THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Növbəti tarixi Bakı Forumu: Prezidentin nitqinin bir neçə məqamı

Növbəti tarixi Bakı Forumu: Prezidentin nitqinin bir neçə məqamı
19 mart 2018

İnklüziv cəmiyyətlərin qurulmasının dünya əhəmiyyətli olduğunu hər kəs bilir. Çünki müstəqil dövlətlər ayrılıqda inkişaf edə bilərlər, lakin onların birgəyaşayışı əlavə şərtlərin də ödənməsini tələb edir. Bunun həm konkret ölkədaxili, həm də beynəlxalq faktorları vardır. Belə ki, hər bir dövlətdə daxili mühit inklüziv xarakterli olmalıdır. Eyni zamanda, beynəlxalq aləmdə müxtəlif ölkələrin bir-birinə yaxınlaşması üçün lazımi şərait yaradılmalıdır. VI Qlobal Bakı Forumunun əsas mövzusunun inklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması məsələsinə həsr olunması bu səbəblərdən çox aktual idi. Tədbirdə bir neçə dövlətin başçısı, baş nazirlər, xarici işlər nazirləri və digər rəsmi şəxslər iştirak ediblər. Prezident İlham Əliyev tədbirdə söylədiyi dərin məzmunlu nitqində bir sıra əhəmiyyətli tezislər irəli sürüb. Onların üzərində geniş dayanmağa ehtiyac görürük.

Dağlıq Qarabağ münaqişəsində Amerikanın ikili standartı

Dağlıq Qarabağ münaqişəsində Amerikanın ikili standartı
17 mart 2018

Amerika Prezidenti Donald Trampın prezidentlik kampaniyasının ən vacib vədlərindən biri, bütün maraq qrupları və lobbiçilərin ABŞ-ın milli mənafelərinə zərər verməsinə son qoymaq və Amerika xalqının maraqlarına uyğun "Amerika Birinci" siyasətini davam etdirmək idi. Məlumdur ki, ABŞ-ın müttəfiqi olmayan dövlətlərin adından çıxış edən qruplar vardır ki, onlar Amerikanın mənafeyinə yox, öz millətinin mənafeyinə cavab verən siyasət yürütməyə meyillidirlər. Bunun açıq-aydın bir nümunəsi isə martın 14-də ABŞ-da erməni diasporunun təşkil etdiyi separatçı "Dağlıq Qarabağ Respublikası"nın sözdə özünü prezidenti elan etmiş Bako Sahakyanın Birləşmiş Ştatlara səfərinin təşviqidir. Bu hadisə artıq mənfi nəticə göstərmişdir və bu səbəbdən Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ tərəfinə etiraz notası təqdim etmişdir.

Stanislav Çernyayevski: Azərbaycan çox qısa müddətdə özünü etibarlı beynəlxalq tərəfdaş kimi göstərib

Stanislav Çernyayevski: Azərbaycan çox qısa müddətdə özünü etibarlı beynəlxalq tərəfdaş kimi göstərib
16 mart 2018

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun Postsovet Araşdırmalar Mərkəzinin direktoru, tarix elmləri doktoru, professor Stanislav Çernyayevskinin müsahibəsi

ABŞ-Rusiya: Mərkəzi Asiyada qarşıdurmanın yeni əlamətləri

ABŞ-Rusiya: Mərkəzi Asiyada qarşıdurmanın yeni əlamətləri
16 mart 2018

Amerika ordusu Mərkəzi Komandanlığının başçısı general Cozef Votelin fevralın 27-də Nümayəndələr Palatasındakı çıxışında bir sıra məsələlərdə Rusiyanı ittiham etməsi cavabsız qalmayıb. Rusiya XİN yaydığı bəyanatda orada söylənən bəzi fikirlərə münasibət bildirib. Bununla da Vaşinqtonla Moskva arasında növbəti söz atışması başlayıb. Amerika Kremli Mərkəzi Asiyada "neqativ işlərlə" məşğul olmaqda, o cümlədən ABŞ-ı buradan sıxışdırmaqda günahlandırır. Moskva isə həmin regionda fəallığının təbii olduğunu əsaslandırmağa çalışır. Pentaqonun Mərkəzi Asiya məsələsini ortaya atmasını ekspertlər düşündürücü hesab edirlər. Çünki həmin regionda Çin daha fəaldır. Niyə ABŞ Moskvanı ittiham edib onu əsas rəqib kimi təqdim edir? Bu, Mərkəzi Asiyada hansısa münaqişənin hazırlandığı anlamına gələ bilərmi?

