THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın qanunsuz məskunlaşma siyasəti: 2334 saylı qətnamədən sonra...

Ermənistanın qanunsuz məskunlaşma siyasəti: 2334 saylı qətnamədən sonra...
17 yanvar 2017

BMT Təhlükəsizlik Şurası İsraillə bağlı bir sənəd qəbul edib. Orada Təl-Əvivin İordan çayının qərb sahillərində apardığı tikinti işlərini dayandırması tələb olunur. Bunun lehinə daimi üzvlərin 4-ü səs verib, yalnız ABŞ bitərəf qalıb. Buna baxmayaraq, rəsmi Təl-Əviv Vaşinqtonu sərt şəkildə ittiham edib. Baş nazir B.Netanyahu birbaşa B.Obamanı günahlandırıb. İsrail rəsmi dairələri qəbul edilən qətnamənin tələblərinə əməl etməyəcəklərini bildiriblər. Bu hadisənin fonunda işğalçı Ermənistanın Dağlıq Qarabağda və ətraf rayonlarda illərdir həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti barədə BMT TŞ-nin nədən söz açmaması sualı meydana gəlir. Bununla bir tərəfdən, ermənilərin təcavüzü davam etdirməsi üçün cəzasızlıq mühiti yaradılır, digər tərəfdən isə, başqa dövlətlərin də beynəlxalq hüququ pozması üçün presedent formalaşdırılır. Bu səbəbdən TŞ-nin qəbul etdiyi qətnamələr əsasən kağız üzərində qalır.

Avetyan, Martirosyan, Caqinyan, Arzumanyan, Torosyan və digərləri...

Avetyan, Martirosyan, Caqinyan, Arzumanyan, Torosyan və digərləri...
13 yanvar 2017

Ermənistan 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal edib və hələ də işğal altında saxlayır. Problemin həll edilməsi üçün qurulan ATƏT Minsk Qrupunun vasitəçilik təşəbbüsləri də heç bir nəticə vermir. Ermənistanın işğalının davam etməsinin əsas səbələrindən ən əhəmiyyətliləri işağala məruz qalan və işğalçı ölkə anlayışına açıqlıq gətirilməməsi, hər şeyin öz adı ilə adlandırılmaması, 100 min Dağlıq Qarabağ ermənisinin insan haqlarının ön plana çıxarılmasına qarşılıq, təxminən bir milyon qaçqın Azərbaycan vətəndaşının öz torpaqlarında yaşamaq hüququnun diqqətə alınmaması və başqa amillərdir.

BMT-nin yeni dünya nizamının formalaşmasında rolu: "postböhran" mərhələyə keçid

BMT-nin yeni dünya nizamının formalaşmasında rolu: "postböhran" mərhələyə keçid
12 yanvar 2017

Siyasətçilər, alimlər, analitiklər və ekspertlər dünyanın yeni geosiyasi nizama ehtiyacının olduğunu həmişə vurğulayırlar. XXI əsrin əvvəllərindən etibarən qlobal miqyasda müşahidə edilən müxtəlif təhlükəli proseslərin fonunda bu, tamamilə təbii görünür. Qlobal problemlər adlanan və sayı getdikcə artan bir sıra neqativ trendlər bəşəriyyətin mövcudluğunu belə şübhə altına almaqdadır. Buna görə də bütün dövlətləri qane edə bilən və beynəlxalq hüquq üzərində qurulan geosiyasi düzən yaradılmalıdır. Zorakılıq, terror, ikili standartlar, yoxsulluq, aclıq, hüquq pozuntuları, heç olmasa, minimuma endirilməlidir. Bütövlükdə bəşəriyyət bu vəzifəni yerinə yetirməlidir. Ancaq, maraqlı olduğu dərəcədə həm də qəribədir ki, dünya həmin keçidi reallaşdıra bilmir. Bu prosesdə zəif cəhətlərdən birinin beynəlxalq təşkilatlara, ilk növbədə BMT-yə üstünlük verilməməsindən ibarət olduğunu düşünürük. Nəzəri olaraq BMT-nin rolu və əhəmiyyətini hər kəs qəbul edir. Lakin konkret işə gəldikdə, meydana müəyyən maneələr çıxır. Xilas yolu varmı? Tədqiqatçılar bu barədə hansı fikirdədirlər?

Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət

Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət
11 yanvar 2017

Moskvada üç dövlətin Suriya ilə bağlı müzakirələr aparması dünya siyasətində rezonans doğurub. Müxtəlif səviyyələrdə bu hadisənin təhlili aparılır. Artıq meydana yeni bir əməkdaşlıq formatının çıxdığını vurğulayırlar. Bu prosesin müsbət, yaxud mənfi nəticələr verə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılır. Ekspertlər hesab edirlər ki, hələlik kövrək olan Rusiya-Türkiyə-İran "üçlüyü", eyni zamanda, Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilər. Burada əməkdaşlıq formatının nüvəsində Rusiyanın dayandığına əmindirlər. Həmin səbəbdən "üçlüyü" Moskvanın geosiyasi addımı olaraq qiymətləndirirlər. Onun fonunda isə Vaşinqtonun baş verənlərə münasibətini təhlil edirlər. Bu aspektdə də müəyyən ziddiyyətlər özünü göstərməkdədir. Onların işığında Rusiya-Türkiyə-İran əməkdaşlığının perspektivi necə görünür? Bu, qlobal geosiyasətin dinamikasında hansı dəyişiklərə təkan verə bilər?

