THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Geoiqtisadiyyat, enerji və beynəlxalq təhlükəsizlik

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
13504
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

 

Şərqdə ilk dünyəvi, demokratik respublikanın elan edilməsinin 95 illiyi münasibətilə "Newtimes.az” portalının kecirdiyi məqalə müsabiqəsi üçün təqdim olunur.

 

 

 

 

Bakı, 7 dekabr – Newtimes.az

Müasir beynəlxalq münasibətlər sistemində iqtisadiyyatın getdikcə əhəmiyyət qazanma meyli özünü bürüzə verir. Bu baxımdan, beynəlxalq münasibətlər leksikonunda geo-siyasət və geo-iqtisadiyyat anlayışlarının paralellik göstərməsi təsadüfi deyil. İqtisadiyyat sahəsində isə enerjinin əhəmiyyəti inkar edilməzdir. Hətta hal-hazırda enerji məsələsi ölkələrin milli təhlükəsizlik konsepsiyalarının əhəmiyyətli hissəsini təşkil edir.

Belə bir vəziyyətin mövcud olması iqtisadiyyat və enerjinin milli təhlükəsizlik baxımından ələ alınmasına əsas təşkil edir.

a. Geo-İqtisadiyyat: Soyuq müharibə sonrası dəyişən təhlükəsizlik anlayışı

Soyuq müharibə dövrünə nəzər salsaq, beynəlxalq nizamın şərtlərinə uyğun olaraq hərbi gücə söykənən təhlükəsizlik yanaşmasının üstünlük təşkil etdiyini görərik. Lakin 1973-cü ildə meydana gələn neft böhranı və 1980-ci illərdə Yaponiya və Almaniya kimi dövlətlərin iqtisadi baxımdan güclənməsi iqtisadi gücün əhəmiyyətli meyar kimi önə çıxmasına səbəb olmuşdur[1]. Bunun ardından, Sovet İttifaqının dağılmasında iqtisadi səbəblərin ağırlıq təşkil etdiyi müşahidə edilmişdir. Belə olan halda, hərbi gücün dominant mövqedəki əhəmiyyəti müzakirə edilməyə başlamışdır[2]. Bu səbəblə, beynəlxalq nizamda təhlükəsizlik yanaşması baxımından hərbi gücün yanında, iqtisadi gücə söykənən təhlükəsizlik yanaşmasının da əhəmiyyət qazandığı müşahidə edilmişdir[3]. Soyuq müharibə sonrasında dəyişən təhlükəsizlik yanaşmasında isə, iqtisadiyyat ilə birlikdə iqtisadiyyatın əsas faktorlarından biri olan enerjinin də iştirak etdiyi görülməkdədir[4].

Bununla birlikdə, Soyuq müharibə sonrasında iqtisadiyyat və enerjinin təhlükəsizlik məsələsi ilə əlaqələndirilməsi enerji resursları baxımından bəzi nəticələrə gətirib çıxarmışdır. Bu vəziyyət, enerjinin milli və beynəlxalq maraqlara mövzu olmasına səbəb olmuşdur[5]. Beləliklə, Soyuq müharibə sonrası nizamda aktorların təhlükəsizlik axtarışı səbəbiylə "enerji resurslarına yönəldiyi və bu resurslara rahat çata biləcəkləri bölgələrə" yönəlik siyasətlər yeritdiyi görülmüşdür[6].

Buna bağlı olaraq, beynəlxalq nizamdakı dəyişmələrin neft və təbii qaz axımının təmininə təsirləri vardır. Məsələn, Soyuq müharibə dövründə, RF və Xəzər bölgəsinin neft və təbii qaz resurslarının dünyanın geri qalan hissəsi üçün tamamən əlçatmaz olduğu deyilə bilər. Soyuq müharibə sonrasında isə, Sovet İttifaqı və digər Şərq Bloku ölkələrində meydana gələn iqtisadi və siyasi dəyişikliklərin bu bölgələrdəki enerji resurslarının daha rahat əldə edilməsinə imkan yaratdığı söylənilə bilər[7]. Bundan başqa, 1989-ci ildə Berlin Divarının yıxılmasının əhəmiyyətli nəticələrindən biri kimi beynəlxalq enerji bazarında daha çox enerji resursunun mövcud olması qeyd oluna bilə[8].

