THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 yanvar 2020

Dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu" sərlövhəli məqaləsi yerləşdirilib. AZƏRTAC məqaləni təqdim edir.

Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (II yazı)

Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (II yazı)
16 yanvar 2020

Prezident İlham Əliyevin yerli jurnalistlərə verdiyi müsahibədə ifadə etdiyi fikirlərin dərin və hərtərəfli analizinin aparılması olduqca vacibdir. Dövlət başçısı bir çox vacib əhəmiyyətli məsələlərə toxunub və onların ətraflı təhlil edilərək ictimaiyyətə çatdırılması zəruridir. Biz ikinci yazıda Prezidentin Avropa İttifaqı-Azərbaycan münasibətləri kontekstində ifadə etdiyi fikirləri təhlil etməyə çalışmışıq. Ölkə rəhbəri olduqca dəqiq, məntiqi və lakonik tezisləri ilə tərəflər arasında mövcud olan münasibətləri xarakterizə edib. Azərbaycan rəhbərliyi müasir tələblər səviyyəsində dövlətçiliyin inkişafı üçün ardıcıl işlər görür, strateji xarakterli addımlar atır.

Liviya xaos girdabında: böyük güclərin yeni manevrləri

Liviya xaos girdabında: böyük güclərin yeni manevrləri
16 yanvar 2020

İraqda iranlı generalın öldürülməsi qlobal geosiyasi mənzərəyə təsirini göstərməkdədir. Rəsmi Tehran Amerikanı hədələyir. Digər böyük güclər ehtiyatlı fikirlər ifadə edirlər. Bunların fonunda Türkiyə Böyük Millət Məclisinin Liviya ilə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa dair sənədi ratifikasiya etməsi diqqətdən kənarda qalmayıb. Ekspertlər bu hadisənin geosiyasi nəticələrini analiz edirlər. Onların mövqeləri fərqlidir. Lakin reallıq ondan ibarətdir ki, Yaxın Şərqdə böyük geosiyasi güclərin yeni manevrlərə başladığı duyulur. Bunun fonunda Liviyadan İrana qədər böyük bir məkanda xaotik proseslər güclənə bilər.

Kanslerin Rusiya səfəri: Berlin-Moskva münasibətləri və qlobal geosiyasi proseslər

Kanslerin Rusiya səfəri: Berlin-Moskva münasibətləri və qlobal geosiyasi proseslər
15 yanvar 2020

Angela Merkelin Moskvaya səfərinə maraq bir neçə səbəbdən böyük idi. Bir tərəfdən, Almaniya ilə Rusiya arasındakı münasibətlər son bir ildə çox soyumuşdu. Digər tərəfdən isə, dünya miqyasında sürətli geosiyasi dəyişikliklər baş verməkdədir. Bunun fonunda iki ölkənin qarşılıqlı münasibətlərini necə inkişaf etdirə biləcəkləri aktuallıq kəsb edir. Burada digər vacib məsələ ABŞ-ın təzyiqlərinə Avropa dövlətlərinin reaksiyasının dəqiqləşdirilməsi ilə bağlı idi. Səfər göstərdi ki, bütövlükdə dünya siyasətində qüvvələr nisbəti dəyişə bilər. Hətta meydana yeni geosiyasi konfiqurasiya çıxa bilər. Bu istiqamətdə müəyyən addımlar özünü göstərir. A.Merkel və Vladimir Putinin Moskva danışıqları da həmin bağlılıqda maraqlı nəticələrlə yadda qaldı.

