THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Vatikan nə qədər zəngindir?

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7071
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Katolik kilsəsi böyük mülkiyyətə sahibdir və ianələr şəklində milyonlar toplayır. Lakin nə üçün bəzən bu balanslaşdırılmış büdcə formalaşdırmaq üçün kifayət etmir və Papa pulları harada saxlayır?

İanələr şəklində milyonlar, kirayədən, həmçinin satışdan əldə olunan küllü miqdarda gəlirlər - Vatikan yaxın keçmişdə kifayət qədər vəsaitin olmamağından şikayət edə bilmirdi. Buna baxmayaraq 2009-cu ilin sonunda Katolik kilsəsinin dövlət büdcəsinin kəsiri 8 milyon avro məbləğində olmuşdur.

Papa XVI Benedikt reaksiya verdi və Vatikan qubernatorunun müavinini dəyişdi. Yeni xəzinədar dürüst və ehtiyatlı arxiyepiskop Karlo Mariya Viqano (Carlo Maria Vigano)  oldu. Bu gün onun 71 yaşı var, onda isə təyinatdan dərhal sonra, o, mühasibat kitab və sənədlərinə diqqət yetirdi, gəlir və xərcləri tədqiq etdi. Bununla yanaşı o, təəccüb doğuran məqamlar aşkar etdi. 

Məlum oldu ki, Vatikan dövlət vəsaitlərinin idarə olunmasını məşhur italyan banklarının müəyyən dairələrinə vermişdir. Onlar illik 300 milyon avro dəyərində pul köçürmələri həyata keçirirdilər və çox zaman bu əməliyyatların şərtləri Papa üçün sərfəli deyildi. Viqano bestseller müəllifi olan və sənədli televiziya filmi üzərində çalışan Canluici Nutsi (Gianluigi Nuzzi) ilə söhbəti zamanı deyib ki, "Onlar daha çox şəxsi maraqları üçün işləyirdilər nəinki bizim. Biz 50%, bəzi hallarda isə 60%-dən çox zərər çəkmişik və bu həm də bizim lazımı təcrübəmizin olmaması səbəbindən baş vermişdir”. Bu banklar həyata keçirdikləri əməliyyatların yalnız birinin nəticəsində Vatikana 2,5 milyon dollar ziyan vurmuşlar.

"Maliyyə aktivliyinin bütöv qalaktikası”

Viqano əvvəllər mövcud olmuş əlaqələri kəsir, xərclərə nəzarət edir və onları azaltmağa çalışır. Vəzifəyə keçdiyindən 12 ay sonra o, büdcəni qaydaya sala bildi. Büdcə kəsiri aradan qaldırıldı və 34 milyon avrodan çox artım yarandı.

Digər illərdə olduğu kimi oxşar nəticəni əsasən bütün dünya üzrə yepiskopların konfranslarının Papa rəhbərliyinin (Kuriyanı) maliyyələşdirilməsi üçün Romaya göndərdikləri ianələr təmin edirdi. Bu məbləğ demək olar dəyişmir və illik 90 milyon avro təşkil edir. Lakin Vatikan artıq uzun zamandır ki, bir yox bir neçə dayağa malikdir.

Özünün ifşaedici "Vatikan MMC” kitabında italyan jurnalist Nutsi "maliyyə və sahibkar aktivliyinin bütöv qalaktikası” haqqında danışır. Onun məlumatlarına görə, Vatikan müxtəlif sahələrdə – səhiyyə və turizm, bank işi və daşınmaz əmlakda böyük pullar qazanır.

 Qiymətli kağızlar və səhmlərdə 520 milyon

Ümumi məbləğ haqqında 2008-ci ildə bütün dünyadakı kardinal və yepiskoplara göndərilmiş Vatikanın məxfi hesabatına əsaslanaraq fikir söyləmək olar. Bunun bir nüsxəsini katolik qəzeti "The Tablet” almışdır. Göndərilmiş hesabat müəyyən miqdarda dövlət mülkiyyətini göstərir, hansı ki, 340,6 milyon avro nağd pul ehtiyatından, təqribən 520 milyon avro dəyərində qiymətli kağızlar və səhmlərdən, həmçinin dəyəri 19 milyon avro olan tonlarla qızıl külçələrdən ibarətdir.