Beləliklə, Soyuq müharibə sonrasında dünyanın müxtəlif bölgələrində tranzit baxımından yaşanan sərbəstliyin beynəlxalq dövriyyədəki enerji müxtəlifliyinin artmasına gətirib çıxardığı ifadə edilə bilər[9]. Bu vəziyyət beynəlxalq siyasətdə aktorların hərəkət sahəsini genişləndirmiş, enerji mənbələri və enerji tranzit yollarında hakimiyyət mübarizəsinin dünya miqyasında yayılmasına səbəb olmuşdur[10]. Beləliklə təhlükəsizliyin enerji ölçüsü üzərindəki rəqabət beynəlxalq siyasətin "ən əhəmiyyətli mövzularından biri" halına gəlmişdir[11]. Bu mövzuda, qarşıya çıxan enerji mənbələrinin başında isə neft və təbii qaz dayanır[12]. Bu vəziyyətin səbəbləri arasında neft və təbii qazın istifadə sahəsinin müxtəlifliyi, kömürə görə nəql baxımından asanlığı və daha az çirklənməyə səbəb açması göstərilə bilər[13].

b. Beynəlxalq münasibətlər baxımından enerji təhlükəsizliyi

Soyuq müharibə sonrası dövrə nəzər salarsaq görərik ki, bu dövrdə enerji təhlükəsizliyinin ölkələrin milli təhlükəsizliyi ilə əlaqələndirilməsindən danışıla bilər[14]. Bu səbəblə, enerji təhlükəsizliyinin beynəlxalq siyasətdə dövlətlərin əsas maraq sahələrindən biri olaraq önə çıxmasından bəhs etmək mümkündür[15]. Bu mövzuda, dövlətlərin enerji strategiyalarının və siyasətinin əsas hədəfi "enerji təminatı təhlükəsizliyinin iqtisadi, sosial və ətraf mühit təhlükəsizliyinə zərər vermədən, mümkün olan ən aşağı xərclə" təmin edilməsi kimi görülməkdədir[16]. Enerji təhlükəsizliyinin ən əhəmiyyətli faktorları arasında isə "enerjinin fasiləsiz axışının təmin edilməsi, mənbə müxtəlifliyinin artırılması və enerji mənbələri üçün alternativ tranzit yollarının" yaradılması yer alır[17]. Bu hədəfin reallaşması istiqamətində tətbiq olunacaq metod ölkə və mənbədən asılı olaraq müxtəliflik göstərməkdədir[18].

Enerji mənbələrində müxtəliflik haqqında düzgün mülahizə yürütmə baxımından bu mövzuda önə çıxan anlayışlara açıqlıq gətirmək yararlı ola bilər. Məsələn, enerji mənbələri ümumi olaraq əsas və ikinci enerji mənbələri şəklində iki əsas başlıq altında araşdırıla bilər[19]. Əsas enerji mənbələri öz içində yenilənə bilməyən və yenilənə bilən enerji mənbələri olaraq iki alt başlıqda ələ alına bilər. Məsələn neft, təbii qaz və kömür yenilənə bilməyən enerji qaynaqları arasındadır[20]. Bununla birlikdə, hidrolik enerji, külək enerjisi və günəş enerjisi isə yenilənə bilən enerji mənbələridir[21]. İkinci enerji mənbəyi isə elektriktir[22]. Bunun yanında, əsas enerji mənbələri arasında olan qalıq yanacaqlar- neft, təbii qaz və kömür olaraq ifadə edilə bilər[23].