Müstəqil kurs və "beynəlxalq ələbaxımlıq": Cənubi Qafqazda suverenlik problemi

Müstəqil kurs və "beynəlxalq ələbaxımlıq": Cənubi Qafqazda suverenlik problemi
10 yanvar 2017

Mütəxəssislər müstəqilliklərini əldə etmiş dövlətlərin hansı xarici siyasət yeritməsindən onların suverenliyinin asılı olduğu barədə təhlillər aparırlar. Tədqiqatlar göstərir ki, Cənubi Qafqazda həmin müstəvidə iki tendensiya üstünlük təşkil edir. Onlardan biri müstəqil xarici siyasət kursuna əsaslanan və suverenliyi tam təmin edən mövqe, digəri isə daha çox kənarda güclü qüvvə-hami axtaran, ondan asılı olan və əmrləri yerinə yetirən "ələbaxımlıq"dan ibarətdir. Region dövlətlərinin bu kurslardan hansını seçəcəyi üzərində düşünmək maraqlıdır. Bunun nəzəri və praktiki əhəmiyyəti vardır. Belə ki, dövlət quruculuğunun kursu bütövlükdə müstəqil dövlətçiliyin baş tutub-tutmadığını göstərir.

Qərbdə sağçı ideologiyanın yüksəlişinə dair bəzi düşüncələr

Qərbdə sağçı ideologiyanın yüksəlişinə dair bəzi düşüncələr
09 yanvar 2017

2000-ci illərin əvvəllərində ingilis akademik Kolin Krauk "post-demokratiya" adlanan yeni bir nəzəri yanaşma irəli sürür. Krauk bu yanaşması ilə dünyanın demokratiyadan sonrakı mərhələyə keçid etdiyini və demokratik dəyərlərin forma və mahiyyətində əsaslı dəyişikliyin müşahidə olunduğunu izah etməyə çalışırdı. O hesab edir ki, klassik demokratiya modeli korroziyaya uğrayaraq bir növ radikal forma alıb. Kolin Kraukun illər öncə ortaya qoyduğu bu yanaşma sağçılıq, populizm və millətçilik ideyalarının artan xətlə inkişaf etdiyi Avropada mövcud durumu xarakterizə edən nəzəri qaynaqdır.

Bir qələbə və bir məğlubiyyət: Hələbdən Palmiraya və Mosula qədər

Bir qələbə və bir məğlubiyyət: Hələbdən Palmiraya və Mosula qədər
29 dekabr 2016

Suriyada savaş getdikcə fərqli məzmun kəsb etməyə başlayır, çünki burada ərazilər əldən-ələ keçməkdə davam edir. Hökumət qüvvələri hansısa bir yeri azad edirsə, başqa istiqamətdən ağır zərbələr alır. Sanki ssenarisi əvvəlcədən yazılmış bir geosiyasi-hərbi oyun gedir. Hələlik tərəflərdən heç biri tam üstünlük əldə edə bilmir. Rusiyanın dəstəyi ilə Bəşər Əsəd ordusu xeyli ərazi azad etsə də, onun necə qorunacağı məsələsi aydın deyildir. Bunun fonunda Hələbin müxalifətin əlindən alınmasının sevinci uzun sürmədi – "Yaxın Şərqin mirvarisi" sayılan Palmiranı İŞİD yenidən zəbt etdi. B.Əsədə bağlı qüvvələr sürətlə şəhəri tərk etməli oldular. Bundan başqa, İŞİD-ə qarşı Mosulda aparılan əməliyyat da uğurlu görünmür. Bir sıra ekspertlər hesab edirlər ki, Suriya ordusunun hissələri azad etdikləri ərazilərdə qətliam törədirlər. Bu da sadə insanların İŞİD-in tərəfinə keçməsinə səbəb olur. Belə çıxır ki, hay-küylə başlayan hərbi əməliyyatlar digər səbəblərdən səmərəliliyini itirməyə başlayıb. Bəs çıxış yolu nədədir? Suriyada qan axıdılmasının qarşısını kim ala biləcək?