Büdcə hesabatına əsasən Katolik kilsəsi Fransada, İngiltərədə və İsveçrədə 424 milyon avro dəyərində olan daşınmaz  əmlaka və torpaq sahələrinə malikdir. Çox güman ki, bu gün bu məbləğ daha çoxdur. Buna ən azı İtaliyadakı 50 000 daşınmaz əmlak obyektini əlavə etmək olar.

Yalnız Xalqların Yevanqiyalaşdırılma Konqreqasiyası, yəni keçmiş Dini Təbliğat Konqreqasiyası təxminən 53 milyon avro dəyərində olan daşınmaz əmlak obyektlərinə və torpaq sahələrinə malikdir. 2007-ci ildə Vatikanın xəzinəsinə 56 milyon avro dəyərində gəlir daxil olmuşdur. Bu vəsait kirayədən, lizinqdən, həmçinin kənd təsərrüfatı fəaliyyətindən gəlmişdir.

Vatikanın vergi imtiyazları

Katolik kilsəsi üçün xoş hallar sırasına uzun illərdən bəri istifadə etdiyi vergi imtiyazlarını aid etmək olar. İtaliyanın hökumət başçısı Mario Monti özünün sələfi Silvio Berluskoni tərəfindən ləğv edilmiş daşınmaz əmlak vergisini qaytardı. Buna baxmayaraq yeni qayda 2005-ci ildə bu vergidən azad edilmiş Vatikanın torpaq sahələri və binalarına şamil edilmir. Onların kommersiya məqsədləri üçün məsələn, mehmanxanalar, özəl məktəblər, universitetlər, xəstəxanalar, mənzillər - yaxud tarixi yerlər qismində istifadə olunub-olunmamasından asılı deyil.

200 000 mehmanxana yeri, 800 məktəb

Avropa İttifaqının fikrincə bu imtiyazlar "ayrı-seçkilik xarakteri” daşıyır, digər daşınmaz əmlak sahiblərinin haqları pozulur və Aİ-nin təzyiqi altında Monti güzəştə getməyə məcbur olmuşdur.  Kilsənin müstəsna statusuna indi yenidən baxılacaq və hətta köhnə tarix ilə 2006-2011-ci illər üzrə verginin ödənilməsi məsələsi müzakirə olunur. Avropa Komissiyasının fikrincə, İtaliya 2 milyard avro dəyərində vergi almamışdır.

Vatikanın daşınmaz əmlak imperiyasına 50 000 bina daxildir, onların istifadəsinin illik dövriyyəsi 4 milyard avro təşkil edir. Təkcə Romada 800 məktəb, 65 özəl klinika, 43 internat və hətta bir neçə polis komissariatı yerləşir – bütün bunlar Vatikanın mülkiyyətidir. Bura yalnız zəvvarlar üçün deyil, həm də adi turistlər üçün nəzərdə tutulmuş ölkədəki 200 000 mehmanxana yerini də əlavə etmək gərəkdir.

"Vatikan Radiosu" az resurs istifadə etmir

Papanın şəxsi istifadəsində ən maraqlı gəlir mənbələrindən biri Müqəddəs Pyotr dinariyasıdır. Bu vəsaitlər Pyotr və Pavel apostollarının bayramında "ehtiyacı olanlar üçün” hər il 29 iyunda bütün dünya üzrə toplanır. 2007-ci ildə Vatikanın xəzinəsinə təqribən 80 milyon dollar (62 milyon avro) bu şəkildə daxil olub.

Təkcə gəlirlər deyil, həm də xərclər təsirli görünür. Kilsənin  ən böyük xərci personalın məvacibidir. 2007-ci ilin sonlarına olan göstəricilərə əsasən Vatikanın məvacib siyahısında 2748 insan yer almışdır: 1637 dünyəvi əməkdaş, 778 keşiş, 243 rahib və 90 rahibə. Buna hələ 466 pensiyaçını da əlavə etmək gərəkdir. Roma Kuriyasında çalışan 20 kardinal Kilsəyə təqribən 3 milyon avroya başa gəlir.