Bundan başqa, enerji təhlükəsizliyinin üç ölçüdə ələ alınması mümkündür. Bunlar təminat təhlükəsizliyi, tələb təhlükəsizliyi və tranzit təhlükəsizliyi şəklində sadalana bilər. Enerji təhlükəsizliyini təşkil edən faktorlardan biri olan təminat təhlükəsizliyi "bir ölkənin inkişafı üçün zəruri olan, kafi miqdarda keyfiyyətli və ətraf mühitə zərər verməyən enerjinin məqbul qiymətlərlə və kəsintisiz olaraq təmin edilməsi" şəklində yekunlaşdırıla bilər[24]. Bu nöqteyi-nəzərdən, enerji təhlükəsizliyi enerji mənbələrini kənardan təmin edən istehlakçı mövqedəki ölkələr baxımından əhəmiyyətli görünür[25]. Digər tərəfdən, enerji mənbələrinə sahib olan ölkələr üçün tələb təhlükəsizliyi əhəmiyyət kəsb edir. Buna əlavə olaraq, enerji resurslarının nəqli yolunda olan ölkələr baxımından enerji nəqli təhlükəsizliyinin önə çıxan bir faktor olduğu ifadə edilə bilər[26]. Enerji nəqli təhlükəsizliyinin ön planda olduğu ölkələrə nümunə kimi Türkiyə və Ukrayna göstərilə bilər[27]. Digər tərəfdən, enerji təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətli şərtlərindən birinin müxtəlifliyin təmin edilməsi olduğunu ifadə etmək mümkündür[28].

Beynəlxalq münasibətlər baxımından enerji təhlükəsizliyinin gələcəyinə baxdıqda 2030-cu ilə qədərki dövr daxilində "mövcud enerji siyasəti və istehlak seçimlərinin davam etməsi şərtilə" dünya üzrə əsas enerji tələbatının 2007-ci ilin məlumatlarına nisbətən  40% həcmində artacağına işarə edilməkdədir[29]. Ayrıca 2030-cu ilə qədərki dövrdə, qalıq yanacaqların ümumi enerji istehlakındakı istifadəsinin 80%-ni qoruyacağı proqnozlaşdırılır[30]. Qalıq resurslar  arasında istehlakın isə 2035-ci ilə qədər neft baxımından 50% nisbətində artması gözlənilir. Beləcə, 2035-ci ilə qədərki dövrdə qalıq resurslar arasında neftin enerji istehlakında dominant yerini qoruyacağı hesablanır. Bir başqa qalıq resurs olan təbii qazın istifadəsinin isə 2035-ci ilə qədərki dövrdə 44% artış göstərəcəyi nəzərdə tutulur[31]. Bu istiqamətdə 2030-cu ilə qədərki dövrdə, təbii qaz istehlakının dünya enerji istehlakının ikinci sırasında yer alması proqnozlaşdırılır. Beləliklə 2030-cu ilə qədərki dövr daxilində neft və təbii qazın ümumi enerji istehlakında payının 60% səviyyəsini qoruması nəzərdə tutulur[32]. Bu səbəblə neft və təbii qazın "istehsalı, işlənməsi və ticarətində nəzarət sahibi olma" uğrunda mübarizənin beynəlxalq münasibətlər sahəsindəki əhəmiyyətini qoruyacağı proqnozlaşdırılır[33].

c. Enerji və beynəlxalq təhlükəsizlik

Yuxarıda ifadə edilənlər bu gün dünyada baş verən hadisələrin doğru analiz edilməsinə imkan yaradır. Beləcə, yüksək miqdarda neft və təbii qazın mövcud olduğu bölgələrdə, eyni zamanda neft və təbii qaz boru xəttlərinin keçdiyi bölgələrdə meydana gələn münaqişələrin səbəbi aydınlaşır.

