THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İrəvandan "Yerevana" dəyişən torpaqlarımız

27 fevral 2018

Əslində bu barədə yazı yazmaq fikrində deyildim. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) 2018-ci il fevralın 8-də keçirilən dördüncü qurultayında ölkənin daxili və xarici siyasəti haqqında geniş və əhatəli məruzə ilə çıxış etmişdi. Ancaq daha sonra Ermənistan, Rusiya və Fransa rəsmilərinin Prezident İlham Əliyevin qurultayda söylədikləri fikirlərlə bağlı verdikləri bəyanatdan sonra bu yazını yazmaq şərt oldu deyə düşündüm.

Ermənistan vətəndaşlığından imtina edən ermənilər

02 fevral 2018

Ermənistan 1991-ci il 21 sentyabr tarixində müstəqilliyini elan etdikdən bu günə qədər sosial-iqtisadi sahədə qarşılaşdığı ən ciddi və dərin problemlərdən biri də vətəndaşlarının ölkəni tərk etməsi – miqrasiya problemi olmuşdur. Müstəqilliyin ilk illərində ermənilərin ölkələrini tərk etməsinin əsas səbəbləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə yaşanan Dağlıq Qarabağ problemi, iqtisadi və sosial həyatın yaşayış minimumunun altında olması, böyük sənaye müəassisələrinin fəaliyyətini dayandırdığı üçün işsizliyin artması və digər amillər olmuşdur. Bu gün də ermənilərin ölkələrini tərk etməsi prossesi davam edir. Hökumət bunun qarşısını almaqda acizdir və əslində heç həvəsli də deyil. Müstəqil ekspertlər bu köçün təhlükələri barəsində müxtəlif məruzələr hazırlasalar da, hökumətin gördüyü tədbirlər ciddi nəticələr vermir.

Hər üç vətəndaşından biri yoxsul olan Ermənistan

11 yanvar 2018

Dünya Bankının reytinqində ÜDM-ə görə Ermənistan 195 dövlət arasında 130-cu yerdədir. Ötən ildə Ermənistanın ÜDM-i 10 milyard 547 milyon dollar olub. Ermənistan Dövlət Statistika Xidmətinin mlumatına görə 2017-ci ilin may ayına görə dövlət borcu 6 milyard 95 milyon dollardır. Bu rəqəmin 4 milyard 373.3 milyonu xarici borcun, 1 milyard 170.6 milyonu daxili borcun payına düşür. "Transparency International"ın korrupsiya reytinqinə görə 2016-cı ildə Ermənistan 33 balla 113-cü yerdədir.

Ermənisiz Ermənistan

20 dekabr 2017

Ermənistan 21 sentyabr 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra əhalisi azalır. 1994-cü ilə qədər əhalinin ölkəni tərk etməsinin ən əhəmiyyətli səbəblərindən birincisi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olmuşdur. Belə ki, müharibəyə getməmək üçün gənc və əmək qabiliyyəti olan insanlar (xüsusilə kişilər) ölkəni tərk edib. 1994-cü ildən sonra isə köçün əsas səbəbləri hökumətin iqtisadi və sosial problemləri həll edə bilməməsi, işsizlik, hələ sovet dövründə inşa edilən fabrik və zavodların fəaliyyətini dayandırması, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün müzakirələrdə konstruktiv mövqe tutmaması və ölkədəki antidemokratik idarə sistemi olmuşdur.

Edvard Nalbandyanın "nalbəndlik" həvəsi

04 dekabr 2017

Ermənistanın XİN rəhbərinin soyadı türkcədir – Nalbandyan, yəni nalbənd. Burada, əlbəttə, təəcüblü heç nə yoxdur. Ermənistanın ikinci prezidenti Robertin də soyadı türkcədir – Köçəryan. Ümumiyyətlə, ermənilərin bir çoxunun adı və ya əsasən soyadı türkcədir. Məsələn, Allahverdiyan, Pambıqçıyan, Emekçiyan (Çörəkçiyan) və s. Məsələ budur ki, Edvard Nalbandyan noyabr ayının ilk həftəsində İsrailə rəsmi səfərə gedib. Səfər zamanı iki ölkə arasında müxtəlif məsələlər müzakirə olunub. İki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi gündəmə gəlib. Ümumiyyətlə, Ermənistan və İsrail arasındakı münasibətlər bəzi erməni analitiklərin iddia etdikləri kimi heç bir zaman yüksək səviyyədə olmayıb. İsrail Ermənistan ilə münasibətlərdə daha təmkinlidir.

