THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Postmodern inkişafın Qərb modeli: demokratiyadan milliyyətçiliyə keçid

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10452
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bu gün Qərbin müasir inkişafın zirvəsində dayandığını söyləsək, yəqin ki yanılmarıq. Təkcə Avropa İttifaqının özü 27 üzv ölkə ilə dünyada ərazisinə görə 7-ci, əhalisinə görə 3-cü, ÜDM-nə görə 1-ci yeri tutur. Dünya ÜDM-nin təxminən 30%-ni, ixracatının 14,7%-ni, idxalatının isə 16,7%-ni təşkil edir. G-8 qrupuna daxil olan ölkələrin 4-ü Avropa İttifaqının üzvüdür. Təşkilatın 2 üzvü BMT Təhlükəsizlik Şurasının daimi üzvü, eyni zamanda qanuni atom silahı sahibidir. Siyasi, hərbi və elmi-texnoloji baxımdan üstünlüyü isə heç kəsdə şübhə doğurmur. Bura dünyanın superdövləti olan ABŞ-ı da əlavə edərsək, əlavə şərhə ehtiyac qalmır.

Qərb özü də bu zirvəyə təsadüfən yüksəlməyib. Bunun üçün nə qədər çətinliklərdən keçib, ağrı-acı yaşayıb. Bir tərəfdən ziyalıların düşüncələri, digər tərəfdən isə insanların mübarizəsi siyasiləri bu istiqamətdə radikal addımlar atmağa məcbur edib. Nəhayət ki, demokratiyanın, insan hüquqlarının, hüquq dövlətinin bərqərar olduğu bir cəmiyyətin qurulmasına nail olunub.

Lakin, təhlillər və proqnozlar Qərbin bundan sonrakı inkişafı haqqında bir o qədər də nikbin danışmağa əsas vermir. Müasir proseslərin gedişatı onu göstərir ki, Qərb artıq bu istiqamətdə tənəzzül dövrünü yaşamaqdadır. Son dönəmlərdə bəzi Avropa ölkələrində radikal sağ partiyasının iqtidara gəlməsi, həmin ölkələrdə digər dinlərin mənsublarına, xüsusilə də müsəlmanlara qarşı acıq-açığına aparılan məkrli təbliğat və hücumlar bu deyilənlərin əyani sübutudur.

Norveçli xristian terrorçu Anders Breyvikın terror hücumuna qarşı Qərb ölkələrinin göstərdikləri mövqe isə bunu bir daha sübut etdi. Qərb dünyasının niyyətlərinin məkrli olduğu elə terror hadisəsinin ilk günündən bəlli idi: onlar hadisəni törədənin şəxsiyyətinin hələ bəlli olmadığı vaxtda bunu "islam terrorizmi” ilə bağlamağa çalışırdılar. Lakin hadisəni törədənin müsəlman deyil, xristian dininin nümayəndəsi olduğu və onun radikal islam düşməni olduğu bilinəndə, Qərb dairəsinin mövqeyi də anidən radikal dəyişdi: Breyvik az qala milli qəhrəmana çevrildi. Qərb mətbuatı hadisəni pisləmək əvəzinə ona müxtəlif yollarla haqq qazandırmağa çalışdı, hətta onu "o da bu cür adamdır” şəklində şərh etməyə çalışdı.

Maraqlıdır, əgər Breyvik özü müsəlman olsaydı və bu qədər xristian uşağı nümayişkarcasına qətl etmiş olsaydı, sonra isə etdiyi hərəkətə görə peşman olmadığını, hətta qürur duyduğunu desəydi, o zaman nələr olardı? Breyvikin özü ilə necə rəftar edilərdi, ona neçə il həbs verilərdi? Onun qohumlarının, tanışlarının, dostlarının, facebook-dakı və başqa sosial şəbəkələrdəki üzünü belə görmədiyi insanların aqibəti necə olardı? Terrorizmə qarşı qlobal mübarizə adı altında əlavə neçə müsəlman ölkəsi bombalanardı? Quantanamo kimi əlavə neçə həbsxana yaradılardı? Neçə insan həbs edilərək ora atılardı?

Demokratiyanın, insan hüquqlarının, hüquq dövlətinin, ədalətin fəlsəfi düşüncə, sonralar isə təməl hüquq prinsipi kimi qəbul edilib Avropada yayılmasına töhfə vermiş dahi Qərb mütəfəkkirləri görəsən bilirdilərmi ki, bu prinsiplər bir zamanlar onların elə öz ölkələrində tətbiq oluna bilməyəcək? Görəsən onlar xəbərdar idilərmi ki, elə bir dövr gələcək ki, Qərb demokratiya naminə müstəmləkədən azad etdiyi ölkələrdəki qeyri-xristian əhalini ölkələrinə gətirərək, onları ən pis işlərdə işlətdikdən sonra ikinci kateqoriyalı insan yerinə qoyaraq bu prinsipləri onlara şamil etməyəcək? Görəsən onlar bilirdilərmi ki, bu prinsipləri başqa ölkələrə universal dəyərlər adı altında idxal etməyə çalışan dövlətlərin elə özləri onları tapdalayanların başında gələcək?

Deyirlər tarix təkrar olunur. Qərb universal dəyərlərin beşiyi olduğu kimi, elə faşizmin də beşiyidir. Qərb son bir əsrdə bəşəriyyətə inkişaf, tərəqqi bəxş etdiyi kimi, iki böyük dünya müharibəsi də bəxş etmişdir: elmi texniki tərəqqi sayəsində milyonlarla insana yenidən həyat verdiyi kimi, milyonlarla insanın da həyatına son qoymuşdur. Qərb minlərlə elm adamı, mütəfəkkir yetişdirdiyi kimi, Bin Laden kimi terroristlər də yetişdirmişdir, humanitar sahədə fəaliyyət göstərən qurumlar, böyük elm ocaqları yaratdığı kimi, Al-Qaidə kimi terror təşkilatları da yaratmışdır.

Son dönəmlərdə demokratiya və insan hüquqları devizi altında İraqda, Əfqanıstanda, Misirdə, Liviyada (və bundan sonra digər müsəlman ölkələrində) həyata keçirilən inqilablarla görəsən nəticə olaraq hansı irəliləyiş əldə edilib: Qərb həmin ölkələrin xalqlarına hansı əmin-amanlıq, rifah, ədalətli, demokratik hüquq dövləti inşa edərək təqdim edib?

Bütün bunlar hansı mənaya gəlir? Bu o deməkdirmi ki, artıq qərb dünyası icad etdikləri sistemləri, mövhumları, prinsipləri təyinatına görə sistemləşdirir: özləri üçün demokratiya və insan hüquqları, başqaları üçün faşizm və imperializm; özləri üçün inkişaf və tərəqqi, başqaları üçün inqilab və müharibələr?

Ümid edirəm ki, mən yanılıram.

T.Qurbanov,

siyasi elmlər doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...