Xarici siyasətin yalnız bu günkü iqtisadi vəziyyətinin gücləndirilməsi deyil, eyni zamanda sabahın təhlükəsizliyinin də təmin edilməsi olduğu deyilə bilər. Lakin burada əhəmiyyətli bu məsələ gözə dəyir:

Bilindiyi kimi, beynəlxalq münasibətlərdə dominant olan realizm nəzəriyyəsinə əsasən, dövlətlər mənfəətləri istiqamətində, öz gücünə və digər dövlətlər üzərindəki təsir həcminə əsaslanaraq siyasət yeridir[34]. Bu səbəblə realizmə əsasən "siyasət bir güc mübarizəsi" olaraq qəbul edilir[35]. Bu baxımdan realizm, beynəlxalq nizamı dövlətlərin davamlı olaraq daha çox güc əldə etməyə yönəldiyi bir quruluş olaraq qəbul etməkdədir[36].

Təhlükəsizlik sahəsində realizm yanaşmasına baxıldığında isə dövlətlərin, milli təhlükəsizliyini "digər dövlətlərin təhlükəsizliyi bahasına təmin etmək" meylində olduğu görülməkdədir[37]. Bu vəziyyətdə realizm dünyagörüşü ilə güc mübarizəsi qaçılmaz olur[38]. Buna bağlı olaraq, dövlətlərin tətbiq etdiyi təhlükəsizlik yanaşmalarının dövlətin mənfəətini təmin etməyə yönəlik olduğu görülə bilər[39]. Buna əsaslanaraq, dövlətin mənfəətini təmin etmək məqsədi ilə strategiyaların təyin edilməsindən bəhs edilir[40]. Buna əlavə olaraq, dövlətlərin sahib olduqları gücü öz maraqlarını reallaşdırmağa yönəlik olaraq istifadə etdiyi deyilə bilər[41].

Beynəlxalq münasibətlərdə iqtisadiyyatın güclənməsi və enerji təhlükəsizliyinin təmin edilməsi üçün aparılan mübarizələr, realizm nəzəriyyəsinin təhlükəsizlik yanaşmasını təsdiqləməkdədir. Bu mübarizə xüsusilə təhlükəsizliyin enerji ölçüsü üzərində cəmləşməkdədir. Xüsusilə neft və təbii qaz sahəsindəki ziddiyyətlər beynəlxalq təhlükəsizliyi təhdid edir. Bu mövzu bizi daha həssas bir suala yönləndirir: Görəsən, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsimı, yoxsa bu mübarizədən əldə edilən gəlirlərmi daha əhəmiyyətlidir?

Duygu Genç,

Türk Silahlı Qüvvələri Baş Qərərgahı Hərb Akademiyaları Komandanlığı Strateji Araşdırmalar İnstitutu Beynəlxalq Münasibətlər Magistr proqramı məzunu


