THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İslamofobiya: Avropanın yeni xəstəliyi

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7736
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 dekabr – Newtimes.az

Sosialist düşərgəsinin dağılması ilə Qərbin kommunizmdən onillər boyu yaratdığı düşmən obrazı yox oldu. Gözləmək olardı ki, insanlar düşmənsiz dünyada rahat yaşaya biləcək. Ancaq Samuel Hantinqtonun 1993-cü ildə dərc edilən "Sivilizasiyaların toqquşması” adlı məqaləsi tamamilə başqa məqamlardan xəbər verirdi. Bu məqalə Qərb siyasi şüurunun özünə yeni düşmən obrazı yaratmaq arzusunun ilk siqnalı idi. Bu dəfə hədəf kimi fərqli sivilizasiyalar seçilmişdi.

Bu, təsadüfi deyildi. İndi Qərb analitikləri içərisində yeni düşmən obrazı qismində məhz sivilizasiyaların seçilməsinin səbəbləri haqqında danışan yoxdur. Çünki məsələ Qərbdə əsrlərlə formalaşmış bir ənənədən qaynaqlanır. Tarixin hər mərhələsində Avropa özü üçün elə bir düşmən obrazı yaratmalıdır ki, ondan istifadə edib, dünya hökmranlığı planlarını həyata keçirə bilsin. Keçən əsrin 90-cı illərinin əvvəllərindən bu keyfiyyətdə İslam ən yaxşı hədəf ola bilərdi. Bunun iki ciddi səbəbini göstərə bilərik.

Birincisi, SSRİ-nin süqutu ABŞ-ı təkbaşına dünya lideri etdi. Artıq Kreml strateji düşmən ola bilməzdi. Kommunizm ideologiya olaraq çökmüşdü. Bunu hansı ideoloji sistemlə əvəz etmək olardı? Siyasi-ideoloji konseptlərdən heç biri Qərb liberalizmi və konservatizminə qarşı dura bilmirdi. Deməli, hədəf başqa müstəvidə axtarılmalı idi.

İkincisi, həmin mərhələdə dünyada İslam faktoru yeni səviyyədə özünü göstərməyə başlayırdı. Avropada bu dini qəbul edənlərin sayı artırdı. Xristianlıq dini dünyagörüşü kimi böhranın astanasına gəlmişdi. Qərbdə bütövlükdə mədəniyyətin süqutundan yazan alimlərin sayı çoxalırdı. Onlar Osvald Şpenqlerə dualar edirdilər.

Bu, İslamı Qərbin siyasi-ideoloji və hərbi dairələrinin birbaşa hədəfinə çevirirdi. Tarixdən də təcrübə vardı – İslam təhlükəsinin artması bəhanəsi ilə gizli planları həyata keçirmək. 1993-cü ildə "hardansa” peyda olan "əl-Qaidə” Dünya Ticarət Mərkəzinin binasına bomba atdı. Hamı bilirdi ki, buna ehtiyac yox idi. Lakin müsəlmanların adı ilə böyük terror aktı törədilmişdi və Qərb təbliğat maşınını işə sala bilərdi. Elə bu zaman S.Hantinqtonun yuxarıda xatırlatdığımız məqaləsi əsas ideoloji mayak rolunu oynaya bilərdi – düşmən İslamdır!

2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror olayı dünyanı lərzəyə gətirdi. Təbii ki, bu işi də "müsəlmanların layiqli təmsilçisi” "əl-Qaidə” həyata keçirməli idi. Artıq düşmən obrazı tamamlanmışdı – o, saqqallı, amansız, qəddar, qaniçən terrorçu olan müsəlman idi! Bundan sonra Qərbdə İslama qarşı həyata keçirilən təxribatlar çox düşündürücüdür.

2005-ci il sentyabrın 30-da Danimarkada "Jyllands-Posten” qəzetində Məhəmməd Peyğəmbəri (s.ə.s.) terrorçu kimi təqdim edən karikatura dərc edildi. Onu Kurt Westergaard çəkmişdi. Dərhal Fransa, Almaniya, Hollandiya, İtaliya və İspaniyanın bəzi qəzetləri bu iyrənc əmələ dəstək əlaməti olaraq karikaturanı dərc etdilər. Bu hadisəyə müsəlmanların təpkisi sərt oldu. Nəticədə, 100-dən çox adam həlak oldu. Bununla karikaturanı mediaya ötürənlər məqsədlərinə çatdılar – sadə avropalılarda müsəlmanlar haqqında terrorçu təsəvvürü möhkəmləndi. İslamofobiya qazandı, insanlıq itirdi!

