THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"RİA Novosti"nin siyasi şərhçisinin yeni Qarabağ macəraları

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
14844
Yazı aralığı+- AFont Ölçüsü+- Çap
Bakı, 6 mart 2013 – Newtimes.az
 
Beynəlxalq hüquqda başqa dövlətlərin daxili işinə qarışmamaq əsas prinsiplərdən sayılır. Rusiyalı siyasi şərhçi Vadim Dubnov bu müddəanı ayaqlar altına ataraq, rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər edib. Məqsədi isə Azərbaycanın bu bölgəsi haqqında yalan məlumatlarla dolu məkrli məqalə yazmaq olub. Adətən belə yazıları iki ölkə arasındakı münasibətlərin mövcud durumundan qısqanclıq keçirənlər, bu münasibətlərə soyuqluq gətirmək istəyənlər yazır.
 
Azərbaycan-Rusiya münasibətləri ən müasir tarixdə həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf edir. Bu prosesin fonunda Rusiyada bəzi dairələrin məkrli niyyətlərini nümayiş etdirən mövqeləri və iki ölkənin münasibətlərinin yüksək səviyyəsini istəməməsi təəssüf doğurur.
 
Belə təəssürat yaranır ki, son 20 il ərzində kifayət qədər mürəkkəb şəraitdə çox uğurlu yol keçərək bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Rusiya-Azərbaycan münasibətləri, hətta Rusiyada bəzilərinin boğazına sümük kimi ilişib qalıb. Vladimir Jirinovski ilə yanaşı, Vadim Dubnovu da belələrinə aid etmək olar.
 
Vadim Dubnov rəsmi şəxsdir. Ancaq onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlar Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Buna baxmayaraq o, öz mövqeyində qalmaqda davam edir. Belə bir məkrli mövqeni növbəti dəfə V.Dubnov Rusiyanın dövlət xəbər agentliyi olan "RİA Novosti”nin şərhçisi kimi nümayiş etdirib. Biz onun həmin agentliyin saytında Dağlıq Qarabağla bağlı dərc edilən son məqaləsini nəzərdə tuturuq (bax: Карабах за 25 лет научился быть непризнанным. www.ria.ru, 25 fevral 2012). Yazıda rusiyalı şərhçi guya 25 ildə Qarabağda erməni dövlətinin formalaşdığını iddia edir. Bütün fikirlərini bu cəfəngiyat kontekstində ifadə etməyə çalışır.
 
Bu zaman o, öz yazısını lirik-ədəbi elementlərlə bəzəməyə çalışsa da, qərəzli niyyətini gizlədə bilmir. Həmin məqsədinə çatmaq üçün isə bütün addımları atır. Yazının məntiqi və məzmunundan aydın görünür ki, V.Dubnov beynəlxalq hüququ, siyasi reallıqları, hətta Rusiyanın özündə gedən proseslərin xarakterini nəzərə almadan hansısa sifarişçiyə xidmət göstərməyə çalışır. Onun arqumentləri sünidir. Erməni separatçıları haqqında demək istədiyi müsbət fikirlərin heç birini əsaslandıra bilmir.
 
Bu bağlılıqda siyasi şərhçinin yazısı bir-biri ilə əlaqəsi olmayan rabitəsiz abzaslardan ibarətdir. Məsələn, o, cızma-qarasının əvvəlində Dağlıq Qarabağdakı separatçıların həyatını ziddiyyətli surətdə təsvir edir. Bir tərəfdən göstərir ki, münaqişə həll edilmədiyinə görə, ermənilər rahat ola bilmirlər. Onlar hər an Azərbaycan tərəfdən hücum gözləyirlər. Lakin digər tərəfdən isə guya separatçılar bu məqama fikir vermirlər – onlar öz gündəlik işləri ilə məşğul olurlar. Hətta müasir hava limanı inşa ediblər. Turizmi inkişaf etdirməyi düşünürlər. Bütün bunlara görə, V.Dubnov nəticə çıxarır ki, beynəlxalq aləmdə tanınmasa da, Qarabağda ermənilər dövlət qura biliblər. Əsas məqam isə bundan ibarətdir.
 
