THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Davos Forumu: Azərbaycanın fəal iştirakı və keçirilən görüşlər

Davos Forumu: Azərbaycanın fəal iştirakı və keçirilən görüşlər
29 yanvar 2019

Davos İqtisadi Forumuna maraq həmişə böyük olub. Bu tədbirə dünyanın müxtəlif ölkələrindən çoxlu sayda iştirakçı gəlir. 49-cu Forumda 110 ölkənin 3 mindən çox təmsilçisi iştirak edib. Onun əsas şüarı "Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması" olub. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Ölkə rəhbərinə burada xüsusi diqqət göstərilib. Şirkət rəhbərləri, dövlət və hökumət başçıları İlham Əliyevlə görüşüb tərəflər üçün əhəmiyyətli məsələləri müzakirə ediblər. Öz nüfuzuna görə Davos Forumu yüksək reytinqə malik olduğundan burada aparılan müzakirələrə diqqət də yüksək olur. Bu kontekstdə Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin geosiyasi analizi aktuallıq kəsb edir. Biz məsələnin bu aspekti üzərində geniş dayanmaq istərdik.

Strateji tərəfdaşlıq yolunda: Ərdoğanın "soyuq" Moskvada "isti" müzakirələri

Strateji tərəfdaşlıq yolunda: Ərdoğanın "soyuq" Moskvada "isti" müzakirələri
28 yanvar 2019

Böyük dövlətlərin əməkdaşlığı yalnız milli sərhədlərlə məhdudlaşmır. Onlar geniş geosiyasi məkanda proseslərin dinamikasını yeniləşdirə bilirlər. Türkiyə Prezidenti R.T.Ərdoğanın Moskvaya səfərinə bu müstəvidə qiymət verilsə, maraqlı qənaətlər əldə edilə bilər. İki böyük dövlət demək olar ki, bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməklə bağlı razılıq əldə edib. Bu, geniş məsələlər üzrə birlikdə fəaliyyət göstərmək anlamına gəlir. Təbii ki, həmin bağlılıqda ilk olaraq Suriya məsələsi yada düşür. Suriya üzrə V.Putinlə R.T.Ərdoğan faydalı fikir mübadiləsi aparıb, konkret razılıqlar əldə ediblər. Onlar Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması, terrorla birgə mübarizə, sabitliyin təmini, İdlib, Münbic məsələləri, hərbi əməkdaşlıq kimi istiqamətlərdə ortaq mövqeyə gəliblər. Bunların fonunda ticarət, istehsal, turizm, nüvə və enerji sahələrində əməkdaşlığı daha da inkişaf etdirmək haqqında konkret mövqeyə gəlinməsi aktual görünür. Eyni zamanda, Türkiyə ilə Suriya arasında 1998-ci ildə imzalanmış və "Adana sazişi" adlanan sənədin yenidən gündəmə gətirilməsi əhəmiyyət daşıyır. Bütün bunların geniş təhlilini aparmaq zəruridir.

Ədalət, vicdan və hüquq: Avropanın "mehmanşünasları" və "təsir agentləri"

Ədalət, vicdan və hüquq: Avropanın "mehmanşünasları" və "təsir agentləri"
24 yanvar 2019

Avropa Parlamenti Azərbaycanla bağlı növbəti bədnam "sənəd" qəbul edib. Dünyanın hər yerində hüquqları pozulan insanlar, zorakılığa məruz qalan müsəlman qadınlar, qocalar, həlak olmaqla həyatlarını itirən dinc sakinlərin hüquqları qalıb bir kənarda, Azərbaycanda törətdiyi cinayət əməlinə görə həbs edilən bir blogerin "hüququ" AP-ni "narahat" edib. Azərbaycanda da dərhal bir sıra dairələr "müdrik görkəm" almağa başlayıblar. Bəs, "bu belədir, o da elədir" və s. və i.a. Reallıq isə başqa həqiqəti ortaya qoyur. Ölkəmizə qarşı bizə və insanlığa dost olmayan dairələr növbəti qarayaxma kampaniyasına başlayıblar. Onlar ədaləti, vicdanı və hüququ bir kənara qoyub, "nüfuz agentləri" ilə küçələrdə və sosial şəbəkələrdə "tanqo" oynayırlar. Amma belə getsə, yıxılacaqlar. AP-nin M.Hüseynovla bağlı qəbul etdiyi "sənəd"lə birlikdə tarixin arxivinə atılacaqlar. Bu məsələ üzərində bir qədər geniş dayanaq.

Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə

Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17 yanvar 2019

Hazırda qlobal geosiyasi səviyyədə mürəkkəb və risklərlə dolu proseslər gedir. Bu, bütövlükdə dünyanı bir sıra sahələrdə qeyri-müəyyənliklərlə üz-üzə qoyur. Ekspertlər ümumilikdə bəşəriyyətə fayda verə biləcək əməkdaşlıq formatlarının vacibliyini vurğulayırlar. Həmin bağlılıqda Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı ekspertlərin marağına səbəb olub. Bu dövlətlər mürəkkəb geosiyasi mənzərəsi olan məkanda yerləşiblər. Rusiya və Türkiyə böyük dövlətlər kimi dünya siyasətinə təsir edə bilirlər. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq müstəqil siyasətini davamlı olaraq aparır. Bununla yanaşı, Rusiya və Azərbaycan zəngin enerji ehtiyatlarına malikdirlər. Həmin səbəbdən bu üç dövlətin əməkdaşlığı regional və qlobal miqyasda geosiyasi əhəmiyyət kəsb etməkdədir. Bu kontekstdə bir sıra vacib məqamların analizi üzərində geniş dayanmağa ehtiyac duyuruq.

İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ

İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16 yanvar 2019

Azərbaycanda demokratik dövlət quruculuğu kursunun əsasını Ulu öndər Heydər Əliyev qoyub. Bu prosesi Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı həm ölkənin daxili tarixi təkamül dinamikasını, həm də dünya təcrübəsini nəzərə alaraq davamlı islahatlar həyata keçirir. Həmin bağlılıqda İlham Əliyevin yanvarın 14-də imzaladığı Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ciddi əhəmiyyət daşıyır. Ekspertlər həmin Fərmandan irəli gələn vəzifələri həm dövlət quruculuğu kursunun inkişaf etdirilməsi çərçivəsində, həm bütövlükdə idarəetmədə aparılan islahatların Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında oynadığı rol kontekstində analiz edirlər. Məsələnin bu aspekti üzərində geniş dayanmağa ehtiyac duyuruq.

İki Mehmanın bir ağası: "beşinci kolon"a yeni tapşırıqlar

İki Mehmanın bir ağası: "beşinci kolon"a yeni tapşırıqlar
15 yanvar 2019

Belə şeyləri keçən əsrin 90-cı illərindən görə-görə gəlirik. Azərbaycan hər dəfə uğurlu addım atdıqda, müxtəlif istiqamətlərdən və dairələrdən ona qarşı iftira, böhtan, qarayaxma kampaniyasına başlayırlar və... başları daşa dəyir. Bu dəfə də 2018-ci ili daxili və xarici siyasət sferalarında çox uğurlu keçirən Azərbaycana qarşı "qara piar" kampaniyasına başlayıblar. Qarşıda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası dayanır. Bundan kimlərsə istifadə etməlidir, axı? Tapdılar: konkret cinayət əməlinə görə həbsdə olan bir bloger! Süni bir oyun qurub, hay-küyə başladılar ki, Azərbaycanda hər kəsin hüququ pozulur, burada despotizm var, siyasi məhbuslar ölür, dissidentlər qırılmaqdadırlar... Özlüyündə köhnə mahnıdır, ancaq hazırda regionda və dünyada cərəyan edən geosiyasi proseslər fonunda bir sıra məqamlar üzərində ətraflı dayanmağa ehtiyac vardır.

Pompeo Yaxın Şərqdə: Vaşinqtonun regionla bağlı strateji planlarının bəzi aspektləri

Pompeo Yaxın Şərqdə: Vaşinqtonun regionla bağlı strateji planlarının bəzi aspektləri
14 yanvar 2019

Amerikanın dövlət katibi M.Pompeonun Yaxın Şərq ölkələrinə səfərinin bir sıra məqamlarını ekspertlər analiz edirlər. Məsələyə, təbii ki, geosiyasi kontekstdə yanaşılır. Vaşinqtonun Yaxın Şərq üçün mürəkkəb olan bir mərhələdə hansı addımları atmaq istədiyi böyük maraq doğurur. Bu məsələ D.Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılacağı ilə bağlı verdiyi qərardan sonra daha da cəlbedici olub. Aparılan analizlər göstərir ki, Amerika rəhbərliyi, əslində, ciddi siyasi xətt reallaşdırmaq niyyətindədir. Onun geosiyasi aspektdə başlıca cəhəti Yaxın Şərqdə bir neçə yerli dövləti hərbi blokda birləşidirib, ondan öz marqları naminə istifadə etməkdir. Bu, özlüyündə təhlükəli bir addımdır və bütövlükdə regionu yeni ixtilaflara sürükləyə bilər. Eyni zamanda, Yaxın Şərqin böyük dövlətlərinin vəziyyətə müdaxilə etməsi ehtimalı da artır. Çünki məsələnin bir tərəfi onların təhlükəsizliyi ilə bağlıdır. Bu müstəvidə M.Pompeonun regiona səfərinin geosiyasi özəllikləri üzərində geniş dayanmaq qərarına gəldik.

