THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Karen Mirzoyan və Aurelio Qriqoriunun həqiqətləri

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4154
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 iyul 2013 – Newtimes.az

Erməni tədqiqatçı Karen Torosyanın yazdığı "Hakimiyyət vitrininin arxasında” (Zavitrinoy vlasti, İrevan, 2003, ss. 5-7) adlı kitabın giriş hissəsi aşağıdakı fikirlə bitməkdədir: "Gənc bir erməni Zvartnoç hava limanının salonunda pəncərənin önündə dayanaraq, üfüqü seyr etməkdədir. Bu arada son model xarici markalı avtomobildən enərək, hava limanı salonuna girən "sonradan görmüş erməni” gəncin yanına gəlir və soruşur:

  • Hara baxırsan cavan oğlan?
  • Bu dünyanın harası yaxşıdır deyə baxıram.
  • Ahhh, övladım, bizim olmadığımız yer ən yaxşısıdır.
  • Bəli, mən də sizin olmadığınız yerə baxıram, deyə gənc oğlan cavab verir.

Bu, günümüzdə Ermənistan reallığını göstərən ən maraqlı epizoddur. Ermənistan hər fürsətdə demokratiya və insan haqları məsələsini ön plana çıxararaq ölkəsində hər şeyin beynəlxalq standartlara uyğun olduğunu, vətəndaşlarının demokratik bir şəraitdə yaşadığını yüksək səslə bildirir. Amma əlbəttə vəziyyət belə deyil. Belə ki, qondarma Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri” Karen Mirzoyan cari ilin iyun ayında Fransaya səfəri zamanı "France24” televiziya kanalına müsahibə verib. O bu müsahibəsində"Qarabağın Azərbaycanla birləşmək perspektivi və ümidi var” deyib. Mirzoyanın bu bəyanatı lazımi yerlərə çatdıqdan sonra Ermənistan, qondarma DQR rəsmiləri və ictimai rəyi obrazlı dillə desək bir qaşıq suda tufan qopararaq, onu xəyanətdə günahlandırıb. Qondarma DQR prezidentinin mətbuat katibi DavidBabayanisə məsələyə belə münasibət bildirib: "O, belə bir bəyanat verə bilməz. Bu sadəcə mümkün deyildir. Hətta axmaq belə bu cür danışa bilməz. Yəqin ki, efir vaxtı məhdud olub, yada nə isə problem olub.Təkrar edirəm, bu cür bəyanatla o (Karen Mirzoyan) xarici işlər naziri ola bilməz”. Eyni zamanda erməni ictimai rəyi və mətbuatıMirzoyanı"ağır gülləbarana” tutub. Mətbuat katibi Babayanın açıqlamasını qısaca təhlil edək:

  • "O bu cür bəyanat verə bilməz”. Niyə? Karen Mirzoyan robot deyil ki, beynində proqramlaşdırılmış mətndən başqa bir söz deməsin.
  • "Bu sadəcə mümkün deyil”. Niyə mümkün deyil? Xarab olmuş saatın belə gündə iki dəfə doğru zamanı göstərdiyini Babayan məgər bilmir?
  • "Hətta axmaq belə bu cür danışa bilməz”. Babayan tərbiyəsizlik edərək, qondarma rejimin XİN rəhbərinə axmaq deməkdən belə çəkinmir və onu təhqir edir. (Alınan bəzi məlumatlara görə Babayan Mirzoyanı duelə dəvət edəcəkmiş. Babayana xatırladaq ki, duelə dəvət alan birinci dəfə tətiyi çəkmək hüququna sahibdir. Babayan bunu bilsəydi, yəqin ki, Mirzoyanı duelə dəvət etməzdi.)
  • "Yəqin ki, efir vaxtı məhdud olub, yada nə isə problem olub”. Babayan bu cümlədən əvvəl dediklərini təkzib edərək,Mirzoyanın əslində həmin bəyanatı verdiyini təsdiqləyir. O bunun zaman qıtlığı və texniki problemlərlə bağlı olduğu nağılını danışmağa cəhd edir.
  • "Təkrar edirəm, bu cür bəyanatla o (Karen Mirzoyan) xarici işlər naziri ola bilməz”. Mətbuat katibi Babayan bir anın içində qondarma rejimin "prezidenti”BakoSaakyanınsəlahiyyətlərindən istifadə edərək, XİN rəhbərini işdən "qovmaqla” hədələdi.

