THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Brüssel müzakirələri: İlham Əliyevin tarixi-geosiyasi və diplomatik nailiyyəti

Brüssel müzakirələri: İlham Əliyevin tarixi-geosiyasi və diplomatik nailiyyəti
09 iyun 2022

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı müzakirələr müstəqil dövlətçilik tariximizin şanlı səhifələrindən biri kimi yaddaşlardan silinməyəcək. Ekspertlər indi bu görüşün geosiyasi nəticələrini analiz edirlər. Bunun tarixi perspektivdə Azərbaycanda müstəqil dövlət quruculuğunun hazırkı mərhələsinin diplomatiya və geosiyasətlə kəsişən mühüm faktorları aspektində də çox əhəmiyyətli hadisə olduğunu etiraf etməyimiz lazımdır. Brüssel müzakirələri Ermənistanla münasibətlərin yaradılması üçün Azərbaycanın irəli sürdüyü baza prinsiplərinə dair təklifin dəstəklənməsi ilə yanaşı, görüşdən sonra Avropa İttifaqının postmünaqişə mərhələsində Cənubi Qafqazda formalaşmış geosiyasi mənzərəni qəbul etdiyini bəyan etməsi baxımından da vacib olaydır. Başqa faktorlarla yanaşı, həm də ona görə ki, üçüncü Brüssel görüşü ərəfəsində ABŞ, Rusiya, İran və Türkiyə Azərbaycanın mövqeyini ədalətli hesab etdiklərini ifadə etdilər.

Miqrasiya prosesləri: Azərbaycan təcrübəsi yeni çağırışlar kontekstində

Miqrasiya prosesləri: Azərbaycan təcrübəsi yeni çağırışlar kontekstində
27 may 2022

Hazırda dünyanın hər bir müstəqil dövləti üçün miqrasiya problemi aktualdır. İnsanların kütləvi surətdə yerdəyişməsi qloballaşma şəraitində daha çox təsirə malik olur. Koronavirus pandemiyasının yaranması və ölkələr arasında kommunikasiyada məhdudiyyətlərin tətbiq edilməsi bu istiqamətdə vəziyyətin daha da mürəkkəbləşməsinə gətirib çıxarıb. Xüsusilə müəyyən səbəblərdən münaqişələrin tüğyan etdiyi regionlarda miqrasiya kəskin problem olaraq özünü göstərməkdədir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Cənubi Qafqazda yüzminlərlə insan yurdundan didərgin düşmüşdü. Digər tərəfdən, beynəlxalq miqyasda miqrasiya proseslərinin yeni dinamika alması və inkişaf etmiş dövlətlərin ikili standartlar siyasəti əlavə çətinliklər və ziddiyyətlər meydana gətirməkdədir. Belə bir şəraitdə Azərbaycanın miqrasiya siyasəti maraq doğurur.

Azərbaycanın sabitlik və təhlükəsizlik modeli

Azərbaycanın sabitlik və təhlükəsizlik modeli
26 may 2022

Azərbaycan nümunəsi müsbət təcrübəni, mütərəqqi modeli ifadə və ehtiva edir. İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, "demokratiya laboratoriyası"na, dini, etnik müstəvidə qarşıdurma sahəsinə çevrilən region ölkələrindən fərqli olaraq öz milli qüdrətini artırıb. İstər siyasi ekspertlərin şərhlərində, istər müxtəlif araşdırma mərkəzlərinin strateji tədqiqatlarında, istərsə də reytinq institutlarının hesabatlarında diqqət yetirilən ümumi məqam var: Azərbaycanın sabitlik adası – təhlükəsizlik məkanıdır.

Baydenin məktubu: Azərbaycan dünya siyasətinin vacib tərəfdaşıdır

Baydenin məktubu: Azərbaycan dünya siyasətinin vacib tərəfdaşıdır
21 may 2022

ABŞ Prezidentinin məktubu həm də Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə verilən yüksək qiymətdir. Məktub bir daha sübut edir ki, Azərbaycan dünya siyasətinin mühüm, o cümlədən enerji təhlükəsizliyi kimi məsələlərində vacib tərəfdaşdır.

Türkiyənin tələbi – NATO-ya xəbərdarlıq

Türkiyənin tələbi – NATO-ya xəbərdarlıq
20 may 2022

Rusiyanın Ukraynaya qarşı müharibəsi dövlətlərin təhlükəsizliyi və suverenliyini fərqli şəkildə gündəliyə çıxarıb. Bu savaşdan əvvəl Avropa dövlətləri də daxil olmaqla silahlı münaqişələrdən uzaq olan ölkələr təhlükəsizlik kimi məsələlərə indiki qədər həssas və ehtiyatla yanaşmırdılar. Ancaq Rusiyanın radikal davranışından sonra yaxın və uzaqlığından asılı olmayaraq, hər bir dövlət bu istiqamətdə addımlar atmağa başlayıb. Bəziləri ərzaq ehtiyatı toplayır, silah və hərbi texnika alır, kimisi müttəfiqləri ilə təlimlər keçirir, bir sıra dövlətlər isə Rusiyanı neytrallaşdırmaq üçün onunla yaxın olduğunu göstərmək istəyir. Bəzi dövlətlər də öz təhlükəsizliyi və suverenliyini NATO-ya, hərbi-siyasi bloka daxil olmaqla təmin etmək istəyir.