Böyük siyasətin mürəkkəb oyunları: Trampın kadr siyasəti və reallıqlar

Böyük siyasətin mürəkkəb oyunları: Trampın kadr siyasəti və reallıqlar
28 dekabr 2016

ABŞ-ın yeni prezidentinin yüksək vəzifələrə təyin edəcəyi namizədlərin hər biri dünya mediasında ciddi müzakirə obyektinə çevrilir. Bu, bir tərəfdən, Amerikanın ən güclü dövlət olması ilə bağlıdırsa, digər tərəfdən, namizədlərin şəxsiyyətləri ilə əlaqəlidir. Bu sırada dövlət katibliyinə təyin edilə biləcək biznesmen Reks Tillersonun adı ətrafında kifayət qədər geniş müzakirələr başlayıb. Onun Rusiya Prezidenti V.Putinlə şəxsi dostluq münasibətlərinin olması haqqında informasiyaların yayılması müəyyən ajiotaj yaradıb. Bu, MKİ-nin Amerikadakı seçkilərə Kremlin təsir etməsi ilə bağlı ifadə etdiyi fikirlərin fonunda Qərb siyasi təfəkkürü üçün xeyli qıcıqlandırıcı görünür. Çünki belə nəticə çıxır ki, Amerika kimi qüdrətli ölkədə siyasi hakimiyyətin seçilməsində Moskvanın rolu var! Buna inananlar da, inanmayanlar da ola bilər. Ancaq əsas odur ki, belə informasiyalar Qərb siyasi dairələrinə istər-istəməz təsir edir. Bu mənada həmin məlumatların məqsədli şəkildə hallandırıldığı barədə düşünmək olar.

Karlov sui-qəsdi: Yaxın Şərqdə geosiyasi dönüş nöqtəsidirmi?

Karlov sui-qəsdi: Yaxın Şərqdə geosiyasi dönüş nöqtəsidirmi?
27 dekabr 2016

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ciddi geosiyasi rezonans doğurub. Hadisənin qınanılması gözləniləndir. Heç bir ölkə belə faciələrin olmasını istəməz. Çünki hər bir dövlətin diplomatı var və ona qarşı terrorun baş verməsi qəbuledilməzdir. Konkret olaraq Türkiyə diplomatiyası erməni terroruna çoxlu sayda qurban verib. İndi A.Karlovun qətli səbəblərinin aydınlaşmasında hamıdan çox Ankaranın da marağı vardır. Məsələnin digər tərəfi Yaxın Şərqdə geosiyasi mübarizənin amansızlığı ilə bağlıdır. Bu terror hadisəsindən sonra Rusiyanın müdafiə naziri S.Şoyqu bəyan etdi ki, Hələbin azad edilməsində Türkiyənin böyük rolu olub. Moskvada xarici işlər nazirləri S.Lavrov, M.Çavuşoğlu və M.C.Zərif arasında danışıqların uğurlu olması bu baxımdan çox maraqlıdır. Bu, Yaxın Şərqlə bağlı Rusiyanın yeni koalisiya yaratması deməkdirmi? Və bu üçlük ABŞ-ın formalaşdırdığı beynəlxalq koalisiya ilə hansı münasibətlərdə olacaq? Axı Türkiyə həm də Amerikanın yaratdığı koalisiyanın üzvüdür!

Keçmiş prezidentin etirafları: Ermənistan uçurum qarşısında

Keçmiş prezidentin etirafları: Ermənistan uçurum qarşısında
26 dekabr 2016

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan rəhbərlik etdiyi Milli Konqresin qurultayındakı çıxışında bir sıra geosiyasi məsələlərə toxunub. O, indiki mərhələdə Ermənistanın dövlət və cəmiyyət olaraq ciddi problemlərlə üz-üzə qaldığını söyləyib. Bunun əsas səbəbi isə İrəvanın yeritdiyi yarıtmaz xarici siyasətdir. Onun sözlərinə görə, son 18 ildə ölkə yalnız tənəzzülə doğru gedib. Faktiki olaraq erməni dövlətçiliyi fəlakət qarşısındadır. Onun bu prosesi dayandırmaq gücü isə yoxdur. Burada L.Ter-Petrosyan bir sıra arqumentlər gətirir. Onlardan aydın olur ki, bütövlükdə Ermənistan dövlət quruculuğu strategiyasını düzgün seçə bilməyib. Bunun fonunda isə keçmiş prezident Azərbaycan rəhbərliyinin rasional siyasət apardığını açıq etiraf edir, Bakı ilə kompromis əsasında razılaşmaqdan başqa yolun qalmadığını ifadə edir. Həmin fikirlər kontekstində L.Ter-Petrosyanın çıxışı üzərində dayanmaq olar.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

We are returning to a world of great-power rivalry
19 oktyabr 2016 The Financial Times

We are returning to a world of great-power rivalry

The US unipolar era lasted less than 25 years, undone by war and financial crisis

Davamı...
Musul Operasyonu: "Topyekûn Muamma"dan "Topyekûn Savaş"a...
17 oktyabr 2016 Milli Gazete

Musul Operasyonu: "Topyekûn Muamma"dan "Topyekûn Savaş"a...

Şimdiden şu söylenebilir: Musul, İslam dünyasının önüne atılmış büyük bir tuzak.

Davamı...