Budurmu qondarma rejimin və ermənilərin demokratiyası? Budurmu dünyaya car çəkdikləri "müstəqillik” nağılı?

Ermənistanın "demokratik” olmasını təsdiq edən bir hadisə də Moldova ombudsmanıxanım AurelioQriqoriununcari ilin 3-5 iyul tarixində Ermənistan parlamentinin təşkil etdiyi beynəlxalq konfransda iştirakı zamanı baş verib.O, konfransda "Dondurulmuş konfliktlər ərazisində insan haqlarının müdafiəsi” adlı məruzə oxuyub. Ermənistan parlamentinin sədri xanım Qriqoriunun məruzəsini bitirməyə belə imkan verməyib. Parlament sədrinin bu cür sərt reakiya verməsinin səbəbi nədir?

Xanım Qriqoriu məruzəsində konfliktlərdən bəhs edərkən,Ermənistandan 250 min azərbaycanlının zorla deportasiya edilməsindən, onların müxtəlif ağılasığmaz işgəncələrlə öldürülməsindən, Ermənistanın Azərbaycan torpaqlarının təxminən 20%-ni işğal etməsindən, tarixi abidələrin dağıdılmasından, bir milyon insanın qaçqın düşməsindən, Xocalı soyqırımının törədilməsindənbəhs edib. Qriqoriubeynəlxalq hüquq sənədlərini və Birləşmiş Millətlər Təşkilatı (BMT)  Təhlükəsizlik Şurasının (TŞ) qəbul etdiyi dörd qətnaməni də xatırladıb.

Bundan sonra xanım Qriqoriuya qarşı "səlib yürüşü” başlayıb. Xanım Qriqoriu otel odasından çıxa bilməyib. Oteldə telefonla təhdid edilib, feysbuk səhifəsinə təqiramiz ifadələr yazılıb və həyatı təhdid edilib. Təhdidlər o qədər artıb ki, xanım Qriqoriuya vətəninə qayıtmaq üçün imkan verilməyib. Ermənistan dövləti onun təhlükəsizliyinə təminat verməyib. Xanım Qriqoriu Rumıniyanın və Gürcüstanın İrəvandakı səfirliyindən həyatının qorunması üçün köməklik istəyib. İki gün İrəvanda əsirlikdə qaldıqdan sonra Rumıniya və Gürcüstan dövlətinin köməkliyi ilə Ermənistanı tərk edə bilib.

Qəribə odur ki, Ermənistanda olduğu zaman xanım Qriqoriunun həyatı real təhklükə altında olsa da, heç bir Avropa dövləti və beynəlxalq təşkilat onunla maraqlanmayıb, Ermənistan dövlətinin onun təhlükəsizliyinə təminat verməməsinə, ermənilərin onu təhdid etməsinə münasibət bildirməyib. Analoji hal təsadüfən Azərbaycanda baş versəydi, Avropa dövlətləri və beynəlxalq təşkilatlar ilboyu Azərbaycanı tənqid edərək, demokratiya və insan haqlarının olmamasından ağız dolusu danışar və hətta sanksiya tətbiq edərdilər. Eynilə Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv edilməsindən sonra olduğu kimi demokratiya, insan haqları və digər beynəlxalq standartlardan danışardılar.

Ramil Səfərov Azərbaycana qaytarıldığı zaman heç kim üçün təhdid təhlükəsi yaratmırdı və cəzasının müəyyən bir qısmını çəkmişdi. Azərbaycan dövləti öz qanunları çərçivəsində Səfərovu əfv etmişdi. Ancaq xanım Qriqoriu Ermənistanda girov saxlanıldığında onun həyatı üçün ciddi təhlükə vardı və heç bir Avropa dövləti və beynəlxalq təşkilat onun müdafiəsinə qalxmadı.

Bütün bu ikili standartlar onu göstərir ki, Avropa dövlətləri və beynəlxalq təşkilatların heç biri demokratiya və insan haqlarının qorunmasında səmimi deyildir. Demokratiya və insan haqları onların mənafeləri və siyasəti təhlükə altında olduğu zaman dilə gətirilir, bu və yaxud digər ölkəyə təzyiq edilir. Bu dövlətlərin və beynəlxalq təşkilatların bu cür siyasəti siyasi əxlaq qaydalarına tamamilə ziddir.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...