2007-ci il mart ayının 27-də hollandiyalı siyasətçi Geert Wilders İslamı təhqir edən "Fitnə” adlı qısametrajlı filmi İnternetdə yayımladı. Filmin müəllifini məhkəməyə verdilər. Lakin hakim filmdə müsəlmanların deyil, İslamın hədəf seçildiyi kimi qəribə bir arqument irəli sürərək Wildersə bəraət verdi. Əslində, bu hadisə Qərbdə məhz islamofobiyanın getdikcə gücləndiyinin təsdiqi idi.

2010-cu il sentyabrın 11-ni amerikalı rahib Terry Jones "Quranı yandırma günü” elan etdi. Etirazların yüksəlməsi nəticəsində bu, baş tutmadı. Ancaq Terry Jones, başqa dinin nümayəndəsi, martın 20-də dediyini etdi. Nəticədə, Əfqanıstanda etirazlar baş qaldırdı və onlarla insan həlak oldu. Bu hadisə də islamofobiyanı inkişaf etdirmək istəyənlərə əlavə bəhanələr verdi.

Nəhayət, məlum "Müsəlmanların məsumiyyəti” filmi Avropada İslama qarşı yeni nifrət dalğası yaratdı. Bu filmə etiraz edən müsəlmanlar radikal hisslərin təsiri altında bir çox cinayətlər etdilər. Əks tərəf İslamı gözdən salmaq üçün daha bir arqument əldə etdi.

Hazırda Avropa cəmiyyətlərində müsəlmanlara qarşı əhval-ruhiyyə mövcuddur. Aparılan sosioloji tədqiqatlara görə, İspaniyada əhalinin 52 faizi, Almaniyada 50 faizi, Polşada isə 46 faizi İslama mənfi münasibət bəsləyir. Bu tendensiya getdikcə güclənir. Təsadüfi deyil ki, artıq Avropa ölkələrində müsəlmanlara qarşı terror hadisələri çoxalır. Breyvikin yazdığı 1600 səhifəlik manifesti, törətdiyi terror bunun əyani sübutudur.

Bu qısa xronologiya Avropada çox təhlükəli bir ideoloji və psixoloji prosesin getdiyini göstərir. İslamı gözdən salmaq üçün ardıcıl olaraq müxtəlif təxribatlar həyata keçirilir. Burada əsas məqsəd müsəlmanlarda radikal hissləri alovlandırıb, onları cinayətlərə sövq etməkdən ibarətdir. İslamın dünyada daha geniş yayılmasının qarşısını bu yolla almağa çalışırlar.

İslamofobiyanı alovlandırmaqda başqa bir məqsəd müsəlman dövlətlərin sürətli inkişafını əngəlləməkdir. Qərbin aparıcı analitikləri hazırda İslam sivilizasiyasının daha çox inkişaf potensialına malik olduğunu təsdiqləyirlər. Z.Bjezinski və S.Hantinqtonun bu məsələ ilə bağlı konkret araşdırmaları vardır.

Onların proqnozlarına görə, yaxın gələcəkdə İslam ölkələri dünya geosiyasətində ciddi rol oynaya bilərlər. Qərbin ciddi demoqrafik problemlər yaşadığı bir dövrdə müsəlmanların sayı durmadan artır. Ona görə də, inkişaf edən İslam dövlətləri qarşısına müxtəlif əngəllər çıxarılır. Onları gözdən salmaq məqsədi ilə müxtəlif təxribatlar həyata keçirilir.

Lakin islamofobiya yaradanlar bir məqamı unudurlar. Tarixdə yalnız layiqli ideyalar və ideologiyalar sonda qalib gəlirlər. Kimlərsə hardasa qərəzli planlar qura bilərlər, ancaq haqq-ədalətə qalib gəlmək mümkün deyil. Rabindranat Taqorun bir yaxşı kəlamı var: "Mən sənin nəfəsini duyuram, o, mənə puç ümidlərdən pıçıldayır”.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...