THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriya ermənilərinin bugünkü vəziyyəti

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5072
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 dekabr – Newtimes.az

Yaxın Şərqdə yaşanan “Ərəb baharı” təxminən iki ildir ki, Suriyaya da sıçrayıb və ölkədə vətəndaş müharibəsi hələ də davam edir. Suriya Prezidenti Bəşər Əsad müxalifət hərbi qüvvələrinə və Qərb dünyasına qarşı dayanmağa çalışdığı bu günə qədər təxminən 40 min Suriyalının qətl edildiyi və 300 mindən çox insanın ölkəni tərk etdiyi bildirilir. Təhlilçilər Əsad rejiminin yaxın zamanlarda yıxılacağı haqqında görüşlər bildirsələr də, Rusiya, İran və Çinin bu ölkəyə verdiyi siyasi dəstək rejimin davam etməsinə səbəb olan ən ciddi səbəbdir.

Təbii ki, vətəndaş müharibəsi davam etdikcə Əsad rejimi və müxalifət tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətlər də həndəsi silsilə üzrə artır. Əlbəttə belə bir xaotik zamanda Suriyada yaşayan digər millətlər, xristiyan azlıqlar da eyni təhdid və təhlükələrlə qarşı-qarşıya qalır. Ancaq Suriyada yaşanan son hadisələr müsəlman və xristiyan ayrıd etmədən insan haqlarının və həyatının qorunması problemi kimi ortaya çıxır.

Suriyada yaşayan xristiyan azlıqlardan biri də ermənilərdir. Suriyada yaşayan ermilərin sayı haqqında mötəbər məlumat yoxdur və sayıları 35-100 min arasında təxmin edilir (1948-ci il statistikasına görə Suriyada 124 min erməni yaşamışdır). Aradakı fərqin çox olduğu nəzərə alınarsa bu sayının təxminən 60-70 min arasında ola biləcəyi daha inandırıcıdır. Ermənilərin böyük əksəriyyəti Dəməşqdə bir qismi isə Hələbdə yaşayır. Ermənilər bu şəhərlərdə əsasən xidmət, maliyyə, bank və birja mərkəzlərində fəaliyyət göstərirlər.

“Ərəb baharı”ndan əvvəl Suriya erməniləri ölkənin daxili ictimai-siyasi həyatında yaxından iştirak edirdilər və adətən cəm halda yaşadıqları üçün kilsə liderliyində və təşkilatçılığında milli dəyər, adət və ənənələrini əsasən qoruya bilmişdir. Suriya ermənilərin böyük bir qismi Erməni Apostol Kilsəsinə, bir qismi kataolikliyə etiqad edir. Bundan başqa ana dili ərəbcə və kürdcə olan ermənilərdə vardır.

Suriyada son iki ildə yaşanan hadisələr zamanı ermənilər əsasən tərəfsizliklərini qoruyub saxlamağa üstünlük vermişdir və bu gün də bu çizgidə mövcudiyyətlərini qoruyub saxlamağa çalışırlar. Suriyadakı böhranın ilk aylarında erməni icması Ermənistan, Avropa və ABŞ-a köçməyə üstünlük verməsələr də, daha sonra vətəndaş müharibəsinin başlaması üzərinə son bir ildə əsasən Ermənistana, qonşu ölkələrə, Avropa və ABŞ-a köçməyə başlamışlardır.

Suriya ermənilərinin köç etmə coğrafiyasına nəzər saldıqda ən zənginlərinin Avropa və Amerikaya, orta səviyəlilərin qonşu ölkələrə, kasıbların isə Ermənistana köçdüyü anlaşılmaqdadır. Ermənistan hökuməti ölkəyə gələn Suriya ermənilərini yerləşdirməyə, iş və mənzillə təmin etməyə çalışsa da. əsasən onların kütləvi şəkildə gəlməsindən narahatlıq duyur. Bunun bir neçə səbəbi vardır:

Birincisi, Ermənistan dövlət olaraq kütləvi köçün gətirdiyi sosial, iqtisadi və siyasi problemlərə paralel olaraq çıxılmaz vəziyyətdə qala bilər. Belə ki, 1988-ci ildə baş verən zəlzələsində evsiz qalan insanların bir qismi hələ də normal şəraiti olan mənzillərdə yox, barakalarda yaşayırlar;

İkincisi, Erməni diasporası Ermənistan xarici siyasətinin şəkillənməsində əhəmiyyətli yerə sahibdir. Suriyadan kütləvi axın olarsa, erməni diasporası daxili siyasətin şəkillənməsində də iştirak edə bilər ki, bu da hökumət üçün arzu edilməyən bir faktordur;

Üçüncüsü, Suriyadakı erməni icmasının varlığının qorunması Ermənistan və dünya erməniliyi üçün strateji üstünlükdür.

Dördüncüsü, Suriyadakı Erməni icmasının mövcudiyyəti Ermənistanın Türkiyəyə qarşı sözdə erməni soyqırımı təbliğatı mərhələsində ciddi istinad mənbəyidir.

Ermənistan Diaspora Naziri Qranuş Akopyan mövcud vəziyyətlə bağlı çətin vəziyyətdə qalan Suriya erməniləri barədə dövlət proqramının olmadığını, amma bununla belə Ermənistana gəlmək istəyən ermənilərə hər cür köməklik edildiyini bildirmişdir. Əslində Ermənistan hökuməti ölkəyə gəlmək istəyən ermənilərə kömək etməkdə istəkli deyildir. Bu Ermənistan büdcəsinə əlavə yükdür və yuxarıda sadalanan faktorlar nəzərə alınır. Amma bununla belə Suriya ermənilərinin bir qismi Ermənistana gəlməyə davam edir.

Əsad rejiminin devrilməsindən sonra yaşanacaq vəziyyətin necə olmasından asılı olaraq bu köçün davam edəcəyi ehtimalı daha çoxdur. Liviya və Misirdə “Ərəb baharı”ndan sonra daxili ictimai-siyasi vəziyyətin daha qarışıq bir hal alması nəzərə alınarsa, Suriyada da eyni vəziyyətin təkrarlanacağını iddia etmək mümkündür. Bu zaman Suriya ermənilərinin ölkədə qalıb-qalmaması məsələsi daha kəskin bir şəkildə ortaya çıxa bilər.

Suriyada yaşanan vətəndaş müharibəsində Erməni icması da ciddi problemlərlə qarşılaşmışdır. Bu günə qədər 28 erməninin öldürüldüyü və Hələbdə müqəddəs Qevorq erməni kilsəsinin yandırıldığı bildirilir. Suriya Azadlıq Ordusu nümayəndələri etnik konfliktə səbəb olacaq hərəkətlərdən məsul olmayacaqları haqqında bəyanat verdikdən sonra ermənilərin vəziyyəti daha da ağırlaşmışdır. Əsad rejimi və müxalifət silahlı qruplaşmaları ölkədəki etniklərin həyatına təminat verə bilmir. Bu digər etnik qrupları olduğu kimi erməni icmasını da narahat edir. İngiltərənin “The Daily Telegraph” qəzeti xristiyanların yaşadıqları məhəllələri müxalifətin silahlı hücumlarından qorumaq üçün başda ermənilər olmaqla digər xristiyan icmaların silahlı qruplar təşkil etdiklərini bildirir. Ancaq Əsad rejiminin hər ötən gün zəifləməsi nəzərə alınarsa, xristiyan silahlı qruplaşmaların fəaliyyət sahəsi də buna paralel olaraq daralmaqdadır.

Ermənistan və Suriya erməni mənbələrinə görə bu günə qədər təxminən altı min erməni Ermənistana gəlmişdir. Onların ölkəyə gətirilməsi ilə əsasən “Armavia” hava yolu şirkəti məşğul olur. Ancaq daha sonra bu şirkətin bilet qiymətlərini artırdığı haqqında informasiyalar dərc olunmağa başladı. Suriya erməniləıri bilet baha olduğu üçün gələ bilmədikləri ilə bağlı Ermənistan hökumətinə şikayət etsələr də, hökumət biletin dəyərinin bir qirminin dövlət tərəfindən qarşılanması məsələsi ilə bağlı fikir bildirmədi.

Ermənistan hökuməti Suriyadan gələn erməniləri işğal etdiyi Azərbaycan torpaqlarına (Dağlıq Qarabağa) yerləşdirməyə cəhd edir. Bununla da işğal etdiyi Azərbaycan torpaqlarında demoqrafik vəziyyəti öz xeyrinə dəyişdirməyə çaılşır. Azərbaycan bu barədə iradlarını Ermənistana, Birləşmiş Millətlər Təşkilatına, Dağlıq Qarabağ probleminin həll edilməsi ilə birbaşa məşğul olan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu həmsədrlərinə və digər aidiyyətı olan beynəlxalq qurumlara bildirmişdir.

Ermənistan hökuməti Suriya ermənilərinin ölkəyə gəlmələrindən məmnun olmasa da, gələnləri Dağlıq Qarabağda yerləşdirərək Ermənistandan uzaq tutmağa çalışır. Suriyada vətəndaş müharibəsi davam edərsə, Ermənistan və Suriya erməliləri daha ciddi problemlərlə qarşılaşa bilər. Suriya erməni icması zəifləyər, Ermənistan isə kütləvi köçlə qarşılaşar. Belə bir hadisənin yaşanması isə nə Suriya ermənilərinin nə də Ermənistanın xeyrinə deyil. Suriya erməni icması və Ermənistan üçün əsas məsələ Suriyada erməni icmasının mövcudluğunun qorunmasıdır. Amma hadisələrin inkişaf dinamizmi dəyərləndirildiyi zaman bunun çox problemli  məsələ olduğu anlaşılmaqdadır.

Dr. Hatəm Cabbarlı

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...