Avropa İttifaqı sürətlə dəyişən qlobal geosiyasətdə öz yerini və rolunu yenidən müəyyənləşdirməyə çalışır. Bunun üçün Brüssel, Paris və Berlin müəyyən addımlar atmağa cəhdlər göstərirlər. Bütövlükdə Aİ-nin bu istiqamətdə ciddi uğuru gözə dəymir. Son zamanlar bu təşkilatın rəhbərlərinin ifadə etdiyi tezislər də göstərir ki, hələlik Brüssel qeyri-müəyyən vəziyyətdədir. Hətta bir sıra siyasi məqamlarda, məsələn, NATO məsələsində, ziddiyyətli mövqe tutur. Terrorla mübarizənin prinsipləri də birmənalı qiymətləndirilmir. Miqrasiya siyasəti aydın deyil, fərqli mövqelər vardır və s. Bütün bunlar yekun halında Aİ-nin qonşuluq siyasətində böhranın yarandığını göstərir.
Belarusda baş verən hadisələri ekspertlər geniş analiz edirlər. Xüsusilə Qərb ekspertlərinin böyük marağına səbəb olan bu hadisələr lokal geosiyasi təsirə malik deyillər, əksinə, onların bütövlükdə Avropada ümumi geosiyasi və təhlükəsizlik mənzərəsinə təsir ehtimalı yüksək qiymətləndirilir. MDB məkanı üçün də, şübhəsiz ki, indi Belarusda baş verənlərin əhəmiyyəti çoxdur. Hətta Aleksandr Lukaşenko bir neçə gün əvvəl bəyan etmişdi ki, MDB-yə üzv ölkələrin rəhbərlərinin sammitində həmkarlarına onun ölkəsində nələrin meydana atıldığı haqqında informasiya verəcəyini vəd edib. Bunda əsas məqsədinin postsovet ölkələrinin Qərbin geosiyasi və siyasi tələsinə düşməsinin əngəllənməsi olduğunu A.Lukaşenko açıq deyib.
Azərbaycan Prezidenti dünyada öz nüfuzu olan siyasi liderlərdən biridir. Ölkəyə rəhbərliyi müddətində bir sıra təşəbbüslərin müəllifi olmaqla yanaşı, İlham Əliyev ədalətli və obyektiv mövqeyi ilə də tanınır. Məhz bu kimi keyfiyyətlərin birbaşa nəticəsidir ki, BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda Azərbaycanın dövlət başçısı altıncı çıxış edib. Özü də qürurvericidir ki, həm siyasi ritorika, həm də məzmun baxımından strateji və çox aktual tezislər irəli sürüb. Onu ayrıca vurğulamaq gərəkdir ki, Azərbaycan Prezidenti eyni zamanda iki statusda iclasda nitq söyləyib: Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi! Hər iki statusda çox uğurlu çıxış edib. Dəqiq məntiqə və aydın müddəalara əsaslanan çıxışında beynəlxalq əhəmiyyətli məsələləri lakonik izah edən İlham Əliyev öz təkliflərini irəli sürüb.
Müasir dünyada istər regional, istərsə də beynəlxalq proseslərdə qeyri-müəyyənlik və risklər artdıqca müstəqil dövlətlərin xarici siyasət prioritetlərinin məzmunu daha da aktuallaşır. Hər bir dövlət xarici siyasət məqsədlərinin uğurla həyata keçirilməsi üçün əlavə güc sərf etməli olur. Bu zaman mövcud vəziyyətin düzgün qiymətləndirilməsi və səmərəli fəaliyyət yolunun seçilməsi vəzifəsi ön plana çıxır. Cənubi Qafqaz ənənəvi olaraq qlobal geosiyasətin ən fəal istiqamətlərindən biri olub. Hazırda da bu region uğrunda böyük dövlətlərin amansız mübarizəsi davam edir. Onun fonunda Ermənistanın təcavüzkar və pozucu xarici siyasəti regionda risk və qeyri-müəyyənliyi artırır. Vurğulanan məqamların fonunda Azərbaycanın xarici siyasətini necə xarakterizə etmək olar?
Enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin ''müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına maliklik və malik olmamaq üzrə bölgü ilə müəyyən ediləcək'', – fikri təsadüfi sayılmamalıdır. Bu, bir həqiqətdir ki, inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi sahəsində ciddi problemləri mövcuddur. Onların bir çoxunun, ümumiyyətlə, karbohidrogen resursları yoxdur (Yaponiya, Cənubi Koreya, Tayvan, bəzi Avropa ölkələri və s.), digərlərinin malik olduqları köhnə yataqlar isə tükənmək üzrədir (Böyük Britaniya, Norveç, Niderland).
