THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Prezidentin çıxışı: sülh və ədalətə növbəti çağırış

Prezidentin çıxışı: sülh və ədalətə növbəti çağırış
07 iyul 2014

AŞPA-nın sessiyasında Azərbaycanın dövlət başçısı İlham Əliyev nitq söyləyib. Prezident çıxışında regional və qlobal geosiyasət üçün aktual olan bir sıra məqamlara toxunub. O cümlədən, beynəlxalq hüququn normaları və prinsiplərinə əməl edilməsi zərurətini bir daha ortaya qoyub. Münaqişələrin həllinə məhz bu aspektdə yanaşmağı doğru hesab edən İlham Əliyev dünya ictimaiyyətinin diqqətini BMT TŞ-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin indiyə qədər həyata keçirilməməsinə yönəldib...

Qərb multikulturalizmi böhrandan sonra: yeni çağırışlar, dilemmalar – II yazı

Qərb multikulturalizmi böhrandan sonra: yeni çağırışlar, dilemmalar – II yazı
04 iyul 2014

Hazırda dünya miqyasında müşahidə olunan iqtisadi tənəzzül Qərbin multikultural dəyərlərinə öz mənfi təsirini göstərir. Belə ki, Avropada iqtisadi böhran, xüsusən də işsizlik səviyyəsi yüksək olan ölkələrdə yeni sakinlərə münasibət daha aqressivdir. Fransanın "Le Parisien Dimanche" qəzeti Avropa İttifaqına üzv ölkələrdə işçi miqrantların sərbəst hərəkətinə məhdudiyyət qoyulması ilə əlaqədar keçirilən referenduma fransızların münasibətini öyrənmək məqsədilə rəy sorğusu keçirmişdir...

Qərb multikulturalizmi böhrandan sonra: yeni çağırışlar, dilemmalar – I yazı

Qərb multikulturalizmi böhrandan sonra: yeni çağırışlar, dilemmalar – I yazı
02 iyul 2014

Qərbin dini tolerantlıq və multikultural dəyərləri yalnız öz dini dəyərlərinin digərlərinə qəbul etdirilməsi üzərində qurulmuşdur. Belə olan halda immiqrant ölkələr olaraq xarakterizə olunan Avropa dövlətləri fərqli mədəniyyət və dini daşıyıcılar olan mühacirləri Qərb cəmiyyətinə yalnız assimilyasiya etməyə çalışırlar. Yəni, çoxmədəniyyətlilik yalnız Qərb dəyərlərinin dominantlığı və vahid mozaik quruluşun heç nə ilə seçilməyən tərkib hissəsi kimi qəbul oluna bilər. Bu isə müasir dövrdə...

Asiya: böyük əməkdaşlıq ehtiyacı və mövcud ziddiyyətlər arasında

Asiya: böyük əməkdaşlıq ehtiyacı və mövcud ziddiyyətlər arasında
30 iyun 2014

Dünyanın geosiyasi ağırlıq mərkəzinin Asiyaya keçəcəyi ilə bağlı proqnozu hər kəs xatırlayır. Bu prosesin asan olmayacağı haqqında da fikirlər söylənib. Real gedişat bunu təsdiq edir. Hazırda mütəxəssislər ABŞ-la Çin arasında strateji əməkdaşlığı nəzərdə tutan "G2" formatından danışırlar. Lakin bu, nəzəri yanaşmadır. Həmin regionda çoxlu sayda ziddiyyətlər vardır ki, onların necə aradan qaldırılması məsələsi aydın deyil. Onlar qlobal və regional miqyasda özünü göstərən amillərlə əlaqəlidirlər. Bütün bunlar Asiyada...

Obamanın ikinci prezidentliyi: Amerika haraya gedir?

Obamanın ikinci prezidentliyi: Amerika haraya gedir?
17 iyun 2014

ABŞ-ın hazırkı dövlət başçısının ikinci prezidentlik müddətinin başa çatmasına iki il qalır. Mütəxəssislər onun indiki mərhələdəki fəaliyyətini birinci prezidentliyi dövrü ilə müqayisə edirlər. Meydana maraqlı faktlar çıxır. Real vəziyyət düşünüldüyü kimi sadə deyilmiş. Dünyanın ən güclü dövlətinin xarici siyasətində ziddiyyətlər, qeyri-müəyyənliklər yer alıb. Bir sıra geosiyasi məsələlərə Vaşinqtonun münasibəti ciddi tənqid olunur. Buna baxmayaraq, əksər Qərb analitikləri əsasən Amerikanın liderliyi probleminə toxunur...