İlham Əliyevin uzaqgörən siyasəti və primitiv erməni rəhbərliyi

İlham Əliyevin uzaqgörən siyasəti və primitiv erməni rəhbərliyi
15 mart 2018

Azərbaycan Prezidentinin YAP-ın VI qurultayındakı nitqinin KİV-də analizi davam edir. Ermənistan mətbuatı da bununla bağlı müəyyən təhlil və proqnozları dərc edir. Onların sırasında baş verənlərə az-çox obyektiv yanaşmağa çalışanlara da rast gəlinir. Erməni ekspertlər içərisində Azərbaycanın dövlət başçısının mövqeyinin reallığa dayandığı və əsaslı olduğunu deyənlər tapılır. Onlar azərbaycanlıların iki əsr ərzində öz torpaqlarından qovulduqlarını açıq yazırlar. Göstərməyə çalışırlar ki, bu tarixi həqiqətləri gizlətmək mümkün deyil. Təbii ki, erməni ekspertlər bunu ədalətin bərpa olunması üçün deyil, hakim rejimin yarıtmaz fəaliyyətini sübut etmək üçün vurğulayırlar. Rusiyanın "Avrasiya İqtisadi İttifaqı" İnstitutunun direktoru Vladimir Lepexin isə İlham Əliyevin qlobal səviyyədə düşündüyünü və uzaqgörən siyasət yeritdiyini vurğulayır. Bunu isə erməni siyasi dairələri görə bilmirlər. Bunlar Ermənistan rəhbərliyinin aciz duruma düşdüyünü və mütləq məğlub olacağını göstərən faktlardandır. Məsələ üzərində geniş dayanmağa ehtiyac görürük.

Sürix protokollarından imtina: Ermənistanın növbəti məkrli hiyləsi

Sürix protokollarından imtina: Ermənistanın növbəti məkrli hiyləsi
14 mart 2018

Artıq keçmiş prezident adlandırılan Serj Sarkisyan mart ayının 1-də Təhlükəsizlik Şurasının iclasında 2009-cu ildə Sürixdə Türkiyə ilə imzalanan protokollardan imtina etdiyini söyləyib. Həmin sənədlərdə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaradılması və tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi prinsipləri ümumi şəkildə əks olunmuşdu. İrəvan təntənəli surətdə bəyan edib ki, məhz o, həmin protokolları lüzumsuz sayır. Ermənistandakı siyasi və analitik dairələr bu hadisəni onlara məxsus dar düşüncə ilə "təhlil" etməkdədirlər. Onlar az qala S.Sarkisyanın bu addımını qəhrəmanlıq kimi qələmə verirlər. Real olaraq isə növbəti dəfə Ermənistan rəhbərliyinin və onun təbliğatçılarının nə qədər aciz və həqiqətdən uzaq olduqları məlum oldu. Bunu regiondakı vəziyyətlə az da olsa tanış olanlar çox yaxşı bilirlər. Biz məsələnin müəyyən aspektlərini təhlil etməyə qərar verdik.

Ermənistanda ilk ermənistanlı prezident

Ermənistanda ilk ermənistanlı prezident
13 mart 2018

Ermənistanın 27 illik müstəqillik tarixində nəhayət Ermənistanda doğulan biri 2 mart 2018-ci ildə parlament tərəfindən Ermənistan prezidenti seçildi (90 lehinə, 10 əleyhinə, 1 keçərli olmayan səs toplayaraq). Bu şanslı və ya şanssız adam 23 iyun 1953-cü ildə İrəvanda doğulan Armen Vardanoviç Sarqsyandır. 1 martda Ermənistan parlamentində Armen Sarqsyan deputatlar tərəfindən dinlənildi. Deputatlar qarşısında prezident seçiləcəyi təqdirdə proqram və gələcək fəaliyyəti haqqında məlumat verən Sarqsyanın bütün deputatları, erməni millətini və diaspor ermənilərini qucaqlayacaq qədər uzun və güclü qollarının olmadığı məlum oldu. Parlamentdə müxalif ELK (ÇIXIŞ) Blokunun tənqidləri və nataraz sualları ilə qarşı-qarşıya qalan Armen Sarqsyanın verdiyi cavablar da məmnunedici olmadı. ELK Blokunun Sarqsyana qarşı əsas arqumentlərindən biri də onun vətəndaşlığı məsələsi olmuşdur.