[1] Gökbaş, S. (2011). Çok Kutuplu Yeni Uluslararası Sistemde "Güvenlik” Algısı. Kamu Diplomasisi Enstitüsü: http://www.kamudiplomasisi.org/pdf/yeniguvenlikalgisi.pdf.
[2] Özsoy, İ. (2006, Güz). Sovyet Sisteminin Çöküşünden Tarihî ve Evrensel Dersler. Bilig. Sayı: 39, s. 163-194. http://yayinlar.yesevi.edu.tr/files/article/49.pdf.
[3] Liu, F. ve Zhang, R. (2006). The Typologies of Realism. Chinese Journal of International Politics. Cilt:1 Sayı:1, s. 109-134. Oxford Journals: http://cjip.oxfordjournals.org/content/1/1/109.extract  .
[4] Wang, Y. (2004). Defining Non-Traditional Security and Its Implications for China. China & World Economy. Cilt: 12 Sayı: 5, s. 59-66. Institute of World Economics and Politics Chinese Academy of Social Sciences  IWEP: http://en.iwep.org.cn/info/content.asp?infoId=1075.
[5] Küçükşahin, A. (2009). Açılış Konuşması. Harp Akademileri Komutanlığı Stratejik Araştırmalar Enstitüsü SAREN içinde, Enerji Güvenliğine Ortak Çözüm Arayışları Uluslararası Sempozyumu, İstanbul: Harp Akademileri Basım Evi, s. 17.
[6] Pamir, A. N. (2005). Enerji Politikaları ve Küresel Gelişmeler. Stratejik Analiz. Sayı: 68. Stratejik Analiz: http://www.emo.org.tr/ekler/c6744c9d42ec2cb_ek.pdf.
[7] Saygın, H. (2005). Enerjipolitik: Enerji ve Geopolitik. Enerji Dergisi. Yıl: 10 Sayı: 5, s. 25.
[8] Pamir, A. N. (2005). A.g.e.
[9] Saygın, H. (2005). A.g.e.
[10] Pamir, A. N. (2005). A.g.e.
[11] Kazancı, M. (2009). Enerji Güvenliğine Ortak Çözüm Arayışları Uluslararası Sempozyumu, s. 65-81. Harp Akademileri Komutanlığı Stratejik Araştırmalar Enstitüsü SAREN. Stratejik Araştırmalar Enstitüsü: http://www.harpak.edu.tr/saren/default.asp?dil=tr. s.66.
[12] Yergin, D. (2003). Petrol, Para ve Güç Çatışmasının Epik Öyküsü. (Çev. K. Tuncay) İstanbul: Türkiye İş Bankası Kültür Yayınları. S.667.
[13] İnat, K., Duran, B. ve Ataman, M. (2010). Dünya Çatışmaları Çatışma Bölgeleri ve Konuları. Cilt: 2. Ankara: Nobel Yayın Dağıtım.
[14] Poneman, D. (2010). Remarks as Prepared for Delivery, U.S. Deputy Secretary of Energy. White House Energy Security Stakeholders Forum. Department of Energy: http://www.energy.gov/news/9277.htm.
[15] Bahgat, G. (2011).  Energy Security: An Interdisciplinary Approach. Chichester: John Wiley & Sons Ltd. s. 9.
[16] Saygın, H. (2009). Enerji Güvenliğine Ortak Çözüm Arayışları Uluslararası Sempozyumu. Harp Akademileri Komutanlığı Stratejik Araştırmalar Enstitüsü SAREN: http://www.harpak.edu.tr/saren/default.asp?sayfa=5&alt_sayfa=14. S.178.
[17] Küçükşahin, A. (2009). A.g.e.
[18] Saygın, H. (2009). A.g.e. s.178
[19] World Nuclear Association. (2011). Energy for the World - Why Uranium. World Nuclear Association: http://www.world-nuclear.org/education/whyu.htm.
[20] Sabır, H. (2004). Küreselleşme Sürecinde Türkiye'de Enerji Sorunu. Dış Ticaret Dergisi. Yıl: 9 Sayı: 30. T.C. Başbakanlık Dış Ticaret Müsteşarlığı: www.dtm.gov.tr.
[21] Bahgat, G. (2011).  Energy Security: An Interdisciplinary Approach. Chichester: John Wiley & Sons Ltd. s.9.
[22] Sabır, H. (2004). A.g.e.
[23] U.S. Department of Energy. (2011). Fossil Fuels. U.S. Department of Energy: http://www.energy.gov/energysources/fossilfuels.htm.