Amerikanın yeni doktrinası: Obama dünyanı düşündürdümü?

Amerikanın yeni doktrinası: Obama dünyanı düşündürdümü?
12 iyun 2014

ABŞ dövlət başçısı Vest-Pointdəki hərbi akademiyada ölkə prezidentləri üçün ənənəvi sayılan nitq söyləyib. O, çıxışında qlobal geosiyasətdə aktual olan bir sıra məqamlara toxunub. Ekspertlərin həmin fikirlərə münasibətləri fərqlidir. Barak Obama isə nitqində Amerikanın xarici siyasətinin yeni prinsiplərindən danışdığını vurğulayıb. Amerika rəhbəri dünyada ciddi dəyişikliklərin müşahidə edildiyini söyləyib. Buna uyğun olaraq, yeni liderlik modelinə ehtiyac yarandığına diqqət çəkib...

Vyetnam-Çin turnesi: tarixi səfərin geosiyasi incəlikləri

Vyetnam-Çin turnesi: tarixi səfərin geosiyasi incəlikləri
11 iyun 2014

Azərbaycan Prezidenti İlham Əliyev çox fəal xarici siyasət həyata keçirir. Onun Uzaq Şərq ölkələrinə səfəri bu çərçivədə təbii görünür. Dövlət başçısı Hanoy və Şanxayda apardığı danışıqlarda çox əhəmiyyətli nəticələr əldə edib. Ölkə rəhbərinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü zirvə toplantısındakı nitqində strateji əhəmiyyəti olan bir sıra məqamlara toxunulub. Onların təhlili Azərbaycanın geosiyasətdə oynadığı rolun yüksəldiyini bir daha təsdiq edir. Məsələnin mahiyyəti...

Bodrum zirvəsi: türkdilli dövlətlərin birləşdirici strategiyası

Bodrum zirvəsi: türkdilli dövlətlərin birləşdirici strategiyası
10 iyun 2014

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı baş tutdu. Türkiyənin Bodrum şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan Prezidentləri səmərəli müzakirələr apardılar. Bu tədbir bir neçə aspektdə ciddi əhəmiyyət daşıyırdı. Hər şeydən əvvəl, son zamanlar qlobal miqyasda cərəyan edən mürəkkəb geosiyasi proseslərin türk dövlətlərinin əməkdaşlıq formatına necə təsir edəcəyi maraq doğururdu. Sirr deyil ki, indi regional səviyyəli təşkilatların heç də...

Şanxaydan verilən mesajlar: dünya yeniləşirmi?

Şanxaydan verilən mesajlar: dünya yeniləşirmi?
02 iyun 2014

Asiya qitəsində geosiyasi dinamika artır. Bu günlərdə dünyanın 3-cü meqapolisi sayılan Şanxay şəhərində çoxlu sayda ölkənin nümayəndələrinin iştirak etdiyi mötəbər təbdir keçirilib. Onun əsas mövzusu təhlükəsizlik sisteminin yaradılması olub. ÇXR-in sədri Si Szinpin yeni konsepsiya təklif edib. Qərb bu toplantını ciddi surətdə izləyib, ona ekspertlər münasibət bildiriblər. Hiss olunur ki, dünya miqyasında əks-sədası ola biləcək hadisələr baş verir. Bütün bunlar yeni geosiyasi mənzərə yarada bilərmi? Fərqli təhlükəsizlik...

Putinin Çin səfəri: bu "yol" hara aparır?

Putinin Çin səfəri: bu "yol" hara aparır?
29 may 2014

Rusiya dövlət başçısının Şanxayda apardığı danışıqlar dünya kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Siyasətçilər və ekspertlər də ona xüsusi diqqət yetiriblər. Moskva ilə Pekinin qlobal geosiyasi mühitdə ciddi dəyişiklik etdikləri haqqında fikirlər bildirilir. Bir sıra ekspertlər hətta yeni dünya nizamının formalaşmaqda olduğunu proqnozlaşdırırlar. Tərəflər arasında əldə olunan razılaşmalar reallıqda maraqlıdır. Qaz müqaviləsinin imzalanması isə ayrıca rezonans yaradıb. Lakin onu da demək lazımdır ki, bu hadisəni fərqli...

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...