Azərbaycanın "dəniz gücü": ənənə və XXI əsrin tələbləri səviyyəsində inkişaf (II yazı)

Azərbaycanın "dəniz gücü": ənənə və XXI əsrin tələbləri səviyyəsində inkişaf (II yazı)
14 yanvar 2020

Biz Azərbaycanın "dəniz gücü"nün təhlilini davam etdiririk. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni geostrateji və coğrafi-iqtisadi reallıqlar şəraitində Azərbaycan ərazisindən tranzit yüklərin daşınması, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılması aspektində mühüm rolunun, əlbəttə, daha geniş analizinə ehtiyac duyulur. Lakin vurğulamaq istədiyimiz məqamlar da bu prosesin başlıca məzmununu dərk etməyə imkan verir. Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri sayəsində öz inkişafının yeni mərhələsinə qədəm qoyan, bütün sahələrdə çox ciddi nailiyyətlərə imza atan "Azərbaycan Dəniz Gəmiçiliyi" Xəzər hövzəsində ən böyük potensiala malik quruma çevrilib. Bu proses hazırda sistemli olaraq davam etdirilir. Son illər QSC ilə bağlı həyata keçirilən proqramlar həmin kontekstdə strateji əhəmiyyət kəsb edir.

Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (I yazı)

Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (I yazı)
13 yanvar 2020

Özünü təsdiq etmiş hər bir dövlət il boyu apardığı siyasətə yenidən nəzər salır, onu analiz edir və uyğun nəticələr çıxarır. Azərbaycan da 2019-cu ildə həyata keçirdiyi daxili və xarici siyasətə təhlili aspektdə nəzər salır. Bu baxımdan Prezident İlham Əliyevin yerli jurnalistlərə verdiyi geniş müsahibə çox maraqlı faktlarla zəngindir. Onları bir yazıya yerləşdirmək imkansızdır. Bu səbəbdən biz, dövlət başçısının müsahibədə toxunduğu məsələlərə bir neçə yazıda təhlili nəzər salmağa ehtiyac gördük. Ölkə rəhbərinin irəli sürdüyü tezislər, apardığı analizlər və verdiyi proqnozlar müstəqil dövlətçilik baxımından çox gərəklidir. Onlar geniş kütlələrin bir sıra mühüm məqamlar haqqında obyektiv təsəvvürlər əldə etməsinə imkan yaradır.

Azərbaycanın "dəniz gücü": ənənə və XXI əsrin tələbləri səviyyəsində inkişaf (I yazı)

Azərbaycanın "dəniz gücü": ənənə və XXI əsrin tələbləri səviyyəsində inkişaf (I yazı)
13 yanvar 2020

Ötən ilin dekabr ayının 13-də Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunun mütəxəssisləri tərəfindən inşa olunan "Laçın" adlı ilk neft tankerinin istismara verilməsi və "Azərbaycan" gəmi-bərəsinin suya salınması mərasimində iştirak edib. "Laçın" tankerinin uzunluğu 141 metr, eni 16,9 metr, ağırlığı isə 7875 tondur. O, Azərbaycan tarixində bir ilkdir. 4-5 min tondan artıq yüklə Volqa-Don kanalından keçə bilir. İlk sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyan "Ro-Pax" tipli "Azərbaycan" bərə gəmisi, eləcə də hazırda inşası davam edən daha 1 ədəd eyni tipli bərə gəmisi "Şərq-Qərb" nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə kimi qiymətləndirilir. Təsadüfi deyil ki, sözügedən mərasimdə çıxışı zamanı ölkə rəhbəri vurğulayıb: "İndi bizə lazım olan bütün gəmilər Azərbaycanda istehsal edilə bilər. Tarixdə ilk dəfə həm tanker, həm də ki, gəmi-bərə tikilib". Bu tezis bir yeniliyi ifadə edir. Prezident lakonik şəkildə Azərbaycanın "dəniz gücü"nün imkanlarından birini dəqiq ifadə edib.

Erməni baş nazirin təbriki: terroru maliyyələşdirən dövlətin beynəlxalq terrorla "mübarizəsi"

Erməni baş nazirin təbriki: terroru maliyyələşdirən dövlətin beynəlxalq terrorla "mübarizəsi"
10 yanvar 2020

Bir erməni jurnalist sensasiyalı addım atıb. Diana Arutunyan özünün Feysbuk səhifəsində yazıb ki, baş nazir Nikol Paşinyan iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlı ABŞ Prezidenti Donald Trampı təbrik edib. Ona "beynəlxalq terrorla mübarizədə yeni uğurlar arzulayıb". İran mətbuatı bu məlumata dərhal reaksiya verərək, cavab yazıb. Lakin rəsmi İrəvan dərhal izahat verib ki, baş nazir belə bir şey deməyib. Ancaq, necə deyərlər, "ağa durur – ağacan durur". İrəvandakı Amerika səfirliyi informasiyanı təkzib etməyib. Təbii ki, bu vəziyyətdə Ermənistan kimi forpost bir dövlət üçün ciddi təhlükələr ortaya çıxır. Orada, faktiki olaraq, real hakimiyyət mövcud deyil. Xalqın nə düşündüyü də məlum deyil. Ermənistanın havadarlarından biri Robert Koçaryanı, digəri isə N.Paşinyanı "dost" sayır. Bu qeyri-müəyyənlikdə Ermənistanın öz mövqeyi yoxdur. Eyni zamanda, erməni dövlətçiliyinin mayasında satqınlıq və xəyanət mövcuddur. N.Paşinyan "həyat yolu" hesab etdikləri İrana arxa çevirə bilər. Zatən, onun əlamətləri görünür.

Azərbaycanın xarici siyasəti yeni mərhələdə

Azərbaycanın xarici siyasəti yeni mərhələdə
09 yanvar 2020

İndi ekspertlər müxtəlif fəaliyyət sahələrində ölkələrin əldə etdiyi nəticələri geniş təhlil edirlər. Onların sırasında xarici siyasət xüsusi yer tutur. Çünki hazırda dünya miqyasında ziddiyyətli, mürəkkəb və risklərlə dolu proseslər özünü göstərir. Mahiyyət etibarilə, yeni şərtlər daxilində istənilən müstəqil dövlətin suverenliyi çox böyük əhəmiyyət kəsb edir. Bu prizmadan Azərbaycanın xarici siyasət kursunun 2019-cu ildə ümumi dinamikası və əldə olunan konkret nəticələr maraq doğurur. Faktların təhlili göstərir ki, rəsmi Bakı bu istiqamətdə kifayət qədər ciddi nailiyyətlər əldə edib. Xarici siyasət kursu səmərəliliyini daha da artırıb. Faktiki olaraq, Azərbaycan bu istiqamətdə yeni səviyyəyə yüksəlib. Prezident İlham Əliyevin titanik səyləri sayəsində xarici siyasətin dayanıqlığı, məqsədyönlülüyü və sistemliliyi növbəti mərhələyə qədəm qoyub. Bunun konkret əlamətləri mövcuddur.

Qərbdə geosiyasi parçalanma: Fransa ABŞ-a qarşı yeni addım atır

Qərbdə geosiyasi parçalanma: Fransa ABŞ-a qarşı yeni addım atır
08 yanvar 2020

Emmanuel Makronun geosiyasi mövqeyi ilə Donald Trampın siyasəti arasında dərin uçurumun olduğu məlumdur. Fransa Prezidenti aktiv surətdə Avropanın lideri rolunu öz üzərinə götürməyə çalışır. Bu zaman qarşısında əsas olaraq Amerika və Almaniyanı görür. Böyük Britaniya da asan maneə deyil, lakin London nədənsə susur. Bütün hallarda E.Makron Fransanın liderliyi üçün təşəbbüslərini davam etdirir. Ekspertlər bu bağlılıqda Parisin Rusiya ilə iqtisadi əlaqələri bərpa etmək cəhdini maraqla izləyirlər. Artıq Fransa bu istiqamətdə çalışdığını rəsmi bəyan edib. Bu isə qlobal geosiyasətdə maraqlı proseslərə yol aça bilər.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...