THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropanın "dəbdəbəli" tənəzzülü

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5414
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 dekabr – Newtimes.az

500 illik hegemonluq...

Avropa sivilizasiyası tənəzzül dövrünü yaşayır. O, inkişaf zirvəsini artıq keçib. Zahirən cəlbedici görünsə də, Qərb mədəniyyətinin böhranı dərinləşir. Bunu iki tarixi prosesin başa çatması ilə əlaqələndirirlər. Birincisi, 500 ildir ki, mövcud olan avropamərkəzli dünya mənzərəsi dağılır. İkincisi, 200 illik sənaye sivilizasiyasının tarixi müddəti başa çatır.

Bu proseslər iki tendensiyanı meydana çıxarır. Birincisi, yeni sivilizasiyalar – Çin, Hind, İslam, Latın Amerikası və s. irəli çıxır. İkincisi, postsənaye sivilizasiyası formalaşır. Qərb mədəniyyətinin tənəzzülü fonunda baş verən bu hadisələr qlobal miqyasda ziddiyyətlərin daha da kəskinləşməsi ilə müşayiət olunur. Onun bir çox əlaməti vardır. Onlar Qərb cəmiyyətlərinin bütün sahələrini əhatə edir. Artıq alimlər həyəcan təbili çalırlar. Dərinləşən mədəniyyət böhranının müxtəlif cəhətlərini təhlil edirlər.

Yazıçı Mixail Veller vurğulayır ki, "bir zamanlar Avropada əxlaqın sərt xeyirxahlığı vardı”. İndi bundan əsər-əlamət yoxdur. Bütövlükdə, Qərb mənəvi-əxlaqi dəyərləri aşılanıb. Cinayətlərin sayı durmadan artır. Daha qorxulusu odur ki, əvvəllər müşahidə edilməyən cinayət növləri meydana gəlir.

Xüsusilə, uşaqlar və qadınlara qarşı ağlagəlməz hərəkətlər edilir. Norveçdə 77 günahsız insanın qətlə yetirilməsi, nikahdankənar uşaqların sayının çoxalması, gənclərin islamofobiyaya yoluxması, ultraradikal və şovinist qrupların getdikcə fəallaşması kimi hadisələr Qərbdə müşahidə edilir.

Qərb cəmiyyətlərinin mənəvi deqradasiyası təsadüfi deyil. Prosesin təməli Frensis Bekonun yaşadığı XVI əsrdə qoyulub. F.Bekon "elm – gücdür” tezisini irəli sürdü. Bununla avropalılar elmi təbiəti fəth etmək vasitəsi hesab etməyə başladılar. İqtisadiyyatın bütün sahələrində böyük uğurlar əldə etdilər. Texniki tərəqqi vüsət aldı. XIX əsrdə isə aydın oldu ki, cəmiyyətin maddi cəhətdən zənginləşməsi ciddi sosial-mədəni ziddiyyətlər yaradır. İzafi maddi istehsal böhrana səbəb olur.

Ən böyük zərbə isə mənəvi-əxlaqi dəyərlərə dəyir. İlk olaraq cəmiyyətin ailə institutu böhrana düşür. Ailələrin dağılması ilə bütövlükdə sosial strukturlar tənəzzülə uğrayır. Hazırda bu proses Qərbdə xeyli dərinləşib. Orada gənclərin ailə qurmasında iki mənfi tendensiya özünü göstərir.

Birinci, ailə quranlar az uşaq dünyaya gətirirlər. Bu, ciddi demoqrafik problemlər yaradır. Bəzi hesablamalara görə, 2050-ci ildə Qərb ölkələri xalqları dünya əhalisinin yalnız 10 faizini təşkil edəcək. Bu zaman yaşı 60-dan çox olanlar ümumi sayın 1/3-i qədər olacaq.

İkinci, eyni cinsdən olan gənclərin evlənməsi halları çoxalır. Bəzi Avropa ölkələrində bu eybəcərliyi qanuniləşdiriblər. Həmin tendensiyanın artması müşahidə edilir. Bunlar ailənin cəmiyyətin təməli funksiyasını yerinə yetirməsinə böyük maneələr yaradır. Eyni zamanda, insanların əxlaqına mənfi təsir edir.

