THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qarşılıqlı təhdid: Vaşinqton və Tehranın əzələ nümayişi

Qarşılıqlı təhdid: Vaşinqton və Tehranın əzələ nümayişi
29 may 2019

Ekspertlər Amerika ilə İran rəhbərliyinin bir-birini təhdid etməsini narahatlıqla qarşılayıblar. Faktiki olaraq, hər iki tərəf hərbi zərbə endirməyə hazır olduğunu bəyan edir. Donald Tramp, ümumiyyətlə, İranı yer üzündən silə biləcəklərindən bəhs edir. Tehran da buna çox sərt cavab verərək, düşmənə ağır zərbə vura biləcəyini ifadə edir. Bu söz atışmalarının fonunda regionda müəyyən hərbi təxribatlar da baş verir. Onları kimin törətdiyi dəqiq bilinməsə də, Vaşinqton İranı suçlayır. Regionun digər böyük dövlətləri də yaranmış vəziyyətə reaksiya verirlər. Ərəb Dövlətləri Liqasının (ƏDL) növbədənkənar sammitini təşkil etmək haqqında çağırış olub. Digər böyük dövlətlər də gedişatdan narahatdırlar. Bütün bunlar qlobal miqyasda yeni təhlükə mənbəyinin və risklərin meydana gələ biləcəyi düşüncəsini yaradır.

Trampın məktubunda: Azərbaycanla əməkdaşlığın perspektivinin üç prinsipi

Trampın məktubunda: Azərbaycanla əməkdaşlığın perspektivinin üç prinsipi
27 may 2019

Hazırda qlobal geosiyasi mənzərədə mürəkkəbliklər və qeyri-müəyyənliklər artır. Müxtəlif dövlətlər arasında münasibətlər gərginləşir, meydana yeni risk və ziddiyyətlər çıxır. Belə bir situasiyada dünyanın böyük dövlətlərinin müstəqilliyini əldə etmiş ölkələrlə münasibətləri hansı prinsiplər üzərində qurmaq istədikləri məsələsinin konkretləşdirilməsi əhəmiyyət daşıyır. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub həm də bu aspektdən maraq doğururdu. Təbii ki, bir təbrik məktubunda siyasi kursun incəlikləri əks olunmaz. Lakin hər təbrik məktubunda da konkret əməkdaşlıq təklifləri yer almır. ABŞ rəhbəri isə qısa məktubunda Azərbaycanla münasibətlərin çox vacib cəhətlərinə yığcam şəkildə toxunub. Onların qlobal və regional geosiyasi dinamika kontekstində analizinə ehtiyac var.

"Şərq tərəfdaşlığı"nın yubiley sammiti: Azərbaycanla bağlı yalan informasiyaların mənbəyi

"Şərq tərəfdaşlığı"nın yubiley sammiti: Azərbaycanla bağlı yalan informasiyaların mənbəyi
24 may 2019

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 10 illiyi tədbirləri çərçivəsində dövlət və hökumət başçılarının iştirakı ilə sammit təşkil edilib. Bu proqramın reallaşması məsələsi heç də asan həll edilmir. Meydana geosiyasi xarakterli bir sıra mürəkkəb məsələlər çıxır. Proqramın özündə də müəyyən məsələlər tam aydın deyil. Bundan başqa, Ermənistan həmin proqram çərçivəsində Aİ ölkələrini aldadıb. Bu, müsbət qarşılanmayıb. Azərbaycan isə assosiativ üzvlüyün çatışmayan cəhətlərini konkret faktlarla sübut edərək, öz əməkdaşlıq variantını hazırlayıb. Brüssel bu təklifi qəbul edib. Hazırda danışıqlar yekunlaşmaq mərhələsindədir. Bütün bunların fonunda sammitdə qəbul edilmiş sənəd ətrafında erməni tərəfi və onun havadarları növbəti qarayaxma kampaniyasını işə salmağa çalışıb. Guya Aİ Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməyib və bu səbəbdən yekun sənədə rəsmi Bakı veto qoyub. Ancaq reallıq tamamilə fərqlidir.

