THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Amberin Zamanın "Courrier İnternational" qəzetində dərc olunan məqaləsinə dair qeydlər

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
13549
Yazı aralığı+- AFont Ölçüsü+- Çap
Bakı, 4 mart 2013 – Newtimes.az
 
Xanım Amberin Zamanın 21 fevral tarixində Courrier İnternational qəzetində dərc olunan Azərbaycanla bağlı yazısını oxuduqca, insan heyrətini gizləyə bilmir. Məqalənin hər bir sətrindəyer alan ifadələr müəllifin ya məlumatsızlığından, ya da qərəzli yanaşmasından xəbər verir.
 
Maraqlıdır ki, türk ananın və Banqladeşli səfir atanın övladı olan bu xanımın indiyədək yazmışolduğu məqalələri nə atasının, nə də anasının təmsil etdiyi ölkənin və xalqın maraqlarına deyil, ən yaxşı ehtimalda doğulmuş olduğu Amerikanın, ən pis ehtimalda isə bir zamanlar keçmiş həyat yoldaşının ABŞ-ın müvəqqəti işlər vəkili olaraq fəaliyyət göstərdiyi Ermənistanın maraqlarına xidmət edir. Elə xanım Amberin Zaman da həm keçmiş həyat yoldaşının Türkiyədə diplomatik xidmətdəolduğu müddətdə, həm də ondan əvvəl və ondan sonra Ermənistanın maraqlarını müdafiəedən şəxs kimi oxucuların yaddaşında qalmışdır. Halbuki o, neytral mövqedədayanaraq özünə hörmət qazana bilərdi.
 
Məsələyə bu nöqteyi-nəzərdən baxıldığında bu xanımın Azərbaycan haqqında söylədikləri ifadələrin arxasında hansı məqsədlərin dayandığını anlamaq o qədər də çətin olmur.
 
İndi də gələk qeyd edilən məqalədəki ifadələrin analizinə.
 
Elə məqalənin ilk cümləsindən müəllifin Azərbaycana imperiya gözlüyündən baxdığı bəlli olur. Eyni fikir müəllifin artıq 20 ildən çoxdur müstəqil dövlət olan Azərbaycanı hələ dəkeçmiş SSRİ ölkəsi olaraq görməsində də özünü büruzə verir. 100 il sonra beləyenə də Azərbaycan hansısa sabiq imperiyanın bir hissəsi kimi verilməlidir? Görəsən məsələyə bu səpkidə yanaşan bu xanım öz ata yurdu olan Banqladeşdən danışarkən onu hansı imperiya ilə əlaqələndirir?
Amberin xanımın tarixi savadının da yetərli olmadığı yazısından bəlli olur: Azərbaycanla Türkiyəbir birindən soyuq müharibənin nəticəsində ayrı düşməyib, ən azından tarixi xronologiya bunu təsdiq etmir.
 
Amberin xanım Azərbaycanda baş verən bəzi hadisələri mahiyyətinə varmadan öz bildiyi kimi təqdim edir, insan hüquqları kimi həssas məsələni siyasiləşdirməyə üstünlük verir. Görəsən bu xanımın ABŞ-dakı və ya Avropadakı insan hüquqlarının vəziyyətindən xəbəri varmı? Ümumiyyətlə bu xanımın siyasi terminologiya savadı da ya yetərli deyil, ya da işinə qeyri-ciddi yanaşır. Görəsən Amberin xanım istifadə etdiyi mövhumların nə mənaya gəldiyinin fərqindədirmi? Demokratiya, avtokratiya, diktatura, totalitar sistem və s. harada necə gəldi istifadə edilə bilməz və yaən azından sinonim sözlər deyildir. Siyasi savadı olan bir mütəxəssis bu mövhumların yerində işlədilməsinə diqqət etməlidir. Xüsusən də İsveçrədə təhsil almış bir mütəxəssis bunun gəlişigözəl istifadə edilmədiyini bilməlidir.
 
Müəllifin qərəzli olduğu onun İsmayıllı hadisələrinin ümumiləşdirməsindən aydın görünür. Bu isəolduqca səhv və təhlükəli bir addımdır. Bir mütəxəssisin hadisələrə beləprimitiv yanaşması başa düşülən deyildir. Elə onun istinad etdiyi "ikra diplomatiyası” adlı məqalə də onun kimi bir maryonet müəllif tərəfindən yazılıb yayılmışdır.
 
Əgər xanım Amberin Zaman Azərbaycanı tənqid etməzdən əvvəl bir az tədqiqat aparmışolsaydı, Azərbaycanın qısa müddət ərzində əldə etdiyi uğurları görə bilərdi. O görə bilərdi ki, Azərbaycanda aparılan məqsədyönlü siyasət nəticəsində ölkədəsabitlik və əmin-amanlıq bərqərar olunub. Dünyanın əzab çəkdiyi qlobal maliyyəböhranı Azərbaycana təsir göstərməyib, qısa müddət ərzində yoxsulluğun səviyyəsi təkrəqəmli göstəriciyə qədər düşüb.
 
O görəbilərdi ki, Azərbaycan bu gün dünyaya nümunə ola biləcək tolerant cəmiyyət modeli yaratmağı bacarıb: çoxmillətli ölkə olan Azərbaycanda yaşayan etnik qruplar müxtəlif din və məzhəblərə etiqad edir. Onlar qarşılıqlı anlaşma, ehtiram və bərabərlik mühitində yaşayırlar. Bu ölkədə həqiqi mənada multikulturizm mövcuddur. Burada bütün dini azlıqların hüquqlarına hörmətləyanaşılır. Azərbaycanda məscidlərdən başqa pravoslav kilsələri, erməni apostol kilsələri, yəhudi, gürcü, malakan, protestant, krişna və bəhai dini cəmiyyətləri fəaliyyət göstərir.
 