Aİ-nin yeni Balkan siyasəti: strateji aspektlər

Aİ-nin yeni Balkan siyasəti: strateji aspektlər
12 mart 2018

Avropa İttifaqının qarşılaşdığı çətinliklər barədə çoxdandır ki, Qərb ekspertləri və analitikləri danışırlar. Bu təşkilatın əvvəlki nüfuzu və imici artıq yoxdur. Onunla əlaqədar daha çox daxili ixtilaflardan, maliyyə böhranından və geosiyasi rolunun aşağı düşməsindən bəhs edirlər. Bunların fonunda fevralın 6-da Avropa Komissiyası dərc etdirdiyi sənəddə təşkilatın genişlənmə strategiyası ilə bağlı maraqlı informasiya verib. Burada göstərilir ki, 2025-ci ildə altı Qərbi Balkan ölkəsi – Serbiya, Monteneqro, Makedoniya, Albaniya, Bosniya və Herseqovina və Kosovo Aİ-yə "potensial üzv" ola bilərlər. Bunların sırasında şansı daha çox olanlar Serbiya və Monteneqrodur. Digərləri isə hələ çoxlu sayda islahatlar aparmalıdırlar. Ekspertlər bu informasiyaya ciddi maraq göstərməkdədirlər. Aparılan araşdırmalar göstərir ki, bu strategiyanın reallaşmasına inam azdır. Müxtəlif səbəblər gətirilir. Onların geniş analizi real mənzərəni əldə etməyə imkan verərdi. Biz məsələnin bu aspekti üzərində dayanmaq istərdik.

Ermənistanın dilənçi müdafiə naziri

Ermənistanın dilənçi müdafiə naziri
09 mart 2018

Viqen Sərkisyan Ermənistanın səkkizinci müdafiə naziridir. Mülki şəxsdir. Hərbi xidmətdə olmadığı haqqında iddialar var. Bu günə qədər təyin edilən müdafiə nazirlərindən fərqli olaraq ermənilərin qeyd etdikləri kimi "burnuna barıt iyi çəkməmiş və hərbi əməliyyatlarda iştirak etməmiş, qan görməmiş fəraridir". Sərkisyan müdafiə naziri təyin edildikdən sonra müxalif partiyalar onun hərbi xidmətdə olmasını təsdiqləyən sənədləri tələb etmişdilər. Ermənistanın hərbi komissarlığı bir neçə sənədi təqdim etsə də, bu, müxalif siyasi partiyaları və ictimai rəyi qane etməmişdi. Daha sonra Sərkisyan parlamentdə çıxış edərək hərbi xidmətini zabit kimi tamamladığını desə də,[i] onun heç zabit mundiri geymədiyi haqqında iddialar ortaya atıldı.

Yaxın Şərqdə qarşıdurma: yeni geosiyasi gərginlik və terror dalğası fonunda

Yaxın Şərqdə qarşıdurma: yeni geosiyasi gərginlik və terror dalğası fonunda
07 mart 2018

Ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə proseslər keyfiyyətcə yeni səviyyəyə yüksəlməkdədir. Onu böyük güclər arasında münasibətlərin daha da gərginləşməsi və terror hadisələrinin miqyasının genişlənməsi xarakterizə edir. Proseslərin mərkəzində isə region uğrunda ABŞ-la Rusiyanın mübarizəsi dayanır. Amerika orada fəallığını artırıb. Lakin bu, diplomatik addımlardan çox, bir sıra yerli silahlı qruplara yeni silahlar verib, onları daha radikal hala gətirməkdə əks olunur. Bəzi məlumatlara görə, amerikalılar minlərlə yük maşını silahı Suriyadakı kürd qruplaşmalarına verib (əsasən PYD/YPG-yə). Bu da həm regionun qonşu dövlətlərinin, həm də Rusiyanın narahatlığına səbəb olub. İndi Suriyada və İraqda müharibədən sonrakı siyasi bərpa işlərindən bəhs edən Vaşinqtonun hansı addımlar atacağı gözlənilir. Təbii ki, başqa böyük dövlətlər – Rusiya, İran, Türkiyə passiv qalmırlar. Nəticədə, regionda kifayət qədər mürəkkəb və ziddiyyətli bir mənzərə alınır. Bu proses hansı nəticələri verə bilər? Bu suala geosiyasi cavab axtarmağa dəyər.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...