Azərbaycan-Aİ münasibətləri yeni səviyyədə: Azərbaycan Prezidentinin aparıcı rolunun geosiyasi əhəmiyyəti

Azərbaycan-Aİ münasibətləri yeni səviyyədə: Azərbaycan Prezidentinin aparıcı rolunun geosiyasi əhəmiyyəti
15 fevral 2022

İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfər qazanması geosiyasi proseslərə yeni dinamika gətirdi. Cənubi Qafqazda indiyə qədər müşahidə edilməyən geosiyasi mənzərə yaranmağa başladı. Bu reallığı ilk olaraq Türkiyə və Rusiya gördü və qəbul etdilər. Hazırda Azərbaycan regionun hər iki böyük dövləti ilə bütün istiqamətlərdə sıx əməkdaşlıq edir. Lakin, təəssüf ki, Avropa İttifaqının aparıcı dövlətləri həmin reallığı təxminən bir il qəbul etmək istəmədilər. Nəticədə, Aİ-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı ekspert analizlərinin sayı artmağa başladı. Nəhayət, 2020-ci ilin dekabrında Brüsseldə keçirilən tarixi görüş situasiyanı müsbətə doğru dəyişdi.

"Şərq tərəfdaşlığı": Azərbaycan Prezidentinin diplomatik uğurunun Brüssel səhifəsi (I yazı)

"Şərq tərəfdaşlığı": Azərbaycan Prezidentinin diplomatik uğurunun Brüssel səhifəsi (I yazı)
24 dekabr 2021

Tanınmış Amerika dövlət xadimi Henri Kissincer 2014-cü ildə yazdığı "Dünya nizamı" kitabında vurğulayır: "bizi xaos təhdid edir...". Kitabın başqa bir yerində isə qeyd edir ki, "gəlin özümüzü aldatmayaq – qlobal dünya nizamı heç zaman mövcud olmayıb...". Amerikanın başqa tanınmış siyasətşünas-ideoloqları Riçard Haas və Çarlz Kapçan 2021-ci ildə dərc edilən məqalələrində vurğulayırlar: "Beynəlxalq sistem tarixi dəyişiklik nöqtəsindədir... Asiya iqtisadi yüksəlişə davam edir. Qərbin iki əsrlik dominantlığı başa çatır. Qərb yalnız iqtisadi dominantlığını deyil, həm də ideoloji hökmranlığını itirir... Yüksələn Çin aqressiv Rusiyanın dəstəyi ilə Qərbin nüfuzuna "əlcək atır""...

Cənubi Qafqazın beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi: Azərbaycan Prezidentinin diplomatik məharəti və Soçi perspektivləri

Cənubi Qafqazın beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi: Azərbaycan Prezidentinin diplomatik məharəti və Soçi perspektivləri
08 dekabr 2021

Bu ilin noyabr ayında Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında Soçidə keçirilən görüş ekspertlərin böyük marağına səbəb olub və onun geosiyasi təhlili davam edir. Qərb və Rusiya ekspertləri bütövlükdə bu görüşün əhəmiyyətini vurğulayırlar. Vladimir Putinin həmin görüşdə tərəflərin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə ilin sonunadək Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşünə də müsbət yanaşması müəyyən konstruktiv əhval-ruhiyyə yaradıb. Bir sıra ekspertlər bunu Kremlin vəziyyətə hakim olmasına əminliyi ilə izah edirlər. Bununla yanaşı, Azərbaycanın xüsusi rolu mütləq vurğulanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə böyük ustalıqla postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində iştirak edir. Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir.

Azərbaycan-Türkiyə tandemi: Avrasiyada yeni inteqrasiya modelinə doğru

Azərbaycan-Türkiyə tandemi: Avrasiyada yeni inteqrasiya modelinə doğru
19 noyabr 2021

İkinci Qarabağ müharibəsinin regional geosiyasi dinamikaya göstərdiyi ciddi təsirlərin ekspertlər tərəfindən təhlili davam edir. İrəli sürülən tezislərin məzmunu göstərir ki, böyük əksəriyyət Cənubi Qafqazda geosiyasi vəziyyətin ciddi dərəcədə yeniləşdiyini və faktiki olaraq yeni təkamül xəttinə çıxdığını qəbul edir. Bundan başqa, bir sıra böyük dövlətlərin hadisələrə reaksiyası da bu tezisin doğruluğunu sübut edir.

Prezidentin konseptual yanaşması: müstəqil Azərbaycanın dünyaya yeni mesajları

Prezidentin konseptual yanaşması: müstəqil Azərbaycanın dünyaya yeni mesajları
20 sentyabr 2021

Ermənistanın Azərbaycanla sərhədin bir sıra yerlərində təxribatları artırması və rəsmi İrəvanın sərsəm bəyanatlar verməyə başlaması dünya ictimaiyyətində müəyyən narahatlıq doğurub. Ekspertlər regionda nələrin baş verdiyini anlamağa çalışırlar. O cümlədən media nümayəndələri Cənubi Qafqazın bugünkü vəziyyəti və gələcək geosiyasi taleyi ilə bağlı konkret təsəvvürlər əldə etməkdə maraqlıdırlar.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...