Soçi mesajları: Amerika-Rusiya münasibətlərinin yeni gərginlik xətləri

Soçi mesajları: Amerika-Rusiya münasibətlərinin yeni gərginlik xətləri
22 may 2019

ABŞ-ın dövlət katibinin Rusiyaya səfəri bir qədər dramatik xarakter aldı. Amerika rəsmisi öncə Soçiyə səfərini təxirə saldı. Ardından onun Brüsseldə gərgin, həm də demək olar ki, uğursuz danışıqları oldu. Ekspertlər bu gedişatın fonunda M.Pompeonun Soçidə başına nələrin gələcəyini maraqla gözləyirdilər. Daha maraqlısı isə V.Putinin Amerikanın dövlət katibi ilə saat yarımlıq müzakirə aparması olub. Analitiklər hesab edirlər ki, gündəlikdə duran məsələlər çox və aktual olduğundan tərəflər açıq danışıqlar aparıblar. Bu isə o deməkdir ki, Vaşinqtonla Moskva dialoqa gedə bilərlər. Məhz bu tezis kontekstində Soçidə aparılan danışıqların qlobal geosiyasi proseslər çərçivəsində təhlili üzərində dayanmaq istərdik.

Siyasi şounun ikinci mərhələsi: Ermənistan hərc-mərclik və xaos burulğanında

Siyasi şounun ikinci mərhələsi: Ermənistan hərc-mərclik və xaos burulğanında
21 may 2019

İrəvanda ara yenidən qarışıb. Ümumi yurisdiksiya məhkəməsinin Robert Koçaryanı zaminə buraxmasına hökumət sərt reaksiya verib. Bu hadisənin baş verməsinə qədər hakimiyyət heç bir şey etməyib. Lakin sonradan bunun həyati əhəmiyyətli məsələ olduğunu bəyan edərək, radikal çağırışlar edib. Konkret olaraq, Nikol Paşinyan insanları küçələrə çağırıb və məhkəmə binalarını mühasirəyə almağa səsləyib. Bu addım ölkədə əks-səda yaradıb. Bir sıra siyasi partiyalar, hüquqşünaslar və ekspertlər baş nazirin özünün qanunsuz davrandığını bəyan ediblər. Ombudsman bu barədə açıq və konkret danışıb. Prezident Armen Sarkisyan da dolayısı ilə konstitusiyaya əməl etməkdən və xalqın maraqlarını gözləməkdən bəhs edib. Bütün bunların siyasi və geosiyasi məzmunu üzərində geniş dayanmağa ehtiyac görürük.

İran regionda geosiyasi faktor kimi: ABŞ-Aİ-Rusiya "üçbucağı"nın ziddiyyətləri fonunda

İran regionda geosiyasi faktor kimi: ABŞ-Aİ-Rusiya "üçbucağı"nın ziddiyyətləri fonunda
20 may 2019

Yaxın Şərqdə vəziyyətin mürəkkəb olaraq qalması müxtəlif geosiyasi "oyunlar"ı meydana gətirməkdədir. Amerikanın İrana qarşı sanksiyaları gücləndirməsi və ona hərbi-informasiya təzyiqləri etməsi digər böyük gücləri də hərəkətə gətirib. Bu proses Mayk Pompeonun Avropa və Rusiya turnesindən sonra yeni dinamika alıb. Onun ardınca Avstriyanın prezidenti Aleksander Van der Bellen Soçiyə gedib. Onun Rusiya prezidenti ilə söhbətində əsas məsələ yenə də İran olub. Brüsselin bu məsələ ilə bağlı konkret təklifləri vardır. Ancaq Vladimir Putin fərqli düşündüyünü ifadə edib. Bununla həm Avropanın İranla bağlı narahatlığı, həm də Rusiyanın özünü başlıca geosiyasi güc kimi aparmağa başlaması ekspertlərin diqqətindən yayınmayıb. Bu bağlılıqda yaranmış vəziyyətin geosiyasi təhlili üzərində dayanmağa ehtiyac görürük.

Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti

Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 may 2019

Ermənistanın baş naziri Pekində "Bir kəmər, bir yol" layihəsi ilə bağlı keçirilən beynəlxalq foruma dəvət almamışdı. Çünki bu asılı ölkə həmin layihədə iştirak edə bilmir. Lakin tədbirdən sonra N.Paşinyan Çinə səfər edib. O, "Asiya sivilizasiyalarının dialoqu" forumunda iştirak edib. Erməni mediası bu hadisəni şərh etməyə çalışır. Guya N.Paşinyan Ermənistana milyardlarla dollar sərməyə gətirə bilən böyük bir addım atıb. Lakin real vəziyyətin analizi göstərir ki, əslində, N.Paşinyan Pekində növbəti dəfə rəzil oldu. O, yalanları və boş vədləri ilə yadda qaldı. Konkret olaraq, iki ölkə arasında heç bir sənəd imzalanmadı. Bu faktlar çərçivəsində N.Paşinyanın Çin səfərinin geosiyasi aspektləri üzərində bir qədər geniş dayanmaq istərdik.

