Bu regionda islam-xristian qarşıdurması və ümumiyyətlə fərqli sivilizasiya daşıyıcılarının kəskin mübarizəsi müşahidə edilmir. Lakin geosiyasi baxımdan olduqca həssasdır və sabitliyə təhlükə baxımından müxtəlif tayfaların separatist meyllərini qeyd etmək olar. Region üçün ən həssas məsələ tuareqlərin taleyi ilə bağlıdır. Hər tərəfdən islam dövlətləri ilə sərhəd olan Malidə əhalinin 90%-i müsəlmandır. Dini təfriqə baxımından hər hansı münaqişə hiss olunmur...
Yuxarıda sadaladığımız ərəb olmayan və ya ərəblərin azlıq təşkil etdiyi ərəbdilli ölkələr sivilizasiyaların kəsişmə xətti ətrafında yerləşirlər. Bu ölkələrdən ikisində Somali və Çadda fərqli sivilizasiya daşıyıcılarının mübarizəsi olduqca kəskindir, digər ikisində isə - Cibuti və Eritreyada xüsusi bir təfriqə müşahidə olunmur. Eritreyada müsəlman və xristianların sayı təxminən bərabərdir. Əhalinin 50%-i islam, 48%-i isə xristianlığın müxtəlif cərəyanlarının tərəfdarıdır. Çadda da bu nisbət böyük deyil...
Məlum olduğu kimi "ərəb baharı" adlandırılan çevrilişlərdən sonra Tunis, Misir və digər bəzi ərəb ölkələrində İslamçı partiyaların hakimiyyətə gəlməsi nəticəsində İslam və demokratiya mövzusu daha da aktuallıq qazandı. Burada əsas məsələni İslamın demokratik sistemlə uzlaşıb-uzlaşmayacağı ətrafında gedən müzakirə və mübahisələr təşkil edir. İslamın din və öz daxilində hüquqi sistem olaraq demokratik dəyərlərə necə baxdığı müxtəlif aspektlərdən təhlil oluna bilər...
İslam dünyası özünə qayıtmaq istəyir, amma görünən odur ki, "Müsəlman qardaşları" və ya onu iqtidara gətirən "Ərəb baharı" burada arı səbətinə çöp uzatmağa bənzəyir. Bu isə qlobal mənada tarazlıqların alt-üst olacağı yeni bir mərhələ mənasına gəlir ki, məsələnin bəm telini də məhz bu təşkil edir. Belə bir ehtimal isə, heç şübhəsiz, qlobal mənada bir qırılma deməkdir ki, güc itkisi yaşayan Qərbin və hətta yüksəlişə keçən "İslamsız Şərq"in üçüncü bir gücə...
Yeni Dövrün başlıca intensiyasını, yəni varlığı hakimi-mütləq şəxsiyyətin sərt diktaturasına tabe etdirmək niyyətini postindustrial cəmiyyət son həddə çatdırdı. Həmin şəxsiyyət buna hər şeyi əhatə edən məcburetmə sistemini, yəni metodu təsis etməklə nail olmağa can atırdı. Metod isə, nəticə etibarilə, güclü bürokratik aparata malik industrial cəmiyyəti meydana gətirdi. Yeni Dövr təsisatlarının daxili tendensiyaları üzündən...
Dünya mətbuatında müsəlman ölkələrində müşahidə edilən siyasi proseslərin analizinə həsr edilmiş məqalələrin sayı artır. Müxtəlif yanaşmalar nəzərə çarpır. "Təhrir''dən "Taksim''ə qədər baş verən hadisələrin geosiyasi qiymətləndirilməsi cəhdləri aydın hiss edilir. Burada maraq doğuran bir neçə məqam vardır. İslam aləmində son illər özünü göstərən və yüksək dinamikası ilə fərqlənən proseslərin mürəkkəb xarakterə malik olması demək olar ki, ...
Şərqin əsrarəngiz ölkələrindən birində üsyanlar bitmir. İndi də seçki yolu ilə hakimiyyətə gəlmiş Məhəmməd Mursi devrildi. Hüsnü Mübarək yarıcan halında öz rəqibinin süqutunu izlədi və hətta ona məsləhət də verdi: istefa et! Ancaq bu, iki şəxsin siyasi haqq-hesab çəkməsinə deyil, bütöv bir sivilizasiyanın taleyi ilə bağlı olan məsələyə bənzəyir. İslam dünyası böhran keçirir. Misir İslam dünyasını sözün bir çox mənalarında yolayrıcına gətirdi. Hərbçilərin ölkənin qanuni prezidentini...
Bu gün Avropa mənəvi tənəzzül qarşısındadır. Bunun ən mühüm səbəblərindən biri ənənəvi dəyərlərin itirilməsi və əvəzində çoxluğun maraqlarına xidmət etməyən süni modellərin dəyər olaraq təqdim olunmasıdır. Müasir Avropa uzun əsrlər mövcud olmuş klassik Qərb dəyərlərini belə əks etdirmir. Belə görünür ki, demokratiyanın üçüncü dalğası cəmiyyətin daxili əsaslarına, insanların şəxsi həyatına, ailə dəyərlərinə müdaxilə etdiyi üçün Qərb transformasiya mərhələsindən öz dəyərlərinin özəyini...
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...