Koronavirus pandemiyasının tüğyan etdiyi hazırkı tarixi mərhələdə dünyanın üç böyük gücü – Amerika, Rusiya və Çin arasında münasibətlərin daha da pisləşdiyi barədə ekspert fikirlərinə tez-tez rast gəlirik. Həqiqət naminə demək lazımdır ki, həmin ölkələrin hər biri digərini kəskin tənqid edir. ABŞ Çin-i insan haqlarını tapdalamaqda, sivil dünyaya təhlükə törətməkdə qınayır. Rusiyanı silahlanmanın məhdudlaşdırılması ilə bağlı müqaviləni pozmaqda suçlayır. Moskvanı dünyanın müxtəlif regionlarında geosiyasi proseslərə qarışmaqda ittiham edir. Kremlin Yaxın Şərqdə və Avropada atdığı addımları tənqid edir. Pekin isə Amerikanı özünün daxili işlərinə qarışmaqda günahlandırır. Bunların beynəlxalq hüquqa ciddi zərər vurduğunu ifadə edir. Rusiya da Amerikanı beynəlxalq arenada qanunların aliliyinə məhəl qoymamaqda, dövlətlərin daxili işlərinə müdaxilə etməkdə suçlayır. Bu sırada NATO-nun London sammitində Rusiyanın Çinlə bərabər təhlükə kimi xarakterizə edilməsini qərəzli sayır. Yekun olaraq bu cür qarşılıqlı ittihamlar üç böyük dövlət arasında münasibətlərə xeyli risklər gətirir və qlobal geosiyasi vəziyyətin daha həssas səviyyəyə yüksəlməsinə təkan verir.
Qlobal miqyasda cərəyan edən mürəkkəb, ziddiyyətli və çoxşaxəli geosiyasi proseslər böyük güclər qarşısına da bir sıra problemlər çıxarıb. Ekspertlər fərqli yanaşmalar əsasında təhlillər aparıb mümkün ssenariləri proqnozlaşdırmağa çalışırlar. Bu zaman regional təşkilatların geosiyasi məqsədləri və maraqları baxımından çoxlu sayda ölkələr arasında münasibətlərin gələcəyi ilə bağlı da analizlərə yer verilir. Avropa İttifaqı nüfuzlu regional təşkilatdır və inkişaf potensialı yüksəkdir. Aİ indi dünyada söz sahibi olan geosiyasi güc rolunu oynamağı da qarşısına məqsəd kimi qoyub. Lakin son illərin dolaşıq geosiyasi dinamikası bu təşkilat qarşısına da çətin problemləri çıxarıb. Onların sırasına Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" adlanan proqramı reallaşdırması da daxildir.
Bütövlükdə qlobal geosiyasətdə vəziyyət gərgin və mürəkkəbdir. ABŞ, Rusiya, Avropa İttifaqı və Çinin liderlik uğrunda apardıqları amansız və güzəştsiz mübarizə getdikcə yeni məzmun çalarları almaqdadır. Bu prosesdə dünyanın müxtəlif regionlarında dövlətlərarası münasibətlərin gərginləşməsi də müşahidə edilir. Konkret olaraq, Aralıq dənizi hövzəsində bir neçə böyük dövlət artıq qarşı-qarşıya gəliblər. Burada Yunanıstan, Fransa, Almaniya, ABŞ, Türkiyə kimi ölkələr öz maraqları uğrunda savaşırlar. Vəziyyət risklərlə doludur. Ancaq hələlik aktiv hərbi əməliyyatlar və ya güc tətbiqi yoxdur. Ekspertlərin rəyinə görə, bununla yanaşı, hər an hərbi toqquşmalar meydana gələ bilər.
Hazırda ekspertlər Avropa İttifaqından Böyük Britaniyanın çıxmasının dəqiqləşməsindən sonra bu təşkilatın gələcəyi məsələsi üzərində düşünürlər. Təhlillər aparıb, proqnozlar verirlər. Yanaşmalar və kriteriyaların müxtəlifliyindən, fərqli ssenarilərdən bəhs edilir. Onların hamısını birləşdirən xüsusiyyət Aİ-nin inkişaf etməsi, yəni, təşkilatın dağılmayacağı və ya ciddi surətdə zəifləməyəcəyi şərtinin qəbul edilməsidir. Aİ müasir dünya siyasətinin əsas aktorlarından biri olaraq qalacaq. Bu tezisdə irəli sürülən ssenarilər prizmasından baxdıqda isə, bir qədər fərqli mənzərə yaranır. Aydın olur ki, həm ssenarilərin özləri tam əsaslandırılmayıb, həm də onların reallaşması konkret şərtlərlə təmin edilməyib. Belə çıxır ki, təşkilatın ekspertləri, mütəxəssis və rəsmi nümayəndələrində belə onun gələcəyi barədə dəqiq təsəvvürlər yoxdur. Bu məqam qlobal proseslərə qeyri-müəyyənlik elementi gətirir.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...