THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Sosial Media

"Newtimes.az” analitik informasiya portalının yeni layihəsi

Hörmətli oxucular,

Beynəlxalq münasibətlər sistemində aktual olan geosiyasi, siyasi və geoiqtisadi proseslərin və hadisələrin təhlili üzrə ixtisaslaşan "Newtimes.az” analitik informasiya portalı üçün Azərbaycanın milli və dövlətçilik maraqları prioritet istiqamət təşkil edir. Azərbaycan, rus, ingilis və türk dillərində internet səhifəsi olan portalın əsas məqsədi öz əhatə dairəsini genişləndirməklə, Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi haqda həqiqətləri daha geniş oxucu kütləsinə çatdırmağa nail olmaqdır.

Qloballaşma prosesinin getdiyi bir zamanda cəmiyyət həyatında və dövlətlər arası münasibətlərdə informasiya təminatının rolu daha da artıb. İnternetin inkişafı ilə informasiyanın ötürülməsi prosesində ciddi keyfiyyət dəyişiklikləri baş verib, onun yayılma vasitələri və sürəti əhəmiyyətli dərəcədə dəyişib. Artıq informasiya məhdud məkanda dövr etmir və anidən olduqca geniş miqyaslara yayılır. Bütün bunlar özündə cəmiyyət və dövlətlər üçün daha geniş imkanlarla yanaşı ciddi çağırışlar da gətirir.

Bu gün internet vasitəsilə informasiyanın geniş kütlələrə çatdırılmasının ən effektiv alətlərindən biri sosial şəbəkələrdir. Sosial şəbəkələrdə informasiya təminatı artıq xarici siyasətin və diplomatiyanın da mühüm alətinə çevrilmişdir. Yeni dövrdə "tvitter və feysbuk diplomatiyası” adlı anlayışlar dövriyyəyə daxil olmuşdur. Belə demək mümkündürsə, sosial şəbəkələr informasiya uğrunda mübarizəni yeni mərhələyə qaldırıb.

Sosial şəbəkələrin təqdim etdiyi təbliğat və əks-təbliğat imkanları bu fenomendən dövlət səviyyəsində, ölkənin maraqları naminə istifadəni labüd edir. Bu, eyni zamanda dövlətin beynəlxalq münasibətlərdəki ön cəbhəsi olan diplomatik nümayəndəliklərin sosial şəbəkələrdən istifadəsi məsələsini də aktuallaşdırır. Diplomatik nümayəndəliklər hər hansı informasiyanın yayılmasında sosial şəbəkələrdən nə dərəcədə effektiv istifadə edirlər? Onların izləyici dairəsi nə qədər genişdir? Fəaliyyət göstərdikləri ölkənin ictimaiyyətinə öz dövləti və cəmiyyəti haqqında nə qədər informasiya çatdıra bilirlər? Qarşı tərəfin informasiya manipulyasiyasına necə cavab verirlər?

Bütün bunları nəzərə alaraq, "Newtimes.az” analitik informasiya portalı Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı yeni bir layihəyə start verir. Bu layihənin məqsədi diplomatik nümayəndəliklərimizin virtual məkandakı fəaliyyətini izləməklə, onların Azərbaycanın təbliğatı, müsbət beynəlxalq imicinin formalaşması, ölkədə baş verən proseslərlə bağlı düzgün informasiyanın yayılması, erməni lobbisinin və müəyyən dairələrin ölkəmizə qarşı apardığı əks-təbliğata cavab istiqamətində sosial şəbəkələrdə göstərdikləri fəaliyyəti işıqlandırmaqdır. Layihədə əsas prioritet diplomatik nümayəndəliklərimizin beynəlxalq münasibətlərdə mühüm faktora çevrilməyə başlayan sosial şəbəkələrdən istifadəsindəki tendensiyaları göstərmək, çatışmazlıqları aradan qaldırmağa təşviq etməkdir.

Biz apardığımız müşahidələrin və təhlillərin nəticələrini sizinlə bölüşəcəyik. Bizi izləməyə davam edin.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...