Ermənistan KİV-də Bakı-Tblisi-Qars dəmir yolu sərsəmliyi

15 noyabr 2017

Azərbaycan müstəqilliyini elan etdikdən sonra bir çox beynəlxalq əhəmiyyətli layihələrin – Bakı-Tblisi-Ceyhan, Bakı-Supsa neft boru, Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin həyata keçirilməsində iştirak etmişdir. BTQ də bu kimi strateji layihələrdən biridir və nəqliyyat sahəsində bölgədə bu günə qədər həyata keçirilən ən böyük və uğurlu layihədir. BTQ sadəcə bölgə üçün deyil, eyni zamanda beynəlxalq nəqliyyat üçün yeni, əlverişli imkanlara sahibdir. Əlbəttə, belə bir möhtəşəm nəqliyyat layihəsinin həyata keçirlməsi qarşısında bəzi siyasi maneələrin olmasına baxmayaraq, Azərbaycan bu layihəni tamamladı və özünün milli maraqlarına xidmət edən müstəqil bir dövlət olduğunu bir daha təsdiqlədi. Bu layihəyə qarşı çıxan, onun rentabelli olmadığını iddia edən dövlətlərdən biri də Ermənistan idi.

Fərdlərin terrorizmi: silah satışı və reallıqlar

31 oktyabr 2017

2017-ci il 2 oktyabr tarixi ABŞ üçün faciəli bir gün oldu. Las-Veqas şəhərində 64 yaşlı Stiven Paddok qaldığı otelin pəncərəsindən Mandalay Bay kazinosunun yaxınlığında keçirilən kantri festivalında iştirak edən 20 min nəfərə avtomatik silahdan atəş açaraq azı 58 nəfərin ölümünə, 527 nəfərin müxtəlif dərəcədə yaralanmasına səbəb olmuşdur. Bu, ABŞ tarixində bir nəfərin həyata keçirdiyi terror nəticəsində ən çox itki verilən hadisədir. Polis əməliyyat keçirmədən əvvəl Paddok qaldığı otel nömrəsində intihar edib.

Ermənistan-NATO münasibətləri: bir addım irəli, iki addım geri

23 oktyabr 2017

ABŞ Ermənistanı NATO ilə əməkdaşlığa həvəsləndirmək istəsə də, bölgənin siyasi və təhlükəsizlik reallığı tamamən fərqlidir. ABŞ-dan fərqli olaraq Rusiya bölgəyə təsir etmək üçün daha ciddi mexanizmlərə sahibdir və uyğun şərait yetişdiyində bundan istifadə etməkdən çəkinmir. ABŞ hökuməti bir neçə ay bundan əvvəl Ermənistanın enerji sektoruna 8 milyard dollardan çox sərmayə qoya biləcəklərini bildirsə də, Ermənistan hökuməti rəsmi olaraq bu təklifə cavab vermədi. Son zamanlarda ABŞ hökumətinin Ermənistan ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək təşəbbüsü İrəvan tərəfindən məmnunluqla qarşılanmır. İrəvan rəsmiləri Rusiyaya rəğmən ABŞ hökumətinin təkliflərini diqqətə alacaqları zaman bir sıra dinamiklərin dəyişəcəyindən əmindirlər.

Ermənistanda rus dilinin "xariciliyi və qaranlıq gələcəyi"

11 oktyabr 2017

Dövlətlərin dil siyasəti olur. Adətən qurucu millətin dili dövlətin rəsmi dili olur. Bəzi hallarda ikinci böyük millətin dili də rəsmi status alır, amma bu, daha çox Avropa qitəsində müşahidə edilir. Amma yenə də post-sovet coğrafiyasında müstəqillik sonrası belə hala rast gəlinir. Ermənistanın da dil siyasəti var. Məsələn, Ermənistan Konstitusiyasının 20-ci maddəsində "Ermənistan Respublikasında dövlət dili erməni dilidir", deyə qeyd edilmişdir. Dil haqqında 1993-cü ildə qəbul edilən qanunun tələblərinə görə, başqa dillərdə, xüsusən də rus dilində tədris verən orta məktəblərin hamısı bağlanmış, erməni dilində tədrisə keçilmişdir.

Ermənistanın uğursuz seçimi və bataqlığa gedən yol

28 sentyabr 2017

Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra daxili, xarici, iqtisadi və təhlükəsizlik siyasətində "yumurtaların hamısını eyni səbətə yığıb." Son 25 ildə bu strateji yanlışlığından qurtulmağa bir neçə dəfə cəhd etsə də, heç bir cəhdi uğurla nəticələnməyib, əksinə, hər keçən gün bataqlığa bir az daha yaxınlaşır. Bu yöndə ilk təşəbbüsü Ermənistanın prezidenti Levon Ter-Petrosyan göstərdi, amma elə öz komandasındakı fikir ayrılığına və xarici təzyiqlərə görə istefa etməyə məcbur oldu. İkinci təşəbbüs Karen Dəmirçiyan tərəfindən ortaya atıldı, 27 oktyabr 1997-ci ildə terrorist Nairi Unanyan liderliyində silahlı qrup parlamentə hücum edərək Dəmirçiyanı, baş nazir Vazgen Sərkisyanı və 6 nəfəri öldürdü.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...