THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Sərkisyandan... Sərkisyana

Sərkisyandan... Sərkisyana
08 fevral 2018

Ermənistan prezidenti Serj Sərkisyan hakimiyyətinin ömrünü uzatmaq üçün kəndirbaz kimi tamaşa göstərir. Sərkisyan 2013-cü ildə ikinci dəfə prezident seçildi və cari ilin fevral ayında müddəti bitir. Hakimiyyətdə qalması üçün 2015-ci il dekabrın 6-da Konstitusiya islahatı barədə referendum keçirildi və Ermənistan prezident üsul idfarəsindən rəsmən parlament üsul idarəsinə keçdi. Ötən il Ermənistnın daxili ictimai-siyasi həyatında ən çox müzakirə edilən məsələ baş nazir postuna kimin gələcəyi idi. Bütün siyasi qüvvələr bu namizədin prezident Serj Sərkisyanın olacağını bilsə də, digər namizədlərin, xüsuilə də indiki baş nazir Karen Karepetyanın da bu post üçün iddialı olduğu bilinirdi. Karepetyan əvvəlki hökumətin böhran yaşamasından və hökumətin buraxılmasından sonra baş nazir təyin edilmişdi və olduqca çətin bir dövrdə fəaliyyət göstərir.

Afrinə "Zeytun budağı": Ankara terrorla mübarizəni dərinləşdirir

Afrinə "Zeytun budağı": Ankara terrorla mübarizəni dərinləşdirir
07 fevral 2018

Türkiyə Silahlı Qüvvələri 2018-ci il yanvarın 20-də Suriyanın Afrin əyalətində yuva salmış terror qruplarına qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. İlkin məlumatlara görə, orada 8-10 min arası terrorçu vardır. Hərəkatın ilk günlərində Azad Suriya Ordusu və Türkiyənin xüsusi təyinatlıları bir neçə kilometr irəliləyiblər. Lakin terrorçular müxtəlif yayındırıcı üsullardan istifadə etməyə çalışırlar. Onlar mülki əhali arasına qarışır və ya kəndlərə və şəhərlərə çəkilirlər. Belə şəraitdə savaş aparmaq xüsusi bir ustalıq tələb edir. Bu hadisələrə dünya dövlətləri reaksiya veriblər. ABŞ, Rusiya, Almaniya, İran və NATO faktiki olaraq Ankaranın hərəkatına mane olmurlar. Ancaq Fransa məsələni BMT-yə çıxarıb. Bütövlükdə Türkiyənin hərbi əməliyyatına açıqca "yox" demirlər. Bununla yanaşı, ekspertlər iki məqamdan ehtiyat edirlər. Birincisi, Türkiyəni Afrində tələyə sala bilərlər. İkincisi, vəziyyəti müxtəlif gizli yollarla süründürüb, Türkiyəni daha ciddi problemlərlə üzləşdirməyə cəhd edərlər. Lakin Türkiyə rəhbərliyinin verdikləri bəyanatlardan aydın olur ki, Ankara bütün variantları nəzərə alıb və açıq olaraq riskə getməyə qərar verib.

Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli baxımından vacibdir

Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli baxımından vacibdir
06 fevral 2018

Bu gün Azərbaycan siyasi mühitində cənab İlham Əliyevlə müqayisə oluna biləcək, ona rəqib ola biləcək ikinci bir siyasətçi, dövlət xadimi, lider yoxdur. Azərbaycan xalqı dövlət başçısının fəaliyyətinə ən yüksək qiyməti verir və ona sonsuz etimad göstərir. Həm ölkə daxilində, həm də xaricdə heç kim şübhə etmir ki, mahiyyət etibarilə Prezident seçkilərinin ilin hansı ayında olur-olsun keçirilməsi onun nəticələrinə nəzərəçarpacaq təsir göstərə bilməz.

ABŞ-ın yeni milli müdafiə strategiyası: beş əsas təhlükə və təhdidlər

ABŞ-ın yeni milli müdafiə strategiyası: beş əsas təhlükə və təhdidlər
06 fevral 2018

