THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İrs Fondu və “Uoll-strit jornal” nəşrinin qərəzli iqtisadi azadlıq hesabatına baxış

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3151
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 yanvar 2013 – Newtimes.az

Böyük dövlətlər sadəcə iqtisadi, siyasi və hərbi gücü ilə dünya ictimaiyyətini manipulyasiya etmir. Əlbəttə, bunlar əsas faktorlardır, amma bir faktor daha var ki, bütün bu sadalanan faktorları bir araya gətirərək dünya ictimaiyyətinə elə təqdim edir ki, inanmaq daha asandır. Bu informasiyadır.

Belə informasiya mənbəyinə və yaxud mexanizmlərinə sahib olan dövlətlər özlərini dünyada sülhün və əmin-amanlığın keşikçisi kimi göstərməyə çalışsalar da, əslində, demək olar ki bütün münaqişələrdə pərdə arxasında dayanan “qəhrəmanlardır.” Əgər, 80-90-cı illərə qədər bu informasiya mənbəyi əsasən radio və televiziya kanalları idisə, daha sonra internetin kəşf edilməsi və şəbəkəsinin genişlənməsindən sonra internet üstünlük qazanmağa başladı. Artıq insanların evdə oturub televiziya proqramlarına baxıb, radio dinləmələrinə ehtiyac qalmayıb. Demək olar ki, bütün rabitə sistemlərinin mobil telefonlarda cəmlənməsi, internetə bu cihaz vasitəsilə bağlana bilmək, belə demək mümkündürsə artıq insanların bütün informasiyanı cibində gəzdirməyə imkanı var.

Bir digər məsələ də, böyük dövlətlərin dünya miqyasında demokratiya, insan azadlığını, iqtisadi azadlıq, iqtisadi göstəriciləri, mətbuat və ifadə azadlığını dəyərləndirən araşdırma mərkəzləri, jurnalları, televiziya və radio kanallarını, beynəlxalq qeyri-hökumət təşkilatlarını özlərinin mənfəətləri çərçivəsində dəstəkləməsidir. Yuxarıda qeyd olunan sahələrdə fəaliyyət göstərən araşdırma mərkəzləri, jurnallar, televiziya və radio kanalları, beynəlxalq qeyri-hökumət təşkilatları müstəqil kimi görünsələr də, əslində heç biri müstəqil deyil və böyük dövlətlərin xarici siyasətinin və təhlükəsizlik orqanlarının xidmətindədir. Bu kimi beynəlxalq informasiya şəbəkələrinin müxtəlif dövlətlər barəsində hazırladıqları məruzə və hesabatlar dünya ictimaiyyəti tərəfindən daha asanlıqla qəbul edilir və böyük dövlətlər bu faktordan illərdir məharətlə istifadə edirlər.

“Amnesty İnternational”, “Freedom House”, “Human Rights Watch”, “Heritage” Fondu, “Sərhədsiz Reportyorlar”, “The Jamestown Foundation”, “Fund For Piece”, CNN, BBC, Bloomberg, “The Wall Street Journal”, “International Committee of the Red Cross” (Beynəlxalq qızıl xaş təşkilatı), “International Crisis Group” (ICG), “Economist-Intelligence Unit” (EIU) jurnalı, “Front Line Defenders” (Hüquq Müdafiəçilərinin Beynəlxalq Fondu) kimi beynəlxalq qeyri-hökumət təşkilatları, televiziya və radio kanalları, jurnallar və qəzetlərin verdiyi informasiyaların heç də hamısı gerçəkliyi və reallığı əks etdirmir. Adı çəkilən mənbələrin informasiya bazası adətən böyük dövlətlərin tələbi və istəyi çərçivəsində yaranır. İkinci İraq müharibəsi zamanı Pentaqonun dezinformasiya yaymaqla məşğul olan yeni bir qurumunun qurulmasının xatırlanması böyük dövlətlərin hansı imkanlara sahib olduğunu təsdiq edir.

Keçdiyimiz günlərdə Amerikanın İrs Fondu “Uoll-strit jornal” nəşri ilə birlikdə iqtisadi azadlıq göstəriciləri üzrə illik hesabatını açıqlayıb. Hesabat, ticarət, investisiya, əmək bazarı azadlığı, korrupsiyanın səviyyəsi, vergi rahatlığı və başqa meyarlara əsaslanır.

Hesabatda ölkələr “azad”, “bütövlükdə azad”, “nisbətən azad”, “qismən qeyri-azad”, “tamamilə qeyri-azad” qrupları üzrə sistemləşdirilib. 2012-ci ilin indeksinə əsasən, Azərbaycan “qismən qeyri-azad” ölkə statusu ilə 88-ci, Gürcüstan “bütövlükdə azad” statusu ilə 21-ci, Ermənistan isə eyni statusla 38-ci yerdə göstərilib.

İlk baxışdan bəlli olur ki, hesabat qərəzli hazırlanıb və bəzi ölkələrin indeksi bu və yaxud digər səbəblərə görə nədənsə yuxarı yerlərdə qərar tutub.