Mədəniyyət və əxlaqın tənəzzülü "yalançı mədəniyyət” adlı qəribə bir hadisəni ortaya çıxarıb. Narkomaniya, alkoqolizm, fahişəlik, cinsi istismar həyat norması kimi təqdim olunur. Ümumi sosial-mədəni normalardan kənara çıxmalar yeni mədəniyyət nümunəsi hesab edilir. Sosioloji tədqiqatlar göstərir ki, Qərb cəmiyyətlərini bu cür təbəqələşmə daha dərin böhranlara sürükləyir. Cəmiyyətin bütövlüyü pozulur.

Bir çox tədqiqatçı yaranmış bu vəziyyətin hələ XVI əsrdə Avstriyanın Osmanlıda səfiri olmuş Q.de Busbekin təsvir etdiyi bir mənzərə ilə müqayisə edirlər. Səfir yazırdı: "Onların (türklərin) tərəfində möhtəşəm imperiyanın ehtiyatları, qələbə qazanmaq vərdişi, birlik, intizam və ayıqlıq var. Biz tərəfdə isə dağınıqlıq, tərəddüdlər... əxlaqsızlıq, inamsızlıq, sınmış mənəviyyat, qətiyyət çatışmamazlığı... Məgər biz sonucun necə olacağına şübhə edə bilərik?”.

Varlılar və kasıblar: uçurum dərinləşir

Səfir Q.de Busbek yanılmamışdı. Qərbin hətta iqtisadi qüdrəti ziddiyyətli məqamlarla doludur. İndi orda varlılarla kasıblar arasındakı fərq hədsiz dərəcədə çoxdur – 74:1. Sosioloqlar bunu cəmiyyətin böyük ölçüdə qütbləşməsi kimi xarakterizə edirlər. Mövcud sosial təbəqələr bir-birinə qarşı düşmən mövqeyi tuturlar. Bu gün Qərbin hətta ən çox inkişaf etmiş ölkələrində insanların etiraz aksiyaları keçirməsi həmin tendensiyanın təsdiqidir.

Avropa İttifaqına üzv olan ölkələrin bir çoxunda isə böhran cəmiyyətin iqtisadi dayaqlarını sarsıdır. Yunanıstan artıq adalarının bir qismini satmağı düşünür. İspaniya Avropa İttifaqını Türkiyədən nümunə götürməyə çağırır. Almaniya isə bundan sonra digər Avropa ölkələrinin maliyyə yükünü çəkməyəcəyini bəyan edir. İtaliya və Portuqaliya sosial-iqtisadi böhrandan ciddi surətdə narahatdır.

Təcrübə göstərir ki, Qərbin sosial-iqtisadi böhranı insanlarda bir sıra neqativ cəhətləri gücləndirir. Məsələn, aqressivlik, amansızlıq, tamahkarlıq, təcavüzkarlıq, zəbt etmə kimi mənfi keyfiyyətlər daha çox yayılır. Bunlar cəmiyyətdə olduqca təhlükəli meyllər yaradır. Avropa İttiqafına üzv ölkələrdə və ABŞ-da son illər baş verən kütləvi qətliamlar bunun təsdiqidir.

Amerikada filmlərin nümayişi zamanı insanların qəfil atəşə tutulması dünyanı lərzəyə saldı. Qatil cinayəti əyləncə üçün törətdiyini dedi. Bu, əxlaqın süqutudur! Məktəblərdə dərslərin gedişində sinfə daxil olub həmyaşıdlarını gülləbaran edən gənc hansı mənəviyyatın daşıyıcısıdır? Qərb sosioloqları hələ də bu suala cavab tapa bilmirlər.

Son zamanlar İnternetdə küçələrdə və nəqliyyatda insanların gözü qarşısında intim münasibətdə olan gənclər haqqında informasiyalar yayılır. Onlar "çeşidli yalançı mədəniyyətə” sahib olmaları ilə öyünürlər. Özlərini müdafiə etmək üçün insan haqlarından və azadlıqdan danışırlar. Bəzi gənclərin miqrantlara qarşı son dərəcə təcavüzkar davranışları haqqında çox danışılır. Almaniyada bir gənc əlində silah müsəlman ailəsinin yaşadığı mənzilə daxil olaraq terror həyata keçirib. Polis isə nədənsə cinayətkarı hələ də tapa bilməyib.