Amerikanın müdafiə naziri Ceyms Mettis yanvarın 19-da ölkəsinin yeni milli müdafiə strategiyasını təqdim edib. Sənəd tam olaraq açıqlanmayıb, ancaq onun başlıca müddəaları barədə müdafiə naziri məlumat verib. Ekspertlərə görə, Vaşinqtonun yeni müdafiə strategiyası ziddiyyətli məqamlarla doludur. Burada dünya üçün beş təhlükə göstərilir. Bir sıra ölkələrə qarşı sərt addımların atıldığı vurğulanır. Lakin bütün bunlar hadisələrə birtərəfli yanaşmaqla və obyektivliyi gözləmədən edilir. Məsələn, sənəddə Ukrayna və Gürcüstanın adı çəkilir, Azərbaycana qarşı olan hərbi təcavüz xatırlanmır. Ölkənin ərazi bütövlüyünün təmin edilməsi zərurəti vurğulanmır. Bütün diqqət Amerikanın dünya ağalığını təmin etməyə yönəldilib. Mövcud geosiyasi nizamın zəiflədiyi vurğulansa da, onu saxlamaq, yaxud daha möhkəm yeni düzən qaydaları tətbiq etməkdən söhbət getmir. Bütün cəhdlər ABŞ-ın rəqiblərinin zəiflədilməsi üzərində qurulub. Terrorla mübarizə isə onlardan sonra yer tutur.

Davos Forumu: Azərbaycan reallıqlarının etirafı

Davos Forumu: Azərbaycan reallıqlarının etirafı
05 fevral 2018

İsveçrənin dağ-kurort şəhəri olan Davosda növbəti Dünya İqtisadi Forumu keçirilib. Tədbirdə çoxlu sayda siyasi lider, mütəxəssis, ekspert və ictimai xadimlər iştirak ediblər. Foruma 70-dən artıq ölkənin dövlət və hökumət başçısı qatılıb. Bütövlükdə 100-dən çox ölkədən 3 minə yaxın nümayəndə iştirak edib. Prezident İlham Əliyev də tədbirdə iştirak edib. Dövlət başçısı 30-a yaxın görüş keçirib, Azərbaycan üçün əhəmiyyətli olan məsələləri müzakirə edib. Forumda əhəmiyyət daşıyan məqamlar sırasında ənənəvi inklüziv indeksin müəyyənləşməsində Azərbaycanın əldə etdiyi nəticə də olub. Ölkəmiz həmin indeks üzrə inkişaf edən ölkələr arasında 3-cü yeri tutub. Onu xatırladaq ki, inklüziv indeks ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanır. Mütəxəssislərin rəyinə görə, o, insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir. Bu ilki hesabatda Azərbaycan 7 mümkün baldan 4,69-nu toplayaraq Litva və Macarıstandan sonra 3-cü yeri tutub. Forumda dövlət başçısı çıxış edərək geosiyasi aspektdə çox maraqlı məqamlara toxunub.

Ermənistan vətəndaşlığından imtina edən ermənilər

Ermənistan vətəndaşlığından imtina edən ermənilər
02 fevral 2018

Ermənistan 1991-ci il 21 sentyabr tarixində müstəqilliyini elan etdikdən bu günə qədər sosial-iqtisadi sahədə qarşılaşdığı ən ciddi və dərin problemlərdən biri də vətəndaşlarının ölkəni tərk etməsi – miqrasiya problemi olmuşdur. Müstəqilliyin ilk illərində ermənilərin ölkələrini tərk etməsinin əsas səbəbləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə yaşanan Dağlıq Qarabağ problemi, iqtisadi və sosial həyatın yaşayış minimumunun altında olması, böyük sənaye müəassisələrinin fəaliyyətini dayandırdığı üçün işsizliyin artması və digər amillər olmuşdur. Bu gün də ermənilərin ölkələrini tərk etməsi prossesi davam edir. Hökumət bunun qarşısını almaqda acizdir və əslində heç həvəsli də deyil. Müstəqil ekspertlər bu köçün təhlükələri barəsində müxtəlif məruzələr hazırlasalar da, hökumətin gördüyü tədbirlər ciddi nəticələr vermir.

2018: Rusiyanın xarici siyasət kursunun əsas tendensiyaları

2018: Rusiyanın xarici siyasət kursunun əsas tendensiyaları
02 fevral 2018

Bir qrup rusiyalı analitik ölkənin 2018-ci ildə xarici siyasətini təhlil edərək, maraqlı proqnozlar veriblər. Onlar Moskvanın xarici siyasətdə üstünlük verə biləcəyi istiqamətləri göstərməklə, qarşıya çıxa biləcək müxtəlif faktorları da araşdırıb, bir neçə prioritet istiqamət üzrə gözlənilən proseslərə nəzər salıblar. Həmin aspektdə Qərb, Yaxın Şərq, Yaxın xaric və Asiya-Sakit okean geosiyasi məkanlarına diqqət yetiriblər. Sadalanan prioritet istiqamətlərdə riskləri, təhlükələri, ziddiyyətləri müəyyənləşdirməklə, onlar Kremlin necə davrana biləcəyi ilə bağlı proqnozlar formalaşdırıblar. Həmin sırada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müəyyən düşündürücü tezislər irəli sürüblər. Bütövlükdə analitiklərin hazırladıqları məruzə Rusiyanın cari ildə xarici siyasətdə hansı tendensiyalara üstünlük verə biləcəyi müstəvisində maraqlı bilgilər verir. O cümlədən Rusiyada gözlənilən prezident seçkisinin xarici siyasətə mümkün təsirləri ilə bağlı fikirlər irəli sürülüb.