Gündəlik qəzet – fasiləsiz zərərlər

Dünyanın ən kiçik dövlətinin 4 kütləvi informasiya vasitəsinə əhəmiyyətli məbləğ xərclənir. Bunlar "Vatikan Radiosu”, gündəlik qəzet "Osservatore Romano”, "Centro Televisivo Vaticano CTV” televiziya kanalı, həmçinin Vatikan nəşriyyatının kitab mağazasıdır. Bu sahədə bütövlükdə 600 əməkdaş çalışır və yalnız "Vatikan Radiosu” üçün 367 nəfər çalışır. Radiostansiyanın işçilərinin əmək haqlarının ödənilməsinə 24,3 milyon avro xərclənmişdir və bununla yanaşı heç bir gəlir olmamışdır. Məsələ bundadır ki, "Vatikan Radiosu”-nun əlavə reklam və ya müvafiq gəliri yoxdur.

2007-ci il üzrə Papa hesabatı məlumatlarına əsasən "Osservatore Romano” qəzeti yalnız zərər gətirir. Həmin ilin zərəri 4,8 milyon avro dəyərində olmuşdur. Bundan fərqli olaraq CTV televiziya kanalı və nəşriyyatın kitab mağazası böyük olmayan gəlir gətirmişdir.

Hələ 20,1 milyon avro Vatikanın 190 nunsiyasına və beynəlxalq təşkilatlarda 17 nümayəndəliklərinə (o cümlədən Avropa İttifaqında və BMT-də) xərclənir.

Vatikanın çoxsaylı daşınmaz əmlakının saxlanılmasına və təmirinə, şəxsi və həmçinin xarici sosial və humanitar layihələrə sərf olunan xərcləri də unutmamaq gərəkdir.

Arxiyepiskop Viqano çox düşmən qazanıb

Həqiqətdə Vatikan nə qədər zəngindir? Bu haqda kilsə məlumat vermir və hətta dərc edilmiş məxfi hesabat kilsə əmlakının həqiqi ölçüsünü müəyyən etməyə imkan vermir. Məsələ bundadır ki, daşınmaz əmlaka, səhm və nağd vəsaitlərə sənət əsərlərini də əlavə etmək gərəkdir. Ehtiyatlı ekspertlər Vatikanın əmlakını 2 milyard avrodan çox qiymətləndirirlər, 12 milyard haqqında danışanlar da az deyildir.

Buna görə də Karlo Mariya Viqanonun 2009-cu ildə miras aldığı büdcə problemlərinə baxmayaraq Kilsə üçün xüsusi narahatlığa ehtiyac yoxdur. Qeyd olunduğu kimi bu kilsə xəzinədarı diqqətlə xərcləri yoxlamış, onları azaltmış və şübhə doğuran anlaşmalardan imtina etmişdir. Bundan sonra onun dostlarının siyahısı artmamış, lakin düşmənləri çoxalmışdır. İlk növbədə Vatikanın təchizatçıları arasında.

"Fəlakətli vəziyyət”

Nəticə etibarı ilə Viqano öz rəhbərinə "mövcud olan korrupsiya” haqqında məlumat vermişdir. Sifarişlər eyni firmalar arasında paylaşırdı, baxmayaraq ki, onların qiymətləri rəqiblərinə nisbətən iki dəfə yüksək idi. Viqano Papaya ünvanladığı məktubunda yazmışdır – "Mən heç zaman düşünmürdüm ki, belə bir fəlakətli vəziyyətlə rastlaşardım”, bu barədə jurnalist Canluici Nutsi öz sənədli televiziya filmində bəhs etmişdir.

Baxmayaraq ki, bu kilsə xidmətçisi büdcə artımına nail olmuş və gəlir əldə etmişdir onun missiyası tezliklə dayandırılmışdır. Papa XVI Benedikti şübhəli sifariş bölgüsü haqda məlumatlandırdıqdan 6 ay sonra 2011-ci ilin oktyabrında Vatikan Viqanonu  tutduğu vəzifədən azad etmiş  və Vaşinqtona apostol nunsisi göndərmişdir.

Tim Rahman, (WirtschaftsWoche Heute)

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...