THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Barışdan qaçanlar: ermənilər Vaşinqton müzakirələrini təhrif edirlər

Barışdan qaçanlar: ermənilər Vaşinqton müzakirələrini təhrif edirlər
25 iyun 2019

Məlum olduğu kimi, Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə yenidən görüşü olub. KİV danışıqların məzmunu barədə informasiyalar yayıb. Lakin erməni tərəfinin qərəzli olaraq bir sıra məqamları təhrif etdiyi də müşahidə olunur. Hiss olunur ki, İrəvan mövqeyini məntiqi müdafiə etmək imkanını itirir. O, ya Azərbaycan tərəfinin fikirlərini yanlış təqdim edir, ya da özündən müxtəlif yalanlar uydurur. Ermənistan işğal etdiyi ərazilərdən çəkilmək əvəzinə, mövcud vəziyyəti əbədiləşdirməyə çalışır. Təbii ki, bunun heç bir perspektivi yoxdur. Gec-tez işğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxarılacaq. Vaşinqton müzakirələrinə bu kontekstdə yanaşdıqda, onun bir sıra məqamları üzərində dayanmağa ehtiyac duyulur.

Ermənistan tərəddüd edir: daxili gərginlik və geosiyasi ziddiyyətlərin yaratdığı təzyiqlər

Ermənistan tərəddüd edir: daxili gərginlik və geosiyasi ziddiyyətlərin yaratdığı təzyiqlər
24 iyun 2019

Cənubi Qafqazda geosiyasi mənzərənin həssas olduğu haqqında ekspertlər daim fikir bildirirlər. Bunun fonunda regionda atılan hər bir addım maraq doğurur. Tbilisidə Rusiyaya qarşı etiraz dalğasının baş qaldırması müəyyən fikirlər yaradıb. Ekspertlərə görə, bu proses sadəcə Gürcüstanın daxili problemləri ilə bağlı deyil. Konkret olaraq, ölkə daxilində mövcud siyasi ziddiyyətlərdən kənar qüvvələr istifadə edib, gərginlik yaradır. Məqsəd də öz maraqlarına uyğun işlər görməkdən ibarətdir. Həmin sırada ilk olaraq İranla bağlı yaranmış vəziyyət qeyd edilir. Bununla yanaşı, Ermənistanda müşahidə edilən proseslərin məntiqini məhz həmin məsələ çərçivəsində izah etmək mümkündür. Belə görünür ki, Rusiya və ABŞ üçün Ermənistan İran məsələsində ən həssas məkan ola bilər. Ermənistan rəhbərliyinin münaqişə ilə bağlı atdığı addımlar da onun mövqeyinin qeyri-müəyyən olmasını ifadə edir. Bu, Ermənistanı asan təzyiq obyektinə çevirir. Nəticədə, Ermənistanın ziddiyyətli addımlar atdığı məlum olur. Bir tərəfdən, Ermənistanın xarici işlər naziri ABŞ-a sülh danışıqlarına gedir. Digər tərəfdən isə erməni silahlı qüvvələri Dağlıq Qarabağda hərbi təlim keçirlər.

Asiyada təhlükəsizlik və əməkdaşlıq platforması: Azərbaycan üçün geosiyasi əhəmiyyəti

Asiyada təhlükəsizlik və əməkdaşlıq platforması: Azərbaycan üçün geosiyasi əhəmiyyəti
21 iyun 2019

Tacikistanın paytaxtı Düşənbə şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci zirvə toplantısı keçirilib. Toplantıda regionun daha təhlükəsiz və daha yüksək inkişaf etmiş hala gəlməsinin yolları müzakirə edilib. Bunun fonunda hazırda mövcud olan müxtəlif xarakterli təhlükələrə, risklərə, təhdidlərə nəzər salınıb. Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçıları fikirlərini bəyan ediblər. Azərbaycanı Baş Nazir Novruz Məmmədov təmsil edib. Novruz Məmmədov çıxışında Asiya üçün aktual olan bir sıra məqamlara toxunub, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli zərurətini bir daha diqqətə çatdırıb. Bütövlükdə toplantıda maraqlı analizlər aparılıb, proqnostik fikirlər irəli sürülüb.