Dağlıq Qarabağ 2018-ci ildə: "dinamik balans", yoxsa münaqişənin birdəfəlik həlli?

Dağlıq Qarabağ 2018-ci ildə: "dinamik balans", yoxsa münaqişənin birdəfəlik həlli?
01 fevral 2018

Cənubi Qafqazdakı geosiyasi dinamikaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son dərəcə mənfi təsir etdiyini hamı etiraf edir. Problemin həll edilməməsi qeyri-müəyyənliyi daha da dərinləşdirir. Gözləmək olardı ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri 2018-ci ildə münaqişənin ədalətli həlli istiqamətində real və səmərəli addımlar atacaqlar. Lakin bu ilin ilk ayından Qərb və Rusiya KİV-də dərc edilən bir sıra analitik yazıya görə, belə bir nikbin əhval-ruhiyyə yoxdur. Əksinə, onlar mövcud vəziyyəti saxlamağa və tərəflərin qəti addım atmamasına çalışacaqlar. Konkret deyilsə, münaqişənin həllini deyil, status-kvonun dəyişməməsini önə çəkməyə cəhd edəcəklər. Təbii ki, bu, dolayısı ilə təcavüzkara dəstək vermək deməkdir. Bu kimi məqamları nəzərə alıb, 2018-ci ildə Dağlıq Qarabağla bağlı hansı proseslərin gedə biləcəyini təhlil etmək aktuallıq kəsb edir.

"Lavrov prinsipləri": Dağlıq Qarabağ münaqişəsinin "açarı" kimdədir?

"Lavrov prinsipləri": Dağlıq Qarabağ münaqişəsinin "açarı" kimdədir?
31 yanvar 2018

Bir müddətdir ki, Ermənistan və Rusiyanın bəzi KİV orqanlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun prinsiplər hazırladığı haqqında informasiyalar yayılırdı. Azərbaycanda da bəzi ekspertlər bununla bağlı proqnozlar verməyə çalışırdı. Yanvarın 15-də Moskvada keçirdiyi mətbuat konfransında S.Lavrov bu məsələyə müəyyən dərəcədə aydınlıq gətirdi. Onları təhlil edən rusiyalı siyasi analitik Sergey Markedonov açıq vurğulayıb ki, belə bir şey yoxdur. Sergey Lavrovun münaqişə ilə bağlı sistemli prinsipləri mövcud deyil. Xarici işlər nazirinin dedikləri də bunu sübut edir. Buna görə də problemin həlli "açarı"nı Rusiyada axtaranlar yanılırlar. Maraqlı fikirdir və bununla bağlı daha geniş analiz aparmağa ehtiyac duyuruq.

Türk əsgəri ümid yeri – "Zeytun budağı" əməliyyatına baxış

Türk əsgəri ümid yeri – "Zeytun budağı" əməliyyatına baxış
31 yanvar 2018

Tarixən Azərbaycanın yerləşdiyi Qafqaz və yaxın təmasda olduğumuz Yaxın Şərq regionları dünyanın geosiyasi cəhətdən ən həssas və qaynar bölgələri hesab olunmuşlar. Dünyanın əsas güc mərkəzlərinin bu coğrafiyada daimi maraqları hər zaman sabitliyə böyük təhdid olmuşdur. Yaşadığımız dövrdə də regionda böyük güclərin fərqli mövqe və niyyətləri geosiyasi mənzərəyə ciddi təsir göstərir. Müşahidələrimiz göstərir ki, XXI əsrin əvvəllərində baş verən proseslər bir çox xüsusiyyətlərinə görə XX əsrin əvvəllərində baş verən hadisələri xatırladır. Keçən 100 il ərzində geosiyasi şəraitdə və proseslərin iştirakçıları arasında müəyyən dəyişikliklər baş versə də, hadisələr öz mahiyyət etibarı ilə dəyişməmişdir.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Почему россиян называют «оккупантами» в стране ЕАЭС?
20 dekabr 2017 Росбалт

Почему россиян называют «оккупантами» в стране ЕАЭС?

В Армении разразился новый скандал из-за «самоуправства» пограничников РФ

Davamı...
Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...