THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Beynəlxalq hüquq sisteminin böhranı

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7113
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 dekabr – Newtimes.az

Müasir dünyanın geosiyasi ziddiyyətləri və beynəlxalq hüquq

Bəşəriyyətin inkişafının tarixi mərhələlərə bölünməsi haqqında bir neçə konsepsiya var. Həmin mərhələlər konkret dövrlərə ayrılır. Hər bir dövrün özünəməxsus sosial, mədəni, siyasi, hüquqi və iqtisadi parametrləri mövcuddur. Bir mərhələdən digərinə keçid zamanı bu parametrlərdə böhran müşahidə olunur. Burada hansı faktorun həlledici rol oynadığını birmənalı müəyyənləşdirmək çətindir.

Lakin tarixən böyük dövlətlərin öz maraqlarını nəyin bahasına olursa-olsun digərlərinə qəbul etdirməyə çalışmaları ciddi ziddiyyətlər yaradıb. Birinci və ikinci dünya müharibələrinin meydana gəlməsində məhz bu faktor böyük rol oynadı. Düşündürücüdür ki, ikinci dünya müharibəsindən sonra da böyük dövlətlərin hegemonluq iddiaları azalmadı.

Hazırkı dövrdə digər göstəricilərlə yanaşı, beynəlxalq hüquq sisteminin də böhran keçirdiyi müşahidə edilir. Bu, qlobal miqyasda geosiyasi mühitdə baş verən köklü dəyişikliklər fonunda baş verir. Dünyanı narahat edən beynəlxalq hüquq pozuntularının sayı artır. O cümlədən, dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlərin böhranından danışmaq lazım gəlir. Bu barədə analitiklər, siyasətçilər və təcrübəli diplomatlar konkret fikir bildirirlər.

Bunlar beynəlxalq hüquq normalarına əməl olunması məsələsini olduqca aktuallaşdırır. Həmin kontekstdə ilk yada düşən isə BMT-dir. İkinci dünya müharibəsindən sonra bu qurum uzun müddət qlobal hərbi münaqişələrin qarşısının alınmasında və insan haqlarının qorunmasında ciddi rol oynadı. Lakin acı təcrübə də vardır. Dünya miqyasında beynəlxalq hüquq qaydaları dəfələrlə pozulmuşdur. Bunu təsdiq edən misallar mövcuddur.

Hər şeydən öncə, demək lazımdır ki, müharibə və münaqişələrin sayı nədənsə azalmır. BMT-nin qarşıya qoyduğu məqsədlərə görə, bunun əksi olmalıdır. Hazırda Yaxın və Orta Şərqdə, Qafqazda, Əfqanıstanda, Uzaq Şərqdə həll edilməmiş münaqişələr var. Bəzi yerlərdə isə hərbi toqquşmalar davam edir.

Beynəlxalq terrorizm hələ də dünyanın ciddi problemi olaraq qalır. Beynəlxalq miqyasda bu məsələ ilə bağlı qəbul edilən qərarlar, hüquqi mexanizmlər nədənsə səmərəsiz olurlar. Ona görə də, terror təşkilatları fəaliyyətlərini davam etdirirlər. Bəziləri isə, ümumiyyətlə, cəzasız qalırlar. Məsələn, erməni terroruna qarşı beynəlxalq miqyasda hələ də tutarlı heç bir addım atılmayıb.

BMT-nin özü qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməsinə nail ola bilmir. Bunun bir səbəbi həmin qurumun qəbul edilən qərarların həyata keçməsini təmin edən təkmil mexanizminin olmamasıdır. Digər səbəbi isə BMT-nin bir neçə böyük dövlətin inhisarında olmasıdır.

Dünyanın müxtəlif regionlarında baş verən geosiyasi hadisələrə BMT-nin mandatı ilə müdaxilə edən böyük dövlətlərin davranışlarında da ikili standartlar müşahidə edilir. Serbiyanın 1999-cu ildə bombalanması, Əfqanıstan və İraqa qarşı atılan addımlar buna misal ola bilər.

Beynəlxalq təşkilatlarda bir “qəribə vərdiş” də formalaşıb. Bəzi dövlətlərdə insan haqları, ədalət, demokratiya və beynəlxalq hüququn vəziyyəti ilə bağlı danışmaq olmaz. Onların qonşuluğunda yerləşən ölkəyə münasibətdə isə tamamilə fərqli çalarlar özünü göstərir. Həmin ölkələri əvvəlcə ittiham edir, müxtəlif problemlər uydurur və nəhayət, bombalayırlar.

Cənubi Afrikada tətil edən mədən işçilərindən 45 nəfəri aksiya yerindəcə öldürüldü, amma böyük dövlətlərin səsi çıxmadı. Bütün dünya Myanmada müsəlmanlara qarşı həyata keçirilən qətliamları sadəcə seyr edir. BMT və NATO proseslərə müdaxilə etmir. Dinc müsəlmanların həlak olmasına beynəlxalq qurumlardan heç biri konkret münasibət bildirmir. Aydındır ki, belə şəraitdə beynəlxalq hüquq sistemi normal işləyə bilməz – o, böhran keçirir.

Qərbin müəyyən dairələrinin Azərbaycana qarşı qərəzli mövqeyi aydın hiss edilir. Onlar bəzən məlumatsız olduqları üçün, bəzən də qərəzli surətdə dünya ictimaiyyətinin gözündə ölkənin mənfi imicini yaradırlar. Düşündürücü odur ki, bunun fonunda baronessa Koks kimi parlamentarlar Dağlıq Qarabağa Azərbaycan hakimiyyətinin icazəsi olmadan səfərlər edirlər. Bu səfərlərin sayı artıq 100-ə çatır.