Cavabsız suallar və ya naşı şərhçinin siyasi xətaları
 
Şübhəsiz ki, rəsmi şəxs olsa da, V.Dubnovun bu fikirləri sərsəmliklə yanaşı, diletantizmin klassik nümunəsidir. Eyni zamanda, siyasi səriştəsizliyin nümayişidir. Çünki dövlətin tam formalaşması ciddi mənada daxili və xarici şərtləri eyni dərəcədə nəzərə almaqla baş verə bilər. Əgər hansısa bir qurumu beynəlxalq aləmdə qəbul etmirlərsə, təşkilatlar onu qanunsuz hesab edirsə, hansı dövlətdən söhbət gedə bilər? V.Dubnov özü yazır ki, separatçıların büdcəsi yoxdur, onlara Ermənistan yardım edir. Dünyada büdcəsi olmayan dövlət var?
 
Sonra, hər hansı bir məkanda insanların ictimai həyatının təsviri, orada dövlətin mövcudluğuna necə dəlalət edə bilər? Onda Rusiyada, Almaniyada, Fransada, Çində və ABŞ-da 10-larla müstəqil dövlət vardır. Əslində, bu cəfəng fikirlə V.Dubnov unitar olmayan Rusiyanın öz dövlətçiliyinə zərbə vurur.
 
Məsələn, sabah bir azərbaycanlı jurnalist Çeçenistandan, İnquşetiyadan, Tatarıstandan, Başqırdıstandan, Uraldan, Sibirdən və digər Rusiya əyalətlərindən müstəqil dövlətlər kimi geniş yazılar hazırlaya bilər. Həmin ərazilərdə Dağlıq Qarabağdan fərqli olaraq bütün sosial-iqtisadi infrastruktur, kommunikasiya şəbəkələri, dəmiryol vağzalları, hava limanları mövcuddur. Belə çıxır ki, bu başabəla siyasi şərhçinin özü də gedib həmin yerlər haqqında "müstəqil dövlət” kimi reportajlar hazırlaya bilər. Belə deyilsə, onun burnunu Azərbaycanın bir vilayətinə soxması arxasında nə durur?
 
Amma cənab Dubnova xatırlatmaq istərdik ki, rəsmi orqanı təmsil etdiyini unutmasın. Həm də reallığı heç bir halda təhrif etmək olmaz. O başa düşmür ki, yazdıqları Rusiyanın rəsmi mövqeyi ilə üst-üstə düşmür və mahiyyət etibarilə həm də öz ölkəsi üçün ziyanlıdır. Əgər elə isə bir neçə məqamı təkrar xatırlatmağın mənası vardır. Cənab Dubnov, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir və uzun illərdir ki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələni öz üzərinə götürüb. Bu həqiqəti nəzərə alaraq, Siz Dağlıq Qarabağla bağlı dünyagörüşünüzü öz ölkənizin müasir tarixinə proyeksiya edə bilərsinizmi? Siz fikirlərinizin Vətəniniz üçün nə qədər təhlükəli və ziyanlı olduğunu anlayırsınızmı? Tutaq ki, Nikolay Bordyuja Rusiyanın unitar dövlət olmadığını başa düşmür. Jirinovski isə öz siyasi məqsədləri üçün min cür cildə girir. Bəs, Sizə nə olub? Bu yazı ilə nəyə nail olmaq istəyirsiniz? Bir nəticə əldə edə bildinizmi?
 
Yox, əgər bilə-bilə belə edirsinizsə, çəkinmədən deyirik ki, təxribatçı mövqe tutmaqdan başqa heç nəyə nail ola bilməyəcəksiniz. Yazırsınız ki, ermənilər Moskvasız heç nə olduqlarını bilirlər. Onlar Rusiyanın dəstəyi olmadan bir dəqiqə belə mövcud ola bilməzlər. Cənab siyasi şərhçi, əgər belədirsə, onda Dağlıq Qarabağda kimin müstəqilliyindən danışırsınız? Belə çıxmırmı ki, Dağlıq Qarabağda separatçı rejimin mövcud olmasında Kremlin əli var? Axı, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Sizin məntiqinizdən belə qənaət əldə etmək olur ki, Rusiya Cənubi Qafqazda süni və qərəzli geosiyasi oyunlarını davam etdirir?
 
Bu sualların fonunda V.Dubnov rəsmi şəxsi olduğu ölkənin yeni xarici siyasət konsepsiyasına da öz mövqeyini nümayiş etdirir. Konsepsiyada inteqrasiyadan, beynəlxalq hüquq normalarına hörmətdən, başqalarının daxili işlərinə qarışmamaqdan yazıblar. Kimə inanaq – Rusiya Prezidentinəmi, bu ölkənin Xarici İşlər Nazirliyinəmi, yoxsa rəsmi informasiya agentliyi olan "RİA Novosti”nin başabəla şərhçisinəmi? Bəlkə bu sualın cavabını onun özü verə bilər?
 
Newtimes.az
Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...