Braziliyanın kurort şəhərlərinin birində bəlkə də dünya siyasətində köklü dəyişikliklərin əsasını qoyacaq bir sammit keçirildi. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası dövlət başçıları altıncı dəfə bir yerə toplaşdılar. BRİCS adlanan təşkilatın dünya siyasətindəki rolunu artırmaq istiqamətində müzakirələr apardılar. Uzun sürən danışıqlardan sonra yeni inkişaf bankının yaradılması haqqında razılığa gəlindi. İştirakçılar müasir aktual geosiyasi məsələlərə də diqqət yetirdilər. Mütəxəssislər...
Azərbaycan dövlət başçısının İtaliyaya səfəri KİV-də geniş əks-səda doğurub. İtaliya mətbuatı Prezident İlham Əliyevin siyasət və mədəniyyət sahəsində İtaliyaya təklif etdiyi layihələrin əhəmiyyətini vurğulayıb. O cümlədən, Azərbaycanın Romada "Mercati di Traiano" muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə dəstəyini verməsi hörmətlə qarşılanıb. Azərbaycan və İtaliya rəhbərləri aktual siyasi, iqtisadi, enerji və geosiyasi məsələləri də müzakirə...
Angela Merkel 2005-ci ildən bu yana 9 dəfə Çinə səfər edib. Mütəxəssislər bunu Almaniyanın xarici siyasətində Çinin ayrıca yer tutması kimi izah edirlər. Maraqlıdır ki, keçən müddət ərzində Berlinin Pekin istiqamətindəki fəallığı elə də müzakirə edilməyib. Biz, ABŞ və Rusiyanın Çinlə olan münasibətlərinin KİV-də tez-tez yer alması fonunda Almaniya haqqında danışılmamasını nəzərdə tuturuq. Lakin A.Merkelin Braziliyaya futbol üzrə dünya çempionatına getməzdən əvvəl Pekinə səfər etməsi diqqətləri xeyli dərəcədə...
Dünya siyasətinin "narazı" böyük dövlətlərinin müasir əlaqələr sistemində öz layiqli yerini tapmaq uğrunda apardığı qızğın axtarışlar ümumi və ya yaxın sosial-iqtisadi problemlərə və ortaq gələcək dinamik inkişaf məqsədlərinə malik yeni dövlətlərarası birliklərin (AİB, Şanxay Əməkdaşlıq Təşkilatı və s.) yaradılmasını labüd etmişdir. Bunlardan ən irimiqyaslısı və nüfuzlusu üç qitədə yerləşən və yaxın gələcəkdə "Böyük yeddiliyə" rəqib çevrilmək iqtidarında olan BRİKS – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika...
İŞİD terror təşkilatının İraqda həyata keçirdiyi hərbi əməliyyatlar regionda zəncirvarı proseslərə təkan verib. Yaxın Şərq boyu bir-birinin ardınca gərginliyi yüksəldən hadisələr müşahidə edilməkdədir. Bir tərəfdən, İraqın ərazi bütövlüyü məsələsi aktuallaşıb, digər tərəfdən də İsrail-Fələstin münaqişəsi yeni miqyas alıb. İŞİD-in üzvləri İsraillə savaşmağa gedə biləcəkləri haqqında informasiyalar yayırlar. Rəsmi Təl-Əviv isə Qəzzəni bombalayır və hətta quru hərəkatı başlayacağını da bəyan edir. Suriyada da vəziyyət gərginləşib...
Prezident İlham Əliyev çox fəal xarici siyasət yürüdür. Dövlət başçısı bir-birinin ardınca səmərəli nəticələr verən səfərlər edir. Son səfərlərdən biri Yunanıstana olub. Afinada yunan liderləri ilə aparılan danışıqlarda müxtəlif sahələr üzrə əməkdaşlığı genişləndirməklə bağlı razılıq əldə olunub. Tərəflər əlaqələrə müasir geosiyasi reallıqlar kontekstində məzmun verməyi qərara alıblar. Enerji təhlükəsizliyi, elm, təhsil, ticarət və başqa sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirən sənədlər imzalayıblar. Aİ məsələləri üzrə də...
AŞPA-nın sessiyasında Azərbaycanın dövlət başçısı İlham Əliyev nitq söyləyib. Prezident çıxışında regional və qlobal geosiyasət üçün aktual olan bir sıra məqamlara toxunub. O cümlədən, beynəlxalq hüququn normaları və prinsiplərinə əməl edilməsi zərurətini bir daha ortaya qoyub. Münaqişələrin həllinə məhz bu aspektdə yanaşmağı doğru hesab edən İlham Əliyev dünya ictimaiyyətinin diqqətini BMT TŞ-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin indiyə qədər həyata keçirilməməsinə yönəldib...
Hazırda dünya miqyasında müşahidə olunan iqtisadi tənəzzül Qərbin multikultural dəyərlərinə öz mənfi təsirini göstərir. Belə ki, Avropada iqtisadi böhran, xüsusən də işsizlik səviyyəsi yüksək olan ölkələrdə yeni sakinlərə münasibət daha aqressivdir. Fransanın "Le Parisien Dimanche" qəzeti Avropa İttifaqına üzv ölkələrdə işçi miqrantların sərbəst hərəkətinə məhdudiyyət qoyulması ilə əlaqədar keçirilən referenduma fransızların münasibətini öyrənmək məqsədilə rəy sorğusu keçirmişdir...
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...