Bütün bunlara görə son zamanlar Qərbdə islamofobiyanın vüsət alması təsadüfi görünmür. Avropa ölkələrində müsəlmanların sayının çoxalmasına bəzi dairələr dözümsüz yanaşırlar. Eyni zamanda, inkişaf edən müsəlman ölkələrinə qarşı ədalətsiz addımlar atırlar. Görünür, Qərbdə cəmiyyətin daxilində getdikcə kəskinləşən ziddiyyətlərdən diqqəti xaricə yayındırmağa çalışırlar. Lakin insanlar hədsiz dərəcədə varlananlara qarşı etirazlarını da getdikcə gücləndirirlər. Bu da Qərb cəmiyyətlərinin bütövlükdə deqradasiyaya uğradığının göstəricisidir.

Varlılarla kasıblar arsındakı fərqin artmasının ciddi sosial-mədəni problemlər yaratması ümumilikdə mədəniyyətin tənəzzülü fonunda baş verir. Ona görə də bu proses insanların mənəvi-əxlaqi dəyərlərini yüksək dərəcədə pozur. Bunun nəticəsi cəmiyyətin daha dərin qatlarda qütbləşməsi olur. İndi Qərb tədqiqatçıları bu tendensiyadan çox ehtiyat edirlər. Lakin problem yalnız daxili ziddiyətlərin kəskinləşməsi ilə məhdudlaşmır.

Şərq sivilizasiyalarının yüksəlişi

Roma klubunun fəxri sədri Aleksandr Kinqin maraqlı bir etirafı var. O yazır: "Biz sağ qalmaq üçün kor-koranə çıxış yolu axtarırıq. İnsanı heyvanlar aləmindən ayıran sərhəd mənəviyyat idi. Hazırda istehlak siyasəti və praktikası insanı insaniyyətin ən aşağı pillələrinə atır. Bu, real təhlükədir. Buradan fəlakətə isə cəmi bir addım qalır”.

Qərbin tanınmış analitiklərinin fikrincə, geosiyasi aspektdə həmin fəlakətin nəfəsi duyulur. Arnold Toynbi əvvəlcədən görürdü ki, dünya geosiyasi səhnəsinə nəhəng Asiya sivilizasiyaları çıxır. Onların əhalisinin yarıdan çoxu gənclərdir. Güclü insan və təbii ehtiyatlarına malikdirlər. Hazırda həmin sivilizasiyalar intensiv surətdə inkişaf edir, ancaq maddi praqmatizm əsas götürülmür. Xüsusilə, Çin və İslam sivilizasiyası daha perspektivli görünür.

Həmin sivilizasiyalar mənəvi-əxlaqi dəyərlərə böyük diqqət yetirirlər. Ona görə də, Qərbə nisbətən Çin və İslam ölkələrinin daha çox şansının olduğu qənaəti var. Avropa alimlərinin gəldiyi bu nəticə onu göstərir ki, Qərb mədəniyyətə strateji faktor kimi baxır.

Şübhəsiz ki, mədəniyyətin tənəzzülünün qarşısının alınması üçün uyğun addımların atılmasını da zəruri hesab edir. Hazırda Qərbdə infomasiya cəmiyyəti modelini təkmilləşdirməklə total böhrandan xilas olmağa çalışırlar. Bu üsulun hansı nəticə verəcəyini indidən demək çox çətindir.

Lakin bir məqam tam aydındır – Qərb sivilizasiyasının böhranı dünyada fərqli mədəniyyət sistemlərinin əhəmiyyətini artırmışdır. Bu əsasda ümumiyyətlə bəşər sivilizasiyasının tənəzzülündən danışmaq olmaz. Belə çıxır ki, Qərb indi fərqli mədəniyyət sistemlərinin təkamül dinamikasını öyrənməklə böhrandan xilas olmaq şansı əldə edir. Məsələnin bu tərəfi maraqlıdır və hələ XX əsrin 70-ci illərində Pol Feyerabend həmin ideyadan söhbət açırdı.

Təcrübə bir qədər fərqli mənzərəni ortaya qoydu. Qərb hələ də öz dəyərlərini dünyaya qəbul etdirmək məqsədindən əl çəkməyib. Müxtəlif regionlarda baş verən münaqişələr, müsəlman ölkələrinə olan hərbi təcavüz, demokratiya adı altında "inqilab ixracına” cəhdlər və s. kimi hadisələr problemlərin qaldığını göstərir. Xüsusilə, müsəlman dövlətlərinə qarşı qərəzli siyasət davam edir. Belə bir şəraitdə Qərb sivilizasiyasının böhrandan xilas olmaq şansı çox az görünür.

NewTimes

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...