THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan parlamentinin 100 ili: müstəqil dövlətçiliyin əvəzedilməz dayağı

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2078
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 sentyabr 2018 – Newtimes.az

Milli Məclis özünün yubileyini qeyd etdi. Azərbaycan müsəlman Şərqində ilk dəfə olaraq bir əsr bundan öncə demokratik parlament yarada bildi. Qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, parlament bir sıra demokratik qanunlar qəbul edə bildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqil dövlətin atributlarını məhz həmin dövrdəki parlament qəbul edib. Azərbaycanın gerbi, bayrağı, bayraqdakı rənglərin mənası 100 il bundan öncənin bizə verilən qiymətli əmanətləridir. Çox yaxşı ki, indi müstəqil dövlətçiliyimiz əmin əllərdədir. Ölkə rəhbərliyi öz səmərəli və milli maraqlara tam uyğun olan siyasəti ilə Azərbaycanın suverenliyini qoruyur və inkişaf etdirir. Milli Məclisin 100 illik yubileyinə həsr edilmiş təntənəli iclasda Prezident İlham Əliyevin söylədiyi nitq olduqca dərin və əhatəli olub. Yuxarıda vurğulanan məqamlar kontekstində həmin nitqin bir sıra məqamları üzərində geniş dayanmağı lazım bildik.

Möhtəşəm qanunvericilik tarixi: Ulu öndərin uzaqgörənliyi

Parlament hər bir demokratik müstəqil dövlətin simasıdır. Qanunvericilik prosesi müstəqil dövlətçilik aspektində son dərəcə böyük əhəmiyyət kəsb edir. İndi beynəlxalq aləmdə parlamentlərin fəaliyyəti diqqət mərkəzindədir. Azərbaycan parlamentinin 100 illiyi tamam olur. Keçən əsrin əvvəllərində müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda yarandı. Onun parlamenti də həmin dövrdə formalaşdırıldı. Bu parlament qısa müddət ərzində demokratiklik baxımından çox mühüm qanunlar qəbul etdi. Azərbaycanlılar haqlı olaraq Şərqdə ilk demokratik parlament yaratmaları ilə fəxr edə bilərlər.

Azərbaycan parlamentinin tarixi rolunun başqa vacib bir aspekti bütövlükdə Cənubi Qafqaz regionuna qanun qəbulunda demokratik ruh gətirməkdən ibarətdir. Yəni bu parlamentin formalaşması yalnız Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Geniş geosiyasi məkanda demokratik qaydalara uyğun işləyə bilən parlamentin yaradılması baxımından əhəmiyyətli bir təcrübə idi.

Azərbaycan parlamenti milli demokratik və hüquqi dövlət quruculuğu prosesində aktiv iştirak edir. Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibəti ilə Milli Məclisdə keçirilən iclasda bununla bağlı ifadə edib: "Bu gün Azərbaycan uğurla inkişaf edir və mən bu inkişafda Azərbaycan parlamentinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan parlamenti həm Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir. Bir çox qanunlar qəbul edilmişdir. Demək olar ki, bu qanunlar həyatımızın bütün sahələrini əhatə edir. Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir" (bax: Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. Prezident İlham Əliyev iclasda iştirak edib / AZƏRTAC, 21 sentyabr 2018).

Milli Məclis ölkənin müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynayır. Məsələ ondan ibarətdir ki, müasir tarixi mərhələdə hüquqi dövlətin qurulması birinci dərəcəli vəzifədir. Yalnız hüququn aliliyinin təmin olunduğu yerdə demokratiyadan danışmaq olar. Ancaq hər bir ölkənin özünəməxsus təkamül tarixi vardır. Qanunvericilikdə bu məqam mütləq nəzərə alınmalıdır. Əks halda, ən demokratik qanun belə yerli şəraitlə ziddiyyət təşkil edirsə, cəmiyyətdə müxtəlif fəsadlara yol aça bilər.

Azərbaycan parlamenti məhz bu məqama xüsusi diqqət yetirərək fəaliyyət göstərir. Şübhəsiz ki, parlamentin işinin düzgün qurulmasında Ulu öndər Heydər Əliyevin əvəzedilməz xidmətləri olub. Prezident İlham Əliyev məhz bu məqamı nəzərə alaraq, nitqində ayrıca vurğulayıb: "Bütün dövrlərdə Heydər Əliyev xalqla birlikdə idi. Məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı ona müraciət etmişdir. 1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi" (bax: əvvəlki mənbəyə).

Heydər Əliyev müasir tələblərə cavab verəcək qanunvericilik bazasının yaradılmasını parlamentarlar qarşısında mühüm bir vəzifə kimi qoymuşdu. Ulu öndər çox gözəl bilirdi ki, hüquqi dövlət zəruridir, ölkə ancaq qanunlarla idarə olunmalıdır. Təcrübə Ümummilli liderin tam haqlı olduğunu göstərdi. Azərbaycan məhz qəbul etdiyi qanunlara əsaslanaraq daxili və xarici siyasət kursunu çağdaş dövrün tələbləri səviyyəsində qura bildi və dövlətçiliyi daimi inkişaf etdirir.

100-cü il: uğurlar davam edir...