Bəzi dairələr isə Azərbaycan üçün süni siyasi problemlər yaratmağa cəhdlər edirlər. Avropalı deputatlardan Ştrasserin siyasi məhbuslarla bağlı bəyanatını yada salmaq olar. Onun siyasi məhbus adlandırdığı şəxslərin 20-si azad edilib. Ştrasserin təqdim etdiyi siyahıda yer almış üç adam isə, ümumiyyətlə, həyatda yoxdur və olmayıb.

Bundan başqa, Yaqland və Şults cənabları da (Avropa Şurasının baş katibi Torbyörn Yaqland və Avropa Parlamentinin prezidenti Martin Şults nəzərdə tutulur) Azərbaycanda gedən real prosesləri bilə-bilə yanlış fikirlər söyləyirlər. Onlar nə üçün ədalətli deyillər? Yəqin ki, onlar xüsusi siyasi və iqtisadi maraqları olan dairələrə yaxındırlar.

Qərb mediasında aparılan anti-Azərbaycan kampaniyasının məqsədləri üzərində də düşünməyə dəyər. “Guardian”, “Forbes”, “Economist” kimi nəşrlər Azərbaycan haqqında dəqiq məlumat vermək əvəzinə, qərəzli xəbərlər yayırlar. Əlbəttə, onlar Azərbaycanın inkişafını, ümumiyyətlə, atdığı addımları görürlər. Lakin bu gün dünyada media monopoliyası mövcud olduğu üçün bunlar haqqında əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq heç də asan deyil. Əksinə, səhv, yalan məlumatlar isə vaxtaşırı yayılır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində beynəlxalq hüquq normalarına əməl edilmədiyini illərdir ki, müşahidə edirik. Yuxarıda xatırlatdığımız BMT-nin 4 qətnaməsi nəyə görə icra edilmir? Bu suala hələ də cavab verən yoxdur. Əvəzində Ermənistanın bütün şıltaqlıqlarını qəbul edirlər. Onun beynəlxalq hüququn bütün normalarını pozaraq, Azərbaycana qarşı etdiyi cinayətləri görməməzliyə vururlar.

Rəsmi Yerevan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə qarşı da saymazlıq edir. Onların verdiyi təkliflərə məhəl qoymur. Məsələn, həmsədr dövlətlərin başçıları bir neçə dəfə mövcud status-kvonu dəyişmək zərurətindən danışıblar, ancaq Ermənistan bunu eşitməməzliyə vurur. Əksinə, bu ölkənin rəsmi nümayəndələri dərhal rabitəsiz cümlələrlə dünya ictimaiyyətini çaşdıran bəyanatlar verirlər. Bu hərəkətə də vasitəçi dövlətlərdən ciddi etirazlar verilmir. Ancaq unudulmamalıdır ki, Azərbaycana belə münasibət bir gün onu düşünməyə məcbur edəcəkdir.

Ümumiyyətlə, Avropa dövlətləri son illər baş verən proseslərlə bağlı ədalətli mövqe tutmalıdırlar. Lakin çiçəklənən Avropanın özündə fundamental hüquqlar pozulur, insanların yaşamaq, işləmək hüququ əlindən alınır. Üstəlik, bu barədə heç kim danışmır, ancaq Azərbaycanda süni problemlər axtarışına çıxırlar. Dünyada qütbləşmənin, müxtəlif münaqişələrin, separatizmin, terrorun, narkoticarətin və s. proseslərin vüsət aldığı bir dövrdə “gülümsəmək və təzyiq etmək” hara apara bilər? Bu, beynəlxalq hüquq və ədalətin böhranı demək deyilmi?

Bütün bunlar beynəlxalq hüquq sisteminin yeniləşməsinə böyük ehtiyacın olduğunu göstərir. BMT-nin öz funksiyasını səmərəli yerinə yetirə bilməməsi qlobal miqyasda geosiyasi böhranı dərinləşdirir. Dünyanın bir çox dövlət xadimləri problemin bu aspektinə diqqət yetirirlər.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan BMT TŞ-nin formatının dəyişdirilməsi zərurətini son vaxtlar tez-tez vurğulayır. O, xüsusilə müsəlman dövlətlərinə qarşı BMT TŞ-nin obyektiv mövqe tutmadığını deyir. R.T.Ərdoğan hesab edir ki, artıq bütövlükdə dünya ölkələri ilə bağlı yalnız 5 dövlətin (ABŞ, Fransa, Rusiya, Böyük Britaniya və Çin) qərar qəbul etməsi zamanın tələblərinə cavab vermir.

Onu vurğulayaq ki, başqa ölkələrin siyasətçiləri də analoji fikirlər səsləndirirlər. Şübhə yoxdur ki, burada obyektiv gedən bir prosesin siyasi şüurlara təsiri vardır. Biz çoxqütblü dünyanın formalaşmasını nəzərdə tuturuq. Analitiklərin qənaətinə görə, ABŞ istəsə də təkbaşına dünyaya liderlik edə bilməz.

Regional liderlərin meydana gəlməsi qarşısıalınmaz prosesdir. Ona görə də, beynəlxalq münasibətlərin bu prosesə uyğun gələn yeni tənzimləmə mexanizmləri formalaşdırılmalıdır. Ancaq burada böhranı dərinləşdirən bir məqam mövcuddur. Dünyanın böyük dövlətləri arasında özəl maraqlar uğrunda gərgin geosiyasi mübarizə gedir və eyni zamanda, onlar başqaları ilə hesablaşmaq istəmirlər. İkili standart bu məkrli məqsədlərdən qaynaqlanır. Ancaq bir həqiqəti hər kəs qəbul etməlidir: normal addımlar atmaq lazımdır. Beynəlxalq hüququ, ədaləti xilas etmək gərəkdir. Qərb özü nümunə göstərməlidir.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...