Yaxın Şərqdə yeni strateji oyunlar: Con Boltonun Türkiyə səfərindən sonrakı qeyri-müəyyənlik

Yaxın Şərqdə yeni strateji oyunlar: Con Boltonun Türkiyə səfərindən sonrakı qeyri-müəyyənlik
11 yanvar 2019

Ekspertlər Suriya probleminin həllində vacib bir mərhələnin başladığı qənaətindədirlər. Proseslər bir neçə il öncədən xeyli fərqli məzmun kəsb edib. İndi meydanda Rusiya aparıcı rol oynayır. İran və Türkiyə ciddi fəallıq göstərirlər. İran Suriyada İsrail və ABŞ üçün əməlli-başlı başağrısına çevrilib. Bunların fonunda türk ordusunun Suriyanın şərqində YPG/PKK-ya qarşı yeni hərbi əməliyyata hazırlaşması əhəmiyyətli geosiyasi-hərbi addım kimi qiymətləndirilir. Amerika Prezidenti D.Tramp Suriyadan qoşunlarını çıxarmaqla bağlı bəyanat verərək aranı daha da qarışdırıb. İndi daha çox bu prosesin gedişatı müzakirə olunur. C.Boltonun Türkiyəyə səfəri həmin aspektdə ekspertləri maraqlandırırdı. ABŞ Prezidentinin müşaviri Ankaraya gəldi və ... tez də qayıtdı. Bu hadisənin səbəblərinin geosiyasi təhlili üzərində geniş dayanaq.

Yaxın Şərqdə yeni qüvvələr nisbəti: ABŞ-ın Suriyadan çəkilmə qərarının pərdəarxası

Yaxın Şərqdə yeni qüvvələr nisbəti: ABŞ-ın Suriyadan çəkilmə qərarının pərdəarxası
09 yanvar 2019

Siyasətdə gözlənilməz qərarlar həmişə ola bilir. Bu dəfə dünyanı Donald Tramp təəccübləndirdi. O, Amerika qoşunlarının Suriyadan çıxarılacağını bəyan etməklə meydana çoxlu sayda suallar çıxardı. Hələ bu proses nə başlayıb, nə də başa çatıb. Ancaq ekspertlər onun geosiyasi nəticələri ilə bağlı proqnozlar verirlər. Onların təhlili göstərir ki, əslində, regionda geosiyasi vəziyyət olduqca mürəkkəbdir. Böyük dövlətlər kartlarını heç də açmırlar. Onların hərəkətləri daha çox qarşı tərəfin fikrini öyrənməyə yönəlmiş manevrləri xatırladır. Bu baxımdan yaranmış mənzərə xeyli düşündürücüdür. Belə görünür ki, Yaxın Şərqdə bütövlükdə ümumi geosiyasi mənzərəni dəyişə biləcək proseslər gedir. Onların mümkün nəticələri ekspertlər üçün maraqlıdır. Hansı qüvvələr nüfuzunu artıracaq? Bu vəziyyətə Amerika necə reaksiya verə bilər? Bu kimi suallara cavablar üzərində geniş dayanmağa ehtiyac gördük.

Cənubi Qafqaz və Mərkəzi Asiya: "Stratfor"un risklərlə dolu proqnozları

Cənubi Qafqaz və Mərkəzi Asiya: "Stratfor"un risklərlə dolu proqnozları
08 yanvar 2019

Amerikanın "Stratfor" qlobal strateji təhlil mərkəzi 2019-cu il üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı proqnozlar verib. Onlara nəzər saldıqda, bir sıra düşündürücü məqamları görmək mümkün olur. Hər şeydən öncə, aydın olur ki, bu iki regionda cərəyan edən geosiyasi proseslər bir-biri ilə əlaqədə götürülür. Ekspertlər hesab edirlər ki, hər iki region üçün 2019-cu il geosiyasi aspektdə mürəkkəb il olacaq. Burada qeyri-müəyyənliklər və risklər özünü göstərəcək. Dünyanın böyük gücləri olan ABŞ, Rusiya və Çinin həmin regionlar uğrunda mübarizəsi daha da intensivləşəcək. Proqnozlara görə, bu mübarizə Əfqanıstandan başlayaraq geniş məkanda terror və narkoticarəti canlandıra bilər. Bundan sadə insanlar daha çox ziyan görəcəklər. Eyni zamanda, böyük güclərin antiterror əməliyyatları adı altında müxtəlif fəaliyyətləri ola bilər. Bununla da Yaxın Şərqlə yanaşı, başqa bir məkanda da silahlı qarşıdurmalar özünü göstərər. "Stratfor"un proqnozları kontekstində yuxarıda vurğulanan məqmların geosiyasi analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...