[24] Ediger, V. Ş. (2007). Yeni Yüzyılın Enerji Güvenliğinde Karşılıklı Bağımlılık Bir Zaruret. Doğal Gaz Dergisi.: http://www.dogalgaz.com.tr/magazine/default.asp?sayi=132&syf=58.
[25] Woolsey, R. J., Lovins, A. B., Lovins, L.H. (2002). Energy Security: It Takes More Than Drilling. The Christian Science Monitor. Rocky Mountain Institute RMI: http://www.rmi.org/rmi/Library/S02-05_EnergySecurityMoreThanDrilling.
[26] Kibar, A. (2010). Enerji Ticaretinde Türkiye’nin Yeri ve Önemi. Türkiye Dış Ticaret Derneği Durum Dergisi. Enerji Özel Sayısı. Türkiye Dış Ticaret Derneği: http://www.turktrade.org.tr/tr/magazine/019595b5-8fac-48f3-80e8-edc6f3cbe656/aralik-2010.aspx.
[27] Ediger, V. Ş. (2007). A.g.e.
[28] Kibar, A. (2010). A.g.e.
[29] Türkyılmaz, O. (2009). Türkiye'nin Enerji Durumu. Türkiye Makine Mühendisleri Odası TMMOB: http://www.mmo.org.tr/resimler/dosya_ekler/8e4b957fb560a53_ek.pdf.
[30] U.S. Securities and Exchange Commission. (2011). Exxon Mobil Corp. Form 8-K Current Report. Edgar Online: http://google.brand.edgar-online.com/EFX_dll/EDGARpro.dll?FetchFilingHTML1?ID=7797918&SessionID=uAZFHqfYVohHtP7. S.6.
[31] U.S. Energy Consumption by Energy Source 2010. U.S. Energy Information Administration EIA: http://www.eia.gov/energyexplained/index.cfm?page=us_energy_home.
[32] U.S. Securities and Exchange Commission. (2011, Mart 09). A.g.e.
[33] Aksay, H. (2009). Enerji Güvenliğine Ortak Çözüm Arayışları Uluslararası Sempozyumu. Harp Akademileri Komutanlığı Stratejik Araştırmalar Enstitüsü SAREN: http://www.harpak.edu.tr/saren/default.asp?sayfa=5&alt_sayfa=14. S.7.
[34] Morgenthau, H. J. (1985). Politics Among Nations The Struggle for Power and Peace. (Der. K. W. Thompson). New York: McGraw-Hill. s.5.
[35] Walt, S. M. (1998, Bahar). International Relations: One World, Many Theories. Foreign Policy Special Edition: Frontiers of Knowledge. Maxwell School of Syracuse University: http://faculty.maxwell.syr.edu/hpschmitz/PSC124/PSC124Readings/WaltOneWorldManyTheories.pdf
[36] Tang, S. (2009). The Security Dilemma: A Conceptual Analysis. Security Studies. Cilt: 18, Sayı: 3, s. 587-623. Security Studies: http://www.tandfonline.com/doi/abs/10.1080/09636410903133050. s.590.
[37] Baylis, J. (2008). Uluslararası İlişkilerde Güvenlik Kavramı. Uluslararası İlişkiler. Cilt: 5 Sayı: 18, s. 69-85. Uluslararası İlişkiler: http://www.uidergisi.com/wp-content/http://newtimes.az/uploads/2011/06/UIde-Guvenlik-Kavrami.pdf.
[38] Arı, T. (2001). Uluslararası İlişkiler ve Dış Politika. İstanbul: Alfa Yayınevi. s.60.
[39] Korab-Karpowicz, W. J. (2010). Political Realism in International Relations. The Stanford Encyclopedia of Philosophy. (Der. E. N. Zalta). The Stanford Encyclopedia of Philosophy: http://plato.stanford.edu/archives/fall2010/entries/realism-intl-relations/>.
[40] Whelan, F.G. (2005).  Hume and Machiavelli: Political Realism and Liberal Thought Richard P. Hiskes. Hume Studies. Cilt: 31 Sayı:1, s. 181-183. The Hume Society: http://www.humesociety.org/hs/issues/v31n1/hiskes/hiskes-v31n1.pdf.
[41] Korab-Karpowicz, W. J. (2010). a.g.e.
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...