davam etmişdir. Bununla bağlı məlumatlar İran mətbuatında geniş şəkildə işıqlandırılmaqdadır. Eyni zamanda, Azərbaycanda bu səfərə etiraz edən müəyyən qüvvələr haqqında informasiyalara da İran mətbuatında yer ayrılır. Məsələn, rəsmi İRNA agentliyi Azərbaycan İslam Partiyasının bir qrup üzvünün Xarici İşlər Nazirliyinin qarşısına toplaşması və etiraz qətnaməsini Nazirliyə təqdim etməsi barədə məlumat yaymışdır.[i]

Agentlik həmçinin Netanyahunun Bakıya gəlişinə etiraz olaraq İran Astarasında keçirilən aksiyanı da işıqlandırmışdır.[ii] Həmin aksiyada şəhərdə yerləşən Vəliəsr elmi hövzəsinin (dini təhsil və araşdırma mərkəzinin) tələbə və müəllimləri iştirak etmişlər. Astaranın imam-cüməsi hüccətül-islam Kazım Hafizniya aksiyaçılar qarşısında çıxış edərək, səfərin Azərbaycan-İran münasibətlərini korlamaq məqsədi güddüyünü, lakin iki ölkə rəsmilərinin buna imkan verməyəcəklərinə ümid etdiyini bildirmişdir. Səfəri qətiyyətlə pisləyən Hafizniya Azərbaycan xalqını etiraz səsini ucaltmağa, Azərbaycan hökumətini isə ''qəflət yuxusundan oyanmağa'' çağırmışdır, çünki "İsrail bölgədə yalnız öz mənafelərini güdür və qətiyyən Azərbaycanın dostu deyildir''.[iii] Ərdəbildə yerləşən "Qafqaz'' Mədəniyyət Mərkəzinin saytında həmin aksiyadan şəkillər verilmişdir.[iv]

Daha bir etiraz aksiyası İran Culfasında keçirilmişdir. Aksiya iştirakçıları "İsrailə ölüm!'', "Amerikaya ölüm!'' şüarları ilə Netanyahunun səfərini pisləmiş və ''Azərbaycan hakimiyyətinə xəbərdarlıq etmişlər ki, səfərin qarşısı alınmasa, onun mənfi nəticələri və Azərbaycanın müsəlman əhalisinin qəzəbi ilə üzləşməli olacaqdır''.[v] Aksiyada İsrail bayrağı yandırılmışdır. "Zeytun'' informasiya agentliyi etiraz aksiyasından fotolar dərc etmişdir.[vi]

Təbriz Universitetinin tələbələri də İsrail baş nazirinin səfərinə etiraz olaraq toplantı keçirmişlər. Bu barədə ali dini rəhbərin universitetlərdəki nümayəndəliyi geniş reportaj yaymışdır.[vii] Aksiyada ali dini rəhbərin universitetlərdəki nümayəndəliyinin Şərqi Azərbaycan əyaləti üzrə rəhbəri hüccətül-islam Əli Xədivi çıxış edərək, İsrailin bölgədəki "şeytani siyasətini'' pisləmiş, Azərbaycan müsəlmanları ilə həmrəy olduqlarını bildirmişdir. Sonra tələbələrdən biri aksiyanın qətnaməsini oxumuşdur. Qətnamədə Azərbaycanın İsraillə əməkdaşlığı böyük bir səhv kimi dəyərləndirilir, səfərin əsas məqsədinin İran sərhədlərinə yaxınlaşmaq və casusluq etmək olduğu vurğulanır; İran Xarici İşlər Nazirliyindən tələb olunur ki, "Azərbaycanın sionist rejimin tələsinə bundan artıq düşməməsi üçün bu ölkənin rəhbərliyinə lazımi xəbərdarlıq etsin''.

Bununla yanaşı, Ərdəbil yazıçıları və sənətçiləri[viii], Şimal-Qərb bölgəsi universitet tələbələrinin islami cəmiyyətləri (cəmi 6 cəmiyyət)[ix], Şərqi Azərbaycan əyaləti KİV-lərinin "Bəsic'' təşkilatı[x] Netanyahunun səfəri ilə bağlı etiraz bəyanatları yaymışlar.

Eyni zamanda, mövzu ilə bağlı bir sıra məqalə və müsahibələr işıq üzü görmüşdür. Belə ki, regional məsələlər üzrə ekspert Məhəmmədhüseyn Kəbiri ''Netanyahunun səfəri ərəfəsində Azərbaycan rəsmilərinə bir neçə söz'' adlı məqalə ilə çıxış etmiş, həmin məqalədə Azərbaycan-İsrail, Azərbaycan-İran və İran-Ermənistan münasibətlərinə dair fikirlərini qələmə almışdır.[xi] Bundan əlavə, İranın Türkiyədəki Mədəniyyət Mərkəzinin sabiq sədri, hüccətül-islam Həsən Şəbani "İlham Əliyev özünü Netanyahunun cinayətlərinə şərik etməsin!'' başlığı ilə bir neçə saytda dərc olunmuş müsahibə vermişdir.[xii] Nəhayət, İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin mövzu ilə bağlı "Təsnim'' informasiya agentliyinə müsahibə vermiş[xiii], daha sonra həmin mətni məqalə şəklində yaymışdır.[xiv] Onun fikrincə, Netanyahu bu səfərdən İsraili təcriddən çıxarmaq və İran-Azərbaycan münasibətlərini pozmaq məqsədi güdür, lakin ''Netanyahunun səfəri məğlubiyyətə məhkumdur və sionist rejimin Tehranla Bakı arasındakı münasibətləri pozmaq planı baş tutmayacaqdır''. Diplomat həmçinin onu da vurğulayıb ki, ''biz Azərbaycan Respublikasının bu səfərə razılıq verəcəyini gözləmirdik''.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...