İrs Fondu və “Uoll-strit jornal”ın hansı iqtisadi göstəricilərə görə Ermənistanın 38-ci yerdə olmasını anlamaq üçün Ermənistanın iqtisadi vəziyyətinə qısaca diqqət yetirmək yetərlidir.

Dünya Bankasının məlumatlarına görə, Ermənistanda orta təbəqə yoxdur. Ölkə əhalisinin 20%-i milli gəlirin 80%-nə nəzarət edir. Sosial həyatdakı bu fərqlilik sadəcə iqtisadiyyata deyil, daxili siyasətə də təsir etmişdir.

Ermənistanda 2003-2004-cü illərdə ÜDM 13,9% və 10,1% artmış, xarici sərmayə 2003-cü ildə 120,9 milyon, adam başına düşən milli gəlir 950, 2004-cü ildə isə 1,120 dollar  olmuşdur.

Dünya Bankının məlumatlarına görə, 2004-cü ildə Ermənistanın xarici borcu 733,1 milyon, “Economist-Intelligence”in hazırladığı məruzəyə görə, 1,08 milyard dollar olmuşdur. Ermənistan Maliyyə nazirliyinin məlumatlarına görə, ölkənin xarici borcu 2008-ci ildə ÜDM-nin 13,2%, 2009-cu ildə isə 36% təşkil etmişdir. Xarici borcların böyük bir qismi 7-10 il güzəştli 35-40 illiyinə alınmışdır. Ermənistan əsasən Beynəlxalq Valyuta Fondundan (823 milyon dollar), Dünya Bankından (545 milyon dollar) və Rusiyadan (500 milyon dollar) borc alır. 2011-ci ilin statistik məlumatlarına görə Ermənistanın xarici borcunun 38,6 % (1,305 milyard dollar) Dünya Bankının, 35,4 % (1,19 milyard dollar) Beynəlxalq İnkişaf Assosiasiyasının, 109.2 milyon dolları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının, 13,3 milyon dolları Avropa Yenidənqurma və İnkişaf Bankının, 64,2 milyon dolları Kənd Təsərrüfatı Yardımı beynəlxalq Fondunun, 28,6 milyon dolları OPEK-in, 154,8 milyon dolları Asiya İnkişaf Bankının, 762,6 milyon dolları ilə Beynəlxalq Valyuta Fondunun payına düşür.

2009-cu ildə Ermənistanın xarici borcu 263,59 milyon dollar artmış və 1.87 milyard dollar,  2010-cu ilin birinci kvartalında ÜDM 2,981 milyard dollar olmuşdur. Bəzi mənbələr isə Ermənistanın ümumi xarici borcunun 5,02 milyard dollar olduğunu bildirir. Ermənistanın Baş Naziri Tiqran Sərkisyan isə 2011-ci ilin sonuna doğru xarici borcun 4,305 milyard dollar olacağını bildirmişdir. 24 dekabr 2012-ci ildə Ermənistan Maliyyə Naziri Vaçe Qabrielyan ilin yekunlarını dəyərləndirdiyi hesabatda Ermənistanın xarici borcunun 4,4 milyard dollar olduğunu bildirmişdir.

Ərzaq istehlak səbətinə görə Ermənistanda adambaşına gündə 2230 kilokalori düşür və bu göstərici aclıq göstəricisinə olduqca yaxındır. Ermənistan vətəndaşları bu kilokalorini belə çeşidli qida növlərini istehlak edərək deyil, əsasən ucuz çörək və çörək məhsullarından qarşılayırlar. Bu da ermənilərin normal qidalanmadığını göstərir.

Son zamanlarda Gürcüstanda əlverişli iqtisadi şəraitin yaranması erməni sərmayəsinin bu ölkəyə yönəlməsi ilə nəticələnmişdir. Müşahidələr göstərir ki, təxminən 3 min kiçik, orta və böyük biznes şirkətləri sərmayələrini yavaş-yavaş Gürcüstana transfer edir. Bu proses sürətlənərsə Ermənistanda “isti pul” qıtlığı yarana bilər və vəziyyət daha da gərginləşər.

Yeni iqtisadi sistemə keçid prosesində dövlət qurumları lazımı şəkildə işləmədiyindən rüşvət və korrupsiya üçün uyğun şərait yaranmışdır. Bazar iqtisadiyyatının “acı həqiqətləri” ilə qarşılaşan bürokratiya, yüksək inflyasiya səbəbi ilə əlindəki hər şeyi itirdiyindən korrupsiya ilə məşğul olmuş və rüşvət alarkən özünü “haqlı” saymışdır. Dünya Bankı Ermənistandakı korrupsiya və rüşvət haqqında məruzə hazırlayarkən 95 böyük fabrik və zavodun sahibləri arasında keçirdiyi anket nəticələrinə görə, gömrük, vergi, polis, məhkəmə və prokurorluq kimi təşkilatlarda korrupsiya və rüşvətin olduğu məlum olmuşdur.

İrs Fondu və “Uoll-strit jornal”ın bu cür iqtisadiyyata sahib olan ölkənin hesabatında 38-ci yerdə olması ciddi şübhə doğurur və hesabatın siyasi anlayış çərçivəsində hazırlandığı məlum olur.

Dr. Hatəm Cabbarlı

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...