Onu da vurğulayaq ki, bu gün Azərbaycan parlamentində müşahidə edilən mövqe birliyinin yaranmasında Heydər Əliyevin və sonrakı mərhələdə Prezident İlham Əliyevin böyük rolu vardır. Keçən əsrin 90-cı illərinin əvvəllərində Milli Məclisdə tez-tez qanunvericilərə yaraşmayan hərəkətlər olurdu, deputatların demokratik müzakirə səviyyəsi lazımi dərəcədə deyildi. Ancaq Heydər Əliyev parlamentə sədr seçiləndən sonra vəziyyət kəskin surətdə dəyişdi. Qarşılıqlı hörmətə əsaslanan müzakirələr üstünlük təşkil etdi. İndi Milli Məclisdə müxtəlif partiyaların təmsilçiləri fəaliyyət göstərirlər. Lakin onlar milli məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu birliyi Heydər Əliyevin əsasını qoyduğu siyasət yaratdı.

Prezident İlham Əliyevin aşağıdakı fikirləri bu baxımdan çox maraqlı və dolğundur: "Azərbaycan parlamenti ölkəmizdə çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayır. Parlamentdə bir çox partiyaların nümayəndələri fəaliyyət göstərir və əlbəttə ki, onların müxtəlif məsələlərə fərqli baxışları var. Ancaq mən çox şadam ki, milli maraqlarla bağlı məsələlərdə bizim deputatlar bir nöqtəyə vurur və vətənpərvərlik göstərərək Azərbaycan dövlətinin maraqlarını beynəlxalq müstəvidə müdafiə edirlər. Parlament diplomatiyası Azərbaycanda diplomatik sahədə önəmli rol oynayır" (bax: əvvəlki mənbəyə).

Bəli, parlament diplomatiyasının bugünkü yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin də böyük rolu danılmazdır. İlham Əliyev AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı kimi olduqca böyük fəallıq göstərdi. Qısa müddətdə Azərbaycanın maraqlarına cavab verən mühüm sənədlər qəbul edildi. Bu aktivlik, ümumiyyətlə, azərbaycanlı deputatlara nümunə oldu və onlar indi olduqca fəaldırlar. Cənab İlham Əliyevin də vurğuladığı kimi, deputatlarımız Azərbaycan dövlətinin maraqlarını beynəlxalq müstəvidə fəal müdafiə edirlər.

Prezident İlham Əliyev fikrini inkişaf etdirərək deyib ki, Azərbaycan deputatları beynəlxalq təşkilatlarda fəal iş aparırlar. Bunu dövlət başçısı da, xalq da yüksək qiymətləndirir. Həmin sırada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Bununla yanaşı, "Azərbaycan deputatları bir çox parlamentlərarası assambleyalarda ölkəmizdə gedən proseslər, iqtisadi, siyasi islahatlarla bağlı Azərbaycan həqiqətlərini çatdırır, lazım olan vaxtda Azərbaycanı çox ciddi müdafiə edir, haqq-ədaləti bərpa edir, imkan vermirlər ki, Azərbaycana qarşı əsassız ittihamlar hansısa qərarlara gətirib çıxarsın" (bax: əvvəlki mənbəyə).

Təbii ki, Azərbaycan deputatlarının fəaliyyətində Dağlıq Qarabağ münaqişəsi, ermənilərin tarixən azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasəti haqqında həqiqətləri dünya birliyinə çatdırmaq böyük yer tutur. Bu istiqamətdə parlamentimiz böyük uğurlara nail olub. Bu proses davam edəcək. Dövlət başçısı inamını ifadə edib ki, "Azərbaycan parlamenti bundan sonra da həm ölkə daxilində gedən proseslərin sürətləndirilməsinə, həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə öz müsbət töhfəsini verəcəkdir" (bax: əvvəlki mənbəyə).

Bütün bu məqamlar prizmasından Azərbaycan parlamentinin keçdiyi 100 illik yola nəzər salanda, ciddi uğurlara imza atıldığına bir daha əmin oluruq. 1920-ci ildən 1991-ci ilə qədər müstəqilliyimizi itirməyimizə baxmayaraq, Azərbaycanda yüksək parlamentar fəaliyyət mədəniyyəti formalaşıb. İndi müstəqil dövlətimizin parlamenti bütün gücü ilə xalqa və dövlətçiliyə xidmət edir. Əlbəttə, bu, tarixi nailiyyətdir, qiymətli sərvətdir. Ölkə rəhbərliyi daim Milli Məclisə böyük qayğı ilə yanaşıb, onun səmərəli işləməsi və milli maraqlara cavab verən qanunlar hazırlaması üçün ciddi addımlar atıb. Bu istiqamətdə ölkə rəhbərliyinin bundan sonra da qətiyyətli addımlar atacağına şübhə yoxdur.

Azərbaycan xalqı bu gün öz parlamentinin 100 illiyini qeyd edir. Onun bəhrələrini əyani surətdə görür. Müstəqil dövlətçilik yolunda parlamentsiz irəliləməyin mümkün olmadığına hər kəs inanır. Bu səbəbdən heç kəsin şübhəsi olmasın ki, müstəqil parlamentin dayağı Azərbaycan xalqıdır! Cənab Prezidentin liderliyi ilə xalq və hakimiyyət öz parlamentini həmişə qoruyacaq və inkişaf etdirəcək.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...