O görəbilərdi ki, bu gün Azərbaycanda 600-dən artıq informasiya agentlikləri vəqəzetlər rəsmi olaraq dövlət reyestrində qeydiyyata alınmışdır. Siyasi partiyaların əksəriyyəti öz qəzetlərini nəşr etdirirlər, bir çoxunun isəvebsaytları da var. Nəşrlərdə müəlliflər açıq şəkildə müxtəlif, o cümlədən tənqidi və müxalif xarakterli olan fikirlərini ifadə edirlər.
 
O görəbilərdi ki, Azərbaycanda 30 jurnalist birliyi mövcuddur, 9 ümumrespublika televiziya kanalı, 14 regional, 14 kabel və 14 radiokanal fəaliyyət göstərir. O görə bilərdi ki, Azərbaycanda 30-dan çox internet provayderları var və əhalinin yarısından çoxu internetdən sərbəst istifadə edə bilir. Bunlar cəmiyyətdə plüralizmin inkişafınaşərait yaradır.
Əgər xanım Amberin Zaman bir az tədqiqat aparmış olsaydı, aydın şəkildə görə bilərdi ki, Azərbaycanda müstəqilliyin yeni əldə edilməsinəbaxmayaraq, demokratikləşmə ənənəsinin tarixi kökləri hələ keçən əsrin əvvəllərinəqədər uzanır. Azərbaycan bəzi sahələrdə ilklərə imza ataraq tarixə düşmüş bir dövlətdir. Belə ki, Qərbin bu gün dünyaya təlqin etməyə çalışdığı universal dəyərlər Azərbaycanda hələ ö dövrlərdə bərqərar idi.
 
O görərdi ki, Qərb mədəni dəyərlərinin mənimsəməsi nəticəsindəbütün Şərqdə ilk opera və ilk balet Azərbaycanda yaradılıb. Müsəlman Şərqindəilk dünyəvi peşəkar teatr sənətinin əsası XIX əsrin ikinci yarısında Azərbaycanda qoyulmuşdur.
 
O görərdi ki,Azərbaycanda demokratiyanın liberal ənənələrinəcavab verən dövlət quruluşu hələ 1918-ci ildə yaradılmışdır. Azərbaycan Demokratik Respublikası parlament ənənələri əsasında, liberal düşüncə bazasında, hüquqi-siyasi bir qurum olaraq Şərqin ilk dünyəvi respublikası idi.
 
O görərdi ki,Demokratik və insan hüquqlarının həmin dövr üçün geniş təşəkkül tapdığı ölkə olan Azərbaycan Demokratik Respublikasında Şərq aləmində ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verilirdi. Bu baxımdan Azərbaycan ABŞ (1920), Fransa (1944), İsveçrə (1971), Yaponiya (1945), Cənubi Koreya (1948), Portuqaliya (1931), İspaniya (1931) kimi müasir dövrün mütərəqqi dövlətlərinin əksəriyyətini qabaqlamışdı.
 
Əgər xanım Amberin Zaman məsələyə neytral və ədalətli yanaşsaydı, Azərbaycanın yerləşdiyi regionun nə qədər həssas olduğunu, Azərbaycanın hansı təhlükələrlə qarşı-qarşıya dayandığını, bütün bu təhlükələrə rəğmən Qərb ilə əməkdaşlığa necə əhəmiyyət verdiyini görmüş olardı. Terrorizmə qarşı mübarizədə, enerji sahəsində əməkdaşlıqda Qərbə verdiyi dəstəyin hansı mənaya gəldiyini anlamış olardı.
 
Əgər xanım Amberin Zaman neytral və ədalətli olsaydı, məqaləsində Azərbaycanın onun hər zaman dəstəklədiyi Ermənistan tərəfindən işğala məruz qaldığını qeyd edərdi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasına yer verərdi.O münaqişə ki, onun nəticəsində Azərbaycan ərazisinin 20 faizi, Dağlıq Qarabağvə ətrafdakı yeddi rayon işğal olunmuşdur.
 
O neytral və ədalətli olsaydı, qeyd edərdi ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu ərazilərdəqədim mədəniyyət abidələri məhv edilmiş, məktəblər, muzeylər, məscidlər dağıdılmış, məzarlıqlar təhqir olunmuş, dünya sivilizasiyasının nadir inciləri yer üzündən silinmişdir.
 
O neytral və ədalətli olsaydı, qeyd edərdi ki, havadarlarına arxalanan Ermənistan münaqişə ilə bağlıBMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymamaqda davam edir.
 
O neytral və ədalətli olsaydı, Minsk Qrupunun həmsədri olan ABŞ-ı, eləcədə digər dövlətləri təcavüzü dayandırması, işğal edilən ərazilərin geri qaytarılması, qaçqın və məcburi köçkünlərin öz ata-baba ocaqlarına geri qaytarılması üçün Ermənistana təzyiq göstərməyəçağırardı.
 
Təbii ki, Amberin Zaman bunları yaxşı bilir. Ancaq bunları ifadə etmək onun sadəcə işinə yaramır, çünki onun xidmət etdiyi prinsiplərlə üst-üstə düşmür. Onun üçün tək bir prinsip var, əvvəlcədən nə yazacağına qərar verib, necə deyərlər, sən nə çalsan da o öz bildiyi havaya oynayacaq.
 
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...