Türkiyənin böyük mübarizəsi: Yaxın Şərqi risklər və təhlükələrdən xilas etmək xətti

Türkiyənin böyük mübarizəsi: Yaxın Şərqi risklər və təhlükələrdən xilas etmək xətti
20 iyun 2019

Ekspertlər Yaxın Şərqdə daha ciddi geosiyasi mübarizənin başladığı qənaətindədirlər. Xüsusilə Türkiyə ətrafında təhlükəli ssenarilər qurulur. Onu bir neçə istiqamətdən mühasirəyə alıb, sonra xaosa sürükləmək məqsədlərindən bəhs edilir. Hətta müxtəlif qondarma xəritələr belə tərtib edənlər vardır. Onların başlıca məqsədləri müsəlman ölkələrini kiçik hissələrə parçalamaqla bütövlükdə regiona ağalıq etməkdir. Ancaq, deyəsən, həmin dairələrin bir qismi bunun yanlış olduğunu anlamağa başlayıb. Müxtəlif səviyyələrdən eşidilir ki, "Yaxın Şərqə müdaxilə kökündən yanlış idi". Lakin o da maraqlıdır ki, hələlik geri çəkilən yoxdur. Mübarizə yeni üsullarla davam etdirilir. Daha çox siyasi-diplomatik fəaliyyət üzərində dayanılır. Onun fonunda geosiyasi xarakterli addımlar atılır. Böyük bir ərazidə terror dəhlizi yaratmaq planından da vaz keçilmir. Bütün bunların kontekstində Türkiyənin apardığı geosiyasi mübarizənin bir sıra aspektləri üzərində geniş dayanmağa ehtiyac vardır.

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
18 iyun 2019

Yaxın Şərqdə geosiyasi proseslər növbəti gərginlik mərhələsinə qədəm qoyur. Əvvəllər də analoji keçidlər baş verib. Lakin bu dəfə mənzərəni daha riskli və gərgin edən düşündürücü faktorlar xeyli qabarıq şəkildə özünü göstərir. Və bunun özəl cəhətlərindən biri böyük dövlətlərin mübarizəsinin artıq daha açıq və kəskin şəkildə həmin regiona təsir etməyə başlaması ilə əlaqəlidir. Burada ilk olaraq ABŞ-İran qarşıdurmasını vurğulamaq doğru olardı. Digər gərginlik xəttini ABŞ-Türkiyə münasibətləri təşkil edir. Bunların fövqündə isə ABŞ-Rusiya və ABŞ-Çin rəqabəti dayanır.

Amerikaya kunq-fu cavabı: Çin Asiyanın NATO-sunu yaratmağa çalışır

Amerikaya kunq-fu cavabı: Çin Asiyanın NATO-sunu yaratmağa çalışır
17 iyun 2019

Çin Vaşinqtonun balanssız qarşılıqlı ticarət ittihamlarına uzun müddət kifayət qədər təmkinlə reaksiya verirdi. O, ittihamlara cavab olaraq nəinki sərt tədbirlər görmür, hətta bəyanatlarında belə, çox təmkinli davranırdı. ABŞ-ın gömrük tariflərinin artırılması ilə bağlı hər qərarına Pekin güzgü effektilə cavab verir, eyni zamanda vəziyyəti masa arxasında müzakirə etməyə hazır olduğunu bildirirdi.

İdlib ətrafında gərginlik kimə sərf edir?

İdlib ətrafında gərginlik kimə sərf edir?
15 iyun 2019

Son aylarda Suriyanın İdlib əyalətində gərginlik kəskin artıb. Artıq bu bölgə üçün adi hala çevrilmiş atışma yerini ağır texnika, artilleriya və aviasiyadan istifadə ilə həyata keçirilən miqyaslı əməliyyatlara verib. Bu, bölgənin «deslakasiya zonası» elan olunmasından ötən 2 ildə Suriya böhranının sülh yolu ilə həlli prosesinə vurulan ən böyük zərbədir.

Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndərin tarixi xilaskarlıq missiyası

Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndərin tarixi xilaskarlıq missiyası
14 iyun 2019

1993-cü il iyunun 15-də Azərbaycan dövlətçiliyi üçün əvəzsiz əhəmiyyəti olan hadisə baş verdi. Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldi. Əslində, cəmiyyətin həmin dövrdə bu seçimi etməsi asan deyildi. Çünki geosiyasi vəziyyət o dərəcədə qarışıq və qeyri-müəyyən idi ki, düzgün istiqamət götürmək çox çətin məsələyə çevrilmişdi. Bundan başqa, o dövrdə səriştəsiz rəhbərlik ölkənin vəziyyətini daha da ağırlaşdırmışdı. Ermənistanın havadarlarının böyük dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etməsi ölkənin varlığını risklərə atırdı. Bu kimi tendensiyaların qarşısını ancaq böyük siyasi iradə və idarəçilik təcrübəsi olan, xalq və dövlət qarşısında məsuliyyətini tam hiss edən vətənpərvər lider ala bilərdi. Tarix belə bir şəxsiyyəti Azərbaycan xalqına qismət etmişdi. O, Ulu öndər Heydər Əliyev idi! Ümummilli liderin hakimiyyətə yenidən gəlişi sözün bütün mənalarında dövlətin, millətin, milyonlarla azərbaycanlının həyatının xilası oldu.

"RAND" korporasiyasının proqnozları: Rusiyaya qarşı dördbloklu plan

"RAND" korporasiyasının proqnozları: Rusiyaya qarşı dördbloklu plan
13 iyun 2019

Amerikanın "RAND" analitik mərkəzi yeni hesabat təqdim edib. Orada Rusiyaya qarşı ABŞ-ın atmalı olduğu addımlar geniş şəkildə analiz edilib. Hesabat müəllifləri hazırlıqlı və yüksək səviyyəli mütəxəssislərdir. Bu səbəbdən həmin sənədə maraq çox olub. Rusiyalı mütəxəssislər də hesabatda irəli sürülən təklifləri təhlil edirlər. Dörd blok arasında geosiyasi hissə daha çox diqqəti çəkir. Orada Cənubi Qafqazla da bağlı tezis vardır. Belə görünür ki, Amerika tərəfi Cənubi Qafqaz ölkələrini də Rusiya ilə münasibətlərin aydınlaşdırılması prosesinə qarışdırmağa çalışır. Bu məqamı da nəzər almaqla "RAND" korporasiyasının hesabatının geosiyasi çalarlarının təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Sarsılmaz qardaşlıq və sarsılan Ermənistan: hərbi təlimlərdən titrəyən düşmən

Sarsılmaz qardaşlıq və sarsılan Ermənistan: hərbi təlimlərdən titrəyən düşmən
12 iyun 2019

Ermənilər yeni bir təlaşa qapılıblar. Onlar iyun ayının 7-11-də Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini şərh edərkən absurd ifadələr işlədirlər. Açıq hiss edilir ki, iki qardaş ölkənin getdikcə daha da artan gücü qarşısında Ermənistan zavallı vəziyyətə düşür. Azərbaycan bütün sahələrdə inkişaf etdikcə, Ermənistan narahat olur və böhtanlar yağdırmağa girişir. Ayrıca, ordumuz hərbi gücünü nümayiş etdirəndə erməni tərəfi özünü itirir. "Sarsılmaz qardaşlıq" hərbi təlimlərinə də eyni reaksiya oldu. İş o yerə çatıb ki, Ermənistan rəhbərliyi Rusiyaya müraciət edərək türklərə hansısa cavab verməyin lazım olduğundan bəhs edib. Bu sırada Ermənistan-Yunanıstan-Kipr "sivil platforması" kimi absurd və mənasız bir ifadəni belə işlətməkdən utanmayıblar. Ermənistanın "sivilliyi" qətlə yetirilən günahsız insanların qanlarında yerini tutub. Ondan başqa ermənilərin "sivilliyi"ni sübut edən fakt yoxdur. Son olaraq Azərbaycanda təlim keçən zabitin alçaqcasına və qorxaqcasına qətlə yetirilməsi erməni "mədəniliyi", "sülhsevərliyi" və "sivilliyi"nin nümunəsidir. Əlbəttə, onların apatiyalarının səbəbi aydındır.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...