THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanda prezident seçkiləri: daxili ictimai-siyasi mühitin ilkin dəyərləndirilməsi

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2891
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 dekabr – Newtimes.az

2013-cü ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçiriləcəkdir. Hakim Ermənistan Respublika Partiyasının (ERP) Sədri və Prezident Serj Sərkisyanın namizədliyi rəsmi olaraq irəli sürülmüşdür. Miras Partiyası, Daşnaqsutyun Partiyası (DP), Erməni Ümummilli Hərəkatı (EÜH) və Ermənistan Xalq Partiyası (EXP) isə prezident seçkilərində namizədlərini qeyri-rəsmi olaraq açıqlamışdır. Bəzi təhlilçilər EÜH namizədinin Levon Ter-Petrosyan olacağını iddia etsələr də, yaşı və son zamanlarda xəstəliyinin şiddətlənməsi səbəbi ilə Ter-Petrosyanın namizəd olacağına şübhə ilə baxanlar da vardır.

Prezident seçkilərindən əvvəl Ermənistandakı daxili ictimai-siyasi vəziyyəti təhlil edərkən aşağıda göstərilən problemlərin daha əhəmiyyətli olduğunu görmək mümkündür:

-demokratiya problemi və müxalifətə qarşı edilən təzyiqlər;

-Dağlıq Qarabağ probleminin həll edilməməsi;

-Rusiyanın Ermənistandan Avrasiya Birliyinə üzv olması ilə bağlı təzyiqləri paralelində bu ölkə ilə münasibətlərdə yaşanan gərginlik;

-Avrasiya Birliyinə üzv olacağı təqdirdə Avropa Birliyi ilə münasibətlərinin korlanması ehtimalı;

-ölkə daxilində sosial və iqtisadi problemlərin daha da artması və maliyyə problemi;

-xarici borcun təxminən beş milyard dollara yüksəlməsi;

-Suriya böhranında ermənilərin təhlükəsizliyi məsələsi;

-Ermənistanın şimal nəqliyyat yolunun açılması ilə bağlı son zamanlarda Rusiya və Gürcüstan nəzdində göstərdiyi təşəbbüs.

Belə bir şəraitdə hələlik adları məlum olan namizədlər prezident seçkilərində hakimiyyətin zirvəsi uğrunda mübarizə aparacaqlar. Müxalifət cəbhəsindəki ümumi mənzərə dəyərləndirildiyi zaman, bundan əvvəlki prezident seçkilərində olduğu kimi vahid namizəd ətrafında müzakirələrin müsbət nəticə verməyəcəyi məlum olur. Digər müxalifət partiyalarının da vahid namizəd məsələsində razılığa gəlmələri mümkün görünmür.

Prezident seçkilərində əsas mübarizənin Serj Sərkisyan və Qaqik Tsarukyan arasında yaşanacağı ehtimal edilsə də, Tsarukyan seçkilrdə iştirak etməyəcəyini bəyan etmişdir. Cari ilin may ayının 6-da keçirilən parlament seçkilərində ERP-dən sonra ən çox səs toplayan ÇEP ana müxalifət partiyası olmuşdur. Müxalifət partiyaları arasında populyarlığı və maliyyə mənbəyi baxımından ən güclü olan ÇEP lideri Tsarukyan Sərkisyan qarşısında ən real namizəd olaraq qəbul edilməkdəydi. Bəzi təhlilçilər prezident seçkilərində bu iki namizəd arasında mübarizənin başa-baş gedəcəyini və hətta qalibin ikinci tur seçkilərində məlum olacağını iddia edirdilər. Əslində belə bir ssenari Serj Sərkisyanın siyasi olaraq xeyrinə olacaqdı. Sərkisyan ilk turda prezident seçilərsə, legitimliyi ciddi mənada müzakirələrə səbəb ola bilər. İkinci turda qələbə qazanarsa bu zaman seçkilərin daha demokratik bir şəraitdə keçirildiyini iddia edərək legitimliyini haqlı çıxara bilər. Tsarukyanın seçkilərdə iştirak etməməsi Sərkisyanın daha rahat bir şəraitdə mübarizə aparmasına imkan vermişdir və demək olar ki, qarşısında ciddi rəqibi yoxdur.

Bu halda Avropa dövlətləri və demokratik institutları qarşısında da rahatlıqla hesabat verə bilər. Ancaq unutmamaq gərəkir ki, bu, Sərkisyanın ikinci dəfə prezident seçilə biləcəyi seçki olduğu üçün Sərkisyan qələbəsini təhlükəyə salmamaq üçün birinci turda da prezident seçilmək üçün sahib olduğu inzibati-siyasi resurslardan istifadə edə bilər. İkinci beşillikdə Avropa dövlətləri və müxalifət qarşısında dayanmaq gücünü əldə edən Sərkisyan istədiyi kimi hərəkət edərək daxili və xarici siyasətdəki problemləri 2018-ci ildə seçiləcək olan yeni prezidentə miras qoya bilər.

Seçkilərdən əvvəl daxili ictimai-siyasi vəziyyəti təhlil edən ERP Artur Bağdasaryanın lideri olduğu Qanunlar Ölkəsi Partiyası (QÖP) və Daşnaqsutyun Partiyası ilə hökumətdə təmsil olunmaları şərti ilə onlardan dəstək almağa çalışa bilər. Beləliklə, müxalifət partiyaları arasında həmrəylik də əhəmiyyətli dərəcədə zədələnə bilər. Daşnaqsutyun Partiyasının ERP-nin bu təklifi ilə razılaşma ehtimalı zəif olsa da, QÖP ilə razılıq əldə etmə ehtimalı yüksəkdir.

Ermənistanda keçirilən prezident və parlament seçkilərinin nəticələrinə təsir edə biləcək tək dövlət Rusiyadır. Son zamanlarda Ermənistan və Rusiya arasında ən ciddi problemin Ermənistanın Avrasiya Birliyinə qoşulması məsələsi olduğu nəzərə alınarsa, iki ölkə arasında taleyüklü ikinci problem yoxdur. Ermənistan iqtisadi, siyasi və təhlükəsizlik baxımından Rusiyanın nəzarəti altındadır və ümumi mənzərə dəyərləndirildiyi zaman bu reallığın hələ uzun zaman davam edəcəyini iddia etmək mümkündür. Sərkisyan Rusiya ilə münasibətlərini korlamaq istəmir və bu ölkənin bütün tələblərinə müsbət cavab vermək məcburiyyətindədir. Belə olan şəraitdə Sərkisyanı başqa biri ilə əvəz etmək Rusiyanın da mənafelərinə cavab vermir.

ABŞ və Avropa Birliyinin prezident seçkiləri ilə bağlı görüşlərində əsas məsələ seçkilərin demokratik bir şəraitdə keçirilməsidir. Cari ilin oktyabr ayında Gürcüstanda keçirilən parlament seçkiləri nümunə göstərilərək Ermənistanda da bu cür demokratik seçkinin keçirilməsi tələb edilir.

Dr.Hatəm Cabbarlı

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...