Yeni dünya nizamı: MCIS-2019-un mesajları, xəbərdarlıqları və proqnozları

Yeni dünya nizamı: MCIS-2019-un mesajları, xəbərdarlıqları və proqnozları
16 may 2019

Rusiyanın paytaxtında VIII beynəlxalq təhlükəsizlik konfransı keçirilib. Tədbirdə 111 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan mindən çox nümayəndə iştirak edib. Onların sırasında hərbi təhlilçilər və müstəqil ekspertlər də olub. İştirakçılar əsas olaraq regional və qlobal təhlükəsizliyin aktual problemlərini müzakirə ediblər. Məruzələrdə hazırda mövcud olan risklərin, təhdidlərin, təhlükələrin və qeyri-müəyyənliklərin aradan qaldırılması kontekstində fikir mübadiləsi aparılıb. Maraqlıdır ki, qlobal geosiyasi oyunçuların məqsədləri haqqında da fikir söylənilib. Müxtəlif qitələrdə özünü göstərən münaqişəli vəziyyətlərin yaranmasında həmin faktorun oynadığı rol təhlil edilib. Bunun fonunda Moskva konfransında müzakirə edilən məsələlərin geniş geosiyasi konteksti üzərində ətraflı dayanmağa ehtiyac gördük.

ABŞ-ın xarici siyasətində ikiləşmə: proses daha da dərinləşir

ABŞ-ın xarici siyasətində ikiləşmə: proses daha da dərinləşir
15 may 2019

Vaşinqton administrasiyasının xarici siyasi kursunda yeni meyllərin meydana gəldiyi barədə təhlili yazılar tez-tez dərc olunur. Bu məsələ müxtəlif aspektlərdən analiz edilir. Belə bir fikir yaranır ki, hazırda ABŞ rəhbərliyi vahid mövqedən çıxış edə bilmir, bu isə dünya siyasi arenasında ciddi problemlərə səbəb olur. Demək olar ki, bütün qitələrdə Vaşinqtonun yeritdiyi siyasət uğursuz olur. Avropada ondan narazı olanlar az deyil. Asiyada böyük dövlətlərin Amerika ilə problemləri məlumdur. Latın Amerikasında Venesuela məsələsi fikirləri qarışdırıb. Yaxın Şərqdə Suriya, İraq və İran problemlərinin necə həll olunacağı məlum deyil. Digər faktlar da ortaya sual çıxarır: belə davam etsə, qlobal miqyasda hansı geosiyasi trendlər meydana gələ bilər? Həmin kontekstdə mövzu üzərində geniş dayanmağı lazım bildik.

Dünya təhlükədə: İran məsələsini kimlər qızışdırır?

Dünya təhlükədə: İran məsələsini kimlər qızışdırır?
14 may 2019

ABŞ-ın İranla imzalanan nüvə sazişindən çıxmasından sonra Tehrana qarşı yeni sanksiyaların tətbiqinin növbəti mərhələyə keçirilməsi ciddi risklər meydana gətirib. Bunlara cavab olaraq, Tehran üzərinə götürdüyü öhdəliklərin bəzilərinə əməl etməyəcəyini bəyan edib. İran Avropaya, Rusiyaya və Çinə 60 günlük möhlət verib. Bu müddətdə onların mövqeyində hər hansı dəyişiklik olmasa, Tehran birtərəfli addım atacaq. Buna qarşılıq Vaşinqton İranı vura biləcəyinə işarə edərək, Fars körfəzinə bombardmançı təyyarələr göndərib. Böyük Britaniya, Almaniya, Fransa və Rusiya da məsələyə münasibət bildirib. Onların analizi göstərir ki, yaranan mənzərə kifayət qədər riskli və təhlükəlidir. Onun fonunda İranla "altılıq" ölkələri arasında nüvə proqramının məhdudlaşdırılması haqqında 2015-ci ildə imzalanmış saziş ətrafında formalaşan bu vəziyyətin geosiyasi təhlili üzərində dayanmağa ehtiyac görürük.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...