THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qeyri-hökumət təşkilatları suveren dövlətin və cəmiyyətdə sabitliyin lehinə, yoxsa əleyhinədirlər

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
20830
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Son onilliklər ərzində çoxalan müxtəlif məzmunlu və istiqamətli beynəlxalq və milli qeyri-hökumət təşkilatları həm beynəlxalq miqyasda, həm də dövlətlərin daxilində getdikcə daha əhəmiyyətli rol oynamağa başlayırlar. Artıq çoxdan sirr deyildir ki, onlar yerləşdikləri dövlətlərin və cəmiyyətlərin zəifləməsində maraqlı olan müxtəlif hökumət strukturları, o cümlədən xüsusi xidmət idarələri tərəfindən əliaçıqlıqla maliyyələşdirilir, bacarıqla nəzarətdə saxlanılır və istiqamətləndirilirlər.

Yerli müxalifət QHT-lərinə gəldikdə isə onlar, əsasən, açıq siyasi mübarizədə artıq çoxdan və tam şəkildə məğlub olmuş primitiv siyasətbazların son sığınacağına çevrilmişlər. Bu səbəbdən onlar Azərbaycan Respublikasının siyasi, iqtisadi və mədəni həyatında, o cümlədən ölkədə demokratikləşmə və vətəndaş cəmiyyətinin formalaşması prosesində bütün dünyanın diqqətini çəkən əhəmiyyətli uğurları görməyən "Amnesty International”, "Freedom House”, "Human Rights Watch” və digər bu kimi beynəlxalq QHT-lərin müttəfiqinə çevrilir.

Belə təəssürat yaranır kı, ölkənin bütün Cənubi Qafqazda şəksiz liderə çevrilməsi bəzi xarici və yerli müxalifət QTH-lərini qıcıqlandırır. Hər şey, əsasən, artıq çeynənmiş "problemlər” – "ədalətsiz seçkilər”, "siyasi məhbuslar”, "hakimiyyətin antidemokratik fəaliyyəti”, "hakimiyyətin korrupsiyalılığı” və s. ətrafında dövr edir. Bütün bunlar yerli QHT-lər tərəfindən həvəslə və vəcdlə qəbul edilir və yayılır.

Azərbaycanın mümkün qədər xoşagəlməz simada təqdim edilməsinə, bu ilin mayında Bakıda keçiriləcək "Eurovision – 2012” müsabiqəsi kimi mötəbər beynəlxalq tədbirlərin pozulmasına və bütövlükdə Azərbaycanın dünya arenasında mümkün qədər miskin şəkildə görünməsinə yönəldilmiş və ehtimal ki, bəzi yerli QHT-lər təərfindən ortaya atılan mənbəyi bilinməyən "reytinqlər” və "statistik məlumatlar” çox şübhəli şəkildə mütəmadi olaraq dərc olunur.

Bəzi yerli müxalifət QHT-lərinin taktikası yetərincə primitivdir: "Nə qədər pis olsa, o qədər yaxşıdır”. Onların işi bundan ibarətdir ki, əcnəbi silahdaşlarının köməyi ilə ölkənin imicini beynəlxalq aləmdə pozsunlar, Azərbaycan Ermənistanla qarşıdurmada xeyli zəifləsin. Qarabağ problemi isə onları cəmiyyətin qətiyyətlə birləşməsini tələb edən ümummilli problem kimi deyil, hakimiyyət uğrunda mübarizənin özünəməxsus siyasi aləti kimi maraqlandırır.

Ölkədə elə bir siyasi hadisə, o cümlədən bəzi xarici siyasi dairələri bu və ya digər dərəcədə razı salan prezident və parlament seçkiləri baş vermir ki, onların gözdən salınması məqsədilə sifarişli qərəzli kampaniyalar həyata keçirilməsin. Bu da təəccüblü deyildir. Artıq dünyada siyasi mübarizə təcrübəsində belə bir tezis aksiomaya çevrilmişdir – "Kim haqq ödəyirsə, o da musiqi sifariş edir”.

Ölkənin faktiki olaraq müharibə vəziyyətində yaşadığı və ərazisinin bir hissəsi təcavüzkar qonşusu təərfindən işğal edildiyi bir şəraitdə hər hansı QHT-nin onun zəifləməsinə yönəldilmiş istənilən fəaliyyəti təkcə əxlaqsızlıq deyil